İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


barmaqlarını, yaxud ayağın üstünü yerə qoysa, ya dırnağın uzunluğu səbəbindən (baş



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə60/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   56   57   58   59   60   61   62   63   ...   168

barmaqlarını, yaxud ayağın üstünü yerə qoysa, ya dırnağın uzunluğu səbəbindən (baş 
barmaq) yerə çatmasa, namaz batildir. Təqsiri və ya məsələni bilmədiyinə görə, 
namazlarını bu cür qılan şəxs, gərək namazlarını ikinci dəfə qılsın. 
 
Məsələ 1050: Ayağının baş barmağından bir qədəri kəsilən şəxs, gərək onun qalanını yerə 
qoysun və əgər ondan bir şey qalmamışdırsa və ya qalmış olsa da qalan hissə çox azdırsa və 
onu heç cür yerin üstünə və ya başqa bir şeyin üstünə qoymaq mümkün deyilsə, vacib 
ehtiyata əsasən, gərək qalan barmaqları qoysun. Lakin barmağı yoxdursa, nə qədər 
ayağında yer qalıbsa, onu yerə qoysun. 
 
Məsələ 1051: Əgər qaydadan kənar səcdə etsə, məsələn, sinə və qarnını yerə yapışdırsa, 
yaxud ayaqlarını bir qədər uzatsa, bu halda «səcdə edir» deyilərsə, namazı səhihdir. Amma 
əgər «uzanıb və düzgün səcdə etmir» desələr, səcdə adlana bilməsə, onun namazı batildir. 
 
Məsələ 1052: Möhür və ya səcdə edilən başqa şeylərin səcdə etdiyi miqdarı gərək pak 
olsun. Amma əgər məsələn, möhürü, nəcis xalçanın üzərinə qoysa, ya möhürün bir tərəfi 
nəcis olsa, alnını onun pak tərəfinə qoysa, ya möhürün üstünün bir hissəsi pak, bir hissəsi 
nəcis olsa, əgər alnı nəcis etməsə eybi yoxdur. 
 
Məsələ 1053: Əgər alnında çiban, yara və ona oxşar şeylər olsa, alnını hərçənd sıxmadan 
olsa belə yerə qoya bilməsə, bu halda o çiban, məsələn, alnının bütün yerini tutmasa, gərək 
alnın sağlam yeri ilə səcdə etsin. Əgər alnın sağlam yeri ilə səcdə etmək, yeri qazıb çibanı 
deşiyə qoyaraq, alının sağlam tərəfindən səcdəyə yetəcək qədərini yerə qoymasına bağlı 
olarsa, bunu etməsi lazımdır. (Alın dedikdə nəzərdə tutulan hissə səcdə fəslinin əvvəlində 
qeyd olundu. 
 
Məsələ 1054: Əgər çiban və ya yara alnı əvvəldə qeyd olunan mə`nada tamamilə bürüsə, 
gərək vacib ehtiyata əsasən alnın qalan yeri olan iki tərəfini, ya onlardan birini bacardığı 
hər yolla yerə qoysun. Əgər bunu da edə bilməsə sifətinin bə`zi üzvləri ilə səcdə etsin və 
lazım ehtiyat odur ki, əgər bacarırsa çənə ilə səcdə etsin, bacarmırsa, alnın iki tərəfinin biri 
ilə səcdə etsin və əgər sifətlə səcdə etmək heç cür mümkün deyilsə, gərək səcdə üçün işarə 
etsin. 
 
Məsələ 1055: Bir kəs otura bilir, amma alnını yerə çatdıra bilmirsə, gərək ürfən səcdə 
adlana biləcək qədər əyilsin və möhür, ya səcdə edilməsi səhih olan başqa bir şeyi, hündür 
şeyin üstünə qoyaraq, alnını onun üzərinə qoysun. Amma gərək əllərin içi, dizlər və ayağın 
barmaqlarını adi qaydada yerə qoysun. 
 
Məsələ 1056: Əgər qeyd olunan halda möhürü və ya səcdə edilməsi səhih olan başqa bir 
şeyi, üzərinə qoymaq üçün, yüksək bir şey tapılmazsa və onun səcdə etməsi üçün, möhürü 
yüksəkdə tutan bir şəxs də tapılmazsa, gərək möhürü qaldırsın və onun üzərinə səcdə etsin. 
 
Məsələ 1057: Səcdə edə bilməyən şəxs gərək səcdə üçün əyilə bildiyi miqdara səcdə deyilə 
bilməzsə, başı ilə işarə etsin. Əgər bacarmasa, gərək gözləri ilə işarə etsin, bunu da 
bacarmasa, gərək qəlbdə səcdə niyyəti edib, lazım ehtiyata əsasən, əl və bu kimi şeylərlə 
səcdə üçün işarə etsin və vacib zikri desin. 
 
Məsələ 1058: Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa, mümkün olduğu təqdirdə 
səcdənin zikrini desə də, deməsə də, gərək ikinci dəfə alını səcdəyə çatmağa qoymasın və bu 
bir səcdə hesab olunur. Əgər başı saxlaya bilməsə, ixtiyarsız olaraq ikinci dəfə səcdə yerinə 
çatsa, o da bir səcdə hesab olunur. Amma əgər zikri deməmiş olsa müstəhəbb ehtiyat odur 
ki, onu «mütləq qürbət» qəsdilə desin və cüz olmaq qəsdi etməsin. 


 
Məsələ 1059: İnsan təqiyyə saxlaması lazım olan yerdə xalça və bu kimi şeylərin üzərinə 
səcdə edə bilər. Lazım deyildir ki, namaz üçün başqa yerə getsin və ya təqiyyə səbəbi 
aradan gedəndən sonra həmin yerdə namazı qılmaq üçün namazı tə`xirə salsın. Amma 
əgər həmin yerdə həsirə və ya üzərinə səcdə səhih olan başqa bir şeyə, təqiyyəyə xilaf 
olmamış şəkildə səcdə edə bilsə, xalçaya və onun kimi şeylərə səcdə etməməlidir. 
 
Məsələ 1060: İçi dolu döşək və bu kimi şeylərin üzərində (dayanaraq) səcdə etmək, bədən 
onun üzərində sakit olmayan surətdə batildir. 
 
Məsələ 1061: Əgər insan əlacsız olub, palçıq yerdə namaz qılsa, belə ki, bədən və ya 
paltarının bulaşması onun üçün əziyyət olmasa, gərək səcdə və təşəhhüdü adi qaydada 
əmələ gətirsin. Əgər əziyyəti olsa, ayaq üstə dayanmış halda başı ilə səcdəyə işarə etməli, 
təşəhhüdü də ayaq üstə oxumalıdır. Bu cür namaz səhih olar. 
 
Məsələ 1062: Birinci rük`ətdə və zöhr, əsr və xiftən namazlarının üçüncü rük`ətləri kimi, 
təşəhhüdü olmayan üçüncü rük`ətdə namaz qılanın ikinci səcdədən sonra azacıq hərəkətsiz 
oturub sonra qalxması vacib-ehtiyatdır. 
Üzərinə səcdə edilməsi caiz olan şeylər 
 
Məsələ 1063: Yerə və yerdə bitən şeylərə, yeyiləcək və geyiləcək şeylərdən başqa məsələn, 
ağac və ağac yarpağının üzərinə səcdə caizdir. Arpa, buğda kimi yeyilən, pambıq kimi 
geyilən, habelə yeyilməyən və geyilməyən, amma yerdən hesab olunan qızıl, gümüş və bu 
kimi şeylərə səcdə səhih deyildir. Amma əlacsız qaldıqda qır və zəft (qırın pis bir növüdür) 
kimi şeylərin üzərinə səcdə etmək, üzərində səcdə səhih olmayan digər şeylərdən daha 
üstündür. 
 
Məsələ 1064: Üzüm yarpağının üzərinə lətif (yumşaq) vaxtında və yeyilməsi adi olan 
vaxtında səcdə caiz deyildir. Bu haldan başqa ona səcdə etməyin eybi yoxdur. 
 
Məsələ 1065: Ot və saman kimi heyvanların yemi olan, yerdən bitən şeylərin üzərinə səcdə 
səhihdir. 
 
Məsələ 1066: Yeməli olmayan güllərin üzərinə səcdə səhihdir. Hətta yeməli dərmanların, 
yerdən göyərən qaynadılaraq suyu içilən, dərman kimi istifadə olunan bənövşə və mal dili 
gülünün üzərinə səcdə səhihdir. 
 
Məsələ 1067: Bə`zi məntəqələrdə yeyilməsi adət olan, bə`zi şəhərlərdə isə, yeyilən 
bitkilərdən sayılmasına baxmayaraq, yeyilməsi adət olmayan bitkilər üzərinə və həmçinin 
yetişməmiş meyvə üzərinə səcdə etmək ehtiyata əsasən caiz deyildir. 
 
Məsələ 1068: Əhəng daşı və təbaşir üzərinə səcdə etmək səhihdir. Bişmiş təbaşirə, əhəngə, 
kərpicə və palçıqdan düzəlmiş kuzəyə səcdə etməyin işkalı yoxdur. 
 
Məsələ 1069: Səcdəsi səhih olan şeylərdən, məsələn, ağac və samandan düzəldilmiş kağız 
üzərinə səcdə etmək olar. Kağız pambıq və kətandan düzəldilmiş olsa da, hökm eynidir. 
Amma əgər ipəkdən və bu kimi şeylərdən düzəldilmiş olsa, onun üzərinə səcdə caiz 
deyildir. Amma kağız dəsmala (salfetkaya) o halda səcdə etmək olar ki, üzərinə səcdə 
etməyin səhih olduğu şeylərdən düzəldilmiş olduğu mə`lum olsun. 
 
Məsələ 1070: Səcdə üçün hər şeydən yaxşı Həzrəti Seyyidüş-şühəda əleyhissəlamın 
türbətidir. Ondan sonra adi torpaq, torpaqdan sonra daş, daşdan sonra bitkidir. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə