İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


onun sayını sonradan gələn iki yolla (qohumlarına müraciət etməklə ya da bir ədəd



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə27/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   23   24   25   26   27   28   29   30   ...   168

onun sayını sonradan gələn iki yolla (qohumlarına müraciət etməklə ya da bir ədəd 
seçməklə) tə`yin etməlidir. Əgər on gündən artıq olsa, onun bir hissəsini o iki yoldan biri ilə 
heyz qərar verməlidir. Əgər heyzin miqdarını onun nişanələrinin vasitəsilə tə`yin edə 
bilməsə, yə`ni onun qanının hamısı bir növ nişanəyə malik olsa, yaxud heyz nişanələrinə 
malik olan qan on gündən artıq olsa, yaxud da üç gündən az olsa, gərək qohumlarından 
bə`zisinin adətini özü üçün heyz qərar versin. İstər ata tərəfi olsun, istərsə ana; istər diri 
olsun, istərsə ölü, amma iki şərtlə: 
 
1. Adət miqdarının öz heyz miqdarı ilə zidd olduğunu bilməsin, məsələn, özü cavan, səhhəti 
qüvvətli olsa və adətini özü üçün heyz qərar verdiyi qadın isə yaisə yaşına yaxın olsun ki, 
adətən onun miqdarı az olur. Bu halın əksində də bu cürdür. Bunun mə`nası və hökmü 
489-cu məsələdə gələcək. 
 
2. Adət miqdarının birinci şərtdə olduğu kimi digər qohumlarının adət miqdarı ilə fərqi 
olduğunu bilməsin; Amma fərq hesab olunmayacaq dərəcədə az olsa, eybi yoxdur. 
Həmçinin adəti-vəqtiyyəsi olan qadın əgər adət vaxtında əsla qan görməsə və bu vaxtdan 
başqa on gündən artıq olan qan görərsə, heyzin miqdarını da nişanələrindən ayırd edə 
bilməsə, eyni hökmü daşıyır. 
 
Məsələ 480: Adəti-vəqtiyyə sahibi olan qadın heyzi, öz adət vaxtından kənarda qərar verə 
bilməz. Demək, əgər onun adətinin başlama vaxtı mə`lum olsa, məsələn, hər ay birinci 
gündən qan görmüş olsa və gah beşinci gün, gah da altıncı gün pak olsa, belə ki, bir ay da 
on iki gün qan görsə və heyzin nişanələri ilə onun sayını müəyyən edə bilməsə, gərək ayın 
birinci günlərini heyz hesab etsin və onun sayında əvvəlki məsələdə deyilənə müraciət etsin. 
Əgər onun adətinin ortası və ya sonu mə`lum olarsa, on gündən artıq qan gördüyü 
təqdirdə, heyz sayını, onun ortası ilə sonu adət vaxtına müvafiq olan bir şəkildə qərar 
verməlidir. 
 
Məsələ 481: Adəti-vəqtiyyəsi olan qadın on gündən artıq qan görərsə və 479-cu məsələdə 
açıqlanan hökmə əsasən onu müəyyən edə bilməsə, üç gündən on günə qədər heyz miqdarı 
ilə uyğun gördüyü hər hansı bir miqdarı heyz qəbul etmək xüsusunda ixtiyar sahibidir. 
Amma əgər özünə münasib görürsə, yeddi günü heyz qəbul etməsi daha yaxşıdır. Əlbəttə, 
əvvəlki məsələdə deyildiyi kimi, heyz qərar verdiyi günlərinin sayının adət vaxtı ilə uyğun 
olması labüddür. 
3. Adəti-ədədiyyə sahibi olanlar 
 
Məsələ 482: Adəti-ədədiyyəsi olan qadınlar iki qismdir: 
 
1. İki ay dalbadal heyz günlərinin sayının eyni miqdarda olmasına baxmayaraq, qan görmə 
vaxtı eyni olmayan qadın. Bu qadının qan gördüyü günlər hər nə qədərdirsə, bu onun heyz 
adəti sayılır. Məsələn; birinci ay, birinci gündən beşinci günə qədər, ikinci ay isə on birinci 
gündən on beşinci günə qədər qan görürsə, onun adəti beş gün olar. 
 
2. İki ay dalbadal üç gün və ya daha çox qan görüb, bir gün və ya daha çox paklandıqdan 
sonra, yenidən qan görən, lakin birinci və ikinci ayda qangörmə vaxtı fərqli olan qadın; bu 
xüsusda əgər qan gördüyü günlərin sayı ilə arada kəsildiyi günlərin sayı, birlikdə on 
gündən artıq olmasa və qan gördüyü günlərin sayı da eyni olarsa, bütün qan gördüyü 
günlər heyz adəti olar. Arada pak olduğu günlərdə də ehtiyata əsasən, pak olan qadına 
vacib olan işləri yerinə yetirməli, haiz olan qadına haram olan işlərdən də çəkinməlidir. 
Məsələn; birinci ay ayın birinci günündən üçüncü gününə qədər qan görüb iki gün pak 
olur və yenidən üç gün qan görürsə, ikinci ay da ayın on birindən on üçünə qədər qan 
görür və iki gün pak olur və yenidən üç gün qan görürsə, onun adəti altı gündür. Amma 


bir ayda məsələn; səkkiz gün qan görür və ikinci ayda dörd gün qan görüb paklanır, sonra 
yenidən qan görür və qan gördüyü bütün günlər, arada pak olduğu günlərlə birlikdə 
səkkiz gün olarsa, bu qadın adəti-ədədiyyə sahibi deyil, hökmü sonra açıqlanacaq 
müztəribə hesab olunur. 
 
Məsələ 483: Adəti-ədədiyyəsi olan bir qadın, əgər öz adət sayından az və ya çox qan 
görürsə və müddəti on gündən artıq olmursa, bütün onları heyz qərar verməlidir. Amma 
əgər öz adətinin sayından çox qan görsə və bu müddət on gündən çox olarsa, gördüyü 
bütün qanlar eyni şəkildədirsə, qan gördüyü andan e`tibarən adət günlərinin sayını heyz, 
qalanını isə istihazə hesab etməlidir. Əgər gördüyü bütün qanlar eyni şəkildə olmasa və bir 
neçə günü heyz nişanələrini, qalanı isə istihazə nişanələrini daşıyırsa, əgər qanın heyz 
nişanəsi olan günləri adət günlərinin sayı ilə eyni ölçüdədirsə, o günləri heyz, qalanını 
istihazə hesab etməlidir. Əgər qanın heyz nişanəsi olan günləri onun adət günlərindən artıq 
olsa, yalnız adət günlərinin qədəri heyz, qalanı isə istihazədir. Əgər qanın heyz nişanəsi 
olan günləri onun adət günlərindən az olsa, o günləri, üst-üstə hesablandığı zaman adət 
günlərinin sayının miqdarında olan bir neçə günlə birlikdə heyz, qalanını isə istihazə hesab 
etməlidir. 
4. Müztəribə 
 
Məsələ 484: «Müztəribə» – yə`ni neçə ay qan görmüş, lakin nə vaxt cəhətindən, nə də sayı 
cəhətindən bir adət tapmamış qadındır. Belə bir qadın, əgər on gündən çox qan görsə və 
gördüyü bütün qanlar eyni şəkildə olarsa, yə`ni onların hamısı heyz nişanələrini, yaxud 
istihazə nişanələrini daşıyarsa, ehtiyata əsasən bu qadın öz adət vaxtından kənar qan 
görüb, nişanədən heyzi istihazədən ayırd edə bilməyən, adəti-vəqtiyyə sahibi olan qadının 
hökmünü daşıyır. Belə ki, bu qadın öz qohumlarının bə`zisinin adətini özü üçün heyz qərar 
verməlidir. Bu mümkün olmadığı təqdirdə isə, 479 və 481-ci məsələdə deyildiyi kimi, üç 
günlə on gün arasında bir neçə günü özü üçün heyz qərar verməlidir. 
 
Məsələ 485: Əgər müztəribə bir neçə günü heyz və bir neçə günü də istihazə nişanələrini 
daşıyan halda on gündən çox qan görərsə, 479-cu məsələnin əvvəlində deyilən göstərişə 
əməl etməlidir. 
5. Mübtədiə 
 
Məsələ 486: İlk dəfə qan görən qadına «mübtədiə» deyilir. Əgər bu qadın on gündən çox 
qan görsə və gördüyü bütün qanlar eyni şəkildə olsa, 479-cu məsələdə deyilən iki şərtlə 
gərək qohumlarından birinin adətini özünə heyz, qalanını isə özü üçün istihazə qərar 
versin. Əgər bu mümkün olmasa, 481-ci məsələdə izah olunan göstərişə əsasən, üç ilə on 
gün arasında olan bir neçə günü özünə heyz qərar verməlidir. 
 
Məsələ 487: Əgər mübtədiə olan bir qadın bir neçə günü heyz və digər bir neçə günü 
istihazə nişanələrini daşıyan on gündən çox qan görərsə, əgər heyz nişanələrini daşıyan qan 
üç gündən az və on gündən çox olmasa, onun hamısı heyzdir. Amma əgər heyz nişanələrini 
daşıyan qanın üzərindən on gün keçməmiş, yenidən heyz nişanələrini daşıyan bir qan 
görərsə, məsələn; beş gün qara qan və doqquz gün sarı qan və yenidən beş gün qara qan 
görərsə, müztəribədə deyildiyi kimi, birinci qanı heyz, qalan iki qanı da istihazə qərar 
verməlidir. 
 
Məsələ 488: Mübtədiə, əgər on gündən artıq qan görsə, ondan bir neçə günü heyz nişanəsi 
və digər neçə günü istihazə nişanəsi olarsa, amma heyz nişanəsi olan qan üç gündən az, 
yaxud on gündən çox olarsa, gərək 479-cu məsələdə deyilmiş göstərişə əməl etsin. 
 
6. Nasiyə 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə