KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

FƏXRİ  VALEHOĞLU
Iərdə  göstərdikləri  şücaətə  görə  onlara  verilən  bir neçə  gümüş 
medalı  sevinclə qəbul etdiklərini yazırdı.
1855-ci  il payızın başlanğıcında Trabzona yardımçı türk qüv­
vələrinin  gətirilməsi  Ərzurumda  olduğu  kimi,  uzun  müddət 
mühasirədə  olan  qarslılar  və  Qarsdakı  türk  əsgərlərində  də  b ö ­
yük  ruh  yüksəkliyinə  səbəb  olur.  Bu  barədə  general  Muravyov 
hərbi  nazir  knyaz  Dolqorukova  13  sentyabrda  Çivtliqaya  k ə n ­
dindən göndərdiyi rəsmi məktubunda yazırdı:  «Bu xəbər Qarsda 
11  sentyabrda  süvarilərimizin yanından  sıyrıla  bilmiş  cəsur  və 
tanınmış  qaçaq,  bizim  əyalətdən  çoxdan  qaçmış  H ə ş i m o ğ l u  
tərəfindən yayılıb».
Sentyabrın  13-də  349  gün  davam  edən  mühasirədən  sonra 
müttəfiq  qoşunları  Sevastopol  şəhərini  ələ keçirməyə  nail  o lu r­
lar.  O  zamanlar Qarsda olan ingilis yazan doktor Sandvit  S e v a s- 
topolun  fəthi  xəbərini  Qarsa  rusca  bilməsindən  istifadə  e d ə rə k  
kazaklara  rus  ordusunun  polkovniki  olduğunu  söyləyib,  o n ların  
postlarından  şəhərə  adlaya  bilən  A sla n   ağa  adlı  bir  G ü n e y  
Qafqaz  türkünün  çatdırdığını  bildirirdi.  Bəlkə  də  Dr.  Sandvitin 
söylədiyi  A sla n   a ğ a   ilə H ə ş im o ğ lu   eyni adamdırlar,  yəni  o la  
bilər ki, H ə ş im o ğ lu n u n   adı A slan   ağadır.
Krım  yanmadasındakı  uğursuzluqlarının  əvəzini  çıx m aq  
məqsədilə  17  sentyabrda  50  minlik rus  ordusu  Muravyovun  k o ­
mandanlığı  altında  iyunun  əvvəlindən  mühasirədə  saxladıqları 
Qars qalasına həlledici  hücum edirlər.  7  saat yarımdan çox  sürən 
amansız  və  qanlı  döyüş  baş  verir.  Ruslar  ağır  itkilər  verərək 
(2278  ölü,  3823  yaralı,  961  kontuziyalı,  164  itkin  düşən,  cemi 
7226  nəfər)  geri  çəkilm əyə  məcbur  edilirlər.  Bu  vuruşmada 
ruslar  Qafqaz  cəbhəsində  savaş  başlayandan  bəri  qarşılaşdıqları 
ən  böyük  məğlubiyyətə  düçar  olurlar.  Aym  17-də  Şorax  is­
tehkamları  tərəfdə  yaralanan  yüksək  rütbəli  rus  komandanları 
arasında  Əlahiddə  Qafqaz  Ordusunun  Axalsıx  bölməsinin  ko­
mandanı,  bundan  əvvəlki  Osmanlı-rus  və  rus-lran  savaşlarının 
iştirakçısı,  bu savaşlarda Aslandüz, Lənkəran və Axılkələyi zəbt 
etmiş  general  Pyotr  Petroviç  Kovalevski  (4  gün  sonra  aldığı 
yaradan dünyasını dəyişir) və general Maydel də vardı.
146
QARAR AP AQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Qars  vuruşmasında  türklərin  qazandığı  parlaq  qələbədən 
sonra  Osmanlı  sultanı  Məcid Qars  şəhərinə  «Qazi»  ünvanı  verir 
və  qarslılan  3  il  əsgəri  xidmətdən  və  vergidən  azad  edir.  17 
sentyabr  gecəsində  Qarsın  qəhrəman  müdafiəsində  şəhid  olan 
Osmanlı  zabitlərinə  gəldikdə  isə  onlar  arasında  sinəsindən  nizə 
ilə  vurulmuş  m ətin  qarapapaq  türkü  Borçalı  Həşimoğlu  da  var 
idi.1 «Ştabs-ofiser rütbəli tanınmış qaçaq, Borçalı distansiyasıhın 
tatarı,  Güney Qafqaz diyarının Türkiyə sərhədindəki kəndlərinin 
qənimi  H ə ş i m o ğ l u n u n »   həlak  olmasını  faktını  rus  başko- 
mandanı  general-adyutant  Muravyov  belə  ifadə  edirdi:  «O  Qar­
sın  girəcəyində  öldürülmüşdür.  Bu  xəbər  bizim  təbəəliymizdə 
olanların şadlığına və sevincinə səbəb olacaq»?
Bu  uğursuz  hücumdan  sonra  Muravyov  Qarsı  təcrübəli  ge­
nerallar  Baklanov  və  Kovalevskinin  lap  başdan  təklif etdikləri 
kimi  döyüşsüz,  yəni  blokada yolu ilə  işğal  etm ək qərarına gəlir. 
Qars  ətrafında hərbi  əməliyyatlar dayandırılır və  şəhərin müha­
sirəsi gücləndirilir.
General  Lixutin rusların Qarsdakı yenilgilərinin əsas səbəb­
lərindən birini ermənilərdə görürdü. O  rus qoşunlarının Bəyazid 
həndəvərində  dayandıqları günləri xatırlayarkən bu haqda yazır­
dı:  «Mən  erm ənilərdən  tez-tez  eşidirdim:  —  «Hücum  edin,  hü­
cum edin! Siz türkləri bir anda darmadağın edəcəksinizl Bəyazid 
sizin  olacaq!» Ancaq bu sözləri peyğəmbərin dedikləri  kimi qə­
bul  etmək  olmazdı;  onlar  1855-ci  il  Qars  hücumunun  müvəffə­
qiyyətlə sonuclanacağına da ümid verirdilər. Amma...».1
 2
 3
17  sentyabrda  qarşılaşdığı  ağır  itkilər  rus  ordusunda  ruh 
düşgünlüyünə  səbəb  olur.  Oktyabr  ayının  əvvəllərində  Qafqaz 
dağlılarının  könüllü  süvari  dəstələri  (başçısı  -   polkovnik  Musa 
Kunduxov)  general  Baklanov  vasitəsilə  başkomandana  ordudan 
azad  olunub  vətənlərinə  dönmək  arzusunda  olduqlarını  bildirir­
lər.  Baklanova  onları  dilə  tutub  savaş  bölgəsində  saxlamaq  tap-
1 Muravyov, gösterilən eseri, II c., s. 32.
2 Muravyov, gösterilən eseri, I c., s. 51.
3 M. Лихутин. Русские в Азиатской Турции в 1854 и 1855 годах, s.  76.
147


FƏXRİ VALEHOĞLU
şınğı  verilsə  də,  bu  mümkün  olmur.  Dağlıların  yalnız  əldə 
etdikləri  qənim ət  üçün  vuruşduqlarını  yazan  Muravyov  onların 
saylannm qış çıxdıqdan sonra, yəni  1856-cı ilin baharında həyata 
keçirməyə  hazırlaşdığı  hərbi  yürüşdə  ikiqat  artacağına  ümid 
edərək  duz-çörəklə  vətənlərinə  yola  salmağa  məcbur  olur. 
Dağlılardan  sonra  gürcü  dvoryanlarından  (zadəganlarından)  iba­
rət  olan  könüllü  dəstə  də  eyni  xahişlə  müraciət  edir  və  evə 
buraxılır.  Onların ardınca osetinlərden  ibarət atlı  sotnya və 2 №- 
li kürd alayı ordudan tərxis olunurlar. Loris-Melikovun qvardiya­
sından da çox sayda süvari öz evlərinə qayıtmışdı.  Süvari-müsəl­
man alaylarının da vətənə qayıtmaq istəyində olmalarına baxma­
yaraq,  3 № -li alay  istisna olmaqla  onlar azad  olunmurlar.  Çünki 
bu  halda  avanpostlan  qorumaq  və  kəşfiyyatla  məşğul  olmaq 
yalnız  kazakların  üzərinə  düşürdü.  Qarapapaq  milisinin  tərkibi 
zəifləsə də öz fəaliyyətini davam etdirirdi.1 1
1855-ci  il  20  oktyabrda  Osmanlı  ordusunun  Bəyazid bölmə­
sinin  rəisi  Vəli  Paşaya  xəbər  çatdırılır  ki,  ruslar  Ərzuruma  hü­
cum  etm ək  m əqsədilə  Qars  ətrafından  böyük  bir  dəstə  göndə­
riblər.  Buna görə  də  o  dərhal  geri,  Ərzuruma çəkilir.  Muravyov: 
«Sorağı  Vəli  paşaya  çatan  və  onu Ərzuruma  çəkilməyə  məcbur 
edən  dəstə  Zivinə  və  ondan  o  tərəfə  kəşfiyyata  göndərilmiş 
Loris-Melikovun  20  nəfər  könüllüsündən  ibarət  idi.  Bu  uzaq 
k ə şfiy y at  s ə fə rin ə   göndərilm iş  k ö n ü llü lər  ə n   yaxşı  minici- 
lə r  v ə   ən   am an sız  b a şk ə sən lə r  sırasına  daxil  olan  B o rçalı 
və  Q a z a x   n a h iy ələrin in   tatarları  idilər.  Onlar geri qayıdanda 
öz  təhlükəsizliklərini  təmin  etmək  üçün  yolları  üzərində  olan 
türk kəndlərində  şayiələr yayırdılar ki,  arxalannca Qarsdan Veli 
paşanın  Ərzuruma  çəkilməsininin  qarşısım  almaq  üçün  qoşun 
gelir.
Bu  könüllülər Zivini  keçib  Ardosta  gəldilər.  Burada düşmə­
nin  geri  çəkilməsini  eşidib  Əngiköy  kəndinə  qayıtdılar.  Oradan 
da  onlara  verilən  əm rə  əsasən  Oltudan  Ərzuruma  aparan  Nər-
1 Boqdanoviç, göstərilən əsəri, III c.,  s. 377; Muravyov, göstərilən əsəri,  II c., 
s.  130.
148
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
man yoluna çıxdılar.  Bardusu Nərman sancağından ayıran İx-Sal 
aşırımım  keçəndə  Trabzon  və  Gümüşxana  lazlarından  ibarət 
olan silahlı kömürçülər dəstəsi ilə qarşılaşdılar.  Bu dəstəni dağı­
dıb  iki  üzvünü  öldürdülər  və  üçünü,  o  cümlədən  dəstə  rəisini 
əsir götürdülər.  Bundan başqa onlar daşıyıcı heyvanlarla bərabər 
176 tay kömür v ə 6 at əldə etdilər.
Bu mərd  insanların türk mühafizə  dəstələrinin bir  neçə  gün 
əvvəl olduqları bölgəyə çevik hücumu, Oltu arxasındakı  soyğun- 
çuluqlan  və  bizim  yaxınlaşmamız  barədə  yaydıqları  şayiələr 
Ərzurumun  özündə  qorxu  yaratdı.  Burada  əhaliyə  müdafiəyə 
hazırlaşmaq  əmri  verildi.  Bundan başqa tatarlar düşərgəyə  sakin 
arabaları  gətirdilər.  Bu  arabalarla  qoşunlara  baraklar  tikmək 
üçün  Ərzuruma  yerli  müdiriyyətin  göstərişi  ilə  meşə  tikinti 
materialları göndərilirdi».1
Bu uğurlu əməliyyat Soğanlı dağlan arxasına və ümumiyyət­
lə daha uzaq m əsafələrə  silahlı kəşfiyyat dəstələri  göndərməyin 
mümkünlüyünü  ortaya  qoyurdu.  Bu  səbəbdən  Loris-Melikovun 
taqımından 65 nəfər cəsarətli süvari seçilir və 27 oktyabrda Çift- 
liqayadan  Osmanlı  qoşunlannm  mövqelərinə  tə rə f  göndərilir. 
Onlara  Zivini  yan  ötüb  bacardıqca  Körpüköy  kəndinə  yaxınlaş­
maq və  qarşı  tərəfdə  nələr baş  verdiyini  dəqiq öyrənmək məq­
sədilə  canlı  əsir  gətirmək  əmri  verilmişdir.  Aym  29-dan  30-na 
keçən  gecə  könüllülər  artıq Arazın  o  tayında  yerləşən  Komasur 
kəndinə yaxınlaşırlar və burada öyrənirlər ki,  Körpüköy yaxınlı­
ğındakı Əmirəqum kəndində 350 başıpozuq var.  Onlar saylarının 
az olmasına baxmayaraq, qəflətən Əmirəquma hücum etmək qə­
rarına gəlirlər.  Gözlənilməz hücumdan özlərini  itirən başıpozuq- 
lar  bir neçə  nəfəri  ölü  itirirlər.  Altı  başıpozuğu  əsir  götürüb,  bir 
neçə  at və  çeşidli  silahlar ələ keçirən  kəşfiyyatçılar bu  döyüşdə 
heç bir itki vermirlər2.
Əlahidde Korpusun tərkibinə daxil olan q a ra p a p a q   könüllü­
lərinin  bir-birinin  ardınca  apardıqları  uğurlu  əməliyyatları  rus
1 Muravyov, gösterilən eseri, II c., s.  156.
2 Muravyov, gösterilən eseri, II c., s.  157.
149


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə