KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

FƏXRİ VALEHOĞLU
də,  əksəriyyəti  qeyri-şərtsiz  öz  dil-din,  can-qan  qardaşları  ilə 
çiyin-çiyinə  vuruşdular  və  Osmanlı  Türkiyəsinə  əvəz  olunmaz 
qulluqda  bulundular,  şanlı  türk  tarixinə  adlarını  qızıl  hərflərlə 
yazdılar.  «Sərhədboyu  Şürəgəl,  Zərşad  və  digər  qəzalardan kö­
nüllü  əsgərlər  toplamaq  məqsədilə  hökumət  Qurd  İsmayıl  Pa­
şanı  Ərzuruma  vali  təyin  etmiş,  o  da  öz  növbəsində  həmin böl­
gələrin bəy və ağalarını toplantıya dəvət edərək məsələni onlara 
anlatmışdı.  Əhalisi  əsasən qarapapaqlardan  ibarət olan bu bölgə­
lərin  bəy və  ağaları  isə qısa müddət ərzində  1 O-dan çox könüllü 
döyüşçü dəstəsi çıxaracaqlarına söz vermiş və bunu dövlət qarşı­
sında övladlıq  borcu  hesab  etmişdilər.  Qarapapaqlar Qurd  İsma­
yıl  Paşanın  həm   özünə,  həm   də  nəsil-nəcabətinə  böyük hörmət 
və  ehtiram  bəsləyirdilər.  Ona  görə  ki,  Qurd  İsmayıl  Paşanın ba­
bası  Ş ərif ağa  vaxtilə  Şürəgəl  qəzasına  bağlı  Hacıvəli  kəndində 
yaşamışdı və qarapapaqlara sözü və əmri keçən bir kişi olmuşdu 
(Ola bilər ki,  burada söhbət  1828-1829-cu  illər rus-türk savaşın­
da  türk  ordusu  cərgələrində  döyüşmüş  qarapapaq  süvarilərinin 
başçısı  Şərif ağadan gedir -  F.  V.).  Qurd ismayıl  Paşanın qardaşı 
oğlu  M ədəd  Bəyzadə  Y usuf bəy  də  1877-ci  ildə  həmin  kəndin 
hörmətli  sakinlərindən  idi.  O,  qarapapaqlardan  ibarət  beş  dəstə 
toplamış  və  əsgərlərin  siyahısını  öz  əmisinə  göndərmişdi...  Ər- 
dahan və Çildir qarapapaqlarından könüllü dəstələrin təşkili  m ə­
sələsi  isə  Ərdahanlı  Hacı  Hüseyn  Paşaya  tapşırılmışdır».1  Bəzi 
rus  mənbələri  Osmanlı  ordusunun  qeyri-nizami  bölmələrində 
12000 qarapapağm olduğunu bildirirdi.1
 2
Bu  qarapapaqlann  bir  qismi,  500-600  nəfəri  müharibənin 
əvvəlindən-sonuna  qədər  Borçalı  mahalının  D arvaz  kəndinin 
sakini,  ələ keçirilməsi mümkün olmayan məşhur qaçaq, mühari­
bə  abu-havasının  duyulduğu  bir  vaxtda  rusların  öz  tərəflərinə 
çəkmək  üçün  ciddi  səy  və  təkidlərinə  rəğmən,  türklər  tərəfdə 
vuruşmaq istəyində  olmuş  və  bu məqsədlə Osmanlı  rəsmilərinə
1 V. Hacılar. Borçalı Mehralı bəy tarixi həqiqətlərdə, s.  71 -72.
2  Б.  Колюбакинъ.  Русско-Турецкая  война  1877-1878  гг.  на  Кавказе  и  в 
Малой Азии, часть I, СПб,  1906, с. 68.
162
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
müraciət etmiş, nəticədə minbaşı rütbəsi  ilə türk ordusu sıraları­
na qəbul  edilmiş  və ömrünün sonuna qədər Osmanlı türk dövlə­
tinə  şərəflə  xidm ət  etmiş  M e h r a l ı   M  ə m i  i  o ğ l u n u n   (1844- 
1906)  topladığı  və  rəhbərlik  etdiyi  könüllü  süvarilər  dəstəsində 
döyüşdülər.
Türk  başkomandanı,  1911-ci  ildə  Osmanlı  hökumətində 
əyan məclisi  rəisi,  bir  il  sonra  isə  sədrəzəm  olmuş  m arşal  Ə h­
m əd  M u x tar  P aşanın  1912-ci  ildə  İstanbulda,  «Məktəbi-Hər- 
biyyə»  m ətbəəsində  çap  etdirdiyi  özünün  savaş  xatirələrini  əks 
etdirən  «Sərgüzəşti-həyatımın  cildi  sanisi»  əsərində  Mehralı 
barədə yazırdıqlarından bir parça:  « Q arap ap aq   tayfasından  və 
əslən   R usiya  tə b əə sin d ən   M e h r a lı  adında  birisi  bəzi  s ə ­
b əb lərd ən   dolayı  R usiya  hökum ətinə  qarşı  başına  üç-beş 
kişi  alıb  O sm anlı  hüdudundakı  dağlarda  barınaraq,  fürsət 
bulduqca  R u siy a  hüduduna  keçib  ortalığı  qasıb-qovuraraq 
intiqam   alm ayı  adət  etm iş  və  arxasına  g ərək   Rusiya  v ə  g ə­
rək sə  O sm anlı  D övləti  adamlar  qoymuş  v ə  kir  sərdarları 
göndərm iş  v ə   kaç  d əfə  ötədə-bəridə  sıxışdırılm ışsa  da,  ə lə 
keçirilm əsi  qabil  olm am ış  və  Rusiya  səfarətin in   B abialiyi 
sıxışdırm ası  ü zərin ə  Ərzurum  vilayəti  bu  xüsusda  bir  düzi- 
yə  ə m rlər  alır  dururm uş.  Mənim  zam anım da  o,  Qars  sanca­
ğında  bir  y erd ə  yenə  sıxışdırılm ış  və  yaralanaraq  qaçması 
mümkün  olam az  bir  hala  gəlm işsə  də,  q ay et  gözü  p ək  ni- 
şançı  və  c əsu r  olduğundan,  gerçəyi  O sm anlı  təb əəsin d ən  
kim səyi  qətl  etm ək   istəm əsə  də,  özünü  qurtarm aq  üçün  ona. 
da cəsarət  edib,  n əticəsin d ə qurtulam ayıb  yaxayı  ə lə   verm iş 
və  Qars  həbsx an asın a  qonm uşdu...  H əbsxana  qayət  sağlam 
olduğu  halda  b ir  kaç  h ə ftə   sonra  m əhbuslar  qaçm ışdı.  O n­
ların  b əziləri  diri  və  ölü  tutulm uşsa  da  M ehralının  ə lə   ke- 
çiriləm ədiyi  Q ars  m ütəssərifliyindən  bildirilm iş  v ə  o  bir 
daha  bulünam am ışdı.  Sonra  1293-dəki  (1877-ci  il  hicri  tarixi 
ilə  1293-cü  ilə  təsadüf edir və  elə  bu  səbəbdən  1877-78-ci  illər 
rus-türk  müharibəsi  Osmanlı  mənbələrinə  «93  savaşları»  adı 
altında keçib -  F.  V.)  R usiya  m üharibəsi  sırasında  başkoman- 
dan  bulunduğum   sırada  M e h r a l ı   ə g ə r  k ən d isin ə  təm inat
163


FƏXRİ  VALEHOĞLU
verirsəm   yanım a  g ə ləc ə y in i  v ə  istədiyim   kimi  bir  alay 
Q a ra p a p a q   süvarisi  təd arü k   edə  b iləcəy in i  x əb ər göndərdi. 
D ərh al  çağırdım   v ə  təşk il  etdiyi  40 0 -ə  q ə d ə r  mövcudlu  Qa­
ra p a p a q   süvari  alayı  q a y ət  fəalan ə  v ə  cəsu ran ə  hərbin  ba­
şından  sonuna  q ə d ə r bulundu  və  x əriq u lad ə  işlə r yapdı».1
Xüsusilə  qeyd  etmək  istərdik  ki,  Osmanlı  Sultanı  II  Əbdül- 
hamid  başkomandan  Əhməd Muxtar Paşanın  təqdimatı  əsasında 
savaşda göstərdiyi  igidliklərə görə Anadolu  cəbhəsində ilk dəfə 
Mehralı bəyi V rü tb ə d ə n  M əcidiyyə  ordeni  ilə təltif etmişdi.
General-mayor B.  Kolyubakin özünün «Qafqaz və Kiçik Asi­
yada  1877-1878  illər rus-türk müharibəsi»  kitabının I hissəsində 
Osmanlı ordusundakı  qeyri-nizami qoşunlar m əsələsinə toxunar­
kən  Osmanlı  dövləti  ərazisində yaşayan  toplumların təşkil etdiyi 
könüllü  dəstələrdən  Sivas,  Canik  və  Əziziyyəde  məskunlaşmış 
Şimali  Qafqaz  mühacirlərinin  Şeyx  Şamilin  İstanbulda  yaşayan 
oğlu Q azı-M əhəm m əd  (Q azı-M aqom a)  Paşanın  və XIX əsrin 
60-cı  illərində  Osmanlının  Sivas  vilayətinə  köçmüş  sabiq  rus 
ordu  zabiti,  əslən  osetinlərin  taqaur  tayfasından  olan  general 
M usa  Paşa  A lxas  oğlu  K unduxovun  (1818-1889)  başçılığın- 
dakı  süvari  dəstələri,  kürd,  laz  və  acar könüllüləri  ilə yanaşı qa­
rapapaq  atlı  dəstələrinin,  o  sıradan  « ta n ın m ış  q a ça q   M eh ra ­
lı »nın dəstəsinin də adını çəkirdi.*
 2
Osmanlı  ordumühüm  baş  katibi  Mehmet  A rif  bəy  (1845- 
1897) müəllifi  olduğu «Başımıza gələnlər» əsərində  savaşın  ba­
şında türklərin  çevik  süvarilərə  böyük  ehtiyacı  olduğunu  vurğu- 
layırdı.  Bu baxımdan qarapapaqların və Osmanlıda çərkəzlər ad­
landırılan  Şimali  Qafqaz dağlılarının  döyüşkənlikləri  və  cəldlik­
ləri ilə seçilən süvari dəstələri türk ordusu üçün çox gərəkli  jdi.
Rus  tarixi  qaynaqlan  o  dövrdə türk  emissarlarının  Qafqazın 
quzeyində  proklamasiyalar dağıtdığım və  xalqı üsyana təşfıq  et­
1  Gazi  Ahmet  Muhtar  Paşa.  Anılar.  Sergüzeşt-i  hayatımın  cild-i  evveli, 
İstanbul,  1996, s.  102-103.
2  Kolyubakin, göstərilən əsəri,  s.  67-68.
164
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
diyini  göstərir.1  Arxiv  sənədlərindən  müharibə  qoxusunun  du­
yulduğu bir vaxt,  1877-ci  ilin  fevral  ayında Darvazlı Mehralının 
sərhədi keçib Q araçöp  mahalının Y or-M uğanlı  kəndinə  gəldiyi 
və bu kəndin  barışdırıcı  hakimi  (xırda mülki  v ə  cinayət işlərinə 
baxan  hakimi)  A lı  A ğ a k işi  oğlu n u n   yardımı  ile  Qafqazın  şi­
malına keçdiyi məlum olur.2
1877-ci ilin aprelində müharibəyə başlayan  ruslar  Qafqaz 
cəbhəsində  Arpaçay  istiqamətindən  hücuma  keçdilər.  Marşal 
Əhməd  M uxtar  Paşa  Subatanda  yerləşən  ön  qoşun  dəstəsinə 
Arpaçaya  yaxm  Üçtəpəni  tutmağı  əmr  etdi.  Ancaq  bütün  sahili 
boyu Arpaçaya nəzarəti Qars qarnizonu nəzdindəki qeyri-nizami 
süvari  qoşunlarına  həvalə  etdi.  Süvarilər  aprelin  10-da  Bəndə- 
vandan  Əbdürəhman  məntəqəsinə  qədər uzanan  ərazidə  aşağı­
dakı şəkildə yerləşdi:
a) Bəndəvandan Bayandura kimi 600 nəfərlik qarapapaq sü­
vari dəstəsi;
b)  Bayandurdan  Əbdürəhmana  tayfa  başçıları  Maqsud  ağa­
nın  komandanlığı  altında  250  cəmadanlı  kürdü.  Digər  süvarilər 
onlara ehtiyat kimi, Böyük və Kiçik Tixnis,  Qızıl Çaxçax  və Ər- 
gin kəndlərində mövqe tutdu.3
M.  A rif bəy yazırdı ki,  savaşa ruslar yox  türklər başlayıb ilk 
hücuma  keçsəydilər  Rusiya  qoşunlarında  xidm ət  edən  qarapa- 
paqlar  onlar  tərəfdə  olardı.  Kişmişov  isə  qeyd  edirdi  ki,  rus 
ordusu  sərhədi  Arpaçaydan  keçməsəydi  uğursuzluğa  düçar  ola 
bilərdi,  çünki  əks  vəziyyət  Ə.  Muxtar  Paşanın  bu  istiqamətdən 
cəbhəni  yarıb,  özünün  daimi  müttəfiqləri  hesab  etdiyi  Borçalı- 
Qazax qarapapaqları ilə birləşməsinə zəmin yaradardı.
1877-ci  il  aprel-may  aylarında  rus  ordusunun  cəbhənin  sol 
cinahında  yerləşən  dəstəsi  yerli  ermənilərin  satqmlığıyla  bir-bi­
rinin ardınca Bəyazid,  Diyadin, Ələşgird və  Zeydegan  mentəqə-
Bu  barədə  ətraflı  bilgi  üçün  bax:  Материалы  для  описания  русско- 
турецкой войны  1877-1878 г.  г ., III том, Тифлис,  1907.
2 V. Hacılar. Borçalı Mehralı b əy  ..., s.  59-68.
3 Kişmişov, göstərilən əsəri, s.  28.
165


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə