İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


namazından qabaq qılarsa, namazı səhihdir və zöhrü qılmalıdır. Amma ikinci dörd rük`ət



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə42/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   38   39   40   41   42   43   44   45   ...   168

namazından qabaq qılarsa, namazı səhihdir və zöhrü qılmalıdır. Amma ikinci dörd rük`ət 
namazı da «mafiz-zimmə» niyyətilə qılması ehtiyat-müstəhəbbdir. 
 
Məsələ 719: Zöhr namazını qılmadan, səhvən əsr namazına məşğul olarsa və namaz 
əsnasında səhv etdiyini bilərsə, niyyəti zöhr namazına çevirməlidir. Yə`ni «indiyə qədər 
qıldığım, indi qılmaqda olduğum və bundan sonra qılacağımın hamısı zöhr namazı olsun» 
deyə, niyyət etməli və namazı tamamladıqdan sonra, əsr namazını qılmalıdır. 
Cümə namazı və onun hökmləri 
 
Məsələ 720: Cümə namazı, sübh namazı kimi iki rük`ətdir. Amma fərqi budur ki, cümə 
namazından əvvəl iki xütbə oxunur. Cümə namazı vacibi-təxyiridir. Yə`ni mükəlləf, cümə 
günü şərtlərin mövcud olduğu təqdirdə, cümə namazı və ya zöhr namazının hansı birini 
qılmaqda ixtiyar sahibidir. Əgər cümə namazını qılarsa, zöhr namazının əvəzindən kifayət 
edər. Cümə namazının vacib olmasının bir neçə şərti vardır: 
 
1. Vaxtın daxil olması; cümə namazının vaxtı, zəval vaxtının ürfi baxımdan ilk bölümü 
sayılan qismidir. Belə ki, əgər cümə namazını bu vaxtdan gecikdirərsə, artıq onun vaxtı 
sona çatmışdır və zöhr namazını qılmalıdır. 
 
2. Fərdlərin sayı, imamla birlikdə 5 nəfər olmalıdır. Əgər beş nəfər müsəlman cəm olmasa 
cümə namazı vacib olmaz. 
 
3. İmamət şərtlərinə malik olan imamın olması. Camaat namazı bölümündə gələcəyi kimi, 
imam camaat, ədalət və digər sifətlərə malik bir imam olmalıdır. Əks təqdirdə cümə 
namazı vacib olmaz. 
 
Cümə namazının səhih olmasının bir neçə şərti vardır: 
 
1. Camaatla qılınmalıdır, buna görə də fərdi qılınması səhih deyildir. Əgər mə`mum cümə 
namazının ikinci rük`ətində rükudan əvvəl imama yetişib, iqtida edərsə kifayət edər, bir 
rük`ətini də özü fürada qılmalıdır. Amma əgər ikinci rəkətin rükusunda imama qoşularsa, 
vacib ehtiyata görə bu cümə namazına kifayət edə bilməz gərək zöhr namazını qılsın. 
 
2. Namazdan qabaq iki xütbə oxunmalıdır. Birinci xütbədə Allaha həmd-səna deyilib, 
təqvaya və günahlardan qorunmağa tövsiyyə edilərək Qur`andan qısa bir surə oxunur. 
İkinci xütbədə də Allaha həmd-səna edib Rəsuli-əkrəmə (s.ə.v.v) və müsəlmanların 
imamlarına (on iki imam) salavat göndərməlidir. Müstəhəbb ehtiyat odur ki, mö`min kişi 
və qadınların da Allahdan bağışlanmalarını istəsin. Xütbələrin namazdan əvvəl oxunması 
lazımdır. Əgər xütbələrdən qabaq namaza başlayarsa, səhih deyildir. Xütbələrin zəvaldan 
əvvəl (zöhr namazından əvvəl) oxunması işkallıdır. 
 
Xütbə oxuyan imam xütbə oxuyarkən, ayaq üstə durmalıdır. Əgər oturan halda oxusa 
səhih deyildir. Həmçinin iki xütbə arasında azacıq oturaraq fasilə verməsi lazımdır. Belə 
ki, bu oturmanın qısa və müxtəsər olması gərəkdir. Xütbəni imam camaatın özü 
oxumalıdır. 
 
Allaha həmd-səna etmək və Peyğəmbəri-əkrəm (s.ə.v.v) ilə müsəlmanların imamlarına (on 
iki imama) salavat göndərmək, ehtiyata əsasən ərəb dilində olmalıdır. Amma yerdə 
qalanların ərəb dilində olması şərt deyildir. Hətta əgər namazda hazır olanların çoxu 
ərəbcə bilmirlərsə, lazım ehtiyata odur ki təqvaya də`vət etməyin hazır olanların dilində 
olması gərəkdir. 
 


3. İki cümə namazı arasında olan məsafə bir fərsəxdən az olmamalıdır. Buna əsasən də bir 
fərsəxdən az bir məsafədə ayrı bir cümə namazı da qılınarsa, belə ki, hər ikisi də eyni 
zamanda başlanarsa, hər ikisi batildir. Amma əgər biri, hətta təkcə təkbirətül-ehramı o 
birindən əvvəl demiş olsa, birincisi səhih, ikincisi isə batildir. Bununla belə, əgər cümə 
namazı qılındıqdan sonra, bir fərsəxdən az bir məsafədə ondan əvvəl və ya onunla eyni 
zamanda ayrı bir cümə namazının da qılındığı aşkar olarsa, zöhr namazını qılmaq vacib 
deyildir. Zikr olunmuş məsafə daxilində bir cümə namazının qılınması, digər bir cümə 
namazına, yalnız özünün bütün şərtlərinə malik olub, səhih olduğu təqdirdə maneəli olur. 
Əks təqdirdə mane olmaz. 
 
Məsələ 721: Şərtlərə mövcud olan bir cümə namazı qılınarsa və əgər onu qılan Məs`um 
İmam (ə.s.)-ın özü və ya onun təmsilçisi (nümayəndəsi) olsa, o cümə namazında iştirak 
etmək vacibdir. Əks təqdirdə iştirak etmək vacib deyildir. 
 
Birinci təqdirdə də bir neçə qrup adama iştirak etmək vacib deyil. 
 
1. Qadınlar. 
 
2. Qullar. 
 
3. Müsafir hətta onun vəzifəsi, namazını tamam qılması olsa belə (iqamə qəsdində olan 
müsafir kimi). 
 
4. Xəstələr, korlar və qocalar. 
 
5. Cümə namazı qılınan yerlə onların arasındakı məsafə iki fərsəxdən artıq olanlar. 
 
6. Yağış, şiddətli külək və buna oxşar maneələrlə üzləşən şəxs. 
 
Məsələ 722: Cümə namazı vacib olan bir şəxs onun yerinə zöhr namazını qılsa, namazı 
səhihdir. 
 
Cümə namazı barəsində bir neçə hökm 
 
1. Qeyd olunanlara əsasən, cümə namazı imam (ə)-ın qaib olduğu zamanda vacibi-tə`yini 
deyil; vaxtın əvvəlində də zöhr namazını qılmaq olar. 
 
2. İmamın xütbə oxumağa məşğul olduğu zaman danışmaq məkruhdur və əgər xütbəni 
eşitməyə mane olarsa, ehtiyat olaraq caiz deyildir. 
 
3. Hər iki xütbəni dinləmək vacib ehtiyata əsasəndir. Amma xütbənin mə`nasını bilməyən 
şəxslərin dinləməsi vacib deyildir. 
 
4. İmamın xütbə oxuduğu zaman hazır olmaq vacib deyildir. 
Şam və xiftən namazlarının vaxtı 
 
Məsələ 723: Əgər insan, günəşin batıb-batmamasında şəkk etsə və dağların, binaların, ya 
ağacların arasında olmasına ehtimal versə, günəşin batmasından sonra, günçıxan tərəfdə 
meydana gələn qırmızılığın, başın üzərindən günbatana doğru keçməsindən qabaq, şam 
namazı qılınmamalıdır. Əgər şəkk etməsə də vacib ehtiyata görə deyilən vaxta qədər 
gözləməlidir. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə