166
-eşitmə pozula bilər və müxtəlif səslər eşidilə bilər, qarışıq
səslər yarana bilər;
-nitq və ifadəetmə problemləri yaranar;
-dəri rəngində pozulma əmələ gələ bilər;
-saçlarda və dırnaqlarda dəyişikliklər əmələ gələ bilər;
-səslərdə və danışıqlarda problemlər yarana bilər
Daxili orqanların fəaliyyətində
-həzm sistemində pozğunluq yaranar-az və yaxud da çox
yemək halları ortaya çıxa bilər;
-qusma və ürəkbulanma yarana bilər;
-böyrək funksiyaları
dəyişə bilər,
o cümlədən,
-sidik-cinsiyyət orqanlarının funksiyaları dəyişə bilər-tez-
tez sidiyə getmək yarana bilər, yaxud da sidik ifrazı azala bilər.
Cinsi aktivlik yarana bilər, yaxud da zəiflik ortaya çıxar;
-həzm sistemində iştirak edən hormonların tərkibi dəyişə
bilər və hormonları ifraz edən orqanların (qaraciyər, mədəaltı
vəzi, böyrəküstü vəzi, prostat vəzi) fəaliyyəti pozula bilər.
Ölçüləri dəyişə bilər;
-tənəffüs problemləri yarana bilər və nəfəsalma çətinləşər,
yavaşıyar
və yaxud da tezləşər;
-hüceyrələrin
xarakterində
dəyişiklik
yarana bilər.
Hüceyrələr arasında əlaqələr öz sürətini dəyişə bilər.
Hüceyrələr məkanlarını dəyişə bilər;
-sinir sistemində dəyişiklik yarana bilər: əl və ayaq
hərəkətlərində dəyişiklik yarana bilər, gözlərdə, dodaqlarda,
dildə müəyyən dəyişiklik üzərə çıxa bilər;
-qan dövranında və qanın tərkibində dəyişiklik meydana
gələ bilər;
-ürəklə bağlı problemlər meydana gələ bilər;
-dəridə problemlər yaranar, məsələn, vitamin və minerallar
itkisindən dərinin kobudlaşması, dərinin nazikləşməsi halları
yarana bilər və s.
168
sağlamlığının əsası onun duyğu orqanlarının və düşüncələrinin
sağlamlığından asılıdır.
Belə qəbul edək ki, göz qoruyucu təbəqədən və daxili
qatdan ibarətdir. Siqnal daxili qata daxil olur və beyinə
ötürülür. Daxili hissədə siqnalların emalı prosesləri həyata
keçirilir. Belə qəbul edək ki, bütün duyğu orqanlarının daxili
və xarici təbəqələri vardır. Ümumiyyətlə, bütün orqanlar
birləşmədən ibarət olduğundan onların daxili və xarici qatları
mövcud olur. Göz bir duyğu orqanı kimi düşüncələrə çox
bağlıdır. Düşüncələr özünü gözdə də əks etdirir. Göz insanın
daxili aləmi və xarakteri haqqında dolğun məlumatlar verir.
Göz müdafiəedici bir duyğu orqanıdır.
Gözlə insan xarakterini müəyyən etmək mümkündür.
Çünki insanlar gözlərlə siqnal ötürürlər. Gözün rəngi də insan
xarakterini müəyyən edə bilər. Gözün fərqli rəngi gözlərdə
olan fərqli enerji kəmiyyətindən də yarana bilər. Fərqli rəngli
gözlər canlılarla kainat arasında fərqliliyi meydana gətirir.
Göz duyğu orqanı olduğundan, olmayan halda (itirilərkən)
başqa duyğu orqanlarına öz funksiyasını ötürə bilər. Daha
doğrusu, beyin başqa duyğu orqanlarına gözün funksiyalarını
ötürə bilər.
Diabet (şəkər) xəstəliyi haqqında
Diabet enerji itkisi xəstəliyidir. Enerji qəbulu ilə itki
arasında disbalanslı vəziyyətlərdir. Enerjini yaxşı qəbul etmək
üçün
təmiz hava, su, qida və həyat tərzi vacibdir.
Təxmin etmək olar ki, bu kimi xəstəlik orqanizmdə
hüceyrələr arasında olan əlaqələrin pozulması ilə xarakterizə
olunur. Digər xəstəliklər kimi, bu xəstəlik də hüceyrə xarakteri
xəstəliyidir. Sistem pozulur, hüceyrələr qidalanmır və enerji
sərfiyyatından çoxluğundan azalan enerji meydana gəlir.
Ehtimal etmək olar ki, diabet xəstəliyi hüceyrələrin