KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

FƏ XRİ VALEHOĞLU
əsərinin  ayrıca  bir bölməsi  « M e h ra lm ın   G ö lə   tə rə fin d ə   bir 
sav a şı»   adı  altında  bu  döyüşün  maraqlı  bir  dillə  təsvirinə  həsr 
olunmuşdur.  M ü əllif qeyd  edir  ki,  həm   Ərdahan  ətrafında  yer­
ləşən  düşmən  qüvvələrinin  durumunu  bilmək,  həm  o  tərəflər- 
dəki  xalqımıza ümid verib  inamımızı  artırmaq,  həm  də  nümunə­
vi,  cəsarətli  döyüşlər  gösterib  düşmənə  göz  dağı  vermək  məq­
sədi  ilə  « M e h r a lı  əm rinə  tabe  olan  minə  qədər  milis  süvarisi 
ilə  yola  çıxmışdı.  Gölə  bucağına  bağlı  olan  Qapı  köyü  yaxın­
lığında  bir alay  düşmən  süvarisinə  təsadüflə  yapılan  savaşın  so­
nunda  onları  pozub  qaçmağa məcbur etmiş,  fəqət qaçan  düşmən 
süvarilərinin  yeni  gələn  qüvvətlərlə  hücuma  hazırlandığını 
görüncə,  güvəndiyi  arkadaşlarından  səksənə  qədər  igid  seçib 
pusquya yatırmış,  sonra kəndisi geri  çəkilirmiş kimi  bir manevra 
ilə  düşməni  hazırladığı  tələyə  salmış  və  işini  bitirmişdi.  Yeddi- 
səkkiz  saat  davam  edən  bu  qovğada  düşmənin  meydanda  bu­
raxaraq  qaçdığı  yüzlərlə  ölüyə  qarşı  bizim  itkimiz  iki  şəhid  və 
dörd yaralı  olmuşdu.
M eh ralı  b ə y   düşməni pərişan edərək Gölə tərəflərdən  d ö n ­
dükdən  sonra  rus  qoşunları  komandanının yerli  türklərə  tutduğu 
divanın,  zülm  və  işkəncənin  həddi-hüdudu  olmur.  M e h r a l ı  
çəkildikdən  sonra  Gölə  bucağmdakı  Dədəşin  kəndini  basan 
düşmən  süvariləri  kəndin  cami-şərifi  ilə Gölə  bucaq  müdiri  R za 
bəyin  və  digərlərinin  evlərini  yandırmış,  Orot  kəndində  d ə  
Arslan  Paşazadə  Hasan  bəyin  evinə  od  vurub  16  nəfər  k ə n d  
əhlini  şəhid  edərək  bir  çoxlarını  da  yaralamış,  «irz  və  nam usa 
təcavüzlə xatir və xəyalagəlməz işgəncələr etmişlərdir»».1
İyulun 23-də  (avqustun  4-də) Gölə  bataqlıqları  ətrafında  baş 
vermiş  döyüşü  rus  mənbələri  də  geniş  işıqlandırır  və  yerli 
əhalinin  açıq-aydın  Mehralı  tərəfdə  olduğunu bildirirdi.  General 
Kişmişov bu barədə  xatırlayırdı:  «21  iyulda bizim  kəşfiyyatçılar 
müəyyən  etdilər  ki,  düşmən  Daçorun  üstündəki  Kür  qırağı 
meşələrdə  cəmləşib  və  hücum  etməyə  hazırlaşır.  Ön  postlarda 
mövqe  tutmuş  süvari  dəstənin  rəisi  polkovnik  Mirov  düşm ənlə
1 V. Hacılar. Borçalı Mehralı b ə y ..., s. 97-100.
174
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
qeyri-bərabər  döyüşdən  yayınmaq  üçün  öz  süvari  hissələrinin 
avanpostlarım  Xeva  kəndinə  çəkdi.  Günorta  saat  2-də  türklər 
Xevaya yaxınlaşdı və  piketdən 2  kazakı  əsir tutdular.  Düşmənin 
hücuma  keçdiyini  eşidən  kimi,  Alagöz  yaxınlığında  mövqe  tut­
muş  Vladiqafqaz piyada  alayının  1 -ci  və  4-cü  batalyonları  süva­
rilərə  köməyə  çıxdılar  və  kiçik  atışmadan  sonra  türkləri  geri 
Daçora  çəkilm əyə  məcbur  etdilər.  Vladiqafqaz  batalyonları  ilə 
yanaşı  Xeva  kəndinə  dəstənin  rəisi  (Ərdahan  dəstəsinin  rəisi 
Komarov - F .   V.) də g əld i...  Polkovnik Komarov Alagözdən da­
ha  bir  Vladiqafqaz  batalyonunu  çağırdı  və  podpolkovnik  Knyaz 
Baryatinskiyə  Ömər  ağa  kəndindən  çıxıb  I  və  IV  Qafqaz  atıcı 
batalyonları  ilə  birlikdə  Kürün  yuxan  axarlanna  doğru  Saaceli 
kəndinə hərəkət etməyi əmr etdi.
İyulun  22-dən  23-nə  keçən  gecə  alman  əm rə  əsasən  Vladi­
qafqaz polkuriun  üç  batalyonu  Yeyski  kazak  polkunun  dördyüz- 
lüyü və  39-cu  artilleriya briqadasının  6-cı  batareyası  ilə  birlikdə 
Daçora  yaxınlaşıb  döyüşə  hazırlaşdılar.  Ancaq  gecə  polkovnik 
Komarov  xəbər  aldı  ki,  düşmən  Daçordan  Yuxan  Gölə  bataq­
lığına, Dədəşin kəndinə çəkilmişdir.
Ayın  23-ü  səhər  ön  postlardan  xəbər  gəldi  ki,  düşmən  hər 
biri  300 nəfərlik iki dəstə  ilə Daçora yenidən hücuma keçmişdir. 
Polkovnik  Komarov  bu  hücuma  hücumla  cavab  vermək  istədi. 
Bunun  üçün  o  süvarilərə  hücum  edənlərin  cinahlarını  tutmaq, 
piyadalara  batareya ilə  birgə  cəbhədən  hərəkət  etmək  əmrini 
verdi.  Türklər  bizim  onları  qarşılamaq  üçün  hazırlığımızı  dərk 
edən  kimi  geriyə  atıldılar,  dəstələrdən  biri  bataqlıqdan  geri 
keçmək imkanını  itirdiyi üçün Saaceli kəndindəki  evlərdə  döyüş 
mövqeyi  tutdu,  ikinci  dəstə  bataqlığı  dolanaraq  atlannı  çapdı. 
Polkovnik  Komarov  Saacelini  ələ  keçirmək  üçün  evləri  tək-tək 
almalı  idi,  bu  isə  böyük tələfat bahasına əldə  edilə bilərdi.  Odur 
ki,  Komarov  kəndin  arxasındakı  yüksəkliyi  vurmaq,  oradan 
Saaceliyə  hücum  etmək  qərarına  gəldi,  bunun  üçün  isə  kəndə 
söykənən  bataqlığı  keçmək  lazım  idi...  Yüksəklikdə  gərgin  dö­
yüşlər gedərkən əks tərəfin cinahlarında  1-ci  və 4-cü Qafqaz atı­
cı  batalyonları  özlərini  vaxtında köməyə yetirdilər,  türklər Gölə
175


FƏXRİ VALEHOĞLU
bataqlığının  arxasında  gizləndilər.  Bu  döyüşdə  bizim  2  nəfər öl­
dürüldü,  6 nəfər isə yaralandı.
Saaceli  yaxınlığındakı  bu  döyüşlər,  az  itki  verməmizə  bax­
mayaraq,  bizim  üçün  böyük  əhəm iyyət daşıyırdı.  Düşmən  Gölə 
ovalığını  tərk  etdi.  Bundan  sonra  Axalsix  və  Axalkalak  qəza­
larında sakitlik  yarandı.  Gölə bataqlıqlarında baş  vermiş yuxan-
Sultan II Əbdülhəmid
Çar II  Aleksandr
General Loris-Melikov
176
1877-78-ci  illər türk-rus hərbindən döyüş səhnələri


FƏ XRİ VALEHOĞLU
dakı  əməliyyatların  hamısına  rəhbərlik  edən  tü rk   partizanı 
M e h r a l ı n ı n   əsas  m əqsədi  məhz  bu  qəzaları  darmadağın et­
m ək idi» (Göstərilən əsəri, s. 260-261).
V.  Gippius:  «21  iyulda  kazaklann  iki  yüzlüyünün yerləşdiyi 
Poladit kəndindən  Komarova  bildirilir ki,  düşmən  süvarilərika- 
zak piketini m əhv edib bizim ön postumuzu möhkəm sıxışdınr... 
Həmin  gecə  x əb ər  gəldi  ki,  kazak  postuna  hücum  etmiş  dəstə 
türk ordusu üçün Ərdahan bölgəsindən süvarilər toplamış Meh- 
r a  l ı n ı n   başçılığı altındadır.  Həmin xəbərlərə  görə, onun dəstə­
sinin sayı 2500 nəfərə çatırdı.  •
M e h r a lın ın   cəsarətli  təşəbbüsünü cəzasız qoymamaq üçün 
polkovnik  Komarov  sonrakı  gün  Daçor  yaxınlığında  düşmənə 
hücum etmək əm ri  verdi.  Ancaq gecə boyunca türklər tutduqları 
mövqeni  qoyub  G ölə  bataqlığının  üstündə  olan  Dədeşinə keçib 
səhər açılana yaxm yenidən Daçora yol aldı. Onda Ərdahan dəs­
təsinin  rəisi  düşm ənə  elə  hərəkət  etdiyi  zaman  zərbə  endirmək 
qərarına gəldi.
Düşmən bizim  əsas  dəstələr peyda  olan kimi,  Saaceli kəndi­
ni  və  onun  yüksəkliklərini  tutdu».1  «Sakinləri  bizim  qoşunlara 
qarşı  müqavimət  göstərən  və  atəş  açan  Saaceli  və  Daçor kənd­
ləri döyüşlə alındı...  Ərdahan dəstəsi bir ay ərzində tərkibindəki 
azsaylı  q ü w əy lə  bizim  Axalsıx  və  Axalkalak  qəzalarının  sər­
hədlərini  müvəffəqiyyətlə  qoruyurdu.  Özəlliklə  m ə rd   m in ici 
M e h r a lın ı n   rəhbərliyindəki  1000  atlı  qüvvədən  ibarət  olan 
düşmən  kavaleriyası  heç  bir yandan müdafiə xəttini  keçmədi  və 
həmçinin  bizim  teleqraf xətlərini  sıradan  çıxarmağı  belə  çatdır­
madı».1
 2
1877-ci  il  25  avqustda  Başgədiklər kəndi yaxınlığındakı  Qı- 
zıltəpə  uğrunda  şiddətli  döyüş  gedir.  Bu  döyüşdə  türklər parlaq 
qələbə  qazanır.  Başgədiklər  zəfərindən  sonra  marşal  Əhməd 
Muxtar Paşaya ən yüksək «Qazi» rütbəsi verilir.
1V. Qippius, gösterilən eseri, s.  320-321. 
B om a  1877 u  1878 гг, III c„ s. 235.
178
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Rus mətbuatı  avqustun  7-dən  8-e  keçən  gecə,  avqustun  25- 
də  və  sentyabrın  9-da  Səm əd ağanın  uğurlu  partizan  həmlələri 
barədə məlumatlar yayımlayırdı.1
Mənbələr  avqust  ayının  29-da  Mehralının  Qazi  Əhməd 
Muxtar Paşanın  tapşırığı  əsasında 200-ə  qədər atlısı  ilə  birlikdə 
sərhədi  keçib  düşmənin  iç bölgələrinə -  Ağbulaq və  Barmaqsız 
(Zalqaya)  civarlanna  qədər  gedərək  Tiflislə  Gümrünü  bağlayan 
teleqraf  xətlərini  kəsir,  buradakı  qeyri-türk  əhalini  vəlvələyə 
salır,  iki  kazak  bölüyünü  darmadağın  edib  səkkiz  gündən  sonra, 
yəni  sentyabrın  7-də kazaklara məxsus  600-ə yaxm döyüş  atı  (o 
cümlədən,  Rusiya  dövlət  ilxılarında  yetişdirilmiş  150  cins  rus 
atı)  və  bir  neçə  top  teleqraf teli  ilə  birlikdə  türk  ordusunun  baş 
qərargahına  qayıtdığını  soraqlayır.2  Mehralının  bu  təhlükəli  və 
riskli  əməliyyatının  nəticələri  barədə  gürcü  qəzeti  «İveriya»mn 
(təsisçisi və redaktoru -  İlya Çavçavadze) Q.  O.  inisiallı müxbiri 
Trialetdən verdiyi xəbərdə yazırdı:
«Sentyabrın  əvvəllərində D a rv a z   kəndinin  qaçaq  sakini 
M e h r a l ı   sayları  400  n əfərə  çatan  q a ra p a p a q la rd a n   ibarət 
d ə stə si  ilə  T rialetdən  kazaklara  və  bəzi  kənar  şəx slə rə  
m əxsus  600  döyüş  atını  aparm ışdır.  Bu  h ad isəd ən   sonra 
xalq   arasına  səs  düşdü  ki,  M e h r a l ı   tezlik lə  alman  kolon- 
yası  Y ekaterinfeldə  (R atevana)  hücum  edəcək.  Q orxuya 
düşm üş  alm anlar  koloniyada  m öhkəm ləndirm ə  işlərin ə 
başladılar.  K ü çələrd ə  daş-torpaq  və  taxta  barrikadalar  qu­
ru ld u   və  cəm i  koloniya  sakinlərinə  x əb ərd arlıq   edildi  ki, 
zən g   səslərin i  eşid ən   kim i,  təcili  öz  furqonlarını  çıxarıb 
dey ilən   y e rlərd ə  barrikadaları  m öhkəm ləndirm əli  və  b e lə ­
lik lə   kolonyaya  girişi  kəsm əlidirlər.  Q adınlar  və  yen iy et­
m ə lə r  isə  k ilsə d ə   g izlən m əlid irlər.  Sentyabrın  15-də,  gecə 
saat  3-də  tük  ü rp ed ən   zəng  səsləri  çalındı;  şirin  yuxuda 
olan  ra te v a n lıla r  qorxu  və  d əh şət  içərisin d ə  yataqlarından 
dik   atıldı.  Q adınlar  v ə   uşaqlar  k ilsəy ə,  k işilə r  isə  furqon
1 V. Hacılar. XIXyüzillikdə Borçalıda qaçaqlıq hərəkatı, s.  51.
2 V.  Hacılar. Borçalı Mehralı bəy tarixi həqiqətlərdə,  s.  101-102.
179


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə