İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə53/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   49   50   51   52   53   54   55   56   ...   168

3. Camaat namazı batil olmamalıdır. 
 
4. Onun qılmaq istədiyi namazla camaat namazı bir məkanda olmalıdır; belə ki, əgər 
camaat namazı məscidin içərisində olsa və o, məscidin damında namaz qılmaq istəsə, azan 
və iqamə oxuması müstəhəbbdir. 
 
5. Camaat namazı əda olmalıdır; amma o münfərid qılırsa onun namazının da əda olması 
şərt deyildir. 
 
6. Onun namazı ilə camaat namazının vaxtı müştərək olmalıdır; məsələn, hər ikisi ya 
günorta və ya ikindi namazı qılmalı və ya camaatla qılınan namaz günorta və onun namazı 
ikindi və yaxud onun namazı zöhr və camaatla qılınan namaz ikindi olmalıdır. Amma əgər 
camaat namazı son vaxtında qılınan ikindi namazı olsa, o isə ondan sonra axşam namazını 
əda olaraq qılmaq istəyirsə, azan və iqamə saqit olmaz. 
 
Məsələ 913: Əgər əvvəlki məsələdə söylənən şərtlərdən üçüncüsündə şəkk edərsə, yə`ni 
camaat namazının səhih olub-olmadığına şəkk edərsə, azan və iqamə ondan saqitdir. 
Amma yerdə qalan beş şərtin birində şəkk edərsə, yaxşı olar ki, azan və iqaməni desin. 
Amma əgər şəkki camaatda olarsa, rəca (qəbul olma) ümidi ilə oxumalıdır. 
 
Məsələ 914: Başqasının e`lan məqsədilə və ya camaat namazı üçün oxuduğu azanı eşidən 
şəxsin, eşitdiyi hər qismi səssiz olaraq təkrar etməsi müstəhəbbdir. 
 
Məsələ 915: Başqasının azan və iqaməsini eşitmiş olan şəxs, istər onunla birlikdə söyləmiş 
olsun və ya olmasın, o azan və iqamə ilə qılmaq istədiyi namaz arasında çoxlu fasilə 
olmamışsa, eşitməyin əvvəlindən namaz qılmaq qəsdi olmuşsa, onun öz azan və iqaməsinə 
kifayət edə bilər. Amma bu hökm, yalnız imamın eşitmiş olduğu, yaxud təkcə mə`mumun 
eşitmiş olduğu camaat barəsində işkallıdır. 
 
Məsələ 916: Kişi qadının azanını ləzzət qəsdi ilə dinlərsə, ondan azan saqit olmaz, hətta 
qadının azanını eşitməklə ondan azanın saqit olması mütləq şəkildə işkallıdır. 
 
Məsələ 917: Camaat namazının azan və iqaməsini kişi oxumalıdır; amma qadınların 
camaat namazında qadın da azan və iqamə oxuyarsa, kifayətdir. Kişiləri qadınlara 
məhrəm olan camaat namazında qadının azan və iqaməsi ilə kifayətlənmək məhəlli 
işkaldır. 
 
Məsələ 918: İqamə azandan sonra oxunmalıdır. Həmçinin, iqaməni ayaq üstə və hədəsdən 
pak olaraq (dəstəmaz, qüsl və ya təyəmmümlü olaraq) oxunması şərtdir. 
 
Məsələ 919: Əgər azan və iqamənin kəlmələrini ardıcıl söyləməzsə, məsələn, «həyyə ələl-
fəlah»ı, «həyyə ələs-səlah»-dan əvvəl söyləyərsə, sıranın pozulduğu yerdən təkrar 
oxumalıdır. 
 
Məsələ 920: Azan və iqamə arasında fasilə buraxmamalıdır; Əgər azanla iqamə arasında, 
oxunan azanın bu iqaməyə aid sayılmayacağı qədər fasilə versə, azanı batildir. Həmçinin 
əgər azan və iqamə ilə namaz arasında, oxunan azan və iqamənin o namaza aid 
sayılmayacağı qədər fasilə versə, o azan və iqamə batildir. 
 
Məsələ 921: Azan və iqamə ərəbcə səhih oxunmalıdır; belə ki, əgər ərəbcə səhv oxusa və ya 
bir hərfin yerinə ayrı bir hərf söyləyərsə, ya da onun başqa dildə, məsələn türkcə 
tərcüməsini söyləyirsə, səhih deyildir. 


 
Məsələ 922: Azan və iqamə namaz vaxtı daxil olandan sonra oxunmalıdır; əgər qəsdən və 
ya unudaraq vaxtından əvvəl oxuyarsa, batildir. Lakin, 732-ci məsələdə izah olunduğu 
kimi, əgər namaz əsnasında vaxt daxil olduğu təqdirdə, o namazın səhih olduğuna hökm 
edilirsə, ondan əvvəl oxunan azan və iqamə də səhihdir. 
 
Məsələ 923: İqaməyə başlamamışdan əvvəl azan oxuyub-oxumadığında şəkk etsə, azan 
oxumalıdır. Amma iqaməyə başladıqdan sonra azan oxuyub-oxumadığında şəkk edərsə, 
azan oxuması lazım deyildir. 
 
Məsələ 924: Azan və iqamə oxuyarkən, bir hissəni oxumağa başlamamışdan, ondan əvvəlki 
cümləni oxuyub-oxumadığında şəkk edərsə, şəkk etdiyi cümləni oxumalıdır. Amma azan və 
iqamənin bir hissəsini oxuyarkən, ondan əvvəlki cümləni oxuyub-oxumadığında şəkk 
edərsə, onu oxuması lazım deyil. 
 
Məsələ 925: İnsanın azan oxuyarkən üzü qibləyə olması, dəstəmazlı və ya qüsllü olması, 
əllərini qulaqlarına qoyması, səsini yüksəldib uzatması, azanın cümlələri arasında bir az 
fasilə verməsi və onların arasında danışmaması müstəhəbbdir. 
 
Məsələ 926: İqamə oxuyarkən insanın bədəninin hərəkətsiz (aram) olması, onu azandan bir 
az asta oxuması və cümlələrini bir-birinə yapışdırmaması müstəhəbbdir. Ancaq iqamənin 
cümlələri arasında, azanın cümlələri arasında buraxdığı fasilə qədər, fasilə verməməlidir. 
 
Məsələ 927: Azan və iqamə arasında bir addım atmaq, bir az oturmaq, səcdə etmək, zikr 
oxumaq, dua etmək, bir az səssiz dayanmaq, danışmaq və ya iki rük`ət namaz qılmaq 
müstəhəbbdir. Amma sübh namazının azan və iqaməsi arasında danışmaq müstəhəbb 
deyildir. 
 
 
Məsələ 928: Azan oxumaq üçün tə`yin edilən şəxsin adil, vaxtı bilən və gur səsli olması, 
azanı yüksək bir yerdə duraraq oxuması müstəhəbbdir. 
NAMAZIN VACİBATI 
 
Namazın vacibatı on bir şeydir: 
 
1. Niyyət; 
 
2. Qiyam, yə`ni ayaq üstə durmaq; 
 
3. «Təkbirətul-ehram», yə`ni namazın əvvəlində «Əllahu-əkbər» demək; 
 
4. Rüku; 
 
5. Səcdə; 
 
6. Qiraət; 
 
7. Zikr; 
 
8. Təşəhhüd; 
 
9. Salam; 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə