İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


gərək başqa məsciddə işlədəsən. Amma əgər o biri məscidlərə də yaramasa, onu sata



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə52/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   48   49   50   51   52   53   54   55   ...   168

gərək başqa məsciddə işlədəsən. Amma əgər o biri məscidlərə də yaramasa, onu sata 
bilərlər və onun pulunu əgər mümkündürsə, həmən məscidin tə`mirində, əgər ehtiyac 
yoxdursa, başqa məscidin tə`mirində işlətsinlər. 
 
Məsələ 898: Məscid tikmək və ya uçulmaqda olan məscidi tə`mir etmək müstəhəbbdir. 
Əgər bir məscid tə`mir olunmağa qabil olmayacaq dərəcədə uçub-dağılmışsa, onu söküb 
yenidən tikə bilərlər; hətta camaatın ehtiyacı üçün sökülməmiş bir məscidi uçurub, daha 
da böyüdə bilərlər. 
 
Məsələ 899: Məscidi təmizləmək, məscidin çıraqlarını yandırmaq müstəhəbbdir. Məscidə 
getmək istəyən şəxsin xoş ətir vurması, pak və qiymətli paltarını geyməsi və başmağının 
altını nəcasət olmadığını bilmək üçün yoxlaması müstəhəbdir. Məscidə daxil olanda əvvəl 
sağ ayağını, çıxanda isə sol ayağını atması müstəhəbbdir. Həmçinin insanın hamıdan 
qabaq məscidə gəlib, hamıdan sonra məsciddən çıxması da müstəhəbbdir. 
 
Məsələ 900: Müstəhəbbdir ki, insan məscidə daxil olduqda təhiyyət və məscidə hörmət 
məqsədi ilə 2 rük`ət namaz qılsın və əgər başqa müstəhəbb, yaxud vacib namaz qılsa, 
kifayətdir. 
 
Məsələ 901: Məsciddə yatmaq (əgər insan çarəsiz olmasa), dünya söhbətləri etmək, bir 
sənətlə məşğul olmaq və nəsihətli olmayan şe`rlər oxumaq məkruhdur. Həmçinin ağızın, 
burunun və sinənin bəlğəmini məscidə tökmək məkruhdur, hətta bə`zi vaxtlarda haramdır. 
Həmçinin itmiş şeyi tələb etmək, səsi yüksəltmək məkruhdur. Amma azanı uca səslə 
deməyin maneçiliyi yoxdur. 
 
Məsələ 902: Dəlinin məscidə daxil olmasına yol vermək məkruhdur. Həmçinin, namaz 
qılanlara zəhmət verəcəyi və ya məscidi nəcis edəcəyi ehtimalı vardırsa, uşağın da məscidə 
daxil olmasına yol vermək eyni hökmü daşıyır. Bu iki haldan başqa, uşağı məscidə 
gətirməyin eybi yoxdur hətta bə`zi hallarda da uşağı məscidə aparmaq daha yaxşıdır. 
Soğan, sarımsaq və bu kimi şeyləri yeyib, ağzının qoxusu camaatı narahat edən şəxsin də 
məscidə daxil olması məkruhdur. 
AZAN VƏ İQAMƏ 
 
Məsələ 903: Kişi və qadının gündəlik vacib namazlardan qabaq azan və iqamə deməsi 
müstəhəbbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə məşru` (şər`i 
qanun) deyildir. Amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç 
dəfə «Əssəlat» demək müstəhəbbdir. 
 
Məsələ 904: Uşağın dünyaya gəldiyi birinci gün yaxud göbəyi düşməzdən əvvəl sağ 
qulağına azan və sol qulağına iqamə demək müstəhəbbdir. 
 
Məsələ 905: Azan 18 cümlədir: 
 
Dörd dəfə: Əllahu əkbər 
 
İki dəfə: Əşhədu ən la ilahə illəllah 
 
İki dəfə: Əşhədu ənnə Muhəmmədən rəsulullah 
 
İki dəfə: Həyyə ələssəlah 
 
İki dəfə: Həyyə ələl-fəlah 


 
İki dəfə: Həyyə əla xəyril-əməl 
 
İki dəfə: Əllahu əkbər 
 
İki dəfə: La ilahə illəllah 
 
İqamə isə 17 (on yeddi) cümlədir, yə`ni əvvəldə iki dəfə «Əllahu əkbər» deyilir, «La ilahə 
illəllah» azanın sonundan bir dəfə azaldılır, «Həyyə əla xəyril-əməl» dedikdən sonra isə iki 
dəfə «Qəd qamətissəlah» əlavə edilir. 
 
Məsələ 906: «Əşhədu ənnə Əliyyən vəliyyullah» azan və iqamənin hissəsi deyildir. Amma 
«Əşhədu ənnə Muhəmmədən Rə-sulullah»-dan sonra, qəsdi-qürbətlə deyilməsi yaxşıdır. 
AZAN VƏ İQAMƏNİN TƏRCÜMƏSİ 
 
رَبكَا ُللهَا 
 
Əllahu əkbər 
 
Yə`ni: Allah-təala vəsf edilə bilməkdən daha böyükdür. 
 
 ُالله  لاا َهلِا َلا نَا ُدَهشَا 
 
Əşhədu ənla ilahə illəllah 
 
Şəhadət verirəm ki, tək və bərabəri olmayan Allahdan başqa ibadətə layiq bir ilah, mə`bud 
yoxdur. 
 
الله ُلوُسَر اًدَّمَحُم َّنَا ُدَهشَا 
 
Əşhədu ənnə Muhəmmədən Rəsulullah 
 
Şəhadət verirəm ki, Muhəmməd Allahın bəndəsi və Rəsuludur. 
 
 َا  َّنَا ُدَهشَا
الله  ىِل َو اًّيِلَع َنيِنِمؤملا َريِم
 
 
Əşhədu ənnə Əliyyən Əmirul-mu`mininə Vəliyyullah 
 
Şəhadət verirəm ki, Həzrət Əli (ə) mö`minlərin əmiri və bütün xalqa Allahın tə`yin etdiyi 
vəlisi, rəhbəridir. 
 
 ِةول صلا ىَلَع َّىَح 
 
Həyyə ələssəlah 
 
Namaza tələsin! 
 
 ِحَلاَفلا ىَلَع َّىَح 
 
Həyyə ələl-fəlah 
 
Nicat yoluna tələsin! 


 
 ِلَمَعْلا  ِريَخ ىَلَع َّىَح 
 
Həyyə əla xəyril-əməl 
 
Bütün işlərin xeyirlisinə tələsin ki, bu namazdır. 
 
 ُةولَصلا ِتَماَق دَق 
 
Qəd qamətis-səlah 
 
Namaz başlanmışdır. 
 
الله  لاِا َهَلِا َلا 
 
La ilahə illəllah 
 
Tək və bərabəri olmayan Allahdan başqa ibadətə layiq bir ilah, mə`bud yoxdur. 
 
Məsələ 907: Azan və iqamənin cümlələri arasında çox ara verilməməlidir. Əgər onların 
arasında normadan çox fasilə buraxılarsa, onu yenidən təkrar etmək lazımdır. 
 
Məsələ 908: Azan və iqamə oxuyarkən, səsi boğaza salmaq əgər ğina halını alırsa, yə`ni 
azan və iqaməni oyun və əyləncə məclislərində mahnı oxuyanlar kimi oxuyarsa, haramdır. 
Amma əgər ğina olmazsa, (boğaza salmaq) məkruhdur. 
 
Məsələ 909: İki namazın ardıcıl və onların müştərək vaxtında qılındığı hər yerdə, əgər 
namaz qılan birinci namaz üçün azan oxumuşdursa, istər Zilhiccə ayının 9-cu günü olan 
ərəfə günü Ərəfatda olmasa belə, zöhrün fəzilət vaxtında qılınan və ya günorta və ikindi 
namazını Məş`ərul-haramda qılan şəxs üçün Qurban bayramı axşamının işa namazının 
fəzilət vaxtında qılınan axşam və xiftən namazları kimi o iki namazı birlikdə qılmaq yaxşı 
olsun və ya olmasın, sonrakı namazdan azan saqit olur. Əlbəttə, bu yerlərdə azanın saqit 
olması o iki namaz arasında əsla fasilə olmadığı və ya çox az fasilə olduğu təqdirdədir. 
Amma nafilə namazı və tə`qibin fasilə olmasının zərəri yoxdur. Vacib ehtiyat olaraq bu iki 
yerdə Ərəfə günündə və Məş`ərdə hərçənd məşru` olma qəsdi ilə azan oxunmamalıdır, 
hərçənd bu son iki yerdə məşru` qəsdi olmadan oxumaq ehtiyata xilafdır. 
 
Məsələ 910: Camaat namazı üçün azan və iqamə deyilmişsə, o camaatla namaz qılan şəxs 
öz namazı üçün azan və iqamə oxumamalıdır. 
 
Məsələ 911: Əgər namaz qılmaq məqsədi ilə məscidə gedərsə və camaat namazının bitmiş 
olduğunu görərsə, sıralar pozulub, camaat dağılmamışsa, öz namazı üçün azan və iqamə 
oxumaya bilər. Yə`ni onları oxumaq artıq tə`kidli müstəhəbb deyildir. Hətta azan oxumaq 
istəsə də, çox yavaşdan oxuması yaxşıdır. Ayrı bir camaat namazı təşkil etmək istəsə də, 
azan və iqamə deməməlidir. 
 
Məsələ 912: Əvvəlki məsələdə deyilən hallardan başqa, 6 şərtlə azan və iqamə saqit olur: 
 
1. Camaat namazı məsciddə olmalıdır; əgər məsciddə olmazsa, azan və iqamə saqit olmur. 
 
2. O namaz üçün azan və iqamə oxunmuş olmalıdır. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə