165
yaranana qədər davam edir. Xaricdən qida və hava qəbulu, xoş
mühitdə yaşamaq orqanizmin enerji təminatını meydana gətirir.
Zəifləmiş, enerjisini azaltmış orqanlar xarici mühitlə təmasda
olan zaman əlaqələr zəifləmiş olur.
Stresslər halı duyğu orqanlarının normadan artıq siqnal
qəbul etməsindən (müsbət siqnallar pozitivlik yaradır. Mənfi
hallar isə orqanizmdən enerji aparır) yaranan gərginlik
vəziyyətidir. Zəif orqanizm gərgin stresslərdə enerji itirə bilər
və bu da sonluqla nəticələnə bilər. Stresslər uyğunsuzluq və
sistemdə olan əlaqələrin problemlər yaratması vəziyyətləridir.
Stresslər depressiyalardır, sıxılmalardır. Stresslər bədənin,
orqanizmin funksional tarazlığına zərbələr vuran amillərdir.
Orqanizm vərdiş olunmuş tarazlı sistemdə fəaliyyət göstərir.
Siqnallar normadan artıq daxil olanda və ya da itəndə əvvəlki
vərdiş olunmuş tarazlı sistem öz vəziyyətini pozur. Bu anda
orqanlar arasında normal tarazlı əlaqələr itir. Stresslər siqnal
ölçülərini, axın kəmiyyətini pozur. Stresslər anında pozulmuş
vəziyyətdən həm orqanizmin daxili orqanları arasında
pozğunluq yaranır, həm də duyğu orqanlarının funksional və
orqanik pozğunluqları yarana bilir. Stresslər orqanizmin
qıcıqlarını artırır, gələn artıq informasiyaya qarşı orqanizmin
immunitetini birdən gücləndirir.
Stresslərin təsiri necə ola bilər:
Beyin və duyğu orqanlarının fəaliyyətində
-bayılma baş verə bilər, şüuru pozğunluq yarana bilər.
Mərkəzi sinir sistemi pozula bilər, çünki siqnalların axın
kütləsi arta
bilər və ya da çox azala bilər;
-korluq,
göz zəifliyi yarana bilər;
-dadbilmə və iyibilmə qabiliyyətində dəyişikliklər yarana
bilər;