İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


üzünün qərb tərəfində görünən qırmızılığın itdiyi zamana qədər tə`xirə salsa, əvvəlcə xiftən



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə45/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   41   42   43   44   45   46   47   48   ...   168

üzünün qərb tərəfində görünən qırmızılığın itdiyi zamana qədər tə`xirə salsa, əvvəlcə xiftən 
namazını qılması daha yaxşıdır. 
 
Məsələ 759: Xiftən nafiləsinin vaxtı xiftən namazının tamamlanmasından, gecə yarısına 
qədərdir. Xiftən namazından sonra gözləmədən dərhal qılınması daha yaxşıdır. 
 
Məsələ 760: Sübh nafiləsi sübh namazından əvvəl qılınır və onun vaxtı gecə namazı 
vaxtından gecə namazı qıla biləcək qədər bir müddət keçdikdən sonra başlayıb, onu sübh 
namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Amma əgər bir 
şəxs sübhün nafiləsini şərq tərəfdə qırmızılığın görünməsinə qədər tə`xirə salsa, bu vaxtda 
sübh namazını qılması daha yaxşıdır. 
 
Məsələ 761: Məşhur nəzərə əsasən, gecə namazının əvvəl vaxtı, gecə yarısıdır. Bunun əhvət 
və daha yaxşı olmasına baxmayaraq, gecənin əvvəlindən olması, vaxtının azandan başlayıb 
sübh azanına qədər davam etməsi uzaq nəzər deyil. Amma sübh azanına yaxın qılınması 
daha yaxşıdır. 
 
Məsələ 762: Əgər sübh açılan zaman oyansa, gecə namazını, əda və qəza niyyəti etmədən 
qıla bilər. 
Ğufeylə namazı 
 
Məsələ 763: Müstəhəbb namazlardan biri də ğufeylə namazıdır ki, şam və xiftən namazları 
arasında qılınır. Onun birinci rük`ətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur: 
 
 َناَحبُس  َتنَا َّلاِا َهلِا َلا نَا ِتاَمُلُظلا ىِف ىَداَنَف ِهيَلَعَرِدقَن نَل نَا َّنَظَف اًب ِضاَغُم  َبَهَذ ذِا ِنوُّنلاَذ َو
 اَنبَجَتساَف َنيِمِلاَّظلا  َنِم  ُتنُك ِى نِا َك
 َنيِنِمؤملا ِىجنُن َكِلَاذَك َو ِ مَغلا َنِم ُهاَنيَجَن َو ُهَل 
 
Və zənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ənla ilahə 
illa əntə, subhanəkə inni kuntu minəzzaliminə fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi 
və kəzalikə nuncil-mu`minin. 
 
İkinci rük`ətdə də Həmddən sonra surə əvəzinə bu ayə oxunur: 
 
 ِع َو
 َهُمَلعَي َّلاِا ٍةَقَر َو نِم ُطُقسَت اَم َو  ِرحَبلا و ربلا ىِف اَم ُمَلعَي َو  َوُه َّلاِا اَهُمَلعَيَلا ِبيَغلا ُحتاَفَم ُهَدن
 َلا َو  ِضرَلاا ِتاَمُلُظ ىِف ٍةَّبَحَلا َو ا
 ٍنيِبُم ٍباتِك ىِف َّلاِا  ٍسِباَي َلا َو ٍبطَر 
 
Və indəhu məfatihul-ğəybi la yə`ləmuha illa huvə yə`ləmu ma fil-bərri vəl-bəhr, və ma 
təsqutu min vərəqətin illa yə`ləmuha. Və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la 
yabisin illa fi kitabin mubin. 
 
Qunutda bu dua oxunmalıdır: 
 
 َلا ىِتَّلا ِبيَغلا ِحِتاَفَمِب َكُلَأسَا ىَّنِا َّمُهَّللَا
اذَك  َو اذَك ىِب َلَعفَت نَا َو ٍدَّمَحُم ِلآ َو ٍدَّمَحُم ىَلَع َىِ لَصُت نَا  َتنَا َّلاِا اَهُمَلعَي
 
 
Əllahummə inni əs`əlukə bi məfatihil-ğəybil-ləti la yə`ləmuha illa əntə ən tusəlliyə əla 
Muhəmmədin və ali Muhəmməd və ən təf`ələ bi kəza və kəza. 
 
«Kəza və kəza» kəlmələrinin əvəzində öz hacətlərini söylər və sonra bu duanı oxuyar: 
 
 ٍدَّمَحُم ِلآ َو ٍدَّمَحُم ِ قَحِب َكُلَأساَف ىِتَجاَح ُمَلعَت ِىتَبِلَط ىَلَع ُرِداَقلاَو ىِتَمعِن ُّىِل َو  َتنَا َّمُهَّللَا
ىِلاَهَتيَضَف اَّمَل ُمَلاَسلا ُمِهيَلَع َو ِهيَلَع
 
 


Əllahummə əntə vəliyyu ni`məti vəl-qadiru əla təlibəti tə`ləmu hacəti fə əs`əlukə bihəqqi 
Muhəmmədin və ali Muhəmməd ələyhi və ələyhimus-səlam ləmma qazəytəha li. 
QİBLƏNİN HÖKMLƏRİ 
 
Məsələ 764: Məkkeyi-Müəzzəmədə olan Kə`bə evi qiblədir. Namaz ona tərəf qılınmalıdır. 
Amma uzaqda olan şəxs, əgər «qibləyə tərəf namaz qılır» deyiləcək şəkildə dayanarsa, 
kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım 
olan işlərdə də hökm eynidir. 
 
Məsələ 765: Vacib namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru 
olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da 
qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir. 
 
Məsələ 766: Oturan halda namaz qılmalı olan şəxsin sinəsi və qarnı qibləyə tərəf olmalı və 
hətta üzü də qiblədən çox dönməməlidir. 
 
Məsələ 767: Oturan halda namaz qıla bilməyən şəxs namaz halında ikən bədəninin ön 
qismi qibləyə tərəf olacaq şəkildə, böyrü üstə uzanmalıdır. Lazım-ehtiyat olaraq, sağ böyrü 
üstə uzanması mümkün olacaq təqdirdə, sol böyrü üstə uzanmamalıdır. Əgər bu ikisi də 
mümkün olmazsa, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzandığı halda 
namaz qılmalıdır. 
 
Məsələ 768: Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd gərək üzü qibləyə yerinə 
yetirilsin. Ehtiyat müstəhəbbə görə səhv səcdəsini də üzü qibləyə yerinə yetirmək gərəkdir. 
 
Məsələ 769: Müstəhəbb namazı yol gedərkən və minik halında qılmaq olar. Əgər insan bu 
iki halda müstəhəbb namazı qılsa, üzü qibləyə olması lazım (vacib) deyildir. 
 
Məsələ 770: Namaz qılmaq istəyən şəxs, qiblənin hansı tərəfə olduğuna əmin oluncaya və 
ya (iki adilin şəhadət verməsi kimi) yəqin hökmündə olan bir dəlil əldə edincəyə qədər 
qibləni tə`yin etmək üçün çalışmalıdır. Əks təqdirdə, müsəlmanların məscidlərinin 
mehrablarından, mö`minlərin məzarlarından və ya buna bənzər digər yollardan əldə 
edilən zənnə görə əməl etməlidir. Hətta elmi qaydalara əsasən qibləni tanıyan bir kafir və 
ya fasiqin sözündən qibləni tanımaq güman edilərsə də, kifayətdir. 
 
Məsələ 771: Qiblənin hansı istiqamətdə olmasına gümanı olan bir şəxs daha güclü güman 
tapa bilərsə, öz gümanına əməl etməməlidir. Məsələn, əgər qonaq, ev sahibinin dediyinə 
əsasən qibləyə güman tapsa, amma başqa yolla daha bir güclü güman əldə edə bilsə, onun 
sözünə əməl etməməlidir. 
 
Məsələ 772: Əgər qibləni tapması üçün bir vəsilə yoxdursa, yaxud çalışmaqla bir gümana 
gələ bilmirsə, bir tərəfə namaz qılsa kifayətdir. Amma vaxt geniş olduğu təqdirdə, dörd 
tərəfə namaz qılması ehtiyat müstəhəbbdir. 
 
Məsələ 773: Əgər qiblənin iki tərəfdən biri olduğunu yəqin və ya zənn edərsə, hər iki tərəfə 
də namaz qılmalıdır. 
 
Məsələ 774: Bir neçə tərəfə namaz qılmaq istəyən şəxs, əgər zöhr və əsr namazı kimi, biri 
digərindən sonra qılınmalı olan iki namaz qılmaq istəyərsə, birinci namazı neçə tərəfə 
qılacaqsa, qılmalı və daha sonra ikinci namaza başlaması ehtiyat-müstəhəbbdir. 
 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə