İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 872: Əgər ayaq üstə durmaq imkanı əsla olmayan bir yerdə namaz qılmaq



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə51/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   47   48   49   50   51   52   53   54   ...   168

 
Məsələ 872: Əgər ayaq üstə durmaq imkanı əsla olmayan bir yerdə namaz qılmaq 
məcburiyyətində qalarsa, oturaraq namaz qılmalıdır. Əgər rüku və səcdə etməyə imkanı 
yoxdursa, onlara başı ilə işarə etməlidir. 
 
Məsələ 873: Ehtiramsızlıq olduğu təqdirdə, Peyğəmbər (s.ə.v.v) və İmamların (ə.s.) 
qəbirlərinin qabağında (yə`ni arxası qəbrə tərəf) namaz qılmamalıdır. Amma əgər 
hörmətsizlik olmasa, eybi yoxdur. Amma hər iki halda namaz səhihdir. 
Beşinci şərt 
 
Namaz qılanın yeri nəcisdirsə, namazı batil edən nəcislərdəndirsə bədən və ya libasına 
yetişəcək qədər yaş olmamalıdır. Amma alnını qoyduğu yer nəcis olarsa, quru olsa belə, 
namazı batildir. Namaz qılanın yerinin ümumiyyətlə nəcis olmaması ehtiyat-müstəhəbbdir. 
Altıncı şərt 
 
Lazım ehtiyat olaraq qadın (namazda) kişidən dalda dayanmalıdır. Qadının səcdə etdiyi 
yer, heç olmazsa, kişinin səcdə halında ikən dizlərinin yeri miqdarında olacaq qədər 
arxada olmalıdır. 
 
Məsələ 874: Əgər qadın, kişi ilə bərabər və ya bir az qabaqda durarsa və birlikdə namaza 
başlayarlarsa, vacib ehtiyata əsasən namazlarını yenidən qılmalıdırlar. Biri digərindən 
qabaq namaza başlayarsa da, hökm eynidir. 
 
Məsələ 875: Əgər kişi və qadın bərabər və ya qadın qabaqda dayanarsa və namaz qılsalar, 
divar, ya pərdə, ya başqa bir şey arada olsa belə ki, bir-birlərini görməsələr, ya aralarında 
on zira fasilə olsa, hər ikisinin namazı səhihdir. 
Yeddinci şərt 
 
Namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarının başından dörd bağlı 
barmaqdan çox alçaq, ya uca olmasın. Bu məsələnin təfsilatı səcdənin hökmlərində 
deyiləcəkdir. 
 
Məsələ 876: Naməhrəm kişi və qadının, günaha düçar olma ehtimalını verdikləri bir yerdə 
dayanmaları haramdır. Orada namaz qılmamaları da ehtiyat-müstəhəbbdir. 
 
Məsələ 877: Qina oxunan, ya haram musiqi çalınan yerdə namaz qılmaq, onları dinləmək 
və istifadə etməyin günah olmasına baxmayaraq, batil deyildir. 
 
Məsələ 978: Vacib ehtiyat odur ki, Kə`bə evində və onun damında ixtiyar halında vacibi 
namaz qılmasın, amma əlacsız halda eybi yoxdur. 
 
Məsələ 979: Kə`bə evində və damında müstəhəbb namaz qılmağın eybi yoxdur. Hətta 
Kə`bə evinə daxil olarkən, hər rüknün qarşısında iki rük`ət namaz qılmaq müstəhəbbdir. 
Namaz qılınması müstəhəbb olan yerlər 
 
Məsələ 880: Müqəddəs İslam şəriətində namazı məsciddə qılmağa dair çox tövsiyələr 
olunmuşdur. Bütün məscidlərdən üstünü Məscidul-həramdır. Ondan sonra Peyğəmbər 
(s.ə.v.v.) məsciddidir, ondan sonra Kufə məscidi, sonra Beytul-müqəddəs məscidi, sonra 
hər şəhərin came məscidi və sonra məhəllə məscidi və ondan sonra isə bazar məscidi 
yaxşıdır. 
 


Məsələ 881: Qadınların namazlarını, istər ev, istər məscid olsun və ya başqa bir yer
naməhrəmdən qorunmaq üçün daha münasib olan bir yerdə qılmaları daha yaxşıdır. 
 
Məsələ 882: İmamların (ə) hərəmlərində namaz qılmaq müstəhəbbdir, hətta məsciddən 
daha yaxşıdır. Həzrət Əmirəl-mö`minin əli əleyhissəlamın mütəhhər (pak) hərəmində 
namaz qılmaq iki yüz min rük`ət namaza bərabərdir. 
 
Məsələ 883: Məscidə çox getmək və namaz qılanı olmayan məscidə getmək müstəhəbbdir. 
Məscidlə qonşu olan şəxsin üzrü olmasa, məsciddən başqa yerdə namaz qılması 
məkruhdur. 
 
Məsələ 884: İnsanın, məscidə getməyən şəxs ilə yemək yeməməsi, işlərində onunla 
məsləhətləşməməsi, ona qonşu olmaması və ona qız verib-almaması müstəhəbbdir. 
Namaz qılınması məkruh olan yerlər 
 
Məsələ 885: Bir neçə yerdə namaz qılmaq məkruhdur. O cümlədən: 
 
1) Hamamda. 
 
2) Şoranlıq yerdə. 
 
3) İnsanın qarşısında. 
 
4) Açıq qapı qarşısında. 
 
5) Yolda, xiyabanda və o küçədə; belə ki, oradan keçən kəslər üçün əziyyət olmasın, əgər 
onlara zəhmət olsa, haramdır. 
 
6) Od və çırağın qarşısında. 
 
7) Aşpazxanada və od kürəsi olan yerlərdə. 
 
8) Sidik yeri olan quyu və çala qarşısında 
 
9) Ruhu olan canlının şəkil və heykəli ilə üzbəüz; amma üstünə pərdə çəkilsə eybi yoxdur. 
 
10) Cünub şəxs olan otaqda. 
 
11) Şəkil olan yerdə, hətta namaz qılan onunla üzbəüz olmasa da. 
 
12) Qəbrin qarşısında. 
 
13) Qəbrin üstündə. 
 
14) İki qəbrin arasında. 
 
15) Qəbiristanlıqda. 
 
Məsələ 886: Camaatın keçdiyi yerdə namaz qılan və ya namazda ikən qarşısında bir şəxs 
olan kimsənin, önünə bir şey qoyması müstəhəbbdir. Bir çubuq və ya ip parçası olsa 
kifayətdir. 
MƏSCİDİN HÖKMLƏRİ 


 
Məsələ 887: Məscidin yer, tavan, dam və daxili divarını nəcis etmək haramdır. Onun nəcis 
olduğunu anlayan hər bir şəxsin, dərhal onun nəcasatını aradan qaldırması və paklanması 
lazımdır. Məscidin divarının xaricini də nəcis etməmək ehtiyat-müstəhəbbdir. Amma əgər 
olarsa, onu aradan qaldırmaq lazım deyil. Amma əgər məscidin divarının xaricini nəcis 
etmək, məscidin hörmətsizliyinə səbəb olarsa, əlbəttə haramdır. O hissəni paklayıb aradan 
qaldırmaqla, hörmətsizliyi aradan qaldırmaq lazımdır. 
 
Məsələ 888: Əgər bir şəxsin məscidi paklamağa gücü çatmazsa və ya köməyə ehtiyacı olub, 
onu tapmazsa, məscidi paklamaq ona vacib deyil. Amma əgər başqasına xəbər verdiyi 
təqdirdə paklama işinin aparılacağını bilirsə, belə ki, nəcasətin qalması hörmətsizliyə səbəb 
olarsa, ona xəbər verməsi gərəkdir. 
 
Məsələ 889: Əgər məscidin nəcis olan bir yerini paklamaq, oranı pozmadan və ya 
qazmadan da mümkün deyilsə, bu iş, az bir təxribi və ya qazmağı tələb edirsə, qazmaq və 
ya uçurmaq cüzi miqdarda olsa, ya məscidə hörmətsizliyin aradan qaldırılması böyük 
miqdarda sökməyə və ya qazmağa bağlıdırsa, oranı qazmaları və ya təxrib etmələri 
gərəkdir. Əks təqdirdə oranı təxrib etməsi işkallıdır. Qazılan yerin doldurulması və 
uçurulan yerin təkrar düzəldilməsi vacib deyildir. Amma əgər məscidin kərpici kimi bir 
şey nəcis olarsa, mümkün olduğu təqdirdə yuduqdan sonra, təkrar öz yerinə qoymaları 
lazımdır. 
 
Məsələ 890: Əgər bir məscidi qəsb edib, onun yerində ev və buna bənzər bir şey tiksələr və 
ya artıq ona məscid deyilməyəcək qədər xarab olarsa, onu nəcis etmək haram deyil. Əgər 
nəcis olarsa, onu paklamaq vacib deyildir. 
 
Məsələ 891: İmamların (ə.s) hərəmini nəcis etmək haramdır və nəcis olsa, əgər nəcis 
qalması hörmətsizlikdirsə, onu paklamaq vacibdir, hətta müstəhəbb ehtiyat odur ki, 
hörmətsizlik olmasa da paklasınlar. 
 
Məsələ 892: Əgər məscidin həsiri ya kovroliti nəcis olsa gərək onu suya çəkəsən, amma 
əgər nəcis olan yeri kəsmək daha yaxşı olsa, gərək kəsilsin. Amma onun e`tina olunacaq 
qədər böyük hissəsini kəsmək, yaxud nöqsanlı olmasına səbəb olacaq şəkildə paklamaq 
məhəlli işkaldır. Amma əgər onun tərk olunması hörmətsizliyə səbəb olarsa, həmin 
qaydada paklanmalıdır. 
 
Məsələ 893: Eyni-nəcisin və mütənnəcisin məscidə aparılması, məscidə hörmətsizlik olsa
haramdır. Hətta ehtiyat müstəhəbb odur ki, ehtiramsızlıq olmasa da, eyni-nəcis məscidə 
aparılmasın. Amma əgər insana bağlı olan bir şey, məsələn insanın bədən və ya paltarında 
olan yara qanı kimi şeyləri aparmağın eybi yoxdur. 
 
Məsələ 894: Əgər məscidə mərsiyəxanlıq üçün çadır çəksələr, xalça döşəsələr, qara çəksələr 
və çay büsatı gətirsələr, əgər bu işlər məscidə zərər gətirməsə və namaz qılmaq üçün 
maneçilik törətməsə, eybi yoxdur. 
 
Məsələ 895: Məscidi qızılla zinətləndirməmək vacib-ehtiyatdır. İnsan və heyvan kimi ruhu 
olan şeylərin rəsmləri ilə zinətləndirməmək ehtiyat-müstəhəbbdir. 
 
Məsələ 896: Əgər məscid xarab da olsa, onu satmaq, yaxud mülkə daxil etmək olmaz. 
 
Məsələ 897: Məscidin qapı-pəncərəsini və başqa şeylərini satmaq haramdır. Əgər məscid 
xarab olsa, gərək onları həmin məscidin tə`mirinə işlətsinlər. Əgər o məscidə yaramasa, 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə