İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Qarnında diri uşaq olduğu halda dəfn edilmiş olan hamilə qadının uşağını çıxarmaq



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə37/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   33   34   35   36   37   38   39   40   ...   168

6. Qarnında diri uşaq olduğu halda dəfn edilmiş olan hamilə qadının uşağını çıxarmaq 
kimi şər`i baxımdan, qəbri açmaqdan daha əhəmiyyətli olan bir mətləb üçün, qəbri açmaq 
lazımdırsa; 
 
7. Meyyitin bədənini yırtıcı heyvanın (çıxarıb) parçalayacağından, sel aparacağından və ya 
düşmənin çıxaracağından qorxarlarsa; 
 
8. Meyyit, onu müqəddəs yerlərdən birinə aparılmasını vəsiyyət etmişdirsə, belə ki, onu 
həmin yerə aparmaq üçün heç bir maneə olmadığı halda, qəsdən və ya unudularaq həmin 
yerə aparılmadan dəfn edilərsə, hörmətsizlik olmazsa, və başqa bir maneə də olmasa, qəbri 
açıb meyyitin bədənini çıxarıb müqəddəs yerə apara bilərlər. Hətta bu halda qəbri açıb 
cənzəni aparmaq vacibdir. 
MÜSTƏHƏBB QÜSLLƏR 
 
Məsələ 634: Müqəddəs İslam şəriətində müstəhəbb olan qüsllər çoxdur. Aşağıdakıları 
misal göstərmək olar: 
 
1. Cümə qüslü: onun vaxtı sübh azanından sonra günəşin qürubuna qədərdir. Yaxşı olar 
ki, zöhrə yaxın əmələ gətirilsin. Əgər zöhrə qədər əmələ gətirilməsə, ən yaxşısı olar ki, 
qüruba qədər əda və qəza niyyəti olmadan əmələ gətirilsin. Əgər cümə günü qüsl etməsə, 
müstəhəbbdir ki, şənbə günü sübhdən qüruba qədər onun qəzasını əmələ gətirsin. Cümə 
günü su tapa bilməyəcəyini bilən şəxs, qüslünü cümə axşamı günü və ya gecəsi rəca qəsdi 
ilə yerinə yetirə bilər. Cümə qüslündə bu duanı oxumaq müstəhəbbdir: 
 
 َحُم ىَلَع ِ لَص َّمُهَّللا ُهُلوُسَر َو ُهُدبَع ًادَّمَحُم َّنَا َو ُهَل َكي ِرَشَلا ُهَدح َو الله َّلاِا َهَلِا َلا نَا ُدَهشَا
 َنِم ىِنلَعجا َو ٍدَّمَحُم ِلآ َو ٍدَّم
  َنيِباوَّتلا
 َني ِرِ هَطَتَملا َنِم ىِنلَعجا َو 
 
«Əşhədu ənla ilahə illəllah vəhdəhu la şərikələh və ənnə Muhəmmədən əbduhu və rəsuluh, 
əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlni minət-təvvabin, vəc`əlni 
minəl-mutətəhhirin». 
 
2 - 7. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü. 
 
8 - 9. Fitr və Qurban bayramı gününün qüslü. Onun vaxtı sübh azanından qüruba kimidir. 
Ən yaxşısı odur ki, bayram namazından əvvəl əmələ gətirilsin. 
 
10 - 11. Zilhəccənin 8-ci, 9-cu günləri. Daha yaxşı olar ki, 9-cu günün qüslünü zöhr vaxtı 
əmələ gətirsin. 
 
12. Bədəninin hər hansı bir yerini qüsl verilmiş meyyitin bədəninə vuran şəxsin qüslü. 
 
13. Ehram qüslü. 
 
14. Hərəmi-Məkkəyə daxil olmaq qüslü. 
 
15. Məkkəyə daxil olmaq qüslü. 
 
16. Kə`bə evinin ziyarəti qüslü. 
 
17. Kə`bəyə daxil olmaq qüslü. 
 
18. Nəhr və zibh üçün qüsl. 


 
19. Həlq üçün edilən qüsl. 
 
20. Mədineyi-Münəvvərənin hərəminə daxil olmaq qüslü. 
 
21. Mədineyi-Münəvvərəyə daxil olmaq qüslü. 
 
22. Peyğəmbər (s.ə.v.v.)-in məscidinə daxil olmaq qüslü. 
 
23. Peyğəmbər (s.ə.v.v.)-in pak qəbrinin vida qüslü. 
 
24. Düşmənlə mübahilə üçün edilən qüsl. 
 
25. Dünyaya təzə gələn uşağa verilən qüsl. 
 
26. İstixarə üçün edilən qüsl. 
 
27. İstisqa üçün edilən qüsl. 
 
Məsələ 635: Fəqihlər müstəhəbb qüsl kimi bir sıra qüsllər bəyan ediblər ki, onlardan 
bə`ziləri bunlardır: 
 
1. Ramazan ayının tamam tək gecələri və axırıncı on günlüyün tamam gecələrinin qüslü və 
23-cü gecəsinin axırındakı başqa bir qüsl. 
 
2. Zilhəccənin 24-cü gününün qüslü. 
 
3. Novruz bayramının, şə`banın 15-ci və rəbiəl-əvvəlin 9-cu və 17-ci gecələri, zil-qə`dənin 
25-ci gününün qüslü. 
 
4. Ərindən özgəsi üçün xoş ətir vuran qadının qüslü. 
 
5. Məst halda yatan şəxsin qüslü. 
 
6. Dara asılanın tamaşasına gedib onu görən şəxsin qüslü. Amma əgər təsadüfən və ya 
çarəsizlikdən gözü sataşsa, yaxud məsələn, şəhadət vermək üçün getsə, qüsl etmək 
müstəhəbb deyildir. 
 
7. Yaxından, və ya uzaqdan, mə`sumların (ə) ziyarəti üçün edilən qüsl. Amma bunun 
müstəhəbb olması sübuta yetməyib: bu qüslləri yerinə yetirmək istəyən şəxs qəsdi-rəca ilə 
əmələ gətirməlidir. 
 
Məsələ 636: Əgər insan 634-cü məsələdə zikr edilən müstəhəbb qüslləri kimi şər`ən 
müstəhəbb olması sübuta yetən bir qüslü edərsə, namaz kimi dəstəmaz vacib olan işləri 
görə bilər. Amma 435-ci məsələdə deyildiyi rəca qəsdilə edilən qüsllər dəstəmaz əvəzində 
kifayət etməz. 
 
Məsələ 637: Əgər bir şəxsə bir neçə qüsl müstəhəbb olsa, hamısının niyyəti ilə bir qüsl etsə 
kifayətdir. Amma əgər mükəlləfin gördüyü bir iş səbəbilə ona müstəhəbb olan qüsslər, 
məsələn, bədənin bir yerini qüslü verilmiş meyyitə toxunduran şəxsin qüslü kimi; bu kimi 
qüsüllərdə bir neçə müxtəlif səbəb üçün bir qüsülla kifayətlənmək məhəlli-işkaldır. 
TƏYƏMMÜM 


 
Yeddi yerdə dəstəmaz və ya qüslün yerinə təyəmmüm almaq lazımdır: 
Birincisi suyun olmamasi 
 
Məsələ 638: Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapmaq üçün 
ümidini kəsilincəyə qədər axtarmalıdır. Əgər səhrada (çöldə) yaşayırsa, hökm eynidir. 
Əgər insan çöldə səhrada səfər halında olsa, yolda və mənzil saldığı yerlərdə su 
axtarmalıdır. Əgər həmin yer dərə-təpəli olsa və ya ağacların çoxluğundan oraya getmək 
çox çətindirsə, lazım-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir oxun uçuş məsafəsi 
qədər[3] dörd tərəfə su axtarmaq üçün getməlidir. Düz yerdə isə hər tərəfə iki ox uçuşu 
ölçüsündə axtarış etməlidir. 
 
Məsələ 639: Əgər dörd tərəfin bə`zisi hamar, bə`zisi alçaq-hündür olsa, gərək hamar olan 
yerdə iki ox uçuşu ölçüsündə və hamar olmayan yerdə isə bir ox uçuşu ölçüsündə axtarış 
aparsın. 
 
Məsələ 640: Su olmadığına yəqin etdiyi yerləri axtarmaq lazım deyil. 
 
Məsələ 641: Namaz vaxtı dar olmayan və su tapmaq üçün vaxtı olan şəxsin, əgər axtarması 
lazım gələn məsafədən bir az uzaqda su olduğuna yəqini varsa və ya əmindirsə, su əldə 
etmək üçün oraya getməsi lazımdır. Amma oraya getmək camaat arasında «suyu yoxdur» 
deyilə biləcək qədər uzaqdırsa, getməsi lazım deyil. Əgər orada su olduğunu zənn edirsə, 
oraya getməsi gərək deyil. 
 
Məsələ 642: İnsanın şəxsən özünün su axtarmağa getməyi vacib deyildir. Su axtardığı və 
sözünə inandığı şəxsin də deməsinə kifayətlənə bilər. 
 
Məsələ 643: Əgər öz səfər yüklərinin içində və ya mənzildə (yə`ni, düşdüyü yerdə) və ya 
qafilədə su olduğuna ehtimal verərsə, onun olmadığından əmin oluncaya və ya suyun 
tapılmasından ümid kəsilincəyə qədər axtarış etməlidir. Amma əgər əvvəllər bir halda su 
olmayıbsa və sonradan su tapılmasına ehtimal versə, axtarış lazım deyil. 
 
Məsələ 644: Əgər namaz vaxtından əvvəl axtarış aparıb su tapmasa, namazın vaxtına kimi 
də o yerdə qalsa və ehtimal versə ki, su tapacaq, müstəhəbb ehtiyat odur ki, ikinci dəfə su 
axtarsın. 
 
Məsələ 645: Əgər namazın vaxtı daxil olandan sonra axtarış edib su tapmasa və başqa 
namazın vaxtına qədər orada qalsa, belə ki, su tapmağına ehtimal versə, ehtiyat müstəhəbb 
odur ki, təzədən su axtarmağa getsin. 
 
Məsələ 646: Əgər namaz vaxtı dar olsa, yaxud oğrudan və ya yırtıcıdan qorxsa və həmçinin 
su axtarmağın çətinliyinə görə onun kimilər adətən bu çətinliyə dözə bilməsə, axtarış 
aparması lazım deyil. 
 
Məsələ 647: Əgər namaz vaxtı daralıncaya qədər su axtarmağa getməsə, axtarış etdiyi 
halda su tapa biləcəkdisə, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir. 
 
Məsələ 648: Su tapa bilməyəcəyinə əmin olan bir şəxs, əgər su axtarmağa getməyib
təyəmmümlə namaz qılarsa və namazdan sonra, su axtardığı təqdirdə tapa biləcəyini 
bilərsə, ehtiyata əsasən dəstəmaz alıb o namazı yenidən qılmalıdır. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə