İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 724: Şam və xiftən namazlarının vaxtı, sərbəst olan şəxs üçün, gecə yarısına



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə43/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   39   40   41   42   43   44   45   46   ...   168

Məsələ 724: Şam və xiftən namazlarının vaxtı, sərbəst olan şəxs üçün, gecə yarısına 
qədərdir. Amma üzrlü olan bir şəxs üçün məsələn, unutmaq, yuxuya qalmaq və ya heyzli 
olmaq və buna bənzər bir səbəbdən, namazı gecə yarısına qədər qılmamışdırsa şam və 
xiftən namazlarının vaxtı sübh açılana qədər davam edər. Ancaq hər surətdə, qafil 
olmadığı halda bu iki namaz arasında tərtibə riayət etmək şərtdir. Yə`ni xiftən namazı 
qəsdən şam namazından qabaq qılınarsa, batildir. Amma əgər gecə yarısına, yalnız xiftən 
namazını qıla biləcək qədər vaxt qalmışdırsa, xiftən namazını şam namazından qabaq 
qılması gərəkdir. 
 
Məsələ 725: Əgər bir şəxs səhvən xiftən namazını şam namazından qabaq qılsa və 
namazdan sonra agah olsa, namazı səhihdir. Şam namazını ondan sonra qılmalıdır. 
 
Məsələ 726: Əgər şam namazını qılmamışdan əvvəl, səhvən xiftən namazını qılsa və namaz 
əsnasında səhv etdiyini başa düşsə, belə ki, dördüncü rük`ətin rükusuna getməyibsə, gərək 
niyyəti şam namazına döndərib namazı tamam etsin və sonra xiftən namazını qılsın. Əgər 
dördüncü rük`ətin rükusuna getmişdirsə, xiftəni tamam edə bilər və sonra şamı yerinə 
yetirər. 
 
Məsələ 727: İxtiyarı öz əlində olan şəxs üçün xiftən namazının axırıncı vaxtı gecə yarısıdır. 
Gecə isə gün batandan sübh açılana qədərdir. 
 
Məsələ 728: Əgər ixtiyar üzündən şam, və ya xiftən namazını gecə yarısına qədər qılmasa, 
vacib ehtiyata əsasən, gərək sübh azanından qabaq, əda və qəza niyyəti olmadan o namazı 
yerinə yetirsin. 
Sübh namazının vaxtı 
 
Məsələ 729: Sübh azanına yaxın gün çıxan tərəfdən bir ağartı yuxarıya tərəf hərəkət edir 
ki, ona «birinci fəcr» deyilir. O ağartı yayılan vaxt «ikinci fəcr» və sübh namazının əvvəl 
vaxtıdır. Sübh namazının axır vaxtı günəşin çıxan vaxtıdır. 
Namaz vaxtının hökmləri 
 
Məsələ 730: İnsan, yalnız vaxtın daxil olduğuna yəqin etdiyi və ya iki adil kişinin vaxtın 
daxil olduğunu xəbər verdikləri zaman, namaz qılmağa başlaya bilər. Hətta əmin olduğu 
təqdirdə, namaz vaxtını şiddətlə və dəqiq şəkildə riayət edən şəxsin azan oxuması və vaxtı 
bilən bir şəxsin sözü ilə kifayətlənə bilər. 
 
Məsələ 731: Əgər bir şəxs bir maneə vasitəsilə, məsələn, kor və ya zindanda olduğuna görə 
namaz vaxtının əvvəlində, vaxtın daxil olub-olmadığını yəqin edə bilməsə, gərək namaz 
vaxtının daxil olmasına əmin olana, yaxud yəqinlik tapana qədər namazı tə`xirə salsın. 
Həmçinin lazım ehtiyata əsasən, əgər vaxtın daxil olmasına yəqinlik hasil etməyə maneə 
olan bir şey bulud, toz və bu kimi ümumi maneələrdən olarsa da hökm eynidir. 
 
Məsələ 732: Əgər insana, yuxarıda adı çəkilən yollardan biri ilə namaz vaxtının daxil 
olduğu sübut olub və namaza başlayarsa, sonra namaz əsnasında vaxtın hələ daxil 
olmadığını anlayarsa, namazı batildir. Əgər namazdan sonra bütün namazı vaxtından 
qabaq qılmış olduğunu bilərsə də, hökm eynidir. Amma əgər namaz əsnasında, vaxtın daxil 
olduğunu anlayarsa və ya namazdan sonra, namazda ikən vaxtın daxil olduğunu bilərsə, 
namazı səhihdir. 
 
Məsələ 733: Əgər insan, namaz vaxtının daxil olduğunu yəqin etməklə, namaza başlamalı 
olduğunu bilmədən namaz qılarsa, namazdan sonra bütün namazı vaxtında qıldığını 
anlayarsa, namazı səhihdir. Əgər namazı vaxtından əvvəl qıldığını başa düşsə, yaxud 


bilməsə ki, vaxtında qılıb, yaxud vaxtından qabaq, namazı batildir. Hətta əgər namazdan 
sonra, vaxtın daxil olduğunu anlasa belə, o namazı yenidən qılmalıdır. 
 
Məsələ 734: Vaxtın daxil olduğuna əmin olaraq namaza başlayarsa və namaz əsnasında, 
vaxtın daxil olub-olmadığı barədə şəkk edərsə, namazı batildir. Amma namazda ikən 
vaxtın daxil olmuş olduğuna əmin olsa, amma namazdan indiyə qədər qıldığı qisminin, 
vaxt daxilində qılınıb-qılınmadığı barədə şəkk edərsə, namazı səhihdir. 
 
Məsələ 735: Əgər namazın vaxtı çox dar olsa və namazın müstəhəbb işlərindən bə`zisini 
əmələ gətirdikdə, onun bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək o müstəhəbbi işi əmələ 
gətirməsin. Məsələn, əgər qunutu deməklə namazın bir hissəsi vaxtdan sonra qılınacaqsa, 
gərək qunutu deməsin. Əgər deyərsə, namaz o vaxt səhih olar ki, ən azı bir rəkəti vaxt 
daxilində qılınmış olsun. 
 
Məsələ 736: Bir rük`ət miqdarında namaz qılmağa vaxtı olan şəxs, gərək namazı əda 
niyyəti ilə qılsın. Amma qəsdən, namazı bu qədər tə`xirə salmamalıdır. 
 
Məsələ 737: Müsafir olmayan şəxsin, əgər gün batan vaxta kimi beş rük`ət namaz qılmağa 
vaxtı vardırsa, gərək zöhr və əsr namazının hər ikisini tərtiblə qılsın. Əgər ondan az vaxtı 
vardırsa, gərək əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Habelə əgər 
gecə yarısına kimi beş rük`ət qılmağa vaxtı vardırsa, gərək şam və xiftən namazını tərtiblə 
qılsın. Əgər vaxtı ondan azdırsa, gərək əvvəlcə xiftən namazını qılsın və sonra şam 
namazını əda və qəza niyyəti olmadan yerinə yetirsin. 
 
Məsələ 738: Müsafir olan şəxsin, əgər gün batana qədər üç rük`ət namaz qılmağa vaxtı 
vardırsa, gərək zöhr və əsr namazını tərtiblə qılsın. Əgər ondan az vaxtı vardırsa, gərək 
əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Əgər gecə yarısına qədər 
dörd rük`ət namaz qıla biləcək qədər vaxtı vardırsa, gərək şam və xiftən namazını tərtiblə 
qılsın. Əgər üç rük`ət namaz qıla biləcək qədər vaxtı vardırsa, əvvəlcə xiftəni qılmalı, sonra 
da şam namazının bir rük`ətini vaxtında qılması üçün, dərhal şam namazını qılmalıdır. 
Əgər üç rük`ət namaz qılınacaq müddətdən daha az vaxt vardırsa, əvvəlcə xiftəni qılmalı, 
sonra da əda və qəza niyyəti etmədən, şam namazını yerinə yetirməlidir. Amma xiftən 
namazını qıldıqdan sonra, gecə yarısına bir rük`ət qıla biləcək və ya daha çox vaxt qaldığı 
mə`lum olarsa, dərhal şam namazını əda niyyəti ilə qılmalıdır. 
 
Məsələ 739: Namazı vaxtın əvvəlində qılmaq müstəhəbbdir və bu haqda çox tövsiyə 
edilmişdir. Gözləyib camaatla qılmaq kimi bir səbəbdən fəzilət vaxtının keçməməsi şərti ilə 
gecikdirmək və s. kimi hallardan başqa, vaxtın əvvəlinə nə qədər yaxın olsa, o qədər daha 
yaxşıdır. 
 
Məsələ 740: Əgər insanın bir üzrü olub, vaxtın əvvəlində namaz qılmaq istədiyi təqdirdə 
təyəmmümlə namazı qılmağa naçardırsa, əgər üzrün vaxtın sonuna qədər qalacağına 
ehtimal versə və ya onun aradan qaldırılmasından ümidini kəsmişsə, vaxtın əvvəlində 
təyəmmüm edib namaz qıla bilər. Amma əgər üzrünün aradan qalxmasına ümidini 
kəsməmişsə, gərək üzrü aradan gedənə qədər və ya ümidini kəsənə qədər gözləsin. Əgər 
üzrü aradan qalxmazsa, vaxtın sonunda namaz qılmalıdır. Namazın yalnız vacib işlərini 
görə biləcək qədər gözləməsi lazım deyil. Azan, iqamə və qunut kimi namazın 
müstəhəbblərini yerinə yetirə biləcək qədər vaxtı olduğu halda da təyəmmüm edib 
namazını müstəhəbbatı ilə birlikdə yerinə yetirə bilər. Lakin, təyəmmümdən başqa digər 
üzrlərdə üzrünün aradan qalxmasına ümid kəsməsə belə, namazı vaxtın əvvəlində qılması 
caizdir; amma vaxt sona çatmamışdan əvvəl üzrü aradan qalxsa, o namazı yenidən qılması 
gərəkdir. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə