İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 668: Dəstəmaz və ya qüsl etməsi, namazın hamısının və ya bir qisminin vaxtından



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə39/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   35   36   37   38   39   40   41   42   ...   168

 
Məsələ 668: Dəstəmaz və ya qüsl etməsi, namazın hamısının və ya bir qisminin vaxtından 
sonra qılınmasına (qəzaya getməsinə) səbəb olacaq qədər vaxt dar olarsa, təyəmmüm 
etməlidir. 
 
Məsələ 669: Əgər namazını qəsdən, dəstəmaz və ya qüsl vaxtı qalmayacaq qədər tə`xirə 
salarsa, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir. Ancaq bu namazın 
qəzasını qılmaq ehtiyat-müstəhəbbdir. 
 
Məsələ 670: Dəstəmaz aldıqda və ya qüsl etdikdə namaz üçün vaxt qalıb-qalmayacağında 
şəkk edən şəxs, təyəmmüm etməlidir. 
 
Məsələ 671: Vaxtın darlığına görə təyəmmüm etmiş olan şəxs, namazdan sonra dəstəmaz 
almağa imkanı olduğu halda, su əlindən çıxıncaya qədər dəstəmaz almazsa, belə ki, vəzifəsi 
təyəmmüm etmək olduğu təqdirdə, əvvəlki təyəmmümünü pozmamış olsa belə, sonrakı 
namazlar üçün yenidən təyəmmüm etməlidir. 
 
Məsələ 672: Suyu olan şəxs, əgər vaxtın darlığından təyəmmümlə namaza başlasa və namaz 
əsnasında o su əlindən getsə, belə ki, vəzifəsi təyəmmümdürsə, yaxşı olmasına baxmayaraq 
sonrakı namazlar üçün ikinci dəfə təyəmmüm etməsi lazım deyil. 
 
Məsələ 673: Əgər insanın dəstəmaz almağa, qüsl etməyə, namazın iqamə və qünut kimi 
müstəhəbb işlərini görmədən namaz qılmağa vaxtı vardırsa, gərək qüsl etsin və ya 
dəstəmaz alsın və namazı müstəhəbb işlərsiz yerinə yetirsin. Hətta surəni oxuyacaq qədər 
vaxtı olmasa belə, qüsl edib və ya dəstəmaz alıb, namazını surəsiz qılmalıdır. 
ÜZƏRINƏ TƏYƏMMÜM ETMƏK SƏHIH OLAN ŞEYLƏR 
 
Məsələ 674: Torpağa, daşa, quma və kəsəyə təyəmmüm etmək səhihdir. Amma ehtiyat-
müstəhəbbdir ki, torpaq olduğu təqdirdə ayrı bir şeyə təyəmmüm etməsin və əgər torpaq 
yoxdursa, torpaq adlana biləcək çox yumşaq quma, bu da mümkün olmasa kəsəyə, o da 
mümkün olmasa quma, o da olmadığı təqdirdə, daşa təyəmmüm etsin. 
 
Məsələ 675: Gəc və əhəng daşına təyəmmüm etmək səhihdir. Həmçinin, ürfə görə yumşaq 
torpaq sayıldığı təqdirdə, xalça, paltar və bu kimi şeylərin üzərində toplanmış toz-torpağa 
təyəmmüm etmək səhihdir. Amma ixtiyar halında onun üzərinə təyəmmüm etməmək 
ehtiyat-müstəhəbbdir. Həmçinin ixtiyar halında bişirilmiş gəc, əhəng, kərpic, eləcə də əqiq 
kimi mə`dən daşına təyəmmüm etməmək müstəhəbb-ehtiyatdır. 
 
Məsələ 676: Əgər torpaq, qum, kəsək və daş tapa bilməsə, palçığa təyəmmüm edə bilər. 
Əgər palçıq da tapa bilməsə, xalqın nəzərində torpaq sayılacaq miqdarda olmayan xalça, 
libas və bu kimi şeylərin layında olan və ya üzərində toplanan toz-torpağa təyəmmüm 
etməlidir. Əgər bunların heç biri tapılmasa, namazı təyəmmümsüz qılması ehtiyat-
müstəhəbbdir. Amma bu namazın qəzasını yerinə yetirmək vacibdir. 
 
Məsələ 677: Əgər xalçanı çırpmaqla və bu kimi işlərlə torpaq hazırlaya bilsə, tozlu şeyə 
təyəmmüm batildir. Əgər palçığı qurudub onunla torpaq hazırlaya bilərsə, palçığa 
təyəmmüm etmək batildir. 
 
Məsələ 678: Suyu olmayıb, qar və ya buzu olan bir şəxs, mümkün olduğu təqdirdə, onu 
əridərək su əldə edib, onunla dəstəmaz almalı və ya qüsl etməlidir. Əgər bu mümkün 
olmasa və üzərinə təyəmmüm səhih olan bir şeyi də yoxdursa, namazını vaxt xaricində 
qəza etməlidir. Amma qar və ya buzla dəstəmaz və ya qüsl üzvlərini islatması, əlindəki 


rütubətlə başa və ayağa məsh çəkməsi, əgər bu da mümkün deyilsə, buz və ya qara 
təyəmmüm edib, namazını vaxtında qılması daha yaxşıdır. Hər iki halda qəzasını qılması 
lazımdır. 
 
Məsələ 679: Əgər torpağa və quma, təyəmmümün edilməsi batil olan bir şey qatılıbsa, o 
torpağa və quma təyəmmüm edə bilməz. Amma əgər o şey, torpağın və ya qumun 
tərkibində aradan gedəcək qədər az miqdarda olarsa, o torpağa və quma təyəmmüm 
səhihdir. 
 
Məsələ 680: Üzərinə təyəmmüm edəcəyi bir şeyi yoxdursa, mümkün olduğu təqdirdə, satın 
almaq və bu kimi yolla tə`min etməlidir. 
 
Məsələ 681: Palçıqdan olan divara təyəmmüm səhihdir. Müstəhəbb ehtiyat odur ki, quru 
yer və torpaq olan yerdə, yaş yer və torpağa təyəmmüm etməsin. 
 
Məsələ 682: Təyəmmüm edilən şey şər`ən gərək pak olsun. Vacib ehtiyata görə, ürfən də 
gərək təmiz olsun, yə`ni iyrəncliyə səbəb olan bir şeyə qarışmasın. Əgər təyəmmüm etməsi 
səhih olan pak bir şey tapılmasa, namaz ona vacib deyildir. Amma gərək (sonradan) onun 
qəzasını əmələ gətirsin. Daha yaxşı odur ki, namazı vaxtında da qılsın. Amma əgər toz-
torpaqlı xalça və bu kimi şeylərə növbə çatsa, əgər onlar nəcisdirsə, vacib ehtiyat odur ki
onunla təyəmmüm etsin, namazı qılsın, sonradan namazın qəzasını da qılsın. 
 
Məsələ 683: Əgər bir şeyin, üzərinə təyəmmüm etməyin səhih olduğuna əmin olaraq 
təyəmmüm edərsə, sonra da onunla təyəmmüm etməyin batil olduğunu başa düşərsə, o 
təyəmmümlə qılmış olduğu namazları yenidən qılmalıdır. 
 
Məsələ 684: Üzərinə təyəmmüm edilən şey qəsb edilmiş olmamalıdır. Belə ki, əgər qəsb 
edilmiş torpaq üzərinə təyəmmüm edərsə, təyəmmümü batildir. 
 
Məsələ 685: Qəsbi fəzada təyəmmüm batil deyildir. Demək əgər öz mülkündə əllərini yerə 
vursa və icazəsiz başqasının mülkünə daxil olub əllərini alnına çəksə, günah etməsinə 
baxmayaraq, onun təyəmmümü səhih olar. 
 
Məsələ 686: Qəsb edilmiş şeyin qəsb edildiyini unudaraq və ya qafil olaraq üzərinə 
təyəmmüm edərsə, səhihdir. Amma əgər bir şeyi özü qəsb edərsə və qəsb etdiyini unudaraq 
üzərinə təyəmmüm edərsə, təyəmmümünün səhih olması məhəlli-işkaldır. 
 
Məsələ 687: Bir kəs qəsb edilmiş yerdə həbs edilsə, əgər oranın suyu və torpağının hər ikisi 
də qəsbidirsə, təyəmmümlə namaz qılmalıdır. 
 
Məsələ 688: Lazım-ehtiyata əsasən üzərinə təyəmmüm etdiyi şeyin əldə qalacaq qədər tozu 
olmalı və ona əlini vurduqdan sonra, əlini, onda qalan tozun hamısı töküləcək şəkildə 
şiddətlə çırpmamalıdır. 
 
Məsələ 689: Çala yerə, yol torpağına, üzünü duz tutmamış şoran yerə təyəmmüm etmək 
məkruhdur. Əgər onun üzünü duz tutsa, batildir. 
DƏSTƏMAZ VƏ QÜSL ƏVƏZINƏ TƏYƏMMÜMÜN QAYDASI 
 
Məsələ 690: Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə üç şey vacibdir: 
 
1) Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq, ya da qoymaq. Lazım 
ehtiyata əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə