İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 775: Qibləyə yəqinliyi olmayan şəxs, əgər namazdan başqa bir iş görmək istəsə



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə46/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   42   43   44   45   46   47   48   49   ...   168

Məsələ 775: Qibləyə yəqinliyi olmayan şəxs, əgər namazdan başqa bir iş görmək istəsə, 
gərək o işi üzü qibləyə əmələ gətirsin. Məsələn; bir heyvanın başını kəsmək istəsə, 
gümanına əməl etsin və əgər güman mümkün deyildirsə, hansı tərəfə əncam versə, 
səhihdir. 
NAMAZDA BƏDƏNI ÖRTMƏK 
 
Məsələ 776: Kişi namaz halında onu bir kəs görməsə də övrəteynini örtməlidir. Ən yaxşısı 
odur ki, göbəkdən dizə kimi örtsün. 
 
Məsələ 777: Qadın gərək namaz halında bədənini tamamilə, hətta başını və saçını örtsün. 
Ehtiyat vacib odur ki, bədənini özündən də örtsün. Belə ki, əgər çadraya bürünsə, amma 
özü öz bədənini görsə, işkallıdır. Amma üzünü, əllərini biləyə kimi və ayaqlarını topuğuna 
kimi örtməsi lazım deyildir. Amma vacib olan miqdarın örtüldüyünə yəqin etməsi üçün, 
gərək üzün ətrafının bir qədərini və biləkdən bir qədər aşağını da örtsün. 
 
Məsələ 778: İnsan unudulmuş səcdənin və ya unudulmuş təşəhhüdün qəzasını yerinə 
yetirirsə, gərək özünü namaz vaxtı olduğu kimi örtsün. Müstəhəbb ehtiyat odur ki, səhv 
səcdəni yerinə yetirərkən də özünü örtsün. 
 
Məsələ 779: Əgər insan qəsdən namazda övrətini örtməsə, namazı batildir, əgər məsələni 
bilməmək üzündən örtməsə, belə ki, əgər onun bilməməzliyi məsələni öyrənməkdə 
səhlənkarlığa görə olubsa, vacib ehtiyata görə gərək namazını yenidən qılsın. 
 
Məsələ 780: Əgər insan, namazda ikən övrət yerinin açıq olduğunu anlayarsa, onu 
örtməlidir. Bu namazı yenidən qılması da lazım deyil. Amma vacib ehtiyata əsasən, övrət 
yerinin açıq olduğunu bildiyi halda, namazdan bir şey yerinə yetirməməlidir. Amma əgər 
namazdan sonra, namaz halında ikən övrət yerinin açıq olduğunu anlayarsa, namazı 
səhihdir. 
 
Məsələ 781: Əgər ayaq üstə duran halda paltarı övrətini örtsə, amma başqa hallarda
məsələn, rüku və səcdə halında örtməsə, belə ki, övrəti açıq olan vaxtda bir vəsilə ilə onu 
örtsə, onun namazı səhihdir. Amma ehtiyat müstəhəbb odur ki, o paltarla namaz qılmasın. 
 
Məsələ 782: İnsan namaz üçün özünü ot-ələf və ağac yarpağı ilə örtə bilər. Amma 
müstəhəbb ehtiyat odur ki, libası olmadıqda özünü bunlarla örtsün. 
 
Məsələ 783: İnsan çarəsiz qalıb, öz övrət yerini örtməyə bir şey tapmasa, övrətinin dərisi 
bəlli olmamaq üçün ona palçıq və palçığa bənzər şey sürtərək örtə bilər. 
 
Məsələ 784: Əgər şəxsin namazda özünü örtəcək bir şeyi yoxdursa, onu tapmaqdan ümidi 
kəsilməmişsə, namazını vaxtın axırına saxlaması vacib ehtiyatdır. Bu halda əgər bir şey 
tapmazsa, vaxtın sonunda namazını vəzifəsinə uyğun olaraq qıla bilər. Amma əgər 
tapacağından ümidini kəsibsə namazını vaxtın əvvəlində vəzifəsinə uyğun qıla bilər. Əgər 
bu halda namazı vaxtın əvvəlində qılsa və ondan sonra üzrü aradan qalxsa, yenidən 
qılması lazım deyil. 
 
Məsələ 785: Namaz qılmaq istəyən şəxs əgər özünü örtmək üçün hətta ağac yarpağı, ot, 
palçıq və lığ belə tapmasa və vaxtın sonuna qədər özünü örtəcək bir şey tapacağından ümid 
kəsmiş olsa, əgər ağlı kəsən bir şəxsin onu görməyəcəyindən əmindirsə, ayaqüstə, normal 
rüku və səcdələrlə namaz qıla bilər. Amma əgər ağlı kəsən bir şəxsin onu görəcəyinə 
ehtimal verirsə, övrəti açıq olmayacaq bir şəkildə məsələn, oturan halda namaz qılması 
gərəkdir. Əgər özünü ağlı kəsən bir kəsin nəzərindən saxlamaq üçün ayaq üstə durmağa, 


rüku və səcdəni tərk etməyə məcbur olsa, yəni hər üç halda onu görəcəklərsə, oturub rüku 
və səcdəni işarə ilə yerinə yetirər. Əgər bu üç şeydən yalnız birini tərk etməyə 
məcburdursa, elə təkcə onu tərk etməlidir. Deməli əgər ayaq üstə dayana bilsə rüku və 
səcdəni işarə ilə yerinə yetirməlidir. Əgər ayaq üstə dayanmaq (ovrətin) görünməsinə səbəb 
olsa, oturub rüku və səcdəni yerinə yetirməlidir. Bu surətdə müstəhəbb ehtiyat odur ki, 
həm bu cür oturub namaz qılsın, həm də ayaq üstə rüku və səcdəni işarə ilə qılsın. Lazım 
ehtiyata görə, lüt olan şəxs namaz halında övrətini əzalarının bə`zisi ilə örtməlidir. 
Məsələn, oturduğu zaman budları ilə, ayaq üstə ikən əlləri ilə onu örtə bilər. 
Namaz qılanın paltarının şərtləri 
 
Məsələ 786: Namaz qılanın paltarının altı şərti vardır: 
 
1. Pak olsun. 
 
2. Mübah olsun; vacib ehtiyata əsasən. 
 
3. Murdarın (ölü heyvan) hissələrindən olmasın. 
 
4. Yırtıcı heyvandan olmasın, hətta vacib ehtiyata əsasən əti haram heyvandan olmasın. 
 
5-6. Əgər namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızıllı parçadan olmasın. 
 
Bunların təfsilatı gələcək məsələlərdə deyiləcəkdir. 
Birinci şərt 
 
Məsələ 787: Namaz qılanın paltarı gərək pak olsun. Əgər bir kəs ixtiyari şəkildə nəcis 
bədənlə və libasla namaz qılsa, namazı batildir. 
 
Məsələ 788: Şər`i məsələni öyrənməkdə səhlənkarlıq üzündən, nəcis bədən və libası ilə 
namazın batil olduğunu bilməyən, yaxud məsələn məninin nəcis olduğunu bilməyən şəxs, 
əgər nəcis bədən və ya libasla namaz qılarsa, vacib-ehtiyata əsasən gərək namazı yenidən 
(pak libas və bədənlə) qılsın, vaxtı keçibsə qəzasını etsin. 
 
Məsələ 789: Əgər məsələni bilmədiyinə görə nəcis bədən və ya paltarda namaz qılsa, və 
məsələni öyrənməkdə səhlənkarlıq etməmiş olsa, namazını yenidən qılması və ya qəza 
etməsi lazım deyil. 
 
Məsələ 790: Əgər bir şəxs, bədən və ya libasının nəcis olmadığına əmin olsa və namaz 
qıldıqdan sonra, nəcis olduğunu anlayarsa, namazı səhihdir. 
 
Məsələ 791: Bədən və ya paltarının nəcis olduğunu unudaraq namaz əsnasında və ya 
namazdan sonra vəziyyətini xatırlasa, əgər onun unutması öz e`tinasızlıq və 
səhlənkarlığından baş vermişsə, lazım ehtiyat olaraq o namazı yenidən qılmalıdır. Əgər 
vaxt keçmişsə, namazın qəzasını əmələ gətirməlidir. Əks təqdirdə namazı yenidən qılması 
lazım deyil. Amma əgər namaz əsnasında yadına düşsə, sonrakı məsələdə izah olunacaq 
hökmə görə əməl etməlidir. 
 
Məsələ 792: Vaxt geniş ikən namaz qılmaqda olan bir şəxs namaz əsnasında bədən və ya 
libasının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal 
verərsə, bədən və ya libasını yuyacağı, ya da libasını çıxaracağı və ya dəyişdirəcəyi təqdirdə 
namaz pozulmazsa, namazda ikən bədən və ya libasını yumalı və ya libasını dəyişdirməli, 
ya da övrət yerini örtən başqa bir şey varsa, o libasını çıxarmalıdır. Amma əgər bədən və 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə