FƏXRİ VALEHOĞLU
təchizatçıları yerli ermənilər idi və qarapapaqlar əm in id ilə r M,
bu savaşda da ermənilər rusların bir qolu olan duxöborlarla
birlikdə eyni mövqeni tutub keçmiş savaşda türkün düşməninə
göstərdikləri sədaqəti yenidən təkrarlayacaqlar. Polkovnik
S. O. Kişmişov yazırdı: «1853-cü ildə, müharibədən üç ay qabaq
qarapapaqlann bizim hüdudlarda qarətləri hiss olunacaq dərəcə
də gücləndi. Bundan keçmiş Axalkələk nahiyəsinin cənub-şərq
hissəsi daha çox zərər çəkdi. 40-cı illərdə buralara duxobor sek
tasına aid 6 rus kəndi köçürülmüşdü. Nahiyənin bu hissəsinin
yüksəklikdə (dəniz səviyyəsindən 6000 futa qədər yüksəkdə)
yerləşməsi köçkünlərə əkinçiliklə məşğul olmağa imkan vermir.
Ancaq zəngin otlaqlar duxoborlara çoxlu sayda mal-qara və qoş
qu atları saxlamağa şərait yaradır.
1853-cü ildə müharibədən əvvəl düşmən qoşunlarında artil
leriya atlarına böyük ehtiyac duyulurdu. Türklər bu boşluğu yerli
atlarm cinsi alçaqboylu olduğu üçün Kiçik Asiyadakı ilxıların
hesabına doldura bilmirdi. Duxobor kəndlərinə qonşuluqdakı
Çildir sancağında yaxşı bilirdilər ki, rus köçkünləri əla qoşquya
gedən atlara sahibdirlər. Elə qarapapaqları da özünə ən çox cəlb
edən bu atlar idi.
Qarapapaqlann zərbəsinə ilk olaraq Orlovka kəndi məruz
qaldı. İyunun sonlarında 50 nəfərlik qarapapaq dəstəsi kordon-
dakı (sərhəd mühafizə xəttindəki) kazakların başlarının biçinə
qarışmasından faydalanaraq Orlovka kəndinə soxulub buradakı
bütün atları apardı... Soyğunçuların Orlovkada törətdikləri
haray-vəlvələ yaxın postlardakı kazakları ayağa qaldırdı. Onlar
geri çevikcə at çapan qarapapaqları izləyən vaxt başqa bir dəstə
həmin gün Troitskoye kəndinə hücum etdi... Avqustda Axal
kələk nahiyəsində duxobor kəndlərinin hamısı viran edildi.
Canlarını qurtaran duxoborlar Pərvana gölü sahilinə qaçıb Ro-
dionovka və Tambovka kəndlərində müvəqqəti sığınacaq tap
dılar.
Axalsıx hüdudlarında həyata keçirilmiş qarətlər Aleksandro-
pol sunurlarında da təkrarlandı. Burada əsasən Arpaçay qırağın
dakı erməni kəndləri ziyan gördü. Qarapapaqlar kürd atlıları ilə
126
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
birlikdə avqust ayı boyunca demək olar ki, hər gün hücum edib
mal-qara aparır və bizim qoşunlar istifadə etməsin deyə çörək və
digər taxıl məhsulları ehtiyatlarım məhv edirdilər.
Aleksandropol v ə Axalsıx kordonlannda bizim qoşunların
gücləndirilməsi buralarda qarətlərə son qoysa-da, İrəvan kor-
donu açıq qalırdı. Burada qarapapaqlann həm lələri digər bölgə
lərlə müqayisədə heç də az olmayan güclə müşahidə olunurdu.
İrəvan sərhəd xəttində ən çox əsasən ermənilərin yaşadığı
Sürməli nahiyəsi ziyan gördü».1 Sürməli nahiyəsinə ilk hücumu
21 avqustda Bəyazid paşasmın həbsxanadan azad etdiyi tanınmış
qaçaq B a ğ ı r x a n ı n rəhbərliyi altında qarapapaq və kürdlərin
birləşmiş 200 nəfərlik dəstəsi edir. Onlar sərhəd mühafizə
dəstələrinin diqqətini yayındırmaq üçün İran üzərindən hərəkət
edib Araz çayını keçərək əvvəlcə sərhəd yaxınlığında otlayan
kazak atlarından ibarət tabunu ələ keçirir, sonra isə Sürməlinin
erməni kəndi Qaraqanlıya hücum edib geri Türkiyəyə qayıdırlar.
Tezliklə B a ğ ı r x a n ı n dəstəsinin sayı bir neçə dəfə artır. Onun
əsas köməkçisi əslən Sürməlidən olub Türkiyədə daldalanan
qaçaq C ə f ə r x an idi.
1855-ci il 2 martda Krım cəbhəsində - Gözləvədə (indiki
Yevpatoriyada) ruslar Osmanlı, Sardiniya Krallığı və düz bir il
əvvəl - 1854-cü ildə Rusiyaya savaş elan etmiş Böyük Britaniya
və Fransa dövlətlərinin müttəfiq ordusu qarşısında məğlub
olurlar. Bu arada çar I Nikolay intihar edir və onun yerinə II
Aleksandr keçirilir. Bundan sonra, may ayında Əlahiddə Qafqaz
Korpusunun komandanı vəzifəsinə təcrübəli general, 1826-28-ci
illər Rusiya-İran müharibəsi zamanı İ. F. Paskeviçin ordusunun
qərargah rəisi, 1828-29-cu illər rus-türk müharibəsində qrenader
(seçmə əsgər) briqadasının rəhbəri olmuş yeni Qafqaz canişini
Nikolay Nikolayeviç M uravyov (1794-1866) təyin olunur. O
bu savaşa dair öz xatirələrini 1877-ci ildə Sankt-Peterburqda çap
etdirdiyi iki cildlik «1855-ci ildə Qafqaz arxasında müharibə»
1 C. О. Кишмишев. Война в Турецкой Армении 1877-1878 гг., СПб, 1884,
с. 54-55.
127
FƏXRİ VALEHOĞLV
kitabında ifadə edir. Osmanlılarda da komandan dəyişdirilir.
Z ə r if P aşan ın yerinə Şükrii Paşa təyin edilir.
Artıq 1855-ci il hərbi kampaniyasının başlanğıcında ru s or
dusunun Qafqaz cəbhəsində döyüşən hər üç bölməsinin - Alek-
sandropol, İrəvan v ə Axalsıx bölmələrinin tərkibinə Azərbaycan
türklərinin ağa-bəylərdən və onların nökərlərindən ibarət qeyri-
nizami atlı alayları və könüllü dəstələri daxil idilər:
I Qarabağ süvari-müsəlman alayı (500 atlı), Şamaxı quber
niyasının 3 uyezdinin (qəzasının) sakinlərindən formalaşnıij
polkovnik İ s r a f i l b ə y Y a d i g a r o v u n komandanlığındakı D
Şirvan süvari-müsəlman alayı (500 atlı) və Daşdəmir a ğ a m
başçılığı altında Borçalı distansiyasmdan yığılmış 300 atlı
Aleksandropol (Gümrü) bölməsinin;
Q azax, B o rç alı, Ş ə m şəd d il distansiyalarmm və qismən de
Yelizavetpol (Gəncə) quberniyasının sakinlərindən təşkil olun
muş polkovnik knyaz V a x ta n q O r b e lia n in in başçılığındakı
I I I s ü v a r i - m ü s ə l m a n a la y ı (500 atlı) və tərkibində türklə
rin də olduğu Axalkalak milis dəstəsi ordunun sağ cinahmı təşkil
edən Axalsıx bölməsinin;
İrəvan quberniyasının sakinlərindən təşkil olunmuş IV süva
ri-müsəlman alayı (500 atlı) ordunun sol cinahmı təşkil edən
İrəvan bölməsinin tərkibindəydilər.
Bunlardan başqa Türkiyənin sərhədyanı əhalisindən ibarət
200 nəfərlik Qarapapaq süvari milisi həm Muravyovun, həm də
Boqdanoviçin bu müharibəyə həsr etdikləri əsərlərdən bəlli
olduğu kimi, rus qoşunlarının avanqard dəstələrini təşkil edirdi
və Qars səmtindəki qarovul postlarını qoruyurdu. Onlar haqqın
da Potto yazırdı: «Q arapapaqlardan təşkil olunmuş milis x ü
susi d iq q ə tə layiq idi. Bu milis bizim Aleksandropol d ə stə
sində görm əyə alışdığım ız m ilislərdən kəskin fərqlənirdi.
Q arapapaqlar təm iz və gözəl geyinm işdilər, əla silahlan
m ışdılar, ön qovalam a xidm əti üçün etibarlı, kök və cəld
atlara süvar olm uşdular. Bizim tatarların qarapapaqlara çat
m asına çox var, b ir də ki, onlar o döyüşkənliyi harada əldə
edə b ilə rd ilə r? Q arapapaqlar Türkiyənin sərhəd bölgəsində
128
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
yaşayan nadinc, azadlığı sevən xalqdır və başdan ayağa ha
mısı m in icid iler» .1 Yeri gəlmişkən qeyd edək ki, bəzi rus mən
bələrində, o cüm lədən V. Pottonun yazılarında qarapapaqlar de
dikdə yalnız Türkiyənin Rusiya imperiyası sərhədində yaşayan
qarapapaq türkləri nəzərdə tutulurdu. Onların Qazax-Borçalı
türkləri ilə, yəni rus təbəəliyinde olan qarapapaqlarla qohumluq
telləri vurğulansa da, bu ya bilməyərəkdən və yaxud da ki,
bilərəkdən, rusların əskilərə dayanan «bölüb hökmranlıq etmək»
prinsipinə uyğun olaraq belə edilirdi.
1855-ci il may ayının sonunda Ərdahan qalası rus ordusuna
təslim olur. Bundan sonra Qafqaz cəbhəsində döyüşlər əsasən
Qars üzərində gedirdi. Strateji Qars qalası rusların Ərzurum
səmtinə yollarım kəsir, türk ordusunun isə Tiflis istiqamətinə
yollarım açırdı. Türklər rus qoşunları qarşısına qoyulmuş əsas
məqsədin Qarsın işğal edilməsi olduğunu yaxşı bilirdilər və
buna görə də qalanın müdafiəsini mükəmməl təşkil etmişdilər.
Qaladakı istehkamların gücləndirilməsi üçün əcnəbi mühəndis
lər də işə cəlb olunmuşdular. Çildir sancağının rəisi Aslan Paşa
nın toplayıb özü başçılıq etdiyi, əksəriyyəti Çildir sancağı və
ətraf nahiyələrin qarapapaqlanndan ibarət olan könüllülər də o
zaman Qarsda idilər.
Qarsı mühafizə edən türk qoşunlarının qeyri-nizami bölmə
lərinin komandanları haqqında general M. Boqdanoviç yazırdı:
«Türk ordusunun rəislərinə gəldikdə, heç bir təhsili olmayan,
ancaq döyüşlərdə sınanmış və onu Baba Kərim adlandıran
tabeçiliyində olanların sevimlisi, özünü köhnə türk adlandıran
Ərəbistan diviziyasının komandiri (keçmiş komandiri — F. V.)
Kərim paşa; fövqəladə cəsur və hər şeylə maraqlanan, əslən
çərkəzlərin ubıx tayfasından olan H üseyn paşa; qəfil hücum
ları, yırtıcılığı və ərazini tanımasıyla bizim sərhədyanı əyalətlər
üçün olduqca təhlükəli olan Borçalı distansiyasının Türkiyəyə
qaçmış keçmiş sakini H ə ş i m o ğ l u onların içərisində ən yax-
1 «Военный сборник» məcmuəsi, XXVIII cild, 1863-cü il, yanvar, s. 182-183.
129
Dostları ilə paylaş: |