İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Günorta və ikindi (zöhr və əsr) namazının birinci və ikinci rük`ətlərində də «Bismillahir-



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə58/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   54   55   56   57   58   59   60   61   ...   168

Günorta və ikindi (zöhr və əsr) namazının birinci və ikinci rük`ətlərində də «Bismillahir-
rəhmanir-rəhim»i ucadan, habelə müstəhəbbdir ki, və həmd və surəni açıq-aydın desin, 
Həmd və surənin sonunda vəqf etsin, yə`ni onu sonrakı ayəyə yapışdırmasın, Həmd və 
surəni oxuyan vaxtda onun mə`nasına diqqət yetirsin və əgər namazı camaatla qılırsa, 
imamın Həmdindən sonra və əgər tək qılırsa, öz Həmdindən sonra «Əlhəmdu lillahi rəbbil-
aləmin» desin və Tovhid surəsini oxuyandan sonra bir, iki və ya üç dəfə «Kəzalikəllahu 
rəbbi», yaxud üç dəfə «Kəzalikəllahu rəbbuna» desin, surəni oxuyandan sonra bir az səbr 
edib sonra rükudan əvvəlki təkbiri desin və ya qunut tutsun. 
 
Məsələ 1005: Bütün namazların birinci rük`ətində «Qədr» və ikinci rük`ətində «İxlas» 
surəsini oxumaq müstəhəbbdir. 
 
Məsələ 1006: İnsanın gündəlik namazlarının heç birində «İxlas» surəsini oxumaması 
məkruhdur. 
 
Məsələ 1007: «Tövhid» surəsini bir nəfəsə oxumaq məkruhdur. 
 
Məsələ 1008: Birinci rük`ətdə oxuduğu surəni ikinci rük`ətdə oxumaq məkruhdur. Amma 
əgər «Tövhid» surəsini hər iki rük`ətdə oxusa, məkruh deyildir. 
Rüku 
 
Məsələ 1009: Namaz qılan, hər rük`ətdə qiraətdən sonra bütün barmaqlarının ucunu o 
cümlədən baş barmağının ucunu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu 
əmələ rüku deyilir. 
 
Məsələ 1010: Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi 
yoxdur. 
 
Məsələ 1011: Əgər rükunu normal şəkildə yerinə yetirməsə, məsələn; sola və ya sağa əyilsə
ya dizlərini qabağa gətirsə, əllərini dizlərinə qoysa da, səhih deyildir. 
 
Məsələ 1012: Əyilmək, rüku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir iş məqsədilə, 
məsələn; bir həşəratı öldürmək üçün əyilərsə, onu rüku hesab edə bilməz. Belə olan 
təqdirdə, düzəlib yenidən rüku etmək üçün əyilməlidir. Bu əməl vasitəsilə rükn artıqlığı 
meydana gəlmir və namazı da batil deyildir. 
 
Məsələ 1013: Əl və ya dizləri başqalarının əl və dizlərindən fərqli olan şəxs, məsələn; qolu 
çox uzun olsa və azacıq əyildikdə dizlərinə çatarsa və ya dizləri normal insanlardakından 
daha aşağıda olsa və əllərini dizlərinə çatdırması üçün çox əyilməsi lazım gəlirsə, normal 
səviyyədə əyilməlidir. 
 
Məsələ 1014: Oturan halda rüku edən şəxsin, üzü dizlərinin müqabilinə yetişincəyə qədər 
əyilməsi lazımdır. Amma üzü səcdə yerinə yaxınlaşıncaya qədər əyilməsi daha yaxşıdır. 
 
Məsələ 1015: İxtiyar halında, rükuda hər hansı zikrin kifayət etməsinə baxmayaraq üç dəfə 
«Subhanəllah» və ya bir dəfə «Subhanə rəbbiyəl-əzimi və bihəmdih» deməsi daha yaxşıdır. 
Vacib ehtiyata görə rüku zamanı, bu miqdarı söyləmək kifayətdir. Amma əgər vaxt dar 
olsa və ya məcburiyyət qarşısında qalsa, bir dəfə «Subhanəllah» deməsi kifayətdir. 
Sübhanə rəbbiyəl-əzimi və bihəmdihi yaxşı deyə bilməyən bir kəs başqa bir zikri, məsələn 3 
dəfə subhanəllah deməlidir. 
 


Məsələ 1016: Rükunun zikri, gərək ardıcıl surətdə və ərəbcə düzgün deyilsin. 
Müstəhəbbdir ki, onu üç, beş, ya yeddi dəfə, hətta çox desin. 
 
Məsələ 1017: Rüku halında namaz qılanın bədəni gərək sakit (hərəkətsiz) olsun, o gərək öz 
bədəninə ixtiyar halında o cür hərəkət verməsin ki, sakit olan haldan xaric olsun. Hətta 
ehtiyata əsasən əgər vacib zikrə məşğul olmasa da. Əgər bu hərəkətsizliyə qəsdən riayət 
etməsə zikri aram olan halda yenidən təkararlasa belə, namaz ehtiyata əsasən batil olur. 
 
Məsələ 1018: Əgər rükunun vacib zikrini dediyi halda səhvən, ya ixtiyarsız olaraq bir 
qədər hərəkət etsə və bədəni sakit olma halından çıxsa, bədəni sakit olandan sonra, zikri 
ikinci dəfə deməsi yaxşıdır. Amma əgər azacıq hərəkət etsə və bədəni sakit olma halından 
çıxmasa, yaxud barmaqlara hərəkət versə, zərəri yoxdur. 
 
Məsələ 1019: Əgər rüku həddinə əyilməzdən və bədəni aram tutmazdan əvvəl, qəsdən 
rükunun zikrini desə, namazı batildir. Amma əgər zikri yenidən, bədənin aram olan 
halında desə, batil olmaz. Əgər səhvən olsa, onu yenidən deməsi lazım deyil. 
 
Məsələ 1020: Əgər vacib zikr qurtarmamışdan əvvəl başını qəsdən rükudan qaldırsa, 
namazı batildir və əgər səhvən başını qaldırsa, zikri yenidən deməsi lazım deyil. 
 
Məsələ 1021: Əgər zikr demək miqdarında hətta bir dəfə sübhanəllah demək qədər 
hərçənd bədəni aram olmadıqda belə, rükuda qala bilmirsə, vacib deyil amma müstəhəbb 
ehtiyat odur ki, hərçənd qalanı qalxdığı halda «mütləq qürbət» qəsdi ilə olsa belə, zikri 
desin, ya ondan əvvəl başlasın. 
 
Məsələ 1022: Əgər xəstəlik və bu kimi səbəblərə görə rükuda sakit (aram) ola bilmirsə
namazı səhihdir. Amma rüku halından çıxmamış, gərək vacib zikri keçən məsələdəki kimi 
desin. 
 
Məsələ 1023: Əgər rüku miqdarında əyilə bilməsə, gərək bir şeyə söykənsin və rüku etsin. 
Əgər söykənərkən də adi qaydada rükuya gedə bilmirsə, gərək nə qədər bacarır əyilsin ki, 
ürfün nəzərində ona rüku desinlər. Əgər bu miqdarda da əyilə bilməsə, gərək rüku üçün 
başı ilə işarə etsin. 
 
Məsələ 1024: Rüku üçün başı ilə işarə etməli olan şəxs, əgər başı ilə işarə etməyi 
bacarmasa, gərək rüku niyyəti ilə gözlərini yumsun və onun zikrini desin və rükudan 
qalxmaq niyyəti ilə gözlərini açsın. Bundan da acizdirsə, vacib ehtiyata əsasən öz qəlbində 
rüku niyyəti etsin, öz əli ilə rükuya işarə etsin onun zikrini desin. Bu halda mümkün olsa, 
vacib ehtiyata əsasən həm bunu etməlidir, həm də oturan halda rükuya işarə etməlidir. 
 
Məsələ 1025: Ayaq üstə rüku edə bilməyən şəxs, oturan yerdə rüku üçün əyilə bilirsə, gərək 
ayaq üstə namaz qılsın və rüku üçün başı ilə işarə etsin. Müstəhəbb ehtiyat odur ki, başqa 
bir namaz da qılıb rüku vaxtında otursun və bacardığı qədər rükuya əyilsin. 
 
Məsələ 1026: Əgər rüku həddinə çatdıqdan sonra qəsdən başını qaldırıb və ikinci dəfə 
rüku ölçüsündə əyilsə, namazı batildir. 
 
Məsələ 1027: Rükunun zikri qurtardıqdan sonra gərək qalxıb düz dursun və vacib ehtiyata 
görə bədəni sakit olandan sonra səcdəyə getsin. Əgər qəsdən durmamışdan əvvəl səcdəyə 
getsə, namazı batildir. Həmçinin vacib ehtiyata görə bədəni sakit olmamışdan əvvəl səcdəyə 
getsə, hökm eynidir. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə