İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


«Əllahummə cafil-ərzə ən cənbəyhi və əs`id biruhihi iləykə vələqqihi minkə burhanən



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə36/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   32   33   34   35   36   37   38   39   ...   168

 
«Əllahummə cafil-ərzə ən cənbəyhi və əs`id biruhihi iləykə vələqqihi minkə burhanən. 
Əllahummə əfvəkə əfvək». 
 
Məsələ 619: Müstəhəbbdir ki, meyyiti qəbrə qoyan şəxs, təharətli, başaçıq və ayaqaylın 
olsun, meyyitin ayaq tərəfindən qəbrdən çıxsın. Meyyitin qohumlarından başqa iştirak 
edən sair şəxslər əllərinin arxası ilə qəbrə torpaq töküb desinlər: 
 
«İnna lillahi və inna iləyhi raciun». 
 
Əgər meyyit qadındırsa, ona məhrəm olan şəxs qəbrə qoysun. Əgər məhrəm olmasa, digər 
qohumları onu qəbrə qoysunlar. 
 
Məsələ 620: Qəbiri dörd bucaq şəklində düzəltmək, yer səviyyəsindən dörd barmaq 
qədərincə yuksəltmək, səhv düşməməsinə görə üzərinə bir nişanə qoymaq, qəbrin üzərinə 
su səpmək, suyu səpdikdən sonra orada olanların əllərini qəbrin üzərinə qoyub, 
barmaqlarını açaraq qəbirə batırıb yeddi dəfə «Qədr» surəsini oxumaları, meyyitin 
bağışlanmasını Allahdan diləmələri və bu duaları oxumaları müstəhəbbdir: 
 
 ُتاَم  َكِتَمحَر نِم ُهَرَبَق نِكِسَا َو اًنَاوض ِر  َكنِم ِه قَل َو ُهَحوُر  َكيَلِا دَعصاو ِهيَبنَج نَع  َضرَلاا  ِفاَج َّمُهَّللَا
 ِهيِنغ
 نَم ةَمحَر نَع ِهِب 
كَاوَس 
 
«Əllahummə cafil-ərzə ən cənbəyhi və əs`id iləykə ruhəhu və ləqqihi minkə rizvanən və 
əskin qəbrəhu min rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən sivakə.» 
 
Məsələ 621: Meyyiti dəfn edən şəxslər getdikdən sonra meyyitin vəlisi ya meyyitin 
vəlisindən icazəsi olan şəxsin, həmçinin şəxsin özünün, göstərilmiş duaları meyyitə təlqin 
etməsi müstəhəbbdir. 
 
Məsələ 622: Dəfndən sonra əza (matəm) sahiblərinə başsağlığı vermək müstəhəbbdir. 
Amma bir müddət keçər və başsağlığı verməklə yaslarını xatırlayacaqlarsa, onu etməmək 
daha yaxşıdır. Həmçinin üç günə qədər meyyit sahibinin evinə yemək göndərmək 
müstəhəbbdir. Onların yanında və mənzillərində yemək yemək məkruhdur. 
 
Məsələ 623: İnsanın öz qohumlarının ölümündə və xüsusən, övladının ölümündə səbr 
etməsi, meyyiti xatırladığı vaxt «İnna lillahi və inna iləyhi raci`un» deməsi, meyyit üçün 
Qur`an oxuması, ata-ananın qəbri üstündə Allah-təaladan hacətini diləməsi və tez xarab 
olmamasına görə, qəbri möhkəm düzəltməsi müstəhəbbdir. 
 
Məsələ 624: Ehtiyata əsasən caiz deyildir ki, insan bir kəsin ölümündə üzünü və bədənini 
cırsın və saçlarını yolsun, amma üzə və başa vurmaq, əqvaya əsasən caizdir. 
 
Məsələ 625: Ata və qardaşın ölümündən başqa, yaxa cırmaq, ehtiyata əsasən caiz deyil. 
Müstəhəbb ehtiyat odur ki, onların müsibətlərində də yaxa cırmasınlar. 
 
Məsələ 626: Əgər qadın meyyitin əzasında üzünü cırsa və qanatsa, ya saçlarını yolsa, 
müstəhəbb ehtiyat odur ki, bir qul azad etsin, ya on fəqirə təam versin və ya geyindirsin. 
Həmçinin kişi, arvad və övladının ölümündə, yaxa və ya libasını cırsa, eyni hökmü daşıyır. 
 
Məsələ 627: Meyyitə ağlarkən səsi çox ucaltmamaq ehtiyat-müstəhəbbdir. 
VƏHŞƏT NAMAZI 
 


Məsələ 628: Meyyitin qəbrə qoyulduğu ilk gecə, iki rük`ət vəhşət namazı qılmaq daha 
yaxşıdır. İki rük`ətdən ibarət olan bu namazın qılınma tərzi belədir: Birinci rük`ətdə 
Həmddən sonra bir dəfə «Ayətəl-kürsi», ikinci rük`ətdə də Həmddən sonra on dəfə «Qədr» 
surəsi oxunur. Namazın salamından sonra belə deyilir: 
 
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəb`əs səvabəha ilə qabri fulan.» 
 
«Fulan» kəlməsinin yerinə meyyitin adını deməlidirlər. 
 
Məsələ 629: Vəhşət namazı, meyyitin qəbirə qoyulduğu ilk gecənin hər zamanında qılına 
bilər. Amma gecənin əvvəlində və xiftən namazından sonra qılmaq daha yaxşıdır. 
 
Məsələ 630: Əgər meyyiti uzaq bir şəhərə aparmaq istərlərsə və ya başqa bir səbəbdən 
onun dəfni tə`xirə salınarsa, vəhşət namazını da söyləndiyi tərzdə meyyitin qəbrə 
qoyulduğu ilk gecəyə qədər tə`xirə salmaları gərəkdir. 
QƏBRİ AÇMAQ 
 
Məsələ 631: Müsəlmanın qəbrini açmaq, uşaq və ya dəli olsa belə, haramdır. Amma bədəni 
çürümüş və torpaq olmuşdursa, eybi yoxdur. 
 
Məsələ 632: İmamzadələrin, şəhidlərin, alimlərin qəbrini, habelə qəbrin açılması 
hörmətsizlik sayılan hər bir qəbri xarab etmək, illər keçmiş olsa və bədənləri aradan 
getmiş olsa da, bu iş haramdır. 
 
Məsələ 633: Bir neçə vəziyyətdə qəbri açmaq haram deyildir: 
 
1. Meyyit qəsb edilmiş bir yerdə dəfn olunmuşdursa və yer sahibi də onun qəbirdə 
qalmasına razı olmazsa; qəbrin açılması da həddindən artıq əziyyətə səbəb olmasa; əks 
halda qəsb edəndən başqasına lazım deyil. Əgər qəbrin açılması daha mühüm bir nəhyi 
lazım tutsa lazım deyil, üstəlik caiz də deyil. Məsələn, əgər meyyitin bədəninin tikə-tikə 
olmasına, hətta əgər hörmətsizlik olmasına səbəb olarsa, vacib ehtiyata əsasən caiz deyil. 
Yalnız meyyitin özünün o yeri qəsb etmiş olduğu halda caizdir. 
 
2. Kəfən və ya meyyitlə dəfn edilən başqa bir şey qəsbi olarsa və onun qəbirdə qalmasına 
sahibi razı olmasa; Həmçinin meyyitin varislərə çatacaq malı onunla birgə dəfn edilsə və 
varisləri onun qəbirdə qalmasına razı olmasalar da, eyni hökmü daşıyır. Amma əgər 
meyyit bir dua (kitabı), Qur`an və ya üzüyün onunla dəfn edilməsini vəsiyyət etmişdirsə və 
onun vəsiyyəti də nüfuzlu olarsa, bunları çıxarmaq üçün qəbri aça bilməzlər. Əvvəlki 
bənddə qeyd olunan istisna halları burada da qüvvədədir. 
 
3. Qəbri açmaq hörmətsizliyə səbəb olmasa və meyyit qüslsüz və ya kəfənsiz dəfn olunmuş 
olsa, yaxud qüslün batil olmasını başa düşsələr, ya da şər`i qaydada kəfənə bükülmədiyini, 
ya onu qəbirdə üzü qibləyə qoymadıqlarını bilsələr; 
 
4. Qəbri açmaqdan daha əhəmiyyətli olan bir haqqın sübuta yetirilməsi üçün meyyitin 
bədənini görmək istəsələr; 
 
5. Meyyiti kafir qəbiristanlığında və ya zir-zibil tökülən bir yerdə dəfn etmək kimi, ona 
hörmətsizlik olan bir yerdə dəfn etmişlərsə; 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə