KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

FƏXRİ VALEHOĞLU
-  Tatar atəş açır, mənim cənabım!
N ecə yəni atəş açır?
-   A təş  açır,  mənim  cənabım!  -   deyərək  kazak  inandıricı 
cavab verdi.
-  N iyə, yoxsa başıpozuqlarmı onlara hücum edib?
-   Qətiyyən  yox,  mənim  cənabım.  Biz  onların  otlarını  biçir­
dik. Onların isə heyfi gəldi və tüfənglərlə sıçradılar.
-  B əs nəyə görə, qardaşlar, siz orada ot biçirdiniz?
-  Neynəyək,  mənim  cənabım,  qərargahdan  tapşırıblar,  yüz- 
başıya, yəni kəndxudaya da dedik.
-  Yüzbaşı nə dedi?
-   Heç  nə,  mənim  cənabım,  məlumdur ki,  tatardır,  nə  desən 
də başa düşmür,  öz bildiyini deyir.
Biz,  yolumuza  davam  etdik.  Kəndə  yaxınlaşırıq.  Hər  şey 
sakitdir.  Tarlalarda  heç  kəs  yoxdur....  Kəndin  özünə  daxil 
olanda,  bir  küçə  döngəsində  nə  haqda  isə  qızğın  söhbət  edən 
tatar  izdihamı  ilə  rastlaşdıq.  Dayandıq.  Bizi  maraqla,  şübhəylə 
və  heyrətlə  başdan  ayağa  qədər  süzürdülər.  M ən  tatarlara  ba­
xaraq soruşdum:
-  Yüzbaşı hanı?
Yığın  sakit  dururdu.  M ən  atımı  irəli  çəkib  daha  hündürdən 
soruşdum.
-  Yüzbaşı hanı?
Səssizlik.  Bu  mənim  yoldaşımı  hövsələdən  çıxardı.  O  qəf­
lətən qışqırdı:  «Yüzbaşını verin!»....
B oynum a  alım  ki,  q a ra p a p a q la rın   döyüşkən  xasiyyətli 
olduğunu  çox  eşitd iy im d ən   m üsibət  baş  v erəcəy in i  gözlə­
yirdim .  Ancaq  mənim  yoldaşımın  bu  hərəkəti  başqa  cür qarşı­
landı....  Balacaboy,  pota,  qoca  kəndxuda  elə  bil  yerin  altından 
çıxdı....
Biz  kəndxudanı  sorğu-suala  tutduq.  Ancaq o  qətiyyətlə  bizə 
heç  nə  başa  sala  bilmədiyi  və  ya  başa  salmaq  istəmədiyi  üçün 
onu  ata  otuzdurduq  və  yenidən  yığılan  izdihamın  çığırtısı  və 
hədə-qorxusunun müşayiəti ilə özümüzlə apardıq.
138
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Kəndxudayla  biz  bir  neçə  kəndi  dolaşsaq  da  itmiş  əsgərin 
izini heç yanda tapa bilmədik.  Buna görə də kəndxudanı buraxıb 
geri  əliboş  dönm ək  məcburiyyətində  qaldıq.  Tanış  kənddə  ta­
tarlar yenə kiçik dəstələrlə toplaşırdılar.  Bu dəfə bir oğlan  tatar- 
ca  söz  soruşa-soruşa  cürətlə  bizə  yaxınlaşdı.  Biz  ona  cavab 
verməyə  hazırlaşırdıq  ki,  kəndxudamn  özü  gəldi  və  məşhur 
«mənim  evim  -   sənin  tövləndi»  şərq  kəlamım  işlədərək  səhər 
yeməyinə  dəvət  etdi.  Biz  «duz-çörəkdən  imtina  etmərik»  deyib 
atdan  düşdük  v ə  onun  daxmasına  getdik.  Ev  yiyəsi  bizi  evin 
astanasında qarşıladı və Qafqaz adət-ənənəsinin əksinə silahları­
mızı  götürmədi.  Bu  bizi  çox  sevindirdi.  Çünki  bu  silahlı  yara­
maza  çox  da  inanmırdıq.  Səhər yeməyini  gözlədiyimiz arada ev 
yiyəsi  xanəndələr  və  musiqiçilər  gətirtmək  göstərişini  verdi.... 
Mahnılara  v ə  musiqiyə  qulaq  asaraq  biz  Asiya  xörəklərindən  -  
qızardılmış  qoyun  əti,  ağappaq  piramidaya  bənzər  plov,  saplı 
pendir  və  m üxtəlif  otlardan  ibarət  olan  qəlyanaltıya  başladıq. 
Bütün  bunlardan  sonra  qapı  açıldı,  taxta  sinidə  gözəl  çini  stə­
kanlara  süzülmüş  ətirli  isti  çay  gətirən  yaraşıqlı  bir oğlan  otağa 
daxil olanda bizim təəccübümüzü göz önünə gətirin.
-   Ay  yüzbaşı  K ərim oğlu,  Asiya  mətbəxindən  sonra  bu 
qızmarda isti çaydan yaxşı nə ola bilərdi?
-  «Böyür çubuğu» -  deyə o təklif etdi  və əmiryanə  «Ey  oğ­
lan,  çubux  doldur»  dedi.  Bizə tənbəki  çubuğu  gətirdilər.  Yedik, 
içdik  və  ev  yiyəsinə  əsl  şərq  qonaqpərvərliyinə  görə  təşəkkür 
etdik.  Yalnız  axşama  doğru  düşərgəyə  qayıtdıq.  Burada  ilk  gö­
zümüzə  sataşan  axtardığımız  əsgər oldu.  Onun  müvəqqəti  yoxa 
çıxması bizim rus əsgərlərinin çoxunun qeyb olmasına  bais olan 
səbəb üzündən olub.  Qida toplayarkən o öz həmyerlisi ilə rastla­
şıb, gərəkəndən artıq qədəhlə qonaqlanıb, atını buraxıb-dır».1
1855-ci  il yayın ortasında Muravyov Ərzurum yolunu açmaq 
üçün  Soğanlı  dağlannı  növbəti  dəfə  aşıb  Osmanlı  sərkərdəsi 
Vəli  Paşanın  Köprüköy  kəndindəki  düşərgəsini  ələ  keçirmək 
qərarına  gəlir.  M əqsədə  nail  olmaq  üçün  hər  şey  çox  gizli  və
1«В оенн ы й  сб о р н и к »
 m ə c m u ə s i,  X X X V I I I  c ild ,  18 6 4 ,  m a y ,  s.  4 2 4 - 4 2 7 .
139


FƏXRİ VALEHOĞLU
məxfi  hazırlanmışdı.  Hətta  bu  ikinci  Soğanlı  yürüşü  haqqında 
hərbi nazir general Dolqorukov da xəbərdar edilməmişdi.
Bu yürüşdə  başkomandan yanında olan hərbi  və mülki  ş ə x s ­
lərin  siyahısında  Qafqaz  canişinliyinin  mülki  dəftərxanasının 
dörd  tərcüməçisinin,  o  cümlədən  M irz ə   F ə tə li  A x u n d z a d e -  
n in   də  adı  var.1 Görkəmli  yazıçımızın Krım  müharibəsi  zaman ı 
cəbhə  xəttində olmasını oğlu Rəşid bəyin ona ünvanladığı m ə k ­
tublar da təsdiq edir.  Rəşid bəy  1877-ci  il 20 apreldə (2 m ayda), 
yəni  XIX yüzildə  baş  vermiş  növbəti  rus-türk savaşının  lap  b a ş­
larında Brüsseldən atasına göndərdiyi məktubda yazırdı:  «...Y eri 
gəlmişkən,  ola  bilsin,  siz  də  Krım  müharibəsi  vaxtında  old u ğ u  
kimi,  döyüş  bölgələrinə  gedəsiniz.  Mənim  üçün  maraq-lıdır,  b u  
barədə  hökumət hansı  tədbirləri  görüb?  Sizi  də  göndə-rəcəkler, 
ya yox? M ən təəssüf edirəm ki, Rusiya müharibə aparır...».1
 2
23  iyulda  ruslar  Köprüköy  düşərgəsində  yerləşirlər.  V ə li 
Paşa'döyüşsüz-filansız  Ərzurum  tərəfə  çəkilir.  Muravyov  V ə li 
Paşanın  belə  hərəkətinin  bir  manevr ola  biləcəyindən  eh tiy atla­
nıb Ərzuruma doğru  irəliləməkdən və ümumiyyətlə K öprü-köy- 
də qalmaqdan çəkinir və 25 iyulda geri qayıdır. Bu arada K ö p rü ­
köy yaxınlığındakı  Petrovas kəndində yaşayan türkdilli y u n a n la r 
(urumlar)  rus komandanından onlan  Cənubi  Qafqaza k ö ç ü rm ə y i 
xahiş v ə təkid edirlər. Nəticə etibarilə bu yunanlar B arm aqsızda 
(Zalqada)  məskunlaşdırılırlar  [Qeyd  edək  ki,  bəzi  türk  a lim lə ri 
urumlann pravoslav türklər olduğu mülahizəsini irəli sürürlər].
Ruslann  Soğanlıdan  geri  qayıdışı  sırasında  Xanı  poçt  m ə n ­
təqəsi,  həmçinin  Çıplaqlı  yolu  türklər  üçün  açıq  qalırdı.  O n a 
görə  də  bu  istiqamətdən  həmişə  hücum  təhlükəsi  gözlənilirdi. 
Muravyov  adı  çəkilən  əsərinin  «Daşdəmirin  uğurlu  kəşfiyyatı» 
(« У д а ч н ы й   п о и с к   Т а ш -Т е м у р а » )  bölümündə yazırdı:
«1  № -li  (Qarabağ)  atlı  müsəlman  alayına Çıplaqlı  yolunu  və 
həmçinin  sol  tərəfi,  yəni  Pənək  səmtindəki  yollan  nəzarət
1 N.  Muravyov, göstərilən əsəri, I cild, s. 314.
2  Rəşid  bəy  Axundov  (məktublar,  sənədlər,  tərcümələr,  məqalələr),  Bakı, 
2003,  s.  135-136.
140
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
altmda saxlamaq əmri verilmişdi.  Bu ön postdan xəbər verildi ki, 
uzaqda  süvarilər  görünür.  Ona  görə,  oraya  əlavə  mahir  Borçalı 
minicisi, m ilis  p rap o rşik i  D aş d ə m  i r   Qasım   oğlunun  rəhbər­
liyi altmda Loris-Melikovun 50 könüllüsünün göndərilməsi əmri 
verildi. O (D aşd əm ir -  F.  V.), hadisə yerinə gedib təcili Soğanlı 
meşəsinin Qars  tərəfə  çıxışında öz taqımından  10 nəfərlik piket 
(kiçik qarovul dəstəsi)  qoydu.  Ayın 28-də səhər tezdən bu piket 
15  atlıdan  ibarət  olan  dəstə  gördü  və  bu  barədə  D a ş d e m i r i  
xəbərdar  etdi.  O  qalan  40  könüllü  ilə  onların  köməyinə  tələsdi. 
Ancaq  çatanda  piketi  tapmadı  və  Pənək  istiqamətdə  aydın  gö­
rünən  at izləri  ilə  getdi.  Bir saat davam edən  axtarışdan sonra o, 
düşməni  təqib  edən  adamlarım  gördü.  Həmin  vaxt  Pənək  dü­
zündən  izlenənlərə  kömək  etmək  üçün  100  başıpozuq  çıxdı. 
D a ş d ə m i r   cürətlə birləşmiş dəstənin üstünə cumdu.  Nəticədə 
sonuncular hücuma tab  gətirməyib  5  nəfər ölü,  14 yəhərli  at və 
11  ədəd  çeşidli  silah  növü  qoyub  qaçmağa  üz  tutdular.  Könül­
lülər  təqibin  tozunda  Pənəkə  yaxmlaşanda  bu  kənddən  100-ə 
yaxın piyada laz çıxdı.  Onlar ərazinin dağlıq olmasından istifadə 
edərək düşmən  süvarilərinin qaçmasına  şərait  yaratdılar.  D a ş ­
d ə m i r   güclərinin  qeyri-bərabərliyini  və  öz  atlarının  yorğunlu­
ğunu  nəzərə  alaraq  təqibi  dayandırdı.  Onun  itkisi  yalnız  bir  ya­
ralı  atdan  ibarət  idi.  Piketin  gördüyü  15  nəfərlik  birinci  başıpo­
zuq  dəstəsinin  Qarsdan  kəşfiyyat  üçün,  yəni  bizim  dəstənin 
hansı  yolla  qayıdacağını  öyrənmək  məqsədilə  göndərildiyini 
söyləyən bir ölümcül yaralı ələ keçirilmişdi».1
Daşdəmir  ağanın  bu  igidliyi  barədə  general  Muravyovun 
knyaz Dolqorukova  1  avqust  1855-ci  ildə göndərdiyi  məktubda2 
və  «Kavkaz»  qəzetinin  1855-ci  il  6  avqust  tarixli  61-ci  sayında 
da  məlumat  verilirdi.  Göstərdiyi  mərdliyə  görə  ona  podporuçik 
rütbəsi,  dəstəsindəki  könüllülərin  birinə  isə  üzərində  «igidliyə 
görə» yazısı olan gümüş medal verilir.3 Çox keçmədən podporu-
1 N. Muravyov, göstərilən əsəri, I cild, s.  189.
2AK AK ,XI 
c
„ s.  377 və 382.
«Закавказский вестник» qəz.,  1855,  15 avqust, № 32, s.  3.
141


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə