İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Birinci dəfə gördüyü qanın hamısı və ya bir miqdarı heyz adət günlərində olsa və



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə26/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   22   23   24   25   26   27   28   29   ...   168

 
1. Birinci dəfə gördüyü qanın hamısı və ya bir miqdarı heyz adət günlərində olsa və 
paklandıqdan sonra gördüyü ikinci qan adət günlərində olmasa, birinci qanı bütünlüklə 
heyz və ikinci qanı istihazə hesab etməlidir. Amma əgər ikinci qanda heyz əlamətləri olsa, 
onda birinci qan görmə günləri ilə ondan sonrakı pak olduğu günlərin məcmusu on gündən 
artıq olmasa heyzdir, yerdə qalanı isə istihazədir. Məsələn, əgər üç gün qan görüb 
paklandıqdan sonra beş gün heyz əlamətlərini daşıyan qan görsə, birinci üç gün və ikinci 
qangörmənin dörd günü heyzdir. Aradakı pakolmada isə vacib ehtiyata görə qeyri-haizin 
vaciblərini yerinə yetirməli, haizə haram olan şeyləri isə tərk etməlidir. 
 
2. Birinci qanı heyz adəti günlərində olmazsa, amma ikinci qan bütünlüklə və ya bir 
miqdarı adət günlərində olarsa, bu surətdə ikinci qanın hamısını heyz, birinci qanı istihazə 
hesab etməlidir. 
 
3. Birinci və ikinci qanın bir miqdarı adət günlərində olsa, bu halda birinci qanın adət 
günlərində olan miqdarı üç gündən az olmazsa, arada pak olduğu günlər və ikinci qanın 
adət günlərilə birlikdə on gündən çox olmazsa (adət günlərində olan) hər iki qan heyzdir. 
Arada pak olduğu günlərdə isə vacib ehtiyat olaraq, həm heyzdən pak olan qadının 
görməli olduğu işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan işlərdən 
çəkinməlidir. 
 
İkinci qanın adət günlərindən sonra olan qismi isə istihazədir. Birinci qanının adət 
günlərindən əvvəl olan qisminə gəlincə, əgər ona «adətini qabaqlamışdır» – deyilirsə, o da 
heyz hökmünü daşıyır. Lakin bununla birlikdə onun heyzli olmasına hökm vermək, 2-ci 
qanın adət günlərində olan qisminin bir qədərinin və ya hamısının heyzin on gündən kənar 
düşməsinə səbəb olsa, bu təqdirdə o istihazə hökmünü daşıyır. Məsələn, qadının adəti ayın 
üçündən onuna qədər olur, amma bir ay ayın əvvəlindən altısına qədər qan görürsə və 
sonradan iki gün paklanıb, sonra yenidən on beşinə qədər qan görürsə, ayın əvvəlindən 
onuna qədər gördüyü qanlar heyz, on birindən on beşinə qədəri isə istihazədir. 
 
4. Birinci və ikinci qandan bir miqdarı adət günlərində olsa amma birinci qanın adət 
günlərindəki miqdarı üç gündən azdırsa, belə halda ilk qanın adət günlərindəki 3 günü 
heyz hesab etsin, həmçinin ikinci qandan əvvəlki üç gün, aradakı paklıqla birgə on gündən 
çox olmayan hissəsini heyz, qalanını isə istihazə qərar verməlidir. Əgər pak olduğu günlər 
yeddi gün olsa, ikinci dəfə gördüyü qanın hamısı istihazədir. 
 
Bu isə iki şərtlə mümkündür: 
 
1) «O qan adətini qabaqlamışdır» – deyiləcək miqdarda adətdən əvvəl olmalı; 
 
2) Onu heyz sayması ikinci qanın adət günlərində olan miqdarının bir qisminin, heyzin on 
günündən kənara çıxmasına yol açmamalıdır. Məsələn, qadının adəti ayın üçündən onuna 
qədərdirsə, amma o, ayın əvvəlindən dördüncü gününün sonuna qədər qan görüb iki gün 
pak olursa, sonra da ayın on beşinə qədər qan görürsə, ilk qanın hamısı və ikinci qanın 
onuncu gününün sonuna qədər olanı heyzdir. 
 
Məsələ 474: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər adət vaxtında qan görməsə və 
ondan başqa vaxtda heyz günlərinin sayında və heyzin nişanələri olan qan görsə, istər adət 
vaxtından qabaq olsun, istərsə ondan sonra olsun, gərək onu heyz qərar versin. 
 


Məsələ 475: Vəqtiyyə və ədədiyyə adətli qadın, əgər adət vaxtında üç gün, yaxud daha çox 
qan görsə və onun günlərinin sayı adət günlərinin sayından az, yaxud çox olsa və pak 
olandan sonra yenidən öz adət günlərinin sayında qan görsə, burada bir neçə surət vardır: 
 
1. O iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olmayır. Bu halda o iki qanın 
cəmi, birlikdə bir heyz sayılır. 
 
2. O iki qan arasında olan paklıq on gün və ya daha çox olur. Bu zaman o qanların hər biri 
ayrıca bir heyz sayılar. 
 
3. O iki qan arasındakı paklıq on gündən az olur, amma o iki qanın cəmi, aradakı paklıqla 
birlikdə on gündən çox olur. Bu halda birinci qan heyz, ikinci isə istihazə sayılır. 
 
Məsələ 476: Vaxt və say cəhətindən adət sahibi olan bir qadın əgər on gündən çox qan 
görsə, adət günlərində gördüyü qanda heyz nişanələri olmasa belə, o, heyzdir. Adət 
günlərindən sonra gördüyü qan isə heyzin xüsusiyyətini daşısa belə, istihazədir. Məsələn; 
heyz adəti ayın əvvəlindən yeddisinə qədər olan qadın əgər ayın əvvəlindən on ikisinə qədər 
qan görsə, onun ilk yeddi günü heyz, sonrakı beş günü isə istihazədir. 
2. Vaxt sarıdan adət sahibi olanlar 
 
Məsələ 477: Vaxt sarıdan adət sahibi olub, adətlərinin başlanğıcı müəyyən olan qadınlar iki 
qismdir: 
 
1. İki ay dalbadal müəyyən bir vaxtda heyz qanı görüb, bir neçə gün sonra təmizlənən, 
lakin hər iki ayda qan gördüyü günlərin sayı eyni olmayan qadın; məsələn, iki ay dalbadal 
ayın birində qan gördüyü halda, birinci ay yeddinci gün, ikinci ay səkkizinci gün qandan 
pak olarsa, bu qadın ayın birinci gününü, heyz adətinin ilk günü qəbul etməlidir. 
 
2. İki ay dalbadal müəyyən bir vaxtda üç gün və ya daha çox heyz qanı görüb pak olan, 
sonra ikinci dəfə qan görən və qan gördüyü bütün günlər arada pak olduğu günlərlə 
birlikdə, on gündən çox olmaması ilə birlikdə, ikinci ayın qanı birinci aydan az və ya çox 
olan qadın, məsələn; birinci ay səkkiz gün, ikinci ay doqquz gün qan görən qadın, hər iki 
ayın əvvəlindən qan görsə ayın ilk gününü heyz adətinin birinci günü hesab etməlidir. 
 
Məsələ 478: Vəqtiyyə adətli qadın, əgər öz adəti vaxtında və ya adətindən iki-üç gün qabaq 
qan görərsə, haiz qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Bu məsələnin 
geniş izahı 470-ci məsələdə zikr edilmişdir. Amma bu iki surətdən başqa, məsələn; «adətini 
qabaqlamışdır» deyilməyib, «adətindən başqa vaxtda qan görmüşdür» deyiləcək qədər 
adətindən xeyli qabaq qan görürsə və ya adətinin vaxtı keçdikdən sonra qan görürsə, 
gördüyü qan heyz nişanələrini daşıyırsa, haiz qadınlar üçün söylənən hökmlərə əsasən 
əməl etməlidir. Həmçinin heyz nişanələrini daşımadığı halda, o qanın üç gün davam 
edəcəyini bilirsə də, hökm eynidir. Amma üç gün davam edib-etməyəcəyini bilməsə, vacib-
ehtiyata əsasən, həm istihazəli qadına vacib olan əməlləri yerinə yetirməli, həm də heyzli 
qadına haram olan əməllərdən çəkinməlidir. 
 
Məsələ 479: Adəti-vəqtiyyəsi olan qadın, əgər öz adət vaxtında qan görsə və o qanın 
miqdarı on gündən çox olsa, onların bə`zisində heyz nişanəsi olub bə`zisində olmasa, heyz 
əlamətləri olan günlərin sayı on gündən çox, üç gündən az olmasa, onu heyz, qalanını 
istihazə hesab etməlidir. Əgər bir qan həmin şərtlə yenidən təkrar olsa, məsələn dörd gün 
heyz nişanələri, dörd gündə də istihazə nişanələri olan qan gəlsə, yenidən dörd gün heyzin 
nişanəsi, dörd gün də istihazə nişanəsi olan qan gəlsə, fəqət ilk qanı heyz hesab etməlidir, 
qalanı isə istihazədir, Əgər heyz əlaməti olan qan üç gündən az olsa, onu heyz hesab etməli, 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə