İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 542: Ehram halında ölən bir şəxsə, kafurlu su ilə qüsl verilməz, onun əvəzində xalis



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə31/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   27   28   29   30   31   32   33   34   ...   168

Məsələ 542: Ehram halında ölən bir şəxsə, kafurlu su ilə qüsl verilməz, onun əvəzində xalis 
su ilə qüsl verilməlidir. Amma onun ehramı həcci-təməttö ehramıdırsa, təvaf, namaz və 
sə`yi tamamlanmışsa, yaxud da qiran və ya ifrad həcci ehramında olub həlq (başın tükünü 
qırxmaq) etmiş olursa, bu iki halda ona kafurlu su ilə qüsl verilməsi lazımdır. 
 
Məsələ 543: Əgər sidr və kafur, yaxud bunlardan biri tapılmasa və ya onun istifadəsi caiz 
olmasa, məsələn, qəsbi olarsa, gərək ehtiyata əsasən ona bir təyəmmüm verilsin, mümkün 
olmayanın yerinə isə xalis su ilə qüsl verilsin. 
 
Məsələ 544: Meyyitə qüsl verən aqil, müsəlman və ehtiyata əsasən on iki imam şiəsi olmalı, 
həmçinin qüsl hökmlərini də bilməlidir. Əgər müməyyiz uşaq qüslü səhih şəkildə yerinə 
yetirsə, kifayət edər. Belə ki, isna-əşəridən (isna-əşəri – yə`ni 12 imamçı olan şiə məzhəbi) 
başqa məzhəbdə olan müsəlman meyyitə öz həmməzhəbi, məzhəbinin qaydası üzrə qüsl 
versə, isna-əşəri mö`mindən təklif saqitdir. Amma əgər o, meyyitin vəlisi olsa, təklif ondan 
saqit olmur. 
 
Məsələ 545: Meyyitə qüsl verən şəxsin qürbət qəsdi olmalıdır, qüslü Allah-təalanın əmrini 
yerinə yetirmək məqsədilə verməsi kifayətdir. 
 
Məsələ 546: Müsəlman uşağına qüsl vermək, hətta zinadan doğulmuş olsa belə, vacibdir. 
Kafirin və onun övladının qüsl, kəfən və dəfni vacib deyildir. Kafirin övladı müməyyiz olub 
İslamı izhar etsə, müsəlmandır. Uşaqlıqdan dəli olub, bu halda baliğ olan şəxsin, ata-anası 
müsəlmandırsa qüsl edilməsi lazımdır. 
 
Məsələ 547: Siqt olan (düşən, salınan) uşaq, əgər dörd aylıq və ya daha çox olarsa, ona qüsl 
verilməlidir. Hətta əgər dörd aylıq olmasa belə, bədən quruluşu tamamlanmış olarsa, 
ehtiyata əsasən ona qüsl verilməlidir. Bu iki haldan başqa, sair hallarda ehtiyata əsasən, 
bir parçaya bükülərək, qüsl verilmədən dəfn edilməlidir. 
 
Məsələ 548: Kişi naməhrəm qadına qüsl verə bilməz və həmçinin qadın da naməhrəm 
kişiyə qüsl verə bilməz. Amma qadın öz ərinə, ər də öz arvadına qüsl verə bilər. 
 
Məsələ 549: Kişi müməyyiz olmayan qız uşağına və qadın da müməyyiz olmayan oğlan 
uşağına qüsl verə bilər. 
 
Məsələ 550: Bir-birinə məhrəm olanlar bir-birinə qüsl verə bilər. İstər ana, bacı kimi 
nəsəbi olsun, istərsə süd əmmək vasitəsilə və ya evlənmək yolu ilə ona məhrəm olsunlar. 
Bundan başqa hallarda qüslün libas altından verilməsi, yaxşı olmasına baxmayaraq, lazım 
deyil, amma vacib ehtiyata əsasən, kişi ona məhrəm olan qadına o halda qüsl verə bilər ki, 
ona qüsl verəcək bir qadın tapılmasın və əksinə (kişiyə qüsl verə biləcək kişi tapılmasa, 
məhrəm qadın qüsl verə bilər.) 
 
Məsələ 551: Əgər meyyitlə ona qüsl verənin hər ikisi kişi və ya hər ikisi qadın olsa meyyitin 
övrətindən başqa digər yerlərinin çılpaq olması caizdir. Amma daha yaxşısı odur ki, libasın 
altından qüsl verilmiş olsun. 
 
Məsələ 552: Meyyitin övrətinə baxmaq ər arvaddan başqasına haramdır, əgər ona qüsl 
verən adam baxsa, günah edib, lakin (bu işlə) qüsl batil olmaz. 
 
Məsələ 553: Əgər meyyitin bədəninin bir yerində eyni-nəcis olsa, qüsl verməzdən əvvəl 
oranı paklamaq lazımdır. Meyyitin bütün bədəninin, qüsl verilməzdən əvvəl nəcasatdan 
pak olması daha yaxşıdır. 


 
Məsələ 554: Meyyit qüslü, cənabət qüslü kimidir. Vacib ehtiyata görə tərtibi qüsl vermək 
mümkün olduğu vaxta qədər, meyyitə irtimasi qüsl verilməməlidir. Tərtibi qüsldə də sağ 
tərəfi sol tərəfdən əvvəl yumalıdırlar. 
 
Məsələ 555: Heyz, yaxud cənabət halında ölən adama, heyz, yaxud cənabət qüslünü vermək 
lazım deyil, elə həmin meyyit qüslü onun üçün kifayətdir. 
 
Məsələ 556: Meyyitə qüsl vermək üçün muzd (əmək haqqı) almaq, ehtiyata əsasən, 
haramdır. Əgər bir kəs muzd almaq üçün meyyitə qüsl versə, belə ki, bu iş qəsdi-qürbətə 
zidd olmuş olsa, o qüsl batildir. Amma qüsldən qabaq bə`zi hazırlıq işləri üçün muzd 
almaq haram deyildir. 
 
Məsələ 557: Meyyit qüslündə cəbirə qüslü məşru (şəriət qanunu) deyildir. Əgər su 
tapılmasa və ya sudan istifadə etməyin maneəsi vardırsa, qüsl əvəzinə meyyitə bir 
təyəmmüm verməlidirlər. Amma üç təyəmmüm vermələri müstəhəbb-ehtiyatdır. 
 
Məsələ 558: Meyyitə təyəmmüm verən şəxs, öz əlini torpağa vurub, meyyitin üzünə və 
əllərinin arxasına çəkməlidir. Mümkün olduğu təqdirdə, müstəhəb-ehtiyata əsasən, 
meyyitin öz əli ilə ona təyəmmüm verilməlidir. 
MEYYİTİ KƏFƏNƏ BÜKMƏYİN HÖKMLƏRİ 
 
Məsələ 559: Müsəlman meyyiti fitə, köynək və sərtasər (başdanayağa) deyilən üç parçaya 
bükülməlidir. 
 
Məsələ 560: Fitə vacib ehtiyata əsasən göbəkdən dizə qədər bədəni örtməlidir. Daha yaxşı 
olar ki, sinədən ayağın üzünə (topuğa) qədər yetişsin. Köynək gərək vacib ehtiyata əsasən 
çiyinin başından baldırın yarısına qədər bütün bədəni örtsün və daha yaxşısı odur ki, 
ayağın üzünə yetişsin. Sərtasərin isə, bütün bədəni örtəcək qədər olması lazımdır. 
Uzunluğunun, bədənin baş və ayaq tərəfindən bağlanacaq qədər, eninin isə, bir tərəfi o biri 
tərəfinin üstünə gələcək qədər olması vacib ehtiyata əsasəndir. 
 
Məsələ 561: Əvvəlki məsələdə deyilən kəfənin vacib miqdarı meyyitin malının əslindən 
götürülür. Mə`lum və adi qaydada, eləcə də meyyitin şə`ninə uyğun kəfənin normal olan 
müstəhəbb miqdarı da meyyitin malının əslindən götürülə bilər. Amma kəfənin vacib 
miqdarından artığını, baliğ olmayan varislərin payından götürməmək ehtiyat 
müstəhəbbdir. 
 
Məsələ 562: Bir şəxs kəfənin müstəhəbb olan miqdarını, onun malının üçdə birindən 
götürmələrini vəsiyyət edərsə və ya malının üçdə birini onun özünə xərcləməyi vəsiyyət 
etmiş olsa, lakin onun haraya sərf ediləcəyini tə`yin etməmiş olsa, yaxud onun sərf ediləcəyi 
yerin yalnız bir miqdarını tə`yin etmiş olsa, kəfənin müstəhəbb olan miqdarını normadan 
artıq olsa belə, onun malının üçdə birindən çıxa bilərlər. 
 
Məsələ 563: Əgər meyyit, kəfəni malının üçdə birindən çıxılmasını vəsiyyət etməmişdirsə, 
bu halda kəfəni onun malının əslindən almaq istəsələr, gərək 561-ci məsələdə söyləniləndən 
artığını, meyyitin şə`ninə layiq olmadığı, xalq arasında adət olmayan müstəhəbb şeyləri 
onun malının əslindən almasınlar. Əgər normadan daha bahalı bir şeyi kəfən üçün 
götürsələr, onun artıq qiymətini malın əslindən verə bilməzlər, amma vərəsələrdən baliğ 
olanlar öz hissələrindən alınmasına izn versələr, onların izn verdikləri miqdarda onların 
hissəsindən ala bilər. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə