İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 564: Qadının özünün malı olsa da, kəfəni ərin boynundadır. Əgər qadına (təlaq



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə32/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   28   29   30   31   32   33   34   35   ...   168

Məsələ 564: Qadının özünün malı olsa da, kəfəni ərin boynundadır. Əgər qadına (təlaq 
əhkamında izah olunacağı kimi) ric`i təlaq versələr və iddəsi tamam olmazdan əvvəl ölərsə, 
əri onun kəfənini verməlidir. Əgər əri baliğ olmasa və ya dəli olarsa, ərinin vəlisi qadının 
kəfənini onun malından verməlidir. 
 
Məsələ 565: Meyyit sağ ikən nəfəqəsini tə`min etmək qohumlarının üzərinə vacib olan 
şəxslərdən olsa belə, öldükdən sonra kəfənini tə`min etmək onlara vacib deyildir. 
 
Məsələ 566: Əgər meyyitin, kəfən hazırlamaq üçün malı olmasa, çılpaq dəfn edilməsi caiz 
deyil; ehtiyata əsasən müsəlmanlara vacibdir ki, onu kəfənə büksünlər, onun xərcini də 
zəkatdan hesablamaları caizdir. 
 
Məsələ 567: Vacib ehtiyata əsasən, kəfən üçün istifadə olunan hər üç parça, meyyitin 
bədəni onun altından görünəcək qədər nazik olmamalıdır. Amma hər üçünü 
birləşdirdikdə, meyyitin bədəni onların altından görünməyəcək şəkildə olarsa, kifayətdir. 
 
Məsələ 568: Qəsbi şeylə kəfən etmək, başqa şey tapılmasa da caiz deyil. Əgər meyyitin 
kəfəni qəsbi olsa və onun sahibi razı olmasa, dəfn etmiş olsalar da, gərək onu bədənindən 
çıxartsınlar. Bə`zi geniş kitablarda izah olunan hallar istisnadır. 
 
Məsələ 569: Nəcis şeylə, xalis ipək parça ilə və vacib ehtiyata əsasən qızıl ilə toxunmuş 
parça ilə meyyiti kəfən etmək caiz deyil, amma çarəsiz halda eybi yoxdur. 
 
Məsələ 570: İxtiyar halında murdar olmuş heyvanın nəcis dərisi ilə kəfən etmək caiz deyil. 
Hətta murdar olmuş heyvanın pak dərisi ilə və həmçinin əti haram olan heyvanın tük, 
yaxud yunundan hazırlanmış parça ilə vacib ehtiyata əsasən ixtiyar halında caiz deyil. 
Amma əgər kəfən, əti halal olan heyvanın dəri, yun ya tükündən olsa, eybi yoxdur. 
Müstəhəbb ehtiyat odur ki, bu ikisi ilə də kəfən etməsin. 
 
Məsələ 571: Əgər meyyitin kəfəni öz nəcasəti və ya başqa bir nəcasətlə nəcis olarsa, belə ki, 
kəfən xarab olmasa, qəbrə qoyulduqdan sonra olsa belə, nəcis olan miqdarı yuyulmalı və 
ya kəsilməlidir. Əgər onu yumaq və ya kəsmək mümkün deyilsə, dəyişdirilməsi mümkün 
olduğu təqdirdə dəyişdirilməlidir. 
 
Məsələ 572: Həcc, yaxud ümrə üçün ehram bağlayan şəxs ölsə, gərək başqaları kimi kəfən 
olunsun, başını və üzünü örtməyin eybi yoxdur. 
 
Məsələ 573: İnsanın sağ ikən, özünün kəfən, sidr və kafurunu hazırlaması müstəhəbbdir. 
HƏNUTUN HÖKMLƏRİ 
 
Məsələ 574: Qüsldən sonra meyyitin hənut olunması vacibdir; yə`ni alnına, əllərinin içinə, 
dizlərinə və ayaq baş barmaqlarının ucuna, bir qədər onların üzərində qalacaq şəkildə, 
sürtməklə olmasa belə, kafur vurulmalıdır. Meyyitin burnunun ucuna da kafur sürtmək 
müstəhəbbdir. Kafurun təzə, mubah (qəsbi olmayan) və əzilmiş olması gərəkdir. Əgər 
köhnə olduğuna görə qoxusu aradan getmiş olsa, kifayət deyildir. 
 
Məsələ 575: Ehtiyat müstəhəbb odur ki, kafuru əvvəlcə meyyitin alnına sürtsünlər, amma 
başqa yerlərdə tərtib şərt deyildir. 
 
Məsələ 576: Daha yaxşı odur ki, meyyiti kəfənə bükməzdən əvvəl hənut etsinlər. Əgər, 
kəfənə bükən vaxtda və ondan sonra da olsa, maneəsi yoxdur. 
 


Məsələ 577: Həcc və ya ümrə üçün ehram bağlayan şəxs ölərsə, onu hənut etmək caiz 
deyildir. 542-ci məsələdə izah olunan hallar istisnadır. 
 
Məsələ 578: Əri ölən və iddəsi (vəfat iddəsi) tamam olmayan qadının özünü ətirləməsi 
haram olsa da, öldüyü zaman onun hənutu vacibdir. 
 
Məsələ 579: Ehtiyat müstəhəbb odur ki, meyyitə müşk, ənbər, ud və sair xoş ətirlər 
vurmasınlar. Bunları kafurla da qarışdırmasınlar. 
 
Məsələ 580: Kafura bir miqdar Həzrəti Seyyidüş-şühəda (ə)-ın türbətindən qarışdırmaq 
müstəhəbbdir. Amma türbətlə qarışdırılmış bu kafur ehtiramsızlıq olan yerlərə 
sürtülməməlidir. Türbət kafurla qarışdırıldıqda «artıq bu kafur deyildir» deyiləcək qədər 
çox olmamalıdır. 
 
Məsələ 581: Əgər kafur tapılmasa və ya ancaq qüsl ölçüsündə olsa, hənut lazım (vacib) 
deyildir. Belə ki, qüsldən artıq qalsa, amma yeddi üzvün hamısına yetişməsə, ehtiyat 
müstəhəbbə əsasən, gərək əvvəl alına və əgər artıq qalsa, başqa yerlərə sürtsünlər. 
 
Məsələ 582: İki ədəd yaş və təzə çubuğu meyyitlə birlikdə qəbrə qoymaq müstəhəbbdir. 
MEYYİT NAMAZININ HÖKMLƏRİ 
 
Məsələ 583: Müsəlman və ya İslam hökmünə tabe olan altı yaşlı uşağın meyyitinə, namaz 
qılmaq vacibdir. 
 
Məsələ 584: Altı yaşı tamam olmamış, namazın nə olduğunu bilən uşağa namaz qılmaq, 
vacib ehtiyata əsasən lazımdır. Əgər bunun nə olduğunu bilmirsə, rəcaən ona namaz 
qılmağın maneəsi yoxdur. Ancaq dünyaya ölü gəlmiş bir uşağa namaz qılmaq müstəhəbb 
deyildir. 
 
Məsələ 585: Meyyit namazı qüsl, kəfən və hənutdan sonra qılınmalıdır. Əgər bunlardan 
qabaq və ya sonra qılınarsa və bu, məsələni bilməmək və ya unutqanlıq üzündən olsa belə, 
kifayət deyildir. 
 
Məsələ 586: Meyyit namazı qılmaq istəyən şəxsin dəstəmazlı, qüsllü, yaxud təyəmmümlü 
olması və bədəninin və ya libasının pak olması vacib deyil. Əgər onun libası qəsbi olsa da, 
eybi yoxdur. Amma digər namazlarda lazım olan bütün əməllərə riayət etməsi daha 
yaxşıdır. 
 
Məsələ 587: Meyyitə namaz qılan şəxsin üzü qibləyə olması, meyyitin, onun qarşısında 
arxası üstə uzandırılması, belə ki, meyyitin başının namaz qılanın sağ tərəfində və 
ayaqlarının namaz qılanın sol tərəfində olması vacibdir. 
 
Məsələ 588: Namaz qılanın məkanı meyyitin yerindən alçaq və ya hündür olmamalıdır. 
Amma azacıq alçaq və yuxarı olmağının eybi yoxdur. Müstəhəb ehtiyat odur ki, namaz 
qılanın yeri qəsbi olmasın. 
 
Məsələ 589: Namaz qılan şəxs meyyitdən uzaq olmamalıdır. Amma meyyit namazını 
camaatla qılan şəxs, meyyitdən uzaq olsa belə, sıralar bir-birinə bitişikdirsə, eybi yoxdur. 
 
Məsələ 590: Namazı qılan meyyitin müqabilində dayanmalıdır. Amma əgər namaz 
camaatla qılınsa, meyyitin müqabilində olmayanların namazının eybi yoxdur. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə