İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə50/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   46   47   48   49   50   51   52   53   ...   168

Namaz qılanın yeri 
 
Namaz qılanın məkanının yeddi şərti vardır: 
Birinci şərt: 
 
Vacib ehtiyata əsasən mübah olmalıdır. 
 
Məsələ 854: Bir kəs qəsbi mülkdə namaz qılsa, əgər xalça və taxt, bu kimi şeylərin üstündə 
belə olsa, lazım ehtiyata əsasən namazı batildir. Amma qəsbi tavan altında və qəsbi 
xeymədə namaz qılmağın maneçiliyi yoxdur. 
 
Məsələ 855: Mənfəəti başqasının malı olan bir mülkdə oranın mənfəətinə sahib olan şəxsin 
icazəsi olmadan namaz qılmaq, qəsbi bir yerdə namaz qılmaq hökmündədir. Məsələn, 
kirayə edilmiş bir evdə, evin sahibi və ya başqa birisi, ev kirayələyən şəxsin izni olmadan 
namaz qılarsa, ehtiyata əsasən namazı batildir. 
 
Məsələ 856: Bir kəs məsciddə otursa, əgər başqası onu kənar edib onun yerini işğal etsə və 
o yerdə namaz qılsa, günah etmiş olsa da namazı səhihdir. 
 
Məsələ 857: Qəsb edilmiş olduğunu bilmədiyi bir yerdə namaz qılarsa və namazdan sonra 
o yerin qəsb edilmiş olduğunu bilərsə və ya qəsb edilmiş olduğunu unutduğu bir yerdə 
namaz qılıb sonra xatırlayarsa, namazı səhihdir. Amma əgər özü qəsb etmişdirsə, bunu 
unudaraq, orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir. 
 
Məsələ 858: Əgər bir yerin qəsb edilmiş olduğunu və ondan istifadə etməyin haram 
olduğunu bilirsə, amma qəsb edilmiş yerdə namazın işkallı olduğunu bilməzsə və orada 
namaz qılarsa, ehtiyata əsasən namazı batildir. 
 
Məsələ 859: Vacib namazını minik üzərində qılmaq məcburiyyətində olan bir şəxsin əgər 
mindiyi heyvan və ya yəhəri, ya da nalı qəsb edilmiş olarsa, vacib ehtiyata əsasən namazı 
batildir. O miniyin üzərində müstəhəbb bir namaz qılmaq istərsə də, hökm eynidir. 
 
Məsələ 860: Bir mülkdə başqa birisi ilə şərik olan şəxs şərikinin hissəsi ayrılmamış, 
şərikinin icazəsi olmadan, o mülkün bir şeyindən istifadə edə bilməz və orada namaz 
qılmaq vacib ehtiyata əsasən batildir. 
 
Məsələ 861: Xumsu verilməmiş pulla bir mülk alsa, əksər müamilələrdə olduğu kimi, külli 
şəkildə zimməsinə alsa, o mülkü işlətmək (təsərrüf etmək) halaldır və verdiyi pulun 
xumusuna borcu olur. Amma əgər xumsu verilməyən pulun eyni ilə mülk alsa, oradan 
istifadə etmək şəriət hakiminin icazəsi olmadan haram və orda namaz qılmaq vacib 
ehtiyata görə batildir. 
 
Məsələ 862: Əgər mülkün sahibi dili ilə namaz qılmağa icazə versə və insan onun qəlbən 
razı olmamasını bilsə, o mülkdə namaz qılmaq caiz deyildir. Amma əgər icazə vermədiyi 
halda, insan onun qəlbən razı olduğuna əmin olarsa, namaz qılmaq caizdir. 
 
Məsələ 863: Zəkat borcu və ya camaata borclu olan bir meyyitin mülkündən istifadə 
etmək, əgər onun evində namaz qılmaq kimi o haqqları verməklə bir ziddiyyəti olmazsa, 
varislərin icazəsi ilə maneəsizdir. Həmçinin əgər onun borcunu versələr və ya verməyə 
zamin olub zimməyə alsalar, yaxud onun borcu miqdarında irsdən ayırsalar, hətta tələfə 
səbəb olsa da, onun mülkündən istifadə etməyin maneçiliyi yoxdur. 
 


Məsələ 864: Əgər meyyitin onun mirasçılarından bə`zisi kiçik (səğir) və ya dəli, ya da qaib 
olarsa, onların vəlilərinin icazəsi olmadan o mülkdən istifadə etmək haramdır və orada 
namaz qılmaq caiz deyildir. Amma meyyitin dəfn üçün hazırlanmasında lazım olan, adi 
təsərrüflərin eybi yoxdur. 
 
Məsələ 865: Başqasının mülkündə namaz qılmaq ancaq açıqca izn verdiyi və ya namaz 
qılmağa dair razı olduğunu göstərən bir söz söylədiyi zaman (bir kimsəyə onun evində 
oturmağa və yatmağa izn vermiş olur ki, bundan namaz qılmağa da razı olduğu anlaşılır), 
ya da insan ayrı bir yoldan mülk sahibinin razı olduğuna güman etdiyi təqdirdə caizdir. 
 
Məsələ 866: Çox geniş ərazilərin sahibi kiçik (səğir) və ya dəli olsa, yaxud orada namaz 
qılmağa razı olmasa belə, orada namaz qılmaq caizdir. Ətrafında divar və qapı olmayan 
açıq yerlərdə də sahiblərindən icazə almadan namaz qılına bilər. Amma bu halda 
malikinin razı olmadığı mə`lum olarsa, orada təsərrüf edilməməlidir. Amma əgər onların 
sahibi kiçik (səğir) və ya dəli olarsa, ya da razı olmadığı zənn edilərsə, lazım ehtiyat olaraq 
onlarda təsərrüf edilməməli və namaz qılınmamalıdır. 
İkinci şərt 
 
Məsələ 867: Namaz qılanın məkanı, vacib namazlarda namaz qılanın ayaq üstə durmasına, 
rüku və səcdələri yerinə yetirməsinə mane olacaq qədər çox hərəkətli olmamalıdır. Hətta 
lazım-ehtiyata əsasən, onun bədəninin sükunətinə də mane olmamalıdır. Əgər vaxtın 
darlığından və yaxud başqa səbəbdən, məsələn; maşın, gəmi və qatar kimi hərəkət edən 
yerdə namaz qılmaq məcburiyyətində qalarsa, mümkün olduğu qədər qibləyə və bədənin 
sükunətinə riayət etməlidir. Əgər onlar qiblədən başqa tərəfə hərəkət etsə, gərək qibləyə 
tərəf dönsün. Əgər qibləyə dəqiq şəkildə riayət etmək mümkün olmasa, çalışmalıdır ki, 
qiblə ilə olan fərq 90 dərəcədən artıq olmasın. Əgər bu da mümkün olmasa, gərək təkcə 
təkbirətül-ehramda qibləyə riayət etsin. Bu da müyəssər olmasa qibləyə riayət etməsi lazım 
deyil. 
 
Məsələ 868: Avtomobildə, gəmidə, qatar və bu kimi yerlərdə onların dayandığı vaxt namaz 
qılmağın maneçiliyi yoxdur. Həmçinin hərəkət etdiyi vaxt, namaz qılanın bədəninin aram 
olmağına mane olmayan tərzdə olsa, eybi yoxdur. 
 
Məsələ 869: Üzərində hərəkətsiz dayanmaq mümkün olmayan arpa, buğda anbarlarında 
və bu kimi yerlərdə namaz qılmaq batildir. 
Üçüncü şərt 
 
Namazı tamamlaya biləcəyinə ehtimal verdiyi bir yerdə namaz qılmalıdır. Külək, yağış, 
camaatın izdihamı və bu kimi səbəbdən namazını tamamlaya bilməyəcəyindən əmin 
olduğu bir yerdə rəcaən namaz qılarsa – hərçənd təsadüfən namazı tamamlasa belə – eybi 
yoxdur. 
 
Məsələ 870: Əgər orada qalmaq haram olan yerdə, məsələn; uçulmağa mə`ruz qalmış bir 
tavanın altında namaz qılarsa, günah etməsinə baxmayaraq, namazının işkalı yoxdur. 
 
Məsələ 871: Üzərində dayanmağı və oturmağı haram olan bir şeyin üstündə namaz qılmaq, 
məsələn, xalçanın Allahın adı yazılmış bir yerində əgər qürbət qəsdinə mane olarsa, səhih 
deyil. 
Dördüncü şərt 
 
Namaz qılanın (yerin) tavanı, onun ayaq üstə düz dayanmasına mane olacaq qədər alçaq 
olmamalı, həmçinin rüku və səcdə edə bilməyəcək qədər kiçik olmamalıdır. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə