KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

FƏXRİ VALEHOĞLXJ
çik  D aşdəmir  ağa  başqa  bir  uğurlu  əm əliyyat  həyata  keçirir. 
Avqustun  13-den  14-nə  keçən  gecə  o  30  nəfərlə  Şorax  yüksək­
likləri  yaxınlığına  pusquya  göndərilir.  Səhərə  yaxın  gözləndiyi 
daşların  arxasından  çıxıb  mövqelərindən  kənara  çıxmış  başıpo­
zuq dəstəsinə hücum edir.  Güclü atışma baş verir.  N əticədə Daş- 
dəm ir ağa qarşı  tərəfi  geri  çəkilməyə m əcbur edərək üç  başıpo­
zuq  və  bir  kargüzarı  əsir  götürür  (Bax:  Muravyov,  göstərilən 
əsəri,  I  c.,  s.  316;  «Кавказ»  qəz.,  1855,  №   67;  «Закавказский 
вестник» qəz.,  1855, № 35; Aktı.. XI c., s. 388).
İyul  ayının  sonlarından  Gölə  sancağını  n əzarət  altında  sax­
lamaq Nijniy Novqorod alayının polkovniki  Şultsa tapşırılır.
19  avqustda  axşam  3  №-li  atlı-müsəlman  alayının  sotnyası 
kəşfiyyatdan  qayıdarkən  Samavat  dərəsində  Qarsdan  çıxmış  15 
silahlı  piyada  açarla  üz-üzə  gəlir.  Süvariləri  görən  acarlar  daş 
mağaraya  sığmır,  Don  kazakları  süvarilərə  yardıma  gələnə  q ə ­
dər  təslim  olmurlar.  Həmin  gün  ruslar  polkovnik  Ö m ər  b əy lə 
bərabər  türklər  tərəfə  keçmiş  4  milisin  yerini  müəyyən  edirlər. 
V.  Potto:  «Onlar  silahlarını  təhvil  verməyi  rədd  edərək  özləri 
könüllü  sürətdə  polkovnik  Şultsun  yanına  gəldilər.  Onlara  si­
lahlarını  qoymağı  təklif  etdilər,  ancaq  onlar  uzun  müddət 
razılaşmırdılar.  Tatarlar qüssə ilə cavab verirdilər:
-  Biz silahlarımızı sizə verərdik, amma heyfimiz gəlir.
Onlara  anlatdılar ki,  əg ər  baş  komandan  onları  əfV  etsə,  si­
lahlar  öz  yiyələrinə  qaytarılacaq.  Onda  tatarlar  xahiş  etdilər ki, 
onları güllələməsinlər.
-  Ancaq sizin  sərdar bizi  əfv etmək  istəməyib  Sibirə  sürgün 
edəcəksə,  güllədən  ölməyimiz daha yaxşı  olar -   deyə  onlar qü­
rurla əlavə etdilər.
Polkovnik  Şults  onları  peşman  olduqlan  üçün  əfv olunmala­
rını rica edən xüsusi  raportla baş qərargaha göndərdi.  Baş qərar­
gahda onlardan soruşdular:
-  Ö m ər b əy hanı?
142
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
-   Ö m ər  b əy   Qarsdan  çoxdan  gedib  və  indi  ya  Ərzurumda 
Vəli  paşanın  yanında,  ya  da ki,  Pənəkdə  Əli  paşanın yanındadır 
-  deyə keçmiş m ilislər cavab verdilər.
-  Ö m ər  b ə y  niyə Qarsa qaçdı?
-  «Allah bilir».
-  Bəs siz niyə qaçdınız?
-  Rəis qaçdı, biz də onunla. Ö m ər  bəy böyük rəis idi.
Bundan başqa tatarlar heç nə bilmirdilər.  Təəssüf!... Xəyanə­
tin  əsl  səbəbini  bilmək  çox  maraqlı  idi.  Onların  sözlərinə  görə, 
Ö m ər  b əy in   keçmiş milislərindən heç biri  onun yanında qalma­
yıb  Türkiyə  üzrə  səpələniblər,  əksəri  öz  həmyerliləri  H ə -  
ş i m o ğ l u n u n   dəstəsində saxlanırlar».1
Avqustun  22-də  gecəyarısı  saat 2-də polkovnik Şultsa Çiqri- 
qan  kəndi  tərəfdə  silahlı  osmanlıların  göründüyünü  bildirirlər. 
O,  təcili  3  № -li  atlı-müsəlman  alayının  bir  sotnyasını  götürüb 
kəsə yolla Çiqriqan istiqamətinə hərəkət edir və Qarsdan çıxmış 
silahlı dəstəylə qarşılaşır.  Vuruşma baş verir.  Bu döyüşdə III at­
lı-müsəlman  alayının  könüllüləri  böyük  miqdarda  məxmər,  ma­
hud,  ipək  parçalan,  qiymətli  geyim  əşyaları,  qab-qaşıq,  gümüş 
əşyaları  və  onlan  daşıyan atları  ələ keçirib  bir anda döyüş mey­
danını  tərk  edirlər.  Bu  mallar  Qarsda  durumun  kəskinləşəcə­
yindən  qorxub  öz  var-dövlətini,  qiymətli  əşyalannı  şəhərdən 
çıxan  ordu  hissəsi  ilə  göndərən Qars  ticarətçilərinə  məxsus  idi. 
Muravyov:  «Bir neçə gün sonra biz onların (III süvari-müsəlman 
alayının  döyüşçülərinin  -  F.  V.)  əldə  etdikləri  əşyaların  bir his­
səsini  gizlicə  öz  evlərinə  göndərdiklərini,  bir  hissəsini  Axal- 
kələkdəki  tanışlarına  verdiklərini,  bir  hissəsini  isə  dərələrdə 
daşların  altında  gizlətdiklərini  öyrəndik.  Bundan  sonra  onların 
düşərgəsinə belə hallarda həmişə olduğu kimi,  zabitlərin hər bir 
cür mal  ala bildikləri  bazar gəldi».1
 2 Muravyova görə,  müsəlman 
süvarilərin  döyüş  səhnəsini  tərk  etməsi  osmanlıların  əksərinin
«Военный сборник» dərgisi,  1863, mart, XV c., s.  132-133.
2 Muravyov, göstərilən əsəri, I c., s. 235.
143


FƏ XRİ VALEHOĞLU
əsirlikdən yaxa qurtarıb  Qars,  Ərdahan,  Oltu  tərəfə çəkilmələri­
nə şərait yaratdı.
Başkomandan  general-adyutant  Muravyovun  21  sentyabr 
1855-ci  il  əmri  ilə  22  avqustdan 23  avqusta keçən gecə Qarsdan 
çıxmış  kavaleriyanın  darmadağın  edilməsində  xüsusilə  fərqlən­
diklərinə  görə  3  № -li  süvari-müsəlman  alayının  milisləri:  alay 
komandirinin müavini, kapitan M u s ta f a   a ğ a   H ə s ə n   ağa  oğ­
luna  2-ci  dərəcəli  «M üqəddəs  Anna»  ordeni;  Şəmşəddil  bəy 
sotnyasınm komandiri  praporşik M ə m m ə d   b ə y   Z ü lq əd əro v a 
podporuçik  rütbəsi,  B orçalı  bəy  sotnyasınm  başçısının  müavini 
M a n s u r   a ğ a   Ə l i b ə y   o ğ lu n a   və həmin sotnyanm vəkili Ə li 
İ s g ə n d ə r   a ğ a   H ic a z   o ğ l u n a   gümüş  temlyak  gəzdirmək 
hüququnda  yunker rütbəsi,  B orçalı  bəy  sotnyasınm  sıravi  atlısı 
Ə li  Q a y ıb   o ğ lu n a   müsəlmanlar  üçün  təyin  olunmuş  hərbi 
ordenin  992  №-li  fərqlənmə  nişanı;  Şəmşəddil  bəy  sotnyasınm 
rəis  müavini  N ə s ib   b ə y   M e h d ix a n   b ə y   o ğ lu   S u ltan o v   v ə  
C ə f ə r   a ğ a   Q a sım   b ə y   o ğ lu n a   üzərində  «igidliyə  görə»  ya­
zısı  olan  qızıl  medal,  H ü se y n   P a ra z a m a n   o ğ l u n a   üzərində 
«igidliyə  görə»  yazısı  olan  gümüş  medal,  Qazax  sotnyasınm ko ­
mandir müavini  M u s ta f a   a ğ a   Ə li  a ğ a   o ğ lu   Ş ı x l i n s k i y ə ,  
həmin  sotnyanm  vəkili  H a c ı  R ə h im   a ğ a   H ə s ə n   ağa  o ğ l u ­
n a  və  Şəmşəddil  sotnyasınm komandir müavini  Ş a h n ə z ə r  x a n  
S u lta n o v a   üzərində  «igidliyə görə» yazısı  olan  qızıl medal ve­
rilir.1
30  avqustda Pənək yaxınlığında rus  birləşmələri  və  Əli  Paşa 
başçılığındakı Osmanlı dəstəsi  arasında vuruşma olur.  Bu vuruş­
mada  Əli  Paşa  əsir  düşür.  30  avqustdakı  döyüşdə  göstərdikləri 
mərdliyə  görə  təltif olunanlar  arasında  Daşdəmir  ağa  könüllü­
lərinin  üç  sotnyasınm  süvarisi  M ə m m ə d   a ğ a   M i n a s a z o v d a  
olur.  Ona üstündə «igidliyə görə» yazısı  olan gümüş medal  veri­
lir.1
 2
1  «Кавказ»  qəz.,  1855,  8  oktyabr,  №  79  və  «Закавказский  вестник»  qəz., 
1855,  13  oktyabr,  № 41.
«Кавказ» qəz.,  8.10.1855, № 79.
144
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
2  sentyabrda  Qars  qalasındakı  süvarilər  atlarını  yemləmək 
üçün Azadköy  istiqamətindəki  düzənliyə  çıxır.  Bunu  görən rus­
lar  onlar  tə rə fə   qoşun  hissələri  göndərirlər.  Süvarilər  düşmən 
yaxınlaşmadan  geri  çəkilir.  Daşdəmir  ağanın  könüllüləri  və 
qarapapaq m ilisləri onları təqib edir. Aralarında döyüş baş verir. 
Qars  süvariləri  bir  neçə  nəfər  itirir.  17  əsir  və  40  at  əldə  edən 
qarapapaqlann itkisi isə bir yaralı atdan ibarət olur. 4 sentyabrda 
Daşdəmir ağanın dəstəsi və Osmanlı kavaleriyası arasında yeni­
dən  toqquşm a  olur.  Başkomandanın  Çivtliqaya  düşərgəsində  7 
sentyabrda imzaladığı və «Zakavkazski vestnik» qəzetinin  1855- 
ci il 38-ci sayının  1-ci səhifəsində dərc olunmuş əmrində oxuyu­
ruq:  «2 sentyabrda düşmən furajirləri ilə atışmada göstərdikləri 
əla igidliyə və  m ərdliyə görə Əlahiddə Korpusun baş dəstəsində 
olan  k ö n ü llü lə rin   3  sotnyası  və  Q arapapaq  m ilisinin  adlan 
aşağıda  çəkiləcək  rütbəlilərinə  mənə  verilən  ali  səlahiyyətdən 
istifadə edərək bu mükafatları təyin edirəm:
Könüllülərin  3  sotnyasınm  rəis  müavini,  milis podporuçiki 
O s m a n   a ğ a   Q a s ı m   a ğ a   o ğ lu na  poruçik rütbəsi,  vəkil A ğ a  
b ə y   Ş a h q u l u   a ğ a   o ğ lu n a   gümüş  temlyak  gəzdirm ək  hüqu­
qunda  yunker  rütbəsi;  Qarapapaq  milisinin  rütbəsi  olmayan 
sotnya  komandirlərindən  1-ci sotnyanm komandiri H ə s ə n   ağa 
Ə z i z   b ə y   o ğ l u n a ,   2-ci  sotnyanm  komandiri  K ə r i m   ağa 
M u s a   b ə y   o ğ l u n a ,   3-cü sotnyanm komandiri  Ə li  a ğ a   Q u r ­
ban  a ğ a   o ğ l u n a   yaxaya  taxmaq  üçün  üzərində  «igidliyə gö­
rə» yazısı  olan gümüş  medal verilsin».  Başkomandanın  18  sent­
yabrda  imzaladığı  başqa  bir  əmrində  4  sentyabrda  Qars  yaxın­
lığında baş vermiş atışmada fərqləndiyinə görə Daşdəmir ağanın 
dəstəsinin  üzvü  D ü n y a m a lı  A b d u lla   o ğ lu   yaxadan  asmaq 
üçün  üstü  «igidliyə  görə»  yazılı  gümüş  medalla  təltif  olunur'. 
Qarapapaqlann  öz  üzərində  heç  bir  daimi  sahib  tanımayan  xalq 
olduğunu  vurğulayan  general  Muravyov  Qarapapaq  milisini 
cidd-cəhdləri  ilə  zorla  saxlaya  bildiklərini  və  onların  tez-tez  öz 
evlərinə  dağılıb  yenidən  toplandığını  qeyd  edərək  son  döyüş-
«Кавказ» qez.,  1855, 8 oktyabr (№79), s.l.
145


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə