İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə54/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   50   51   52   53   54   55   56   57   ...   168

 
10. Tərtib; 
 
11. Müvalat, yə`ni namazın hissələrini ardıcıl, fasiləsiz demək. 
 
Məsələ 929: Namazın vacibatından bə`zisi namazın rüknü sayılır. Yə`ni əgər insan onları 
yerinə yetirməsə, istər qəsdən istərsə səhvən olsa, namaz batil olur. Bə`ziləri rükn deyildir, 
yə`ni əgər səhvən azalsa, namaz batil olmur. Namazın rüknü beşdir: 
 
1. Niyyət; 
 
2. Təkbirətul-ehram
 
3. Rükuya bitişik qiyam, yə`ni rükudan əvvəl ayaq üstə durmaq; 
 
4. Rüku; 
 
5. Bir rük`ətdə iki səcdə. 
 
Amma qəsdən artırılsa, mütləqən namaz batil olur və o surətdə ki, səhv üzündən rüku, ya 
bir rük`ətdə iki səcdəni artırsa, namaz lazım ehtiyata əsasən batildir. Əks təqdirdə batil 
deyildir. 
Niyyət 
 
Məsələ 930: İnsan, namazı qürbət qəsdilə, yə`ni Allahın dərgahında bəndəçilik və Onun 
əmrini yerinə yetirmək qəsdilə qılmalıdır. Amma niyyəti qəlbindən keçirməsi və ya dili ilə 
«dörd rük`ət zöhr namazı qılıram qürbətən iləllah» sözünü deməsi lazım (vacib) deyildir. 
 
Məsələ 931: Əgər zöhr və ya əsr namazını qılarkən, «dörd rük`ət namaz qılıram» deyə 
niyyət edərsə, amma o namazın zöhr və ya əsr namazı olduğunu müəyyən etməzsə, namazı 
batildir. Amma zöhr namazını birinci namaz, əsri də ikinci namaz kimi tə`yin edərsə 
kifayətdir. Həmçinin məsələn; zöhr namazının qəzası boynuna vacib olan şəxs, zöhr 
namazının vaxtında, zöhr namazının ədasını və ya qəzasını qılmaq istəyərsə, qılacağı 
namazı niyyətində müəyyən etməlidir. 
 
Məsələ 932: İnsan, namazının başlanğıcından sonuna qədər niyyətində baqi qalmalıdır. 
Belə ki, əgər namaz əsnasında «nə edirsən» deyə soruşularsa, nə cavab verəcəyini 
bilməyəcək qədər qəflətdə olarsa, namazı batildir. 
 
Məsələ 933: İnsan, yalnız mütəal Allahın qarşısında bəndəçilik göstərmək və Onun əmrini 
yerinə yetirmək üçün namaz qılmalıdır. Belə ki, riya, yə`ni özünü xalqa göstərmək üçün 
namaz qılan şəxsin namazı batildir. İstər sırf xalqa göstərmək üçün olsun, istərsə həm 
Allahı, həm də xalqı birlikdə göz önünə alsın, fərqi yoxdur. 
 
Məsələ 934: Namazın bir qismi Allahdan başqası üçün yerinə yetirilərsə, istər o hissə Həmd 
kimi vacib olan bir hissə olsun, istər qunut kimi müstəhəbb olsun, əgər qeyri-ilahi qəsdi 
namazın hamısına sirayət edərsə məsələn, riya qəsdi ilə bir əməldə olsa ki, o cüz`ə şamildir, 
yainki o hissəni yenidən yerinə yetirmək namazı batil edən bir artıqlığın meydana 
gəlməsinə yol açarsa, namazı batildir. Əgər namazı Allah rizası üçün qılırsa, lakin camaata 
göstərmək üçün məscid kimi xüsusi bir yerdə və ya vaxtın əvvəli kimi bəlli bir vaxtda, ya 
da camaat namazı kimi xüsusi bir tərzdə qılırsa, namazı batildir. 
Təkbirətul-ehram 


 
Məsələ 935: «Əllahu-əkbər»i hər namazdan əvvəl demək vacib və rükndür. «Əllah» və 
«Əkbər»in hərflərini, eləcə də Əllah və Əkbər kəlmələrini ardıcıl demək lazımdır. Habelə 
gərək bu iki kəlmə ərəbcə düzgün deyilsin, əgər ərəbcə səhv deyilsə, yaxud məsələn, onun 
tərcüməsini türkcə desə, səhih deyildir. 
 
Məsələ 936: Müstəhəbb ehtiyat odur ki, namazın təkbirətul-ehramını ondan əvvəl oxuduğu 
şeylərə, məsələn, iqaməyə və təkbirdən əvvəl oxuduğu dualara birləşdirməsin. 
 
Məsələ 937: Əgər insan, «Əllahu Əkbər» kəlməsini ondan sonra oxuduğu şeyə, məsələn; 
«Bismillahir-rəhmanir-rəhim» kəlməsinə bitişdirmək istəyərsə, «əkbər»in «r» hərfini 
zəmmə ilə oxuması daha yaxşıdır. Amma vacib namazda onu sonrakı kəlməyə 
bitişdirməmək ehtiyat-müstəhəbbdir. 
 
Məsələ 938: Təkbirətul-ehram deyən vaxtda, gərək vacib namazda bədən sakit (aram) 
olsun. Əgər qəsdən bədəni hərəkətdə olan zaman təkbirətul-ehram desə, batildir. 
 
Məsələ 939: İnsan, təkbir, Fatihə, surə, zikr və duanı ən azı özü, öz səsini duya biləcək 
şəkildə oxumalıdır. Əgər qulağının ağır eşitməsi və ya kar olması, ya da çox səs-küy olması 
səbəbindən öz səsini duya bilməzsə, bir maneə olmadıqda, duya biləcəyi şəkildə oxumalıdır. 
 
Məsələ 940: Hər hansı bir səbəb üzündən lal olan və ya dilindəki xəstəlik səbəbi ilə «Əllahu 
Əkbər»i söyləyə bilməyən bir şəxs, necə söyləyə bilirsə, o cür də deməlidir. Heç cür söyləyə 
bilmirsə, təkbiri qəlbindən keçirməli və onun ləfzini göstərməyə uyğun olacaq şəkildə 
barmağı ilə işarə etməli və mümkün olduğu təqdirdə dil və dodaqlarını da tərpətməlidir. 
Ancaq anadangəlmə lal olan bir şəxs, təkbiri söyləyən şəxslər kimi dil və dodağını hərəkət 
etdirməli və onun üçün barmağı ilə də işarə etməlidir. 
 
Məsələ 941: Təkbirətul-ehramdan əvvəl aşağıda göstərilən duanı rəca qəsdi ilə oxumaq 
müstəhəbbdir: 
 
 ُنِسْحُم اي
 
 ُم  قَحِب ُءيِسُملا اَنَا َو ُنِسْحُملا  َتْنَا ِءيِسُمْلا ِنَعَز َواجَتَي ْنَا َنِسْحُملا  َتْرَمَا ْدَق َو ُءيِسُملا  َكاتَا ْدَق
  لَص ٍدَّمَحُم ِلآ َو ٍدَّمَح
ىِ نِم ُمَلْعَت ام ِحيِبَق ْنَع ْز َواجَت ََ َو ٍدَّمَحُم لآَو ٍدَّمَحُم ىلَع 
 
«Ya muhsinu qəd ətakəl-musi`. Və qəd əmərtəl-muhsinə ən yətəcavəzə ənil-musi`. Əntəl-
muhsinu və ənəl-musi`. Bihəqqi Muhəmmədin və ali Muhəmməd. Səlli əla Muhəmmədin və 
ali Muhəmməd. Və təcavəz ən qəbihi ma tə`ləmu minni». 
 
Yə`ni: «Ey bəndələrinə ehsan edən Allah, günahkar bəndən Sənin qapına gəlib və Sən əmr 
etmisən ki, xeyirxah, günahkarı bağışlasın, Sən xeyirxahsan, mən isə günahkar. 
Muhəmməd və Ali-Muhəmməd (əleyhis-səlamın) xatirinə Öz rəhmətini (salavat) 
Muhəmməd və Ali Muhəmmədə göndər və məndən baş vermiş pis işləri bağışla». 
 
Məsələ 942: Müstəhəbbdir ki, namazın birinci təkbiri və namazın arasındakı təkbirləri 
deyən vaxtda əlləri qulaqların müqabilinə qaldırsın. 
 
Məsələ 943: Əgər təkbirətul-ehramın deyib-deməməsində şəkk etsə, belə ki, qiraətdən bir 
şeyi oxumağa məşğul olubsa, şəkkinə e`tina etməməli və əgər bir şey oxumayıbsa, təkbir 
deməlidir. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə