İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 741: Namaz hökmlərini bilməyən, ya onları öyrənmədən namaza səhih şəkildə



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə44/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   40   41   42   43   44   45   46   47   ...   168

 
Məsələ 741: Namaz hökmlərini bilməyən, ya onları öyrənmədən namaza səhih şəkildə 
yerinə yetirə bilməyən və ya namazdakı şəkklər və səhvlərlə bağlı hökmləri bilməyən bir 
kimsə əgər namaz qıldığı vaxt bunlardan biri ilə qarşılaşacağına və hökmü öyrənmədiyi 
üzündən vacib bir hökmü tərk edəcəyinə və ya haram işə mürtəkib olacağına ehtimal 
verirsə, bunları öyrənmək üçün namazı vaxtın əvvəlindən təxirə salınmalıdır. Amma 
namazı düzgün bir şəkildə yerinə yetirmək ümidilə namaza vaxtın əvvəlində başlarsa, bu 
halda əgər hökmünü bilmədiyi bir Məsələ ilə qarşılaşmazsa, namazı səhihdir. Əgər 
hökmünü bilmədiyi bir məsələ ortaya çıxarsa, vəzifəsi olması ümidi ilə ehtimal verdiyi iki 
tərəfdən birinə əsasən əməl edərək, namazı tamamlaması caizdir; amma namazdan sonra 
məsələni soruşmalı, əgər namazı batil imişsə, yenidən qılmalıdır. Əgər səhih imişsə, 
yenidən qılması lazım deyil. 
 
Məsələ 742: Namaz vaxtının geniş olduğu bir müddətdə, tələbkar öz tələbini (namaz qılan 
şəxsdən) istəyərsə, mümkün olduğu təqdirdə, əvvəlcə öz borcunu verməli, sonra namaz 
qılmalıdır. Həmçinin, dərhal yerinə yetirməli olan ayrı bir vacib əməllə qarşılaşarsa, 
məsələn; məscidin nəcis olduğunu görərsə, əvvəlcə məscidi pak etməli və sonra namaz 
qılmalıdır. Hər iki təqdirdə də, əgər əvvəlcə namazı qılarsa, günah etməsinə baxmayaraq, 
namazı səhihdir. 
Tərtiblə qılınması lazım olan namazlar 
 
Məsələ 743: İnsan gərək əsr namazını zöhr namazından sonra və xiftən namazını şam 
namazından sonra qılsın. Əgər bilərəkdən əsr namazını zöhrdən və yaxud xiftən namazını 
şam namazından qabaq qılsa, namazı batildir. 
 
Məsələ 744: Əgər zöhr namazı niyyəti ilə namaza başlayarsa və namaz əsnasında zöhr 
namazını qılmış olduğunu anlayarsa, niyyətini əsr namazına çevirə bilməz. Belə ki, 
namazını pozub, əsr namazını qılmalıdır. Şam və xiftən namazlarında da hökm eynidir. 
 
Məsələ 745: Əgər şəxs əsr namazında ikən zöhr namazını qılmadığını yəqin edərsə və 
niyyətini zöhr namazına çevirdikdən sonra zöhr namazını qılmış olduğunu xatırlarsa, 
niyyəti əsr namazına döndərib namazı tamamlaya bilər və əgər namazın bə`zi qismlərini 
zöhr niyyəti ilə yerinə yetirməyibsə, yaxud əgər yerinə yetiribsə də, onları əsr niyyəti ilə 
yerinə yetiribsə, namazı sona çatdıra bilər. Amma əgər o qism (zöhr niyyəti ilə yerinə 
yetirmiş olduğu qism) rük`ət olursa, namazı batildir. Həmçinin əgər rüku və ya bir 
rük`ətin iki səcdəsi olsa da, lazım ehtiyata görə namazı batildir. 
 
Məsələ 746: Əsr namazında ikən, zöhr namazını qılıb-qılmadığında şəkk edərsə, o namazı 
əsr niyyəti ilə tamamlamalı, sonra da zöhr namazını qılmalıdır. Amma əgər vaxt, çox az 
olsa və namazın tamamlamasından sonra günəş batacaqsa və bir rük`ət namaz qıla biləcək 
miqdarda belə, vaxt qalmazsa, zöhr namazını qəza etməsi lazım deyildir. 
 
Məsələ 747: Xiftən namazında ikən, şam namazını qılıb-qılmadığı barədə şəkk edərsə, 
xiftən niyyəti ilə namazı tamamlamalı, sonra da şam namazını qılmalıdır. Amma əgər vaxt, 
çox az olsa və namazın tamamlanmasından sonra gecə yarısı olacaqsa və bir rük`ət namaz 
qılacaq miqdarda belə, vaxt qalmazsa, şam namazını qəza etməsi lazım deyil. 
 
Məsələ 748: Əgər xiftən namazında, dördüncü rük`ətin rükusuna çatdıqdan sonra, şam 
namazını qılıb-qılmadığı barədə şəkk edərsə, namazını tamamlamalıdır. Əgər sonradan 
şam namazı üçün vaxt qalsa, şam namazını da qılmalıdır. 
 


Məsələ 749: Əgər insan qıldığı namazı ehtiyat üzündən ikinci dəfə qılsa və namaz 
əsnasında yadına düşsə ki, qıldığı namazdan əvvəl qılası olduğu namazı qılmamışdır, 
niyyətini o namaza döndərə bilməz. Məsələn, əgər əsr namazını ehtiyat üzündən qılan vaxt 
zöhr namazını qılmadığı yadına düşsə, niyyətini zöhr namazına çevirə bilməz. 
 
Məsələ 750: Niyyəti qəza namazından əda namazına və müstəhəbb namazından vacib 
namaza döndərmək olmaz. 
 
Məsələ 751: Əgər əda namazının vaxtı geniş olsa, insan namaz əsnasında onun boynunda 
qəza namazı olduğu yadına düşsə, niyyəti qəza namazına çevirə bilər. Amma niyyəti qəza 
namazına döndərməsi mümkün olmalıdır. Məsələn; zöhr namazını qılarkən, üçüncü 
rük`ətin rükusuna çatmamışdırsa, niyyəti sübh namazının qəzasına çevirə bilər. 
MÜSTƏHƏBB NAMAZLAR 
 
Məsələ 752: Müstəhəbb namazlar çoxdur və onlara «nafilə» deyilir. Müstəhəbb 
namazlardan gecə-gündüz nafilələrini qılmaq daha çox tövsiyə olunmuşdur. Onlar cümə 
günündən başqa günlərdə otuz dörd rük`ətdir ki, səkkiz rük`əti zöhrün nafiləsi, səkkiz 
rük`əti əsrin nafiləsi, dörd rük`əti şamın nafiləsi, iki rük`əti xiftənin nafiləsi, on bir rük`ət 
gecə nafiləsi və iki rük`ət sübhün nafiləsidir. Xiftən namazının nafiləsinin iki rük`əti vacib 
ehtiyata əsasən oturduğu yerdə qılındığına görə bir rük`ət hesab olunur. Amma cümə 
günündə zöhrlə əsrin nafiləsinin on altı rük`ətinə dörd rük`ət də artırılır. Daha yaxşısı 
odur ki, bu iyirmi rük`əti zəvaldan qabaq yerinə yetirsin. Amma onun iki rəkətini zəval 
vaxtı qılmaq yaxşıdır. 
 
Məsələ 753: Gecə nafiləsinin on bir rük`ətindən səkkiz rük`əti gecə nafiləsi niyyəti ilə, iki 
rük`əti şəf` namazı niyyəti ilə, bir rük`əti «vitr» niyyəti ilə qılınmalıdır. Gecə nafiləsinin 
kamil göstərişi dua kitablarında deyilmişdir. 
 
Məsələ 754: Nafilə namazlarını hətta ixtiyar halında belə, oturan yerdə qılmaq olar. 
Oturaq halda qıldığı iki rük`ət nafilə namazı bir rük`ət hesablamaq da lazım deyil, amma 
yaxşı olar ki, ayaq üstə qılsın. İşa namazının nafiləsini isə vacib ehtiyata görə gərək oturan 
halda qılsın. 
 
Məsələ 755: Zöhr və əsr namazlarının nafiləsi səfər zamanı qılınmamalıdır. Amma xiftənin 
nafiləsinin rəca qəsdilə qılınmasının eybi yoxdur. 
Gündəlik nafilələrin vaxtı 
 
Məsələ 756: Zöhr namazının nafiləsi zöhr namazından əvvəl qılınır. Onun vaxtı günortanın 
əvvəlindən başlayıb, onu günorta namazından əvvəl qılmağın mümkün olduğu zamana 
qədər davam edir. Ancaq əgər bir şəxs günortanın nafiləsini günortadan sonra görünməyə 
başlayan şaxisin kölgəsinin onun boyunun yeddidə ikisinə çatmasına qədər, yə`ni əgər 
şaxisin hündürlüyü yeddi qarışdırsa, kölgənin miqdarı iki qarışa çatarsa, artıq bu vaxtda 
günorta namazını nafilədən qabaq qılması daha yaxşıdır. Amma əgər nafilənin bir rəkətini 
ondan əvvəl qılıbsa, onda nafiləni fərizədən (zöhrdən) əvvəl tamamlaması daha yaxşıdır. 
 
Məsələ 757: Əsrin nafiləsi, əsr namazından qabaq qılınır. Onun vaxtı əsr namazından əvvəl 
qılma imkanı oluncaya qədər davam edər; ancaq əgər bir şəxs əsrin nafiləsini şaxisin 
kölgəsinin yeddidə dördünə yetişincəyə qədər tə`xirə salarsa, artıq əsr namazını nafilədən 
qabaq qılması daha yaxşıdır. Amma əvvəlki məsələdə deyilən hal buraya da aiddir. 
 
Məsələ 758: Şam nafiləsinin vaxtı şam namazının tamamlanmasından sonra, vaxt daxilində 
qılmaq imkanı olana qədər davam edir; lakin, bir şəxs onu günəşin batmasından sonra göy 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə