İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 649: Əgər axtarış apardıqdan sonra su tapa bilməsə, və tapacağından ümidini



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə38/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   34   35   36   37   38   39   40   41   ...   168

Məsələ 649: Əgər axtarış apardıqdan sonra su tapa bilməsə, və tapacağından ümidini 
kəsərək təyəmmümlə namaz qıldıqdan sonra, axtardığı yerdə suyun olduğunu bilərsə, 
namazı səhihdir. 
 
Məsələ 650: Namaz vaxtının dar olduğuna əmin olan bir şəxs axtarış etmədən təyəmmümlə 
namaz qılarsa, və namazdan sonra, namaz vaxtı keçməmiş axtarış üçün vaxt qaldığını 
bilərsə, vacib-ehtiyat olaraq namazını yenidən qılmalıdır. 
 
Məsələ 651: Əgər namaz vaxtından qabaq dəstəmazlı olsa və dəstəmazını pozduğu 
təqdirdə, artıq su tapa bilməsinin mümkün olmadığını yaxud dəstəmaz ala bilməməsini 
bilərsə, dəstəmazını pozmaması mümkündürsə, vacib-ehtiyat olaraq dəstəmazını 
pozmamalıdır, istər vaxt daxil olmazdan əvvəl olsun, istərsə də daxil olandan sonra. Amma 
qüsl etməsinə qadir olmayacağını bilsə belə xanımı ilə yaxınlıq edə bilər. 
 
Məsələ 652: Yalnız dəstəmaz və ya qüslə kifayət edəcək qədər suyu olan şəxs, onu tökdükdə 
su tapa bilməyəcəyini bilərsə, namaz vaxtı daxil olduqda o suyu tökməsi haramdır. Vacib-
ehtiyat olaraq namaz vaxtından qabaq da o suyu tökməməlidir. 
 
Məsələ 653: Su tapa bilməyəcəyini bilən şəxs, dəstəmazını batil edərsə, yaxud malik olduğu 
suyu dağıtsa, xilaf iş görməsinə baxmayaraq təyəmmümlə namazı səhihdir. Lakin, 
müstəhəbb ehtiyat o namazı qəza etməkdir. 
Təyəmmümün əsaslarından ikincisi-suyu əldə edə bilməmək 
 
Məsələ 654: Qocalıq və bacarıqsızlıq, oğrudan, vəhşi heyvanların qorxusundan və yaxud 
quyudan su çəkmək üçün bir vasitə olmamağından su əldə edə bilməsə, gərək təyəmmüm 
etsin. 
 
Məsələ 655: Quyudan su çəkmək üçün vedrə, ip və bu kimi şeylər lazımdırsa, satın almaq 
və ya kirayə etmək məcburiyyətində qalsa, onun qiyməti normadan bir neçə dəfə baha olsa 
belə, onları tə`min etməlidir. Habelə suyu normal qiymətinin bir neçə dəfə bahasına satmış 
olsalar da, hökm eynidir. Amma əgər suyu tə`min etmək üçün, onun vəziyyətinə zərər 
verəcək qədər pul verməlidirsə, tə`min etməsi vacib deyildir. 
 
Məsələ 656: Əgər su hazırlamaq üçün əlacsız olaraq borc etməli olarsa, gərək borc etsin. 
Amma borcunu verə bilməyəcəyini bilən, yaxud güman edən şəxsə borc etmək vacib 
deyildir. 
 
Məsələ 657: Əgər quyu qazmağın böyük əziyyəti olmasa, gərək su əldə etmək üçün quyu 
qazsın. 
 
Məsələ 658: Əgər bir şəxs minnətsiz su bağışlayırsa, gərək onu qəbul etsin. 
Təyəmmümün əsaslarından üçüncüsü suyun işlədilməsindən törənən qorxu 
 
Məsələ 659: Əgər su işlətmək insanın ölümünə səbəb olsa, yaxud su işlətmək vasitəsilə onda 
bir eyb və ya xəstəlik əmələ gələrsə, yaxud xəstəliyi uzansa, ya şiddətlənsə, ya çətinliklə 
müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini dəf edə bilsə, məsələn, 
suyu isitmək kimi, gərək bu işi etsin və dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin. 
 
Məsələ 660: Suyun ona zərər edəcəyini yəqin etməsi lazım deyildir. Əgər zərər verəcəyini 
ehtimal etsə və onun bu ehtimalı xalqın nəzərində düzgün bir ehtimal hesab edilərsə, 
təyəmmüm etməlidir. 
 


Məsələ 661: Suyun ona zərər verəcəyini yəqin və ya ehtimal etdiyinə görə təyəmmüm edən 
şəxs namazdan əvvəl suyun ona zərəri olmadığını bilərsə, təyəmmümü batildir. Əgər 
namaz qıldıqdan sonra bilərsə, namazı dəstəmaz və ya qüsl ilə yenidən qılmalıdır. Amma 
əgər zərərə yəqin və ya ehtimal halında qüsl və ya dəstəmaz dözülməsi çox çətin ruhi 
nigarançılığa səbəb olsa, bu hal istisnadır. 
 
Məsələ 662: Suyun ona zərəri olmayacağını bilən şəxs, qüsl edib və ya dəstəmaz aldıqdan 
sonra, suyun ona zərəri olduğunu bilərsə, dəstəmaz və ya qüslü batildir. 
Təyəmmümün əsaslarından dördüncüsü-məşəqqət və çətinlik 
 
Məsələ 663: Su tapmasa və ya onu dəstəmaz və ya qüsl üçün istifadə etdiyi təqdirdə, adətən 
dözülə bilməyən dərəcədə zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm edə bilər. Amma 
əgər dözərək dəstəmaz alsa, ya qüsl etsə, onun dəstəmaz və qüslü səhihdir. 
Təyəmmümün əsaslarından beşincisi-susuzluğu yatırmaq üçün suya ehtiyac 
 
Məsələ 664: Əgər susuzluğu dəf etmək üçün suya ehtiyac olarsa, təyəmmüm etməlidir. Bu 
səbəbə görə təyəmmümün caizliyi iki haldadır. 
 
1) Suyu dəstəmaz və ya qüsl üçün istifadə edərsə onun hal-hazırda və ya sonradan 
susuzluqdan ölməsinə, xəstələnməsinə və ya dözülməsi çox çətin olan bir əziyyətə səbəb 
olacağı təqdirdə; 
 
2-Özündən başqa, onunla bağlı olan kəslər üçün qorxarsa, hətta, qorunması vacib olan 
nəfsi-möhtərəmədən olmasa belə: Əgər onun məişət işləri onun üçün əhəmiyyətli olarsa, 
istər şiddətli əlaqə (bağlılıq) üzündən olsun, ya onun tələf olması şəxsə maddi zərər 
vurduğundan ya da dost və ya qonşu kimi vəziyyətinə riayət edilməsi ürfən lazım olsa. 
 
Bu iki haldan başqa, da susuzluq təyəmmümün edilməsinə əsas ola bilər, amma bu 
cəhətdən deyil, bəlkə şəxsin canının qorunmasının vacibliyi, ya ölüm, ya taqətsizliyi 
şübhəsiz özünə ağır çətinlik yaradacağına görədir. 
 
Məsələ 665: Əgər dəstəmaz və qüsl üçün sahib olduğu pak su ilə yanaşı, özü içəcəyi qədər 
nəcis suyu da olsa, pak suyu içmək üçün saxlamalı, namazı isə təyəmmümlə qılmalıdır. 
Amma onunla bağlı olan şəxslər üçün su lazımdırsa, onlar susuzluqlarını yatırmaq üçün 
nəcis su içmək məcburiyyətində qalsalar belə, pak su ilə dəstəmaz ala və qüsl edə bilərlər. 
Hətta əgər onların suyun nəcisliyindən xəbərləri olmasa və ya nəcis su içməkdən 
çəkinməzlərsə, pak suyu dəstəmaz və ya qüsl üçün istifadə etməsi gərəkdir. Həmçinin nəcis 
suyu heyvana və ya həddi-büluğa çatmamış uşağa vermək istəsə də hökm belədir. Nəcis 
suyu onlara verib, pak su ilə dəstəmaz və qüsl etməlidir. 
Təyəmmümün əsaslarından altıncısı-dəstəmaz və ya qüsl bunlardan daha mühüm və ya 
bunlarla bərqərar olan bir təkliflə zidd olarsa 
 
Məsələ 666: Əgər bədən və ya libası nəcis olan bir şəxsin az miqdarda suyu olsa və bununla 
dəstəmaz aldıqda və ya qüsl etdikdə, bədən və ya libasını yumağa su qalmayacaqsa, o su ilə 
bədən və libasını yumalı və təyəmmümlə namaz qılmalıdır. Amma əgər üzərinə təyəmmüm 
edəcəyi bir şey yoxdursa, suyu dəstəmaz və ya qüsl üçün istifadə etməli və nəcis bədən və ya 
libasla namaz qılmalıdır. 
 
Məsələ 667: İstifadə edilməsi haram olan su və ya qabdan başqa bir su və ya qab yoxdursa, 
məsələn, su və ya qabı qəsbi olsa, bunlardan başqa su və qabı olmasa, gərək qüsl və 
dəstəmaz yerinə təyəmmüm etsin. 
Təyəmmümün əsaslarından yeddincisi-vaxtın darlığı 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə