İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 810: Murdarın bir qismindən, ət və dəri kimi ruhu olan bir şey namaz qılanın



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə48/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   44   45   46   47   48   49   50   51   ...   168

Məsələ 810: Murdarın bir qismindən, ət və dəri kimi ruhu olan bir şey namaz qılanın 
üstündə olarsa, namazı səhihdir. 
 
Məsələ 811: Əgər əti halal murdarın tük və yunu kimi ruhu olmayan bir şey namaz qılanın 
yanında olsa, yaxud onunla hazırlanmış paltarla namaz qılsa, namazı səhihdir. 
Dördüncü şərt 
 
Məsələ 812: Namaz qılanın corab kimi övrəti təklikdə örtməyən şeylərdən başqa paltarı 
yırtıcıların üzvlərindən, hətta lazım ehtiyata görə, ümumiyyətlə əti haram olan heyvandan 
olmamalıdır. Həmçinin, bədən və libas o heyvanın sidiyinə, nəcisinə, tərinə, südünə və 
tükünə qarışmamalıdır. Amma əgər heyvanın bir tükü paltarın üzərində olsa zərəri 
yoxdur. Onlardan bir şey, misal üçün, qutuya qoyub özü ilə götürsə hökm eynidir. 
 
Məsələ 813: Əgər pişik kimi əti haram olan heyvanın ağzının, burnunun suyu, yaxud başqa 
rütubəti yaş halda namaz qılanın bədənində, ya paltarında olsa, namazı batildir. Əgər 
quru olsa və onun eyni aradan getsə, namazı səhihdir. 
 
Məsələ 814: Əgər bir şəxsin ağız suyu, təri və ya tükü namaz qılanın bədənində və ya 
libasında olarsa, eybi yoxdur. Həmçinin namaz qılanın yanında mirvari, mum və bal olarsa 
da, eyni hökmü daşıyır. 
 
Məsələ 815: Əgər bir şəxs libasının, əti halal və ya haram heyvandan hazırlandığı barədə 
şəkk edərsə, istər müsəlman ölkəsində hazırlanmış olsun, istərsə kafir ölkəsində 
hazırlanmış olsun, onunla namaz qılmaq caizdir. 
 
Məsələ 816: Sədəfin, əti haram heyvanın üzvlərindən hazırlanmış olduğu mə`lum 
olmadığından, insanın onunla namaz qılması caizdir. 
 
Məsələ 817: Namazda sincab dərisi geyinməyin eybi yoxdur. Amma müstəhəbb ehtiyat 
odur ki, sincab dərisi ilə namaz qılınmasın. 
 
Məsələ 818: Əgər əti haram heyvandan olduğunu bilmədiyi və ya unutduğu bir libasla 
namaz qılarsa, namazı səhihdir. 
Beşinci şərt 
 
Məsələ 819: Kişi üçün qızıldan toxunmuş paltar geymək haram və onunla namaz batildir. 
Amma qadın üçün namazda və başqa vaxtlarda eybi yoxdur. 
 
Məsələ 820: Sinəyə qızıl zəncir taxmaq, barmağa qızıl üzük taxmaq, qola qızıl qolbağlı saat 
bağlamaq kişiyə haram və onunla namaz qılmaq batildir. Amma qadın üçün namazda və 
qeyri vaxtlarda eybi yoxdur. 
 
Məsələ 821: Əgər bir kişi, üzük və ya libasının qızıldan olduğunu bilməsə və ya unudarsa, 
ya da qızıldan olub-olmadığı barədə şəkk edərsə, belə ki, onunla namazı qıldıqda, namaz 
səhih olar. 
Altıncı şərt: 
 
Məsələ 822: Namaz qılan kişinin təklikdə övrətini örtə bilən paltarı, gərək xalis ipəkdən 
olmasın. Namazdan digər vaxtlarda da onu geyinməsi haramdır. 
 
Məsələ 823: Əgər paltarın astarı tamamilə və ya bir hissəsi xalis ipəkdən olsa, kişi üçün onu 
geyinmək haram və onunla namaz batildir. 


 
Məsələ 824: Kişinin, xalis ipəkdən və ya başqa bir şeydən hazırlandığını bilmədiyi bir libası 
geyinməsi caizdir. Onunla namaz qılmağın da eybi yoxdur. 
 
Məsələ 825: Əgər kişinin cibində ipək dəsmal və ya ona oxşar bir şey olsa, eybi yoxdur və 
namazı batil etmir. 
 
Məsələ 826: Qadın üçün namaz və ya başqa vaxtda xalis ipək geyməyin eybi yoxdur. 
 
Məsələ 827: Çarəsizlik halında, xalis ipək və ya qızıldan hazırlanan libasın geyilməsinin 
eybi yoxdur. Həmçinin, libas geyməkdə çarəsiz qalan bir şəxsin, bundan başqa bir libası 
yoxdursa, bu libaslarla namaz qıla bilər. 
 
Məsələ 828: Əgər qəsbi ya xalis ipək və ya qızıldan toxunan paltardan başqa bir paltarı 
yoxdursa və paltar geyinməyə zərurət duymursa, gərək çılpaqlara aid göstərişə əməl etsin 
və namaz qılsın. 
 
Məsələ 829: Yırtıcı heyvandan hazırlanmış paltardan başqa bir paltarı olmayan şəxs əgər 
paltar geymək məcburiyyətindədirsə, vaxtın axırına qədər məcburiyyət öz halında qalsa, o 
paltarla namaz qıla bilər. Amma əgər paltar geymək məcburiyyətində deyilsə, çılpaqlar 
üçün söylənən tə`limat üzrə namaz qılmalıdır. Həmçinin yırtıcı olmayan, amma əti haram 
olan heyvandan hazırlanan libasdan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək 
məcburiyyətində olmazsa, lazım ehtiyata görə bir dəfə o libasla, bir dəfə çılpaqlar 
tə`limatına görə olmaqla iki namaz qılmalıdır. 
 
Məsələ 830: Namazda övrət yerini örtmək üçün bir şeyi olmayan şəxs, kirayə etməklə və ya 
satın almaqla olsa belə, bunu hazırlaması vacibdir. Amma onu hazırlamaq, əlində olan 
pula nisbətən çox pul tələb edirsə və ya pulu paltar üçün xərcləməsi onun halına zərər 
verəcəkdirsə, çılpaqlara aid olan göstərişə əsasən, namaz qıla bilər. 
 
Məsələ 831: Paltarı olmayan şəxsə başqası paltar bağışlayarsa və ya ariyəyə verərsə, əgər 
bunu qəbul etmək onun üçün çətin deyilsə, qəbul etməlidir. Hətta icarə və ya hədiyyəni 
tələb etmək onun üçün çox çətin deyilsə, libası olan şəxsdən icarə və ya hədiyyəni tələb 
etməlidir. 
 
Məsələ 832: Parçası, rəngi və ya modeli ona uyğun olmayan bir libası geymək, onun 
hörmətsizliyinə və xar olmasına səbəb olduğu təqdirdə, haramdır. Amma o libasla namaz 
qılarsa, satiri (örtüyü) təkcə o olmasa belə, namazı səhihdir. 
 
Məsələ 833: Kişinin qadın paltarı geyinməsi və qadının kişi paltarı geyinməsi, haram deyil, 
onunla namaz qılmaq da batil deyil. Amma vacib ehtiyata əsasən kişinin özünü qadın 
formasına, qadının da özünü kişi formasına salması caiz deyil. 
 
Məsələ 834: Uzanmış halda namaz qılmalı olan şəxsin yorğan ya mələfəsinin namaz qılanın 
libasının şərtlərinə malik olması lazım deyil. Amma ona «geyinmişdir» deyiləcək şəkildə, 
məsələn ona büründüyü təqdirdə onunla namaz qılmaq caiz deyildir. 
Namaz qılanın bədən və paltarının pak olmasının lazım olmadığı hallar 
 
Məsələ 835: Aşağıda izah olunacaq üç halda namaz qılanın bədən və ya paltarı nəcis olarsa, 
namazı səhihdir: 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə