İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 709: Əgər su tapılmamasına, yaxud başqa üzrə görə təyəmmüm etsə, üzrü aradan



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə41/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   37   38   39   40   41   42   43   44   ...   168

Məsələ 709: Əgər su tapılmamasına, yaxud başqa üzrə görə təyəmmüm etsə, üzrü aradan 
gedəndən sonra təyəmmümü batil olur. 
 
Məsələ 710: Dəstəmazı batil edən şeylər dəstəmaz əvəzinə olan təyəmmümü də batil edər. 
Qüslü batil edən şeylər qüsl əvəzinə olan təyəmmümü də batil edər. 
 
Məsələ 711: Qüsl edə bilməyən şəxs, üzərinə bir neçə qüsl vacib olarsa, onların hamısının 
əvəzinə bir təyəmmüm etməsi caizdir. Amma hər birisinin əvəzinə bir təyəmmüm etməsi 
ehtiyat-müstəhəbbdir. 
 
Məsələ 712: Qüsl edə bilməyən şəxs, əgər onun üçün qüsl vacib olan əməli yerinə yetirmək 
istəsə, qüslün əvəzinə təyəmmüm etməlidir. Dəstəmaz ala bilməyən şəxs də, əgər onun üçün 
dəstəmaz vacib olan bir əməli yerinə yetirmək istəyərsə, dəstəmaz əvəzinə təyəmmüm 
etməlidir. 
 
Məsələ 713: Əgər cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq 
lazım deyildir və əgər başqa qüsllərin əvəzinə təyəmmüm etsə də, hökm eynidir
baxmayaraq ki, ehtiyat müstəhəbb odur ki, dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə
başqa bir təyəmmüm də dəstəmaz əvəzinə etsin. 
 
Məsələ 714: Əgər qüsl əvəzinə təyəmmüm etsə və sonra dəstəmazı batil edən bir iş onun 
qarşısına çıxsa, belə ki, sonrakı namazlar üçün qüsl edə bilməsə, gərək dəstəmaz alsın və 
ehtiyat müstəhəbb odur ki, təyəmmüm də etsin. Əgər dəstəmaz ala bilməsə, gərək onun 
əvəzinə təyəmmüm etsin. 
 
Məsələ 715: Vəzifəsi təyəmmüm olan şəxs, əgər bir iş üçün təyəmmüm edərsə, təyəmmümü 
və üzrü aradan getməyənə qədər, dəstəmaz və ya qüsllə etməli olan əməlləri, yerinə yetirə 
bilər. Amma əgər üzrü vaxtın darlığı imişsə, yaxud suyu olduğu halda meyyit namazı üçün 
və ya yatmaq üçün təyəmmüm edibsə, yalnız onun üçün təyəmmüm etdiyi işi yerinə yetirə 
bilər. 
 
Məsələ 716: Bir neçə yerdə, insanın təyəmmümlə qıldığı namazları yenidən qılması daha 
yaxşıdır: 
 
1) Sudan istifadə etməkdən qorxduğu halda qəsdən özünü cünub edib, təyəmmümlə namaz 
qılmışdırsa; 
 
2) Su tapa bilməyəcəyini bildiyi və ya zənn etdiyi halda, qəsdən özünü cünub edib, 
təyəmmümlə namaz qılmışdırsa; 
 
3) Vaxtın axırına qədər, qəsdən su axtarmağa getməsə və təyəmmümlə namaz qılıb, 
sonradan, axtardığı təqdirdə su tapa biləcək olduğunu başa düşərsə; 
 
4) Qəsdən namazı tə`xirə salıb, vaxtın axırında təyəmmümlə namaz qılmışdırsa; 
 
5) Su tapa bilməyəcəyini bildiyi və ya zənn etdiyi halda, mövcud olan suyunu dağıdıb, 
təyəmmümlə namaz qılmışdırsa. 
NAMAZIN HÖKMLƏRİ 
 
Namaz dinin elə əhəmiyyətli əməllərindəndir ki, əgər o, Allah dərgahında qəbul olunsa, 
şəxsin başqa əməlləri də qəbul olunar. Əgər qəbul olunmasa, insanın başqa əməlləri də 
qəbul olunmaz. Belə ki, əgər insan gecə-gündüz ərzində beş dəfə axar çayda çimərsə, onun 


bədənində çirk qalmadığı kimi, o beş vaxtda olan namaz da şəxsi günahlardan pak edir. 
Daha yaxşı olar ki, insan namazı vaxtında qılsın. Namazı yüngül və əhəmiyyətsiz sayan 
şəxs, namaz qılmayan şəxs kimidir. Peyğəmbər (s.ə.v.v.) buyurub: «O şəxs ki, namaza 
əhəmiyyət vermir və onu yüngül sayır, axirət əzabına layiqdir». Bir gün Həzrət məsciddə 
idi ki, bir kişi məscidə daxil olub namaz qılmağa məşğul oldu və namazın rüku və 
səcdələrini kamil şəkildə yerinə yetirmədi. Həzrət buyurdu: «Əgər bu kişi bu cür ki, namaz 
qılır, dünyadan köçsə, mənim dinimdən kənar bir şəxs kimi dünyadan köçmüş olar». 
 
Demək insan gərək diqqətli olub, tələsik halda namaz qılmasın və namaz halında Allahı 
yad edib vüqarla xüzu və xuşu halında olsun. Diqqətli olsun, kiminlə danışdığını bilsin və 
özünü böyük və əzəmətli Xudavəndi-aləmin qarşısında çox kiçik və həqir görsün. Əgər 
insan namaz vaxtında bu mətləbə layiqincə diqqət yetirsə, özündən xəbərsiz olar, necə ki, 
namaz halında oxu Həzrət Əlinin (ə) mübarək ayağından çıxartdılar və o Həzrət hiss 
etmədi. Habelə, gərək namaz qılan tövbə və istiğfar etsin və həsəd, təkəbbür, qeybət, 
haram yemək, içki içmək, xums və zəkat verməmək kimi namazın qəbul olunmasına mane 
olan günahlardan və ümumiyyətlə hər bir günahdan özünü saxlasın və həmçinin namazın 
savabının azalmasına səbəb olan işləri görməsin. Məsələn, yuxulu halda, bövlünü (zorla) 
saxlayan halda namaza durmasın. Namaz vaxtı göyə baxmasın. Namazın savabını artıran 
işlər görsün. Məsələn, barmağına əqiq üzük taxsın, pak-pakizə paltar geysin, başını 
darasın, dişlərini yusun və özünə ətir vursun. 
VACIB NAMAZLAR 
 
Vacib namazlar altıdır: 
 
1. Gündəlik namazlar. 
 
2. Ayət namazı. 
 
3. Meyyit namazı. 
 
4. Kə`bə evinin təvaf namazı. 
 
5. Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı. 
 
6. Əhd etmək, and içmək, nəzir demək və icarə etməklə vacib olan namazlar, cümə namazı 
da gündəlik namazlardandır. 
 
Gündəlik vacib namazlar 
 
Gündəlik vacib namazlar beşdir: zöhr və əsr namazı hər biri dörd rük`ətdir. Şam namazı 
üç rük`ətdir, xiftən namazı dörd rük`ətdir və sübh namazı iki rük`ət. 
 
Məsələ 717: Səfərdə dörd rük`ətli namazlar sonradan deyiləcəyi şərtlər daxilində iki rük`ət 
qılınır. 
Zöhr və əsr namazlarının vaxtı 
 
Məsələ 718: Zöhr və əsr namazının vaxtı zəvaldan şə`ri zöhrdən[4] günəş batana qədərdir. 
Amma əsr namazını qəsdən zöhr namazından əvvəl qılsa batildir. Amma əgər vaxtın 
bitməsinə, yalnız bir namaz qıla biləcək qədər bir müddət qaldığı zamana qədər, bir şəxs 
zöhr namazını qılmamış olarsa, artıq onun zöhr namazı qəza olmuşdur və gərək əsr 
namazını qılsın. Əgər bir şəxs, bu vaxtdan qabaq səhvən əsr namazını tamamilə, zöhr 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə