KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

F Ə X R İ VALEHOĞLU
D əli  ağa  Ərzincan  həbsxanasından  qaçır  ve  sərhədi  keçib 
İsmayıl ağanın evini talan edir,  Q ızxanım ı  isə yenidən qaçındır.1
O  zamandan qaçaqçılıq  fəaliyyətini  davam  etdirən Dəli ağa- 
nın  ən  yaxın  dostlarından  və  silahdaşlarından  biri  cəsur Borçaiı 
qaçağı A b d a llı  K o r  İs m a y ıl  olur. M ənbələr Dəli ağanın Kor 
İs m a y ıl  və  m üharibədə  ona  əks  cəbhədə  dayanmış  Daşdəmiı 
ağ an ın   oğlu  S ə m ə d   a ğ a y la   birlikdə  1875-ci  ildə  Gümrü ya­
xınlığında qaçaqlıq etdiklərini soraqlayır.1
 2
2.5.  1877-78-C İ  İL L Ə R   T Ü RK -R U S  SAVAŞI VƏ 
M E H R A L I  B Ə Y Ə   D A İR  Y ENİ  BİLGİLƏR
Ruslar həm   Balkanlarda,  həm  də  Yaxın  Şərqdə  hegemonluq 
əldə  etmək  niyyətilə  m üxtəlif  bəhanələrlə  1877-ci  il  12  (24) 
apreldə  Türkiyəyə  qarşı  müharibəyə  başladı.  Hərbi  əməliyyatlar 
iki cəbhədə -  Balkan və Qafqaz cəbhələrində aparılırdı. Mühari­
bənin əvvəlində  Qafqaz  cəbhəsində rus qoşunlarının təqribi sayı 
70 000, türk qoşunlarının  isə  55 000 nəfərdən  ibarət idi.  Rusiya­
nın  Qafqaz  ordusunun  başkomandanı  vəzifəsini  çarın  qardaşı, 
canişin  M ixail  N ikolayeviç,  türklərin  Şərqi  Anadoludakı 
ordusunun  başkomandanı  vəzifəsini  isə  Bursalı  müşir  (marşal) 
Ə hm əd M uxtar Paşa (1839-1919) yerinə yetirirdi.
Rusların  general-adyutant  Mixail  Tarieloviç  Loris-Melikov 
(1834-1878)  komandanlığmdakı  Əlahiddə  Qafqaz  Koıpusu  52 
min nəfərdən təşkil  olunmuşdu.  Bu korpusun əsas  qüvvələri (27 
min  nəfər)  Aleksandropol  (Gümrü)-Qars  istiqamətində,  general 
Ter-Qukasov  başçılığındakı  İrəvan dəstəsi  (13  min nəfər) İğdır- 
Bəyazid  istiqamətində, yəni  sol cinahda və general  Devel  başçı- 
lığmdakı  bölümü  (12  min  nəfər) Axısqa-Ərdahan  istiqamətində, 
yəni  sağ cinahda mövqe  tutmuşdu,  Batum istiqamətində  isə O k- 
lobjionun  hərbi  birləşmələri  dayanmışdı.  Əsas  qüvvələrin tərki­
1 AKAK, VII c., s.  568-572.
Сборник сведений о Кавказе, IV cild, Tiflis,  1878, s.  253.
158
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
binə cəsur Borçaiı  ağası,  1853-56-cı  illər rus-türk müharibəsinin 
qəhrəmanı  Q asım lı  D aşdem ir  ağanın  oğlu  S ə m ə d   a ğ a n ın  
(1850-1885) topladığı və özünün başçılıq etdiyi  30 nəfərlik kiçik 
könüllülər (oxotniklər) dəstəsi də daxil idi.  Onu da xatırladaq ki, 
əvvəlki  müharibələrdən  fərqli  olaraq,  bu  müharibədə  tərkibi 
Rusiya  İmperiyasının  müsəlman  mülkədarlarından  ibarət  ayrıca 
süvari  alayları təşkil  olunmamışdı.  Müharibənin gedişini  rus  dü­
şərgəsinin  yerləşdiyi  Məzrə  kəndində  aşağıdakı  dörd  müxbir 
işıqlandırırdı:
«Санкт-Петербургские ведомости» qəzeti - N.A.  Potexin;
«Новое время» qəzeti - N. V. Simborskiy;
«Тифлисский вестник» qəzeti - N. Nikoladze;
«Голосъ»  qəzeti  -  Q.  K.  Qradovski.  Sonradan  onlara  Paris 
qəzeti «Temps»in müxbiri de-Kutuli də qoşulur.
Savaş  sırasında rusların ən çox çəkindikləri  və ehtiyat etdik­
ləri  qüvvə  Osmanlı-Rusiya  sərhədində  ömür  sürən,  yəni  savaş 
bölgəsinin  episentrində  yaşayan  döyüşkən  qarapapaq  ulusu  idi. 
Bundan  öncə  baş  vermiş  türk-rus  savaşlarının  təcrübəsi  onlara 
belə  davranmağa tam  əsas  verirdi.  Türkiyə  qarapapaqları  barədə 
rus  ordusunun  zabiti,  01.12.1877-ci  il  tarixində  general-mayor 
rütbəsini  almış  Stepan Osepoviç Kişmişov yazırdı:  «Asiya  Türki­
yəsində  q a r ap apa qla r   adı  'altında  başlarına yerli  əhalinin  baş 
örtüyündən  fə rq li  olaraq  qara  qoyun  dərisindən  papaq  taxan 
Cənubi Qafqaz diyarından  mühacirət edənlər başa  düşülür.  Qa­
rapapaqlar əsasən bizim tatar distansiyalarınm — Borçaiı,  Qa­
za x   və  Şəm şəddilin  sakinləri  idilər.  Hüdudlarımızda  törətdik­
ləri cinayətlərə görə məsuliyyətə cəlb olunmamaları  üçün  onlar 
sərhəddəki türk sancaqlarında məskunlaşırdılar.  Sibirdən qaçan 
soydaşları  da  onlara  birləşirdi.  Yüzilliyimizin  (19-cu  əsrin  — F. 
V.)  ortalarında  Qars  vilayətində  900 evə yaxın  qa r a p a p a q   ya­
şayırdı.
Osmanlı  bu  gəlm ələri  məmnuniyyətlə  qarşılayırdı.  Çünki 
sərhədlərimiz  yaxınlığında  bizə  düşmən  kəsilmiş  ünsürlərin 
olması  onlara  çox əl  verirdi.  Bu səbəbdən  qarapapaqlara Alek­
sandropol  qəzası  qonşuluğundakı  Ağbaba  və  Şürəgəl sancaqla­
159


FƏXRİ VALEHOĞLU
rında  torpaqlar ayrılırdı.  Bu sancaqların  dağlıq  ərazilər olmas, 
qaçqınlara  öz  sevimli  peşələri  olan  qaçaqçılıqla  daha  böyük 
uğurla məşğul olmalarına imkan yaradırdı.
Q arapapaqla r  bölgəni  və  Qars  vilayəti  ilə  bizim  qəzaları 
bağlayan yolların  hamısını  yaxşı  tanımaqlarından  istifadə  edə­
rək bütöv dəstələrlə bizim  tərəfə keçirdilər...  Təqib olunmamaq 
üçün onlar qazanclarının bir hissəsini türk məmurlarına hədiyyə 
edirdilər.  Beləliklə,  bizim sərhədyanı  əhalinin  iqtisadi inkişafına 
daim  xələl  yetirən  qarapapaqlar  Osmanlı  və  Rusiya  arasında 
əlaqələrin  kəskinləşə  biləcəyinin  mümkünlüyünü  eşidən  saat öz 
qarətlərini daha böyük miqyasda həyata keçirirdilər
».1
Kişmişov onu da qeyd edirdi ki,  1853-1856-cı  illərdə Rusiya­
nın  cənub  bölgələrində  qarapapaq  atlı  dəstələrinin  öhdəsindən 
gəlinək  asan  iş  deyildi.  1853-cü  ilin  payızında  onlar  Rusiyanın 
sərhədyanı  m əntəqələrinə  bir neçə milyon  gümüş  pul  məbləğin­
də  zərər vurmuşdular.  Nəticədə Qafqaz  Korpusunun  baş koman­
danı,  knyaz  Voronsov  polkovnik,  knyaz  Tarxan-Mouravovu  Ər­
zuruma,  türk  marşalının  yanına  göndərərək  rus  ərazilərinə  bas­
qın edən qarapapaqların  və kürdlərin qarşısının  alınması  barədə 
xahişdə bulunmuşdu.
1853-1856-cı  illər  rus-türk  müharibəsinin  fəal  iştirakçıların­
dan olan erməni  əsilli general  Loris-Melikov ötən  hərbdəki  dərs­
ləri  görüb-götürmüş  sərkərdələrdən  idi.  General  yaxşı  bilirdi  ki, 
təkcə  hərbi  ehtiyat  sayəsində  sərhəd  bölgələrini  cəsur  qarapa- 
paqlardan  qoruya  bilməyəcəklər.  O  daha  münasib  tədbirlərə  əl 
atdı;  qarapapaqların  arasındakı  ən  nüfuzlu  şəxslərin  vasitəsilə 
onlara təsir etmək qərarına gəldi.  Onlardan  bəziləri  hələ mühari­
bə başlamamışdan  rus tərəfmə  cəlb olundu.  Rus  qoşunu  Türkiyə 
ərazisinə  soxulandan  sonra  onların  sayı  daha  da  artdı.  Rusların 
öz  tərəflərinə  cəlb  etdikləri  adıbəlli  qarapapaqlar  mükafat  vo 
imtiyazlar ala biləcəklərinə dair vədlərlə şirnikləşdirildi.  Onların 
inamlarını  daha  da  artırmaq  məqsədilə  Rusiya  imperatorunun
1 C.  О.  Кишмишев.  Война въ  Турецкой Армении  1877-1878,  л \,  СПб,  1884. 
с. 53-54.
160
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB  TARİXİ
icazəsiylə  aprelin  17-də  qarapapaqlardan  ibarət  400  nəfərlik 
Şürəgəl  atlı-qeyri-nizami  alayı  yarandı.  I,  II,  və  III yüzlüyün hər 
birinin başında keçmiş  qaçaq dəstələrinin  başçıları  dururdu.  On­
lardan  biri  də  keçmişdə  rus  hökumətinin  axtarışında  olan  tanın­
mış qaçaq, müharibə  yelləri  əsdiyi  zaman  ruslar tərəfindən  türk­
lərə qarşı döyüşmək şərtilə əfv edilmiş D a la v e r li  M a n s u r  idi. 
IV yüzlüyə  Şürəgələ  İrəvan  quberniyasından  köç  etmiş  və  qara­
papaqlar arasında  sözü keçən Tağı  b əy  başçılıq edirdi.
Şürəgəl  alayındakı  qarapapaq  atlılardan  hərəsinə  rus  höku­
məti  ayda  30-35  rubl  pul  verirdi.  Onların  başçıları  isə  120-150 
rubla  qədər  maaş  alırdı.  Müharibənin  ilk  yeddi  ayını  rus  qoşun­
ları  tərkibində  keçirən  və  1877-ci  ilin  dekabrında  tərxis  olunan 
Şürəgəl  alayının  saxlanması  dövlət  xəzinəsinə  150  min  rubla 
başa  gəlmişdi.  Buna  baxmayaraq,  rus  dövlət  başçıları  tədbirlə­
rindən  razı  idilər.  500  qarapapaq  ruslar  üçün  böyük  qüvvə  idi. 
Çünki,  onlardan  bəziləri  doğrudan  da  can-başla  qulluq  edir,  sa­
vaş gedən  ərazilərdə yolları  yaxşı  tanıdıqlarına  və tanış-bilişlərin 
çox  olduqlarına  görə  rəqib  tərəf  haqqında  asanlıqla  məlumat 
toplaya,  məktub  və  tapşırıqları  lazımi  ünvanlara  tezcə  çatdıra 
bilirdilər.1
Mənbələrdən  məlum  olur ki,  rus  qeyri-nizami  qoşun  bölmə­
lərinin  döyüşçülərinin  geyimlərinin  türk  ordusundakı  qeyri-niza­
mi  dəstələrin  döyüşçülərinin  geyimlərinə  oxşarlığı  onların  bə­
zən  bir-birləriylə  səhv salınmasına və bu  səbəbdən  Rusiya ordu­
sunun  nizami  bölmələrinin  onlar tərəfdəki  qeyri-nizamilərlə  bil­
məyərəkdən  atışmasına  səbəb  olurdu.2  Qeyd  edək  ki, 
Qasımh 
Səməd  ağanın
  geyimi  Dağıstan  alayının  döyüşçülərinin  geyi­
minə  bənzədiyindən  bəzi  rus  mənbələri  onu 
Dağıstanlı  Səməd 
ağa
 kimi təqdim edirdi.
Sərhəd  zolağında  yaşayan  qarapapaqların  bir  hissəsi  onlara 
təklif olunan  pul  müqabilində  rus  ordusu  cərgələrində  döyüşsə
1 Kişmişov, göstərilən  əsəri, s.  57.
"  Война  1877  u  1878  г.г.,  том  III,  Война  в  Азиатской  Турции  (Под.  ред. 
Зыкова), СПб,  1882,  с.  81.
161


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə