89
V BÖLÜM
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ
Buraxılış xəritəsi yaradıcı
heyətin redaksiya
toplantısından sonra ortaya çıxan bir sənəddir. Səhər
toplantısında qəbul olunan qərarlar əsasında, gün
ərzində yayımlanacaq xəbər buraxılışlarının, başlıcası
isə Ana xəbər buraxılışında gedəcək xəbərlərin xəritəsi
cızılır. Unutmayaq ki, gün öz sözünü dedikcə, səhər
xəritəsindəki cizgilər dəyişə, bəzənsə hansısa qaynar
xəbər xəritəmizi tanınmaz hala sala bilər. Ana xəbər
buraxlışından sonra keçirilən sonuncu efir sonrası
toplantıda gecə xəbərlərinin – gecə bülleteninə hansı
xəbərlərin düşəcəyi qərara alınır. Buraya gün ərzindəki
xəbərlərlə yanaşı, təzə informasiya da əlavə oluna
bilər.
Xəbər xəritəsi bunları müəyyənləşdirir :
• Buraxılışa daxil olacaq xəbərləri,
• Buraxılışın aparıcısının kimliyini,
• Materialların
zaman sürəsini, tipini,
• Texniki heyət üçün nəzərdə tutulmuş qeydlər
(aparıcını çəkəcək kamera, konkret hər bir süjetə lazım
olacaq qrafikanın sayı və s. ).
Bunlar o qədər mürəkkəb və çətin proseslərdir ki,
bəzən buraxılışa məsul redaktor, efir rejissorları,
prodüserlər hər şeyi atıb getmək istəyirlər. Amma
izləyiciniz üçün xəbərləri maraqlı və aydın etmək uçün
bütün bu elementlər vacibdir, bunun üçün düşünmək,
yaradıcı olmaq lazımdır.
Qeyd etdiyimiz kimi, randounla bağli iki eyni cür
düşünən prodüser və buraxılış
redaktoru tapmaq
geyri-mümkündür. Yaxşısı budur, onların işinin bir-
birini necə tamamlaya biləcəyini yazaq.
Xəbər buraxılışının düzümündə - bir xəbərdən o
birisinə rahat, keçidlərlə axması, izləyicini cəlb etməsi,
eyni zamanda da gün boyu baş verən ən vacib
xəbərləri əhatə etməsi əsl peşəkarlıqdır.
Bu bölümün sonunda verilən misallarda görəcəksiniz
ki, buraxılışa məsul heyət hər gün necə mürəkkəb
janqlyorluq məharəti göstərir.
Qeyd. Televiziya kanlalarından alınmış nümunələr
korrektə və redaktə olunmadan, orijinaldakı kimi təqdim
olunur.
Nümunə 1
Reqion TV –
22.06.16
20.30
SƏLMİNƏ ƏLƏKBƏRLİ
SALAMLAŞMA
ANONS
* * *
- Azərbaycan Silahlı
Qüvvələri düşmən hədəflərini
darmadağın etməyə qadirdi...İNTERŞUM
SİNX...01.01.27-01.35.01.36. Müasir silahlar
sınaqdan keçirildi...
- Prezidentlərin Sankt Peterburq görüşündə əldə
olunan razılığın detalları açıqlandı. 00.22.00.27
-Sarqsyan 4 günün acısını aylardı soyuda bilmir.... Başı
itirən işğalçı ölkə rəhbəri çıxış yolunu kütləvi ixtisar-
larda gördü...
- Hindistanda ildırım 100 nəfərı canından etdi....
Təbiət hadisəsi zamanı yaralananlar da var
-00.14.00.00.19... Ancaq bir əmması var...
Çağırılmamış qonaq əkin sahələrinə qənim kəsildi...
-01.31.01.38 Bəs qarşı tərəf fermerlərin istəyinə niyə
müsbət cavab vermir?
-Şəkərli diabet də yaş sərhədlərini aşdı...SİNX..
( uşaqlar arasında 1 yaşında olan şəkərli diabet
xəstəmiz də var. İndi isə xəstəlikdə cavanlaşma gedir)
Genefondumuza təhlükə var...
-00.38.00.44.. Yuxusunu 30 saniyəyə gerçəkləşdirən
Tovuz sakininin ixtirasını sizə “Bu gün” göstərəcək
* * *
SALAMLAŞMA.
Sankt-Peterburq görüşünün səsi
deyəsən indi çıxmağa başlayıb. İşğalçı ölkənin rəhbəri
başı alovlu Azərbaycan torpağına-Qarabağa gedir.
Dağıstanda terrorçular məktəbi yandırdılar. Şimali
Koreya iki orta mənzilli ballistik raketin buraxılışını
həyata keçirdi. TTV bu və ya
digər xəbərlərlə dünya
gündəmini təqdim etdi. Bizim xəbərlər anonslardan
bəlli olacaq. Axşamınız xeyir
* * *
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ /
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ
90
V BÖLÜM
TƏQDİMAT
Azərbaycan Silahlı qüvvələrinin birlik,
birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki
təlimlər keçirilib. Prosesi şəxsən izləyən Müdafiə
Naziri Zakir Həsənov qoşun növlərinin qarşıya qoy-
ulan tapşırıqların öhdəsindən layiqincə gəlməsini,
hədəflərin ilk atışda dəqiqliklə vurulmasını yüksək
qiymətləndirib.
* * *
SUJET TƏLİMLƏR 2.40
ZAKİR HƏSƏNOV AZƏRBAYCANIN MÜDAFİƏ
NAZİRİ (2)
* * *
TƏQDİMAT
Prezidentlərin Sankt Peterburq
görüşündə mərhələli həll variantı əsas götürülüb.
Razılığın detallarını Prezident administrasiyası
rəhbərinin müavini Novruz Məmmədov açıqlayıb.
Görüşdə əvvəl 5, daha sonra iki rayonunun
qaytarılması, ardınca dəhlizin və Dağlıq Qarabağın
statusunun müəyyən edilməsi məsələsində razılıq əldə
edilib.
SUJET-RAZILIQ 3.10 BAKI
TİTR: NOVRUZ MƏMMƏDOV PREZİDENT
ADMİNİSTRASİYASI RƏHBƏRİNİN MÜAVİNİ
TİTR: HİKMƏT HACIYEV, XİN-İN MƏTBUAT KATİBİ
* * *
KADR MONİTORİNQ
ATƏT-in fəaliyyətdə olan
sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun
olaraq bu gün Tovuzun Ağdam kəndi yaxınlığındakı
qarşıdurma xəttində keçirilən
monitorinq insidentsiz başa çatıb.
Prosesi qrumun
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
səhra köməkçiləri izləyib. Monitorinqdən əvvəl ATƏT
nümayəndələri sərhədyanı kəndlərdə atəşkəsin
pozulması, dinc sakinlərin və əkin-biçin işlərinə
cəb edilən texnikanın hədəfə alınması barədə
məlumatlandırılıb. TOVUZ
* * *
TƏQDİMAT
Aprel məğlubiyyətini həzm edə bilməyən
Sarqsyan çıxış yolunu ixtisarlarda görüb. İşğalçı ölkədə
növbəti məmur vəzifəsindən uzaqlaşdırılıb. Yüksək
rütbəli zabitlərin kütləvi həbsləri və bəzilərinin işdən
çıxarılması sonda Sarqsyanla
müdafiə naziri Seyran
Ohanyan arasında narazılığa gətirib çıxarıb.
SUJET ERMƏNİSTAN 2.40 ARXİV ERMƏNİSTAN
KADR SERJ SƏFƏR
Ermənistan prezidenti Serj Sar-
qsyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ
bölgəsinə gəlib.Rusiya mətbuatının məlumatına
görə,Sarqsyanın Xankəndi separatçılarının rəhbərliyi
ilə görüşəcəyi və bəzi rayonlara baş çəkəcəyi gözlənilir.
ARXİV
* * *
(KADR TÜRKLİYƏ)
Türkiyənin Iğdır rayonunun Tuzlu-
ca qəsəbəsinin girişi və çıxışında erməni dilindəki tablo
sökülüb. Buna Iğdırın Azərbaycan əsilli sakinlərinin
etirazı səbəb olub. Ermənistanla həmsərhəd olan
Tuzluca qəsəbəsində bələdiyyə türk, ingilis, kürd və
erməni dillərində “Xoş gəldiniz, gülə gülə” yazıları
yazdırıb.Yerli əhali yalnız erməni dilində yazılan
sözlərə
öz etirazlarını bildiriblər. Narazılığın böyüdüyünü görən
qəsəbə bələdiyyəsi tablonun üzərində erməni dilindəki
yazıların silinməsi ilə bağlı qərar qəbul edib.
TÜRKİYƏ
13.10
PƏRDƏ
* * *
KADR FƏRMAN
Prezident İlham Əliyev ipoteka
kreditləşməsinin bəzi məsələləri haqqında fərman
imzalayıb.Fərmana əsasən, “Azərbaycan İpoteka
Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi
təsdiqlənib. Nazirlər Kabinetinə “Azərbaycan İpoteka
Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına
ipoteka kreditinin, o cümlədən “Elektron hökumət”
portalında “Elektron ipoteka” sistemini yaratmaq
və gələn il yanvarın 1-dən tətbiq etmək tapşırılıb.
Bundan əlavə fərmana əsasən, Azərbaycanda yeni
tikilən, ancaq Şəhərsalma və Tikinti Məcəlləsinə
uyğun istismarına icazə verilməsi gecikən çoxmənzilli
binalardakı mənzillərin alınması
üçün də ipoteka
krediti veriləcək.
* * *
KADR SƏRƏNCAM
Prezident İlham Əliyev Dövlət
qulluqçularının təltif edilməsi haqqında sərəncam
imzalayıb.Sərəncama əsasən,dövlət qulluğunda
səmərəli fəaliyyət göstərən bir qrup şəxs 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə,“Dövlət qulluğunda
fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif
olunub. Daha bir sərəncamla Natiq Əzizova “Əməkdar
dövlət qulluqçusu” fəxri adı verilib.
* * *
TƏQDİMAT
Bu gün Bakının Xəzər rayonunda Zirə
Cümə məscidi kompleksi istifadəyə verilib. Həmçinin
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ /
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ