İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 944: Əgər təkbirətul-ehramı dedikdən sonra, onu düzgün deyib-demədiyi barədə



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə55/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   51   52   53   54   55   56   57   58   ...   168

Məsələ 944: Əgər təkbirətul-ehramı dedikdən sonra, onu düzgün deyib-demədiyi barədə 
şəkk edərsə, istər bir şeyi oxumağa başlamış olsun və ya olmasın, şəkkinə e`tina 
etməməlidir. 
Qiyam (ayaq üstə durmaq) 
 
Məsələ 945: Təkbirətul-ehram deyilən vaxtdakı qiyam ilə rükuya bitişik qiyam adlanan
rükudan qabaqkı qiyam rükndür. Amma Həmd-surə oxunan vaxtdakı qiyam və rükudan 
sonrakı qiyam rükn deyildir. Əgər bir şəxs onu unudaraq yerinə yetirməsə, namazı 
səhihdir. 
 
 
Məsələ 946: Təkbirətul-ehramı qiyam halında deməsinə əmin ola bilməsi üçün bir az 
ondan qabaq və bir az da ondan sonra, ayaq üstə dayanması vacibdir. 
 
Məsələ 947: Əgər Həmd və surəni oxuduqdan sonra, unudaraq rüku etmədən oturarsa və 
rüku etmədiyini xatırlayarsa, ayağa qalxıb rükuya getməlidir. Əgər ayaq üstə durmadan, 
elə əyilən halda rüku halına qayıdarsa, rükuya bitişik qiyamı tərk etdiyinə görə, kifayət 
etməz. 
 
Məsələ 948: Təkbirətul-ehram və ya qiraət üçün ayaq üstə durarsa, yol getmək (bədənə 
hərəkət vermək) yaxud bir tərəfə əyilmək olmaz. Lazım ehtiyata əsasən ixtiyar halında 
gərək bir yerə söykənməsin. Amma əgər əlacsız olsa, eybi yoxdur. 
 
Məsələ 949: Qiyam halında olduğunu unudaraq, bir qədər yerisə ya bir tərəfə əyilsə, ya bir 
yerə söykənsə, eybi yoxdur. 
 
Məsələ 950: Qiyam halında ikən, hər iki ayağın da yerdə olması ehtiyat-vacibdir. Amma 
bədəninin ağırlığının hər iki ayağın üzərində olması lazım deyildir. Bir ayaq üzərində də 
olsa eybi yoxdur. 
 
Məsələ 951: Düzgün şəkildə ayaq üstə dura bilən şəxs, əgər ayaqlarını xeyli aralı qoysa, 
belə ki, ayaq üstə dayanmaq adlana bilməsə namazı batildir və həmçinin lazım ehtiyata 
əsasən, ayaqlarını ona «ayaq üstədir» deyiləcək şəkildə olsa belə, xeyli aralı qoymamalıdır. 
 
Məsələ 952: İnsanın, namazda vacib zikrlərdən bir şey oxuduğu zaman, bədəni hərəkətsiz 
olmalıdır. Həmçinin lazım-ehtiyata əsasən, müstəhəbb zikrlərdən bir şeyi oxumağa məşğul 
olduğu zaman da, hökm eynidir. Əgər azacıq qabağa və arxaya getmək və ya bədənini sağa 
və ya sola bir az hərəkət etdirmək istəyərsə, bir şey oxumaması lazımdır. 
 
Məsələ 953: Əgər bədənin hərəkəti vaxtı bir müstəhəbbi zikr desə, məsələn, rükuya, yaxud 
səcdəyə gedən vaxt təkbir desə, belə ki, namazda göstəriş verilən zikr qəsdi ilə deyərsə, o 
zikr səhih deyildir, amma namazı səhihdir. «Bihəvlillahi və quvvətihi əqumu və əq`ud» – u 
ayağa qalxarkən deməlidir. 
 
Məsələ 954: Həmd oxuyan vaxtı ələ və barmaqlara hərəkət verməyin eybi yoxdur. Amma 
bunları da hərəkət etdirməmək ehtiyat-müstəhəbbdir. 
 
Məsələ 955: Əgər Həmd və surəni, ya da təsbihatı oxuyarkən, özündən asılı olmayaraq, 
bədəninin sükunəti pozulacaq qədər hərəkət edərsə, bədəni sakitləşdikdən sonra, hərəkət 
halında oxumuş olduğu miqdarı təkrar oxuması müstəhəbb ehtiyatdır. 
 


Məsələ 956: Əgər namaz əsnasında durmaqdan aciz olsa, gərək otursun, əgər oturmaqdan 
da aciz olsa gərək uzansın. Amma bədəni sakitləşməyincə, gərək vacib zikrlərdən bir şey 
deməsin. 
 
Məsələ 957: İnsan, ayaq üstə namaz qılmağa imkanı olduğu təqdirdə, oturaraq namaz 
qılmamalıdır. Məsələn; ayaq üstə durduğu zaman bədəninin hərəkətini saxlaya bilməyən 
və ya bir şeyə söykənmək məcburiyyətində qalan, ya da bədənini bir az əymək 
məcburiyyətində qalan bir şəxs, hər nə qədər imkanı vardırsa, bu cür ayaq üstə durub
namazını qılmalıdır. Amma əgər heç bir şəkildə ayaq üstə dura bilmirsə, düzgün oturaraq, 
namazını qılmalıdır. 
 
Məsələ 958: İnsan oturaraq namaz qıla bildiyi zaman, uzanaraq namaz qılmamalıdır. Əgər 
düz otura bilmirsə, hər nə qədər imkanı varsa, o cür oturmalıdır. Əgər heç bir şəkildə 
otura bilmirsə, qiblə hökmlərində söyləndiyi kimi, bədəninin qabaq tərəfi üzü qibləyə 
olacaq şəkildə yanı üstə uzanmalıdır. Lazım-ehtiyata əsasən, sağ yanı üstə uzanması 
mümkün olduğu təqdirdə, sol yanı üstə uzanmamalıdır. Əgər bu da mümkün deyilsə
ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzanmalıdır. 
 
Məsələ 959: Oturduğu yerdə namaz qılan şəxs, Həmd və surədən sonra, ayaq üstə durub 
rükunu ayaq üstə yerinə yetirə bilirsə, gərək qalxıb qiyam ilə rükuya getsin və əgər edə 
bilmirsə, gərək rükunu oturduğu yerdə yerinə yetirsin. 
 
Məsələ 960: Uzandığı yerdə namaz qılan şəxs, namaz əsnasında otura bilirsə, gərək 
bacardığı miqdarda oturub qılsın və əgər dura bilirsə, bacardığı qədər ayaq üstə qılsın. 
Lakin bədəni sakit olmayınca vacibi zikrlərdən bir şey oxumasın. Amma əgər çox az 
miqdarda ayaq üstə dura bilməsini bilərsə, gərək o miqdarı rukuya müttəsil olan qiyama 
məxsus etsin. 
 
Məsələ 961: Oturduğu yerdə namaz qılan şəxs, əgər namaz əsnasında dura bilsə, gərək 
bacardığı miqdarda ayaq üstə dayandıqda qılsın, amma bədəni sakit olmayınca, vacib 
zikrdən bir şey oxumasın. Amma əgər çox az miqdarda ayaq üstə dayanacağını bilsə, gərək 
o miqdarı rukuya müttəsil olan qiyama məxsus etsin. 
 
Məsələ 962: Ayaq üstə dayana bilən şəxs, ayaq üstə dayandıqda xəstələnəcəyindən, yaxud 
zərər çəkəcəyindən qorxsa, oturduğu yerdə namaz qıla bilər. Əgər oturmaqdan da qorxsa
uzandığı yerdə namaz qıla bilər. 
 
Məsələ 963: Əgər insanın vaxtın axırında ayaq üstə namaz qıla biləcəyinə ümidi varsa, 
vaxtın əvvəlində namaz qılsa, vaxtın axırında ayaq üstə durmağa qüdrət hasil etsə, gərək 
namazı ikinci dəfə qılsın. Amma namazı ayaq üstə qıla biləcəyinə ümid etməsə, əgər vaxtın 
əvvəlində namazı qılsa və sonra ayaq üstə durmağa qüdrət tapsa, namazı yenidən qılmaq 
lazım deyil. 
 
Məsələ 964: İnsanın, ayaq üstə durduğu zaman, bədənini düz saxlaması, çiyinlərini aşağı 
salması, əllərini budlarının üzərinə qoyması, barmaqlarını birbirinə bitişdirməsi, səcdə 
yerinə baxması, bədəninin ağırlığını hər iki ayağın üzərinə bərabər şəkildə salması, xüzu və 
xüşu içərisində olması, ayaqlarını bir sırada tutması, əgər kişidirsə, ayaqlarının arasında 
üç açıq barmaqdan bir qarışa qədər ara buraxması və əgər qadındırsa, ayaqlarını bir-
birinə bitişdirməsi müstəhəbbdir. 
Qiraət 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə