İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


ya libasını yuduğu və ya çıxardığı ya da libasını dəyişdirdiyi zaman namaz pozulacaq



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə47/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   43   44   45   46   47   48   49   50   ...   168

ya libasını yuduğu və ya çıxardığı ya da libasını dəyişdirdiyi zaman namaz pozulacaq 
haldadırsa, yaxud libasını çıxarmağı ilə çılpaq qalacaqsa, lazım ehtiyat olaraq o namazı 
pak paltarla yenidən qılmalıdır. 
 
Məsələ 793: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namazda ikən paltarının 
nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, 
paltarını yumaq, dəyişdirmək və ya çıxarmaq namazı pozmayacaq bir halda olsa və 
libasını çıxara bilirsə, o libası yumalı və ya dəyişdirməli, ya da övrət yeri başqa bir şey ilə 
örtülüdürsə, libası çıxararaq namazı tamamlamalıdır. Amma əgər övrət yerini ayrı bir şey 
örtməmişsə və libası yumağa və ya dəyişməyə imkanı da yoxdursa, həmin paltarla namazı 
tamamlamalıdır. 
 
Məsələ 794: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namaz qılmaqda ikən 
bədəninin nəcis olduğunu bilsə, namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, 
bədəni yumaq namazı pozmazsa, yumalıdır. Amma əgər namazı pozacaq haldadırsa, o 
halla namazı tamamlamalıdır və həmin namaz səhihdir. 
 
Məsələ 795: Bədən və ya libasının pak olub-olmadığında şəkk edən şəxs, əgər axtarıb, onda 
bir şey tapa bilməsə və namaz qılsa, və namazdan sonra bədən və ya libasının nəcis 
olduğunu başa düşərsə, namazı səhihdir. Əgər axtarış etməmiş olsa lazım-ehtiyata əsasən 
namazını yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, qəza etməlidir. 
 
Məsələ 796: Əgər paltarını suya çəkdikdən sonra paklığına əmin olaraq, onunla namaz 
qılsa və namazdan sonra pak olmamış olduğunu anlayarsa, namazı səhihdir. 
 
Məsələ 797: Əgər bədən və ya libasında qan gördükdə, o qanın nəcis olmayan qanlardan 
olmadığına əmin olarsa, məsələn; ağcaqanad qanı olduğuna əmin olarsa və namazdan 
sonra, o qanın namaz qılına bilməyən qanlardan olduğunu anlayarsa, namazı səhihdir. 
 
Məsələ 798: Əgər bədən və ya libasında olan bir qanın, namazı batil etməyən nəcis 
qanlardan olduğuna əmin olarsa, məsələn; çiban və ya yara qanı olduğuna əmin olsa və 
namazdan sonra, namazı batil edən qanlardan olduğunu anlayarsa, namazı səhihdir. 
 
Məsələ 799: Əgər bir şeyin nəcis olduğunu unudarsa və bədən və ya libası islaq olaraq, ona 
yetişərsə, belə ki, unutduğu halda namaz qıldıqdan sonra xatırlayarsa, namazı səhihdir. 
Amma əgər bədəni, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu 
yumadan qüsl edib namaz qılarsa, qüsl və namazı batildir. Amma əgər qüsl etməklə bədəni 
də pak olacaq və su nəcis olmayacaq halda olsa, məsələn, cari suda qüsl etsə, onun qüslü və 
namazı batil olmaz. Həmçinin əgər dəstəmaz üzvlərindən bir yeri, islaq olaraq nəcis 
olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan dəstəmaz alıb namaz qılarsa, 
dəstəmaz almaqla bədəni də pak olacaq su da nəcis olmayacaq halda olmasa, dəstəmazı və 
namazı batildir. 
 
Məsələ 800: Təkcə bir libası olan şəxsin bədən və libası nəcis olduqda, yalnız onlardan 
birini yumağa yetəcək qədər suyu olarsa, lazım-ehtiyata əsasən bədənini yumalı və nəcis 
libası ilə namaz qılmalıdır. Bu halda libasını yuyub, nəcis bədənlə namaz qılması caiz 
deyildir. Amma libasının nəcasəti daha çox və ya daha şiddətli olduğu təqdirdə, hər hansı 
birini yumaq xüsusunda ixtiyar sahibidir. 
 
Məsələ 801: Nəcis libasdan başqa bir libası olmayan şəxs, nəcis libasla namaz qılmalıdır. 
Belə olan təqdirdə namazı səhihdir. 
 


Məsələ 802: İki ədəd libası olan şəxs, əgər onlardan birinin nəcis olduğunu bilirsə, lakin 
dəqiq şəkildə hansı birinin nəcis olduğunu bilməzsə, vaxtı vardırsa, onların hər ikisi ilə də 
namaz qılmalıdır. Məsələn; zöhr və əsr namazını qılmaq istəyirsə, onların hər birisi ilə bir 
zöhr və bir əsr namazı qılması lazımdır. Amma əgər vaxt az olsa, və onlardan heç biri 
ehtimalın güclü və əhəmiyyətli olması baxımından üstünlüyə malik olmasa, hər biri ilə 
namaz qılsa, kifayətdir. 
İkinci şərt 
 
Məsələ 803: Namaz qılan şəxsin övrəteyni örtdüyü libası vacib ehtiyata əsasən mübah 
olmalıdır. Qəsbi libası geyməyin haram olduğunu bilən bir şəxs və ya məsələnin hökmünü 
bilməməsi öz təqsiri üzündən olan bir şəxs, qəsdən qəsbi libas ilə namaz qılarsa, ehtiyata 
əsasən namazı batildir. Amma təklikdə övrəti örtə bilməyən şeylərin və ya təkcə övrəti 
örtməsi mümkün olsa belə, namaz qılanın cibinə qoyduğu dəsmal və şal kimi, hal-hazırda 
geymədiyi şeylərin və həmçinin üzərində – mübah olan ayrı bir geyimi olduğu halda – 
namaz qılanın geymiş olduğu şeylərin qəsb olmasının namaza bir zərəri yoxdur. Amma 
namaz qılanın bunlardan da çəkinməsi ehtiyata uyğundur. 
 
Məsələ 804: Qəsbi libası geyməyin haram olduğunu bildiyi halda, onunla namaz qılmağın 
hökmünü bilməyən bir şəxs, əgər qəsdən qəsbi libasla namaz qılarsa, əvvəlki məsələdə 
deyildiyi kimi, ehtiyata əsasən namazı batildir. 
 
Məsələ 805: Əgər paltarının qəsbi olmasını bilməsə və ya unutsa və onunla namaz qılsa, 
namaz səhihdir. Amma əgər bir şəxs özü paltarı qəsb etsə və qəsb etməsini unudub onunla 
namaz qılsa, ehtiyata əsasən namazı batildir. 
 
Məsələ 806: Paltarının qəsbi olduğunu bilməyən və ya unudan şəxs namazda ikən bunu 
anlayarsa, əgər başqa bir şey övrət yerini örtsə, dərhal və ya namazın muvalatı 
pozulmadan o paltarı çıxara bilərsə, onu çıxartmalı və namazı davam etdirməlidir. Ancaq 
ayrı bir şey övrətini ağlı kəsən adamdan örtməyibsə və ya dərhal qəsbi paltarı çıxara 
bilmirsə, namazı elə həmin paltarda davam etdirməlidir və namazı səhihdir. 
 
Məsələ 807: Əgər bir şəxs canını qorumaq üçün qəsbi paltarla namaz qılsa, belə ki, vaxtın 
axırına qədər ayrı bir paltarla namaz qıla bilməsə, yaxud onu geyməyə çarəsiz olması 
özünün tədbirsizliyi ucbatından olmasa, məsələn, özü qəsb etməmiş olsa, namazı səhihdir. 
Həmçinin oğrunun qəsbi paltarı apara bilməməsi üçün onunla namaz qılsa, və vaxtın 
axırına qədər başqa paltarla namaz qıla bilməsə, yaxud qəsbi paltarı, ilk fürsətdə sahibinə 
çatdırmaq üçün geyibsə, namazı səhihdir. 
 
Məsələ 808: Əgər xumsu verilməyən pul ilə paltar alsa, amma onun pulu ümumi halda 
zimməsində olsa, (necə ki, əksər müamilələr belədir) paltar onun üçün halaldır və verdiyi 
pulun xumsunu borclu olur. Amma əgər xumsu verilməmiş pulun özü ilə libas alsa o libas 
ilə şəriət hakiminin icazəsi olmadan namaz qılmağın hökmü, qəsbi paltarla namaz 
qılmağın hökmü ilə eynidir. 
Üçüncü şərt 
 
Məsələ 809: Namaz qılanın təklikdə övrət yerini örtən paltarı atıcı qanı olan (yə`ni damarı 
kəsildikdə qanı sıçrayan) ölmüş heyvanın üzvlərindən olmamalıdır. Bu şərt vacib ehtiyata 
əsasən, təklikdə övrəti örtməyən libasda da sabitdir. Amma ilan kimi qanı atıcı olmayan 
ölmüş heyvandan paltar hazırlansa, müstəhəbb-ehtiyata əsasən onunla namaz 
qılınmamalıdır. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə