KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

FƏXRİ VALEHOĞLU
başkomandanlığınm  nəzər  və  diqqətindən  yayınmırdı.  Belə  ki, 
Muravyovun Çivtliqaya kəndində yerləşən düşərgəsində imzala­
dığı  əm rlərlə  Ərzuruma  göndərilən  meşə  məhsullarının  ələ ke­
çirilməsində  göstərdikləri  şücaətə  görə  Qazax  mahalının  Qıraq 
K əsəm ən kəndinin  sakini  Ə səd u lla  b əy   Q əh rəm an   ağa oğlu­
na və B orçalı  m ah alın ın   Q ızılhacılı  kəndinin sakini  Ə li  ağa 
Ə liq u lu   a ğ a   o ğ lu n a (2   sentyabrda  baş  vermiş  döyüşdə  fərq­
ləndiyinə görə mükafatlandırılmış Ağa bəyin atası praporşik Ha­
cı  Şahqulu  ağanın  qardaşı)  praporşik  rütbəsi,  O ruc  ağa  Kərba- 
layı  oğluna  (Qazax,  Qıraq  Kəsəmən)  və  H ə sə n   ağa  Baytal 
ağa  oğluna  (Pəmbək  mahalı,  Qızılverən  kəndi)  gümüş  temlyak 
gəzdirmək  hüququnda  yunker  rütbəsi,  Əli  ağa  M olla  Mustafa 
oğluna  (Qazax,  Əksipara)  üstündə  «igidliyə  görə»  yazısı  olan 
qızıl,  K arin-C ura  M əm m əd  oğluna  (Zərşad  nahiyəsi,  Qoçköy 
kəndi)  və  Əli  M əşəd i  Ə liəsg ər  oğluna  (Qazax,  Qıraq  Kəsə­
mən)  üzərində  «igidliyə  görə»  yazısı  olan  gümüş  medallar veri­
lir'  və  29  oktyabrda  göstərmiş  olduqları  cəsarətə  görə  Borçalı 
M ə m m ə d   a ğ a   M in a s a z o v a   gümüş  temlyak  gəzdirmək hü­
ququnda yunker rütbəsi,  M uxtar  bəy  A ğası  b ə y   oğlu  və Zey­
nal  X udadat  oğlu  üstündə  «igidliyə  görə»  yazısı  olan  qızıl, 
M əm m əd  ağa  Y əhya  oğlu,  Qasım  ağa  İbrahim   ağa  oğlu 
üstündə  «igidliyə  görə»  yazısı  olan  gümüş  medallarla  mükafat­
landırılırlar.*
 2
9 noyabrda furaj  toplamaq üçün  Gölə  sancağına göndərilmiş 
Loris-Melikovun 22 milisi Aslan Paşanın hücumuna məruz qalır. 
Muravyov  əsərinin  « M ilislərim iz in   u ğ u rsu zlu ğ u »   bölümün­
də  bu  milislərin  bir  hissəsinin  öldürüldüyünü,  bir  hissəsinin  isə 
əsir götürüldüyünü və yalnız bir nəfərin canını qurtarıb qaça bil­
diyini yazırdı (Göstərilən əsəri, II c., s. 223-224).
1855-ci ilin oktyabr ayında rus çarını taxta çıxmaq münasibə­
tilə  təbrik  etmək  üçün  Peterburqa  gedən  İran  səfiri  Abbasqulu
«Закавказский  вестник»  qəz.,  1855,  17  noyabr,  №  46;  «Кавказ»  q əz., 
1855,21  jıoyabr, № 89.
«Кавказ» qəz.,  1855, № 91.
150
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
xan  yolüstü  Tiflisdə  dayanır.  Onu  bu  səfərdə  müşayiət  edən 
Qasım  xan  rus  çarının  canişini  general  Muravyova  Iran  şahının 
xüsusi məktubunu çatdırmalı  idi.  Bunun üçün o  cəbhə bölgəsinə 
yollanır.  V.  Pottonun yazdığına görə burada -  Hacıvəli kəndində 
Qasım  xan  2 № -li  atlı-müsəlman alayının komandanı polkovnik 
İsrafil  bəy  Yadigarovu  ziyarət edir.  İsrafil bəy  qonağın  şərəfinə 
süfrə açır və ora ştabs-kapitan Nabeli də dəvət edir.1
M üharibənin  gedişində  Qafqaz dağlılarının rəhbəri  Şeyx  Şa­
mil rusları  daim  qorxu  altında saxlayırdı.  Mətbuat  Şamilin  mək­
tublarını  T ürkiyəyə  keçirdikləri  üçün  Gəncəbasar  mahalının 
Acalı  kəndinin  sakinləri  24  yaşlı  Zeynalkar  Allahverdi  oğlunun 
və  35  yaşlı  Allahverdi  Məmməd  oğlunun  axtarışda  olduğunu 
elan edirdi.2
Uzun sürən mühasirə nəticəsində Qars şəhərində əhali aclıq­
dan başqa soyuq və vəbadan da əziyyət çəkirdi.  Bu səbəbdən  16 
noyabr  1855-ci  ildə  Qars  döyüşsüz  düşmənə  təhvil  verilir. 
Bundan sonra irimiqyaslı hərbi əməliyyatlar əslində dayandırılır.
1855-ci  ilin  qışında  başkomandan  N.  Muravyov  polkovnik 
L.-Melikovu  Qars paşalığı  və Ərzurum paşalığının bir hissəsinin 
rəisi  təyin  edir və  ona əsasən Oltu və  Gölə  sancaqlarını  nəzarət 
altında  saxlamağı  həvalə  edir.  Verilən  tapşırığı  yerinə  yetirmək 
məqsədilə L.-Melikov bu sancaqlara rus xidmətindəki  300 qara- 
papaq süvarisini  göndərir.3
M ənbələrdən  aydın  olur  ki,  Gölə  sancağında  hökm  sürən 
nisbi  sakitlik  1856-cı  ilin  əvvəllərində  Aslan  Paşa  tərəfindən 
pozulur.  O,  qardaşı  İz z ət  bəy  və 400 nəfərlik qarapapaq dəstəsi 
ilə  sancağın  Seynat,  Horovəng və  Çul-Pənək  kəndlərini  ələ  ke­
çirir.4
Muravyovun  «Kavkaz»  qəzetində  (1856-cı  il,  1  mart,  №   18) 
dərc  olunmuş  21  fevral  əm rilə  rus  işğalındakı  Şürəgəl  sancağı­
«Военный сборник» məcmuəsi,  1863, aprel, XV c., s. 435.
«Закавказский вестник» qəz.,  1855,20 oktyabr, № 42.
«Закавказский вестник» qəz.,  1855,22 dekabr, № 51.
«Кавказ» qəz.,  1856,  12 yanvar, № 4 və АКАК, XI c.,  s. 214.
151


FƏXRİ VALEHOĞLU
nın fəxri  sakinləri,  Qarapapaq milisinin I yüzlüyünün  komandir 
müavini M eh d i  a ğ a   M əm m əd   xan   o ğ lu   (Molla Musa kəndi), 
II  yüzlüyünün  komandir  müavini  A b d u lla  D a şd ə m ir  oğlu 
(Oxçuoğlu  kəndi)  və  Qars  şəhərinin  fəxri  sakini  Emin  ağa  Əli 
ağa  oğ lu   üzərində «qeyrətə görə» yazısı  olan gümüş medallarla 
təltif edilirlər, Oxçuoğlu kəndinin  fəxri kəndxudasına isə gümüş 
temlyak gəzdirmək hüququnda yunker rütbəsi verilir.
Savaşın  davam  etməsinə,  yəni  rəsmən  sona  yetməməsinə 
rəğm ən Tiflisdə m ədəni həyat öz axan  ilə davam edirdi.  1856-cı 
il  martın  22-də,  Novruz  bayramı  günündə  Tiflis  teatrında  böyük 
konsert  proqramı  təşkil  olunur.  Bu  barədə  «Kavkaz»  qəzeti 
1856-cı  il  29  m art  tarixi  nömrəsində  yazırdı:  «Konsert  buranın 
sevilən  və  tanınmış  xanəndəsi  S ə tta r   a ğ a n ın   ifa  etdiyi  müx­
təlif şərq nəğm ələri ilə sona yetdi».
Müharibə  gedişində  Qafqaz  cəbhəsi  ikinci  dərəcəli  əhəmiy­
yət  kəsb  edirdi.  Burada  rusların  nisbi  üstünlük  qazanmalanna 
baxmayaraq,  əsas  cəbhədə -  Krımda müttəfiqlər böyük üstünlü­
yə  m alik  idilər.  Ona  görə  də  Rusiya  müharibədə  məğlub  oldu. 
30 mart  1856-cı  ildə  imzalanmış Paris  sülh müqaviləsinə əsasən 
Qafqazm cənubunda ruslar tərəfindən işğal olunmuş bütün ərazi­
lər Türkiyəyə  qaytarıldı,  müttəfiqlər  isə  öz  növbəsində  1855-ci 
ildə  ələ  keçirdikləri  Sevastopol (Akyar//Akdiyar)  şəhərini  Rusi­
yaya qaytardılar.
Əlbəyaxa  döyüşdə  «tatar»  milislərinin  yaxşı  dalaşdığını  və 
draqunlann onlara xüsusi  rəğbət bəsləmədiklərini  söyləyən Pot­
to müharibədən bir və ya iki  il sonra «medallarla və hətta xaçlar­
la  bəzədilmiş»  bu  milis  süvarilərinin  cinayət  məhkəməsində 
yollarda soyğunçuluq və  qarətlə məşğul olduqları üçün məhkum 
olunduqlarının  dəfələrlə  şahidi  olduğunu yazırdı.  Onun xatirələ­
rindən:
«Bizim alayın Qafqaz arxasında olduğu üç  ilin sonuncu gün­
lərində görün nə baş verdi.
1856-cı  ildə payız soyuqları sentyabrda düşdü. Havalar tatar­
ları  həmişəkindən  fərqli  olaraq  öz  yaylaqlarını  tez  tərk  etm əyə 
məcbur  etdi.  Bu  vaxt  alaydan  bir  zabiti  dövlət  pulları  ilə  A lek-
152
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
sandropola  ezam  etmək  zərurəti  meydana  çıxdı.  Püşk  atıldı  və 
nəticədə poruçik Ş. yola düşməyə hazırlaşmalı oldu.
Qeyd  etm ək  lazımdır ki,  düşərgədən  Aleksandropola  iki  yol 
uzanırdı:  biri  poçt yolu,  o  biri  isə  kəsə  yol  idi,  birbaşa  Yaş  dağ­
lardan  (M oknye  Qondan)  keçirdi.  Bu  yol  yaxın  olduğundan  Ş. 
25  sentyabnn  səhəri  bircə  unter-ofiser  (unter-zabit)  Vasyuçen- 
konun  müşayiətində  yola  çıxdı.  Yan-yana  qoşulmuş  üç  atdan 
ibarət hərbi  araba (furştadt troykası) yavaş-yavaş hərəkət edirdi. 
Düşərgə  artıq  gözdən  itirdi.  Dağ  yamaclarına  yaxınlaşdıqca 
adamsız  və  yabanı  bir  m ənzərə  nəzərə  çarpırdı.  Bir  neçə  verst 
də  gedəndən  sonra  troyka  dərəyə  girdi  və  dağdan-dağa  enib- 
qalxmağa başladı.  İndiyə kimi yol tamamilə  boş  idi,  ancaq  artıq 
dağlarda  ara-sıra yalqız  hərəkət  edən  atlılar  görünürdü.  Bu  yer­
lərdə  tatar  atlılarına  rast  gəlmək nadir hal  olmadığı  üçün  Ş.  on­
lara  fikir  vermirdi.  Lakin  bu  süvarilərdən  biri  arabadan  yaxın 
m əsafədə  gedən  üç  erməninin  üstünə  atılıb  sürətlə  onları  tərk­
silah  edəndə  hər  şey  dəyişdi.  Hadisə  hər tərəfdən dağlarla  əha­
tələnmiş dayaz dərədə baş verirdi.  Uzaqdan  Çubuxlu dərəsi  gö­
rünürdü.
Həyəcanlanmış səyyahlar silaha təzəcə sarılmışdılar ki, arxa­
dan dəhşətli hayqırtı  səsləri gəldi və  onlar Çubuxlu istiqamətin­
dən özlərinə tə rə f gələn atlı dəstəsini gördülər.  Vaxt itirmək ol­
mazdı,  Ş. atlara «poşol»  («get») əmrini verdi.  Troyka götürüldü, 
ancaq  tatarlar  get-gedə  lap  yaxınlaşırdılar.  Budur  onlar  çatırlar, 
tüfənglərini  örtüklərindən  çıxarıb  yaylım  atəşi  açırlar,  ciyilti  ilə 
güllələr  uçur  və  troyka  dayanır.  Yandan  qoşulmuş  at  yerindəcə 
ölür,  ortadakı  at  isə  süksünündən  yaralanır.  Ş.  və  Vasyuçenko 
arabadan tullanıb onun yan tərəflərində müdafiəyə hazırlaşmağa 
başladılar.  Tatarlar da dayandı.  Onlar aydm görürdülər ki,  ov əl­
lərindən  çıxmayacaq,  buna  görə  də  həyatlarına  risk  etmədən 
düşmənlərinin  güllələrini xərclətmək üçün uzaqdan tüfəng atəşi 
açmağa  başladılar.  Tatarlar  iki  saat  atəş  açdılar,  yəni  iki  saat 
bizimkilər  onların  tərpənməz  hədəfi  idilər.  Ş.  ağır  kontuziya 
götürməsinə  baxmayaraq  ruhdan  düşməyib  müdafiə  olunurdu. 
Axırda  tatarların  özləri  də  bundan  bezdilər.  İçlərindən  bir  igid
153


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə