169
xarakterində baş verən pozğunluqdur. Hüceyrə xarakteri
nizamlı quruluşdan, hüceyrələrin müəyyən məkanda və
müstəvidə nizamlı sistemindən ibarətdir. Hüceyrələr
azğınlaşırlar və orqanizmin əvvəlki sistemindən, vərdiş
olunmuş sistemindən “küsürlər”. Əlaqələr pozulur, qapılar
bağlanır. Ölməyə hazırlaşan hüceyrələr bu kimi vəziyyətləri
yaradır. Ya da hüceyrə “eqosu” artır və imtina yaranır. Buna
görə də enerji ilə təmin oluna bilmirlər. Azğınlaşmış hüceyrələr
qan dövranı sisteminə, qanın normal kütlə ilə axmasına, qan
təzyiqinə öz təsirini göstərə bilir.
Hüceyrələrin bir qismi sistemindən yollarını azanda ümumi
immunitet sistemi belə hüceyrələrə qarşı mübariz və kəskin
olurlar. Ola bilər ki, immun sistemi həmin hüceyrələri ac
qoyur, onlara qapıları bağlayır.
Diabet böyrək funksiyaların pozulması ilə də yarana bilən
bir xəstəlik ola bilər. Böyrəklərdə soyuqlamalar, infeksiyalar
tez-tez sidik ifrazını yaradar. Bu da nəticədə bədənin
susuzlaşmasına gətirib çıxara bilər. Qanda şəkərin miqdarı da
arta bilər.
Diabet tez-tez soyuq su içməkdən də yarana bilər. Su
içmək vərdişləri bədənin minerallarının, vitaminlərinin
yuyulmasına səbəb ola bilər ki, bu da nəticədə böyrəyin sürətlə
işləməsinə səbəb ola bilər. Şəkər xəstəliyini soyuq su içmək də
yarada bilər.
Diabet zamanı əlamətlər və səbəblər:
-qan təzyiqində kəskin dəyişmələr-çünki qan enerji ilə
lazımi orqanları təmin edə bilmir. Sürət artır, azalır. Baş
ağrıları,
ürəkbulanmalar meydana gəlir;
-qan azlığı-çünki, qan üçün lazımi elementlər çatışmır. Qan
azlığı da orqanların funksiyasını dəyişir. Orqanların
parçalanmasına və ölümlə nəticələnən
vəziyyətlərə səbəb olur;
170
-mədə və həzm problemi-çünki, mədə-bağırsaq sistemində
maddələr mübadiləsi pozulur, enerji çatışmazlığı sayəsində
həzm normada getmir. Qida mədədə qalır. Bağırsaqlar
ötürücülüyünü zəiflədir. Quruma gedir;
-bədən
temperaturu
aşağı
düşür-çünki,
maddələr
mübadiləsi pozulur, normal enerji üçün lazımi minerallar,
zülallar, yağlar, karbohidratlar çatışmır. Qan dövranı zəifləyir.
Bu anda aktivlik üçün orqanizm
kənardan istilik tələb edir;
-bədən temperaturu yüksəlir-ona görə ki, mədəyə daxil
olan qidanı həzm etmək üçün enerji lazım olur. Temperatur
enerji çatışmazlığından meydana gələn mənfi halı aradan
qaldırmaq üçün qan dövranının sürətlənməsindən yaranır. Bu
anda insan sərin yer axtarır ki, bədənə əlavə passiv enerji
versin. Tez-tez su içir, sərin qida qəbul edir ki, daxili
çatışmazlıqdan yaranan aktivliyi aşağı salsın. Sərin qida
ümumən passiv enerji mənbəyidir. Sərin su daxildə orqanizmin
parçalanmalarının qarşısını alır.
Eqo və şəxsiyyət haqqında
Eqo-yunancadan “mən” deməkdir. Şəxs cəmiyyətdə
mövqeyi olan fərddir. Şəxsiyyət isə daha çox nüfuzu olan
şəxsdir, fərddir. Şəxs və şəxsiyyət fenomeni “mən” fenomeni
ilə təsdiq olunur. Çünki, “mən” fenomeni şəxsin, şəxsiyyətin
özünüdərk, özünüifadə, özünütanıtım elementidir. Şəxs və
şəxsiyyət mənəvi aləmdə “mən” lə tanınır. Məhz “mən” şəxsi
şəxsiyyətə çevirir. Şəxs və şəxsiyyət özü ilə “mən” i daşıyır.
Bu baxımdan da mən şəxsiyyət müstəvisində fərdi qoruyucu
amil rolunu oynayır. Şəxsiyyət çox məkanlarda eqodan dəyərli
istifadə zamanı yaranır. Şəxsiyyət eqoya olan hörmətdən
meydana gəlir. Eqonun bütün məkanlarda lazımi istifadəsi,
dəyər kimi tətbiqi elə özlüyündə şəxsiyyətin əsaslarını
meydana gətirir. “Mən” kriteriyası insanın mənəvi keyfiyyət