MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə16/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
64 
64 
nəsli,  sadəcə,  heyrətləndirməklə  məşğul  olan  qələm 
adamlarının  yazıb-yaratmaq  haqlarına  hörmətlə  yanaşsaq  da, 
bəzi  fikirlərimizi  onlara  xatırlamağa  məcburuq.  Yazı, 
ədəbiyyat  –  dünyanın  bədii  formasının  bir  parçası  olamaqla 
yanaşı,  həm  də  ictimai-mədəni  hadisə,  zaman  və 
sivilizasiyanın  qeyri-maddi  daşıyıcısı  sayılır.  Sözsüz  ki,  hər 
şeydən,  istənilən  üslubda  yazmaq  olar,  fəqət,  mətni  –  bəşəri 
harmoniyanın  daşıyıcısını  korlamaq,  ədəbiyyatın  ruhunu 
―qaraltmağa‖  nə  ehtiyac  var?!  C.Coys,  F.Kafka,  U.Folkner, 
Q.Markes,  İ.Brodski,  U.Eko,  O.Pamuk  kimi  nəhəng  qələm 
ustadları  ədəbi-estetik  cərəyanlar  deyil,  böyük  sənət  əsərləri 
yaradıblar. Axı bizdə ABŞ, Avropa, Yaponiya, Çin kimi ciddi 
intellektual  ədəbi-fəlsəfi  mühit  hələ  yetişməyib  ki,  hər 
yerindən duran yeni estetik cərəyan, fikir təlimləri irəli sürsün. 
Əlbəttə,  bu,  həm  də  bizim  hamımızın  böyük  arzusu  olaraq 
qalır ki, milli estetik düşüncəmizdə dünyaya çıxarılası ən yeni 
cərəyanlarımız  yaransın.  Biz  hələ  onu  demirik  ki,  dünyada 
gedən  estetik-nəzəri,  ədəbi-fəlsəfi  proseslərdən  başı  çıxan, 
ədəbi  ictimaiyyətimizə  əsl  sənət  həqiqətini  göstərəcək  milli 
Lotmanlarımız, Baxtinlərimiz, Lixaçovlarımız formalaşmayıb. 
Fəqət  hər  şey  əksinədir:  ciddi  tənqidçilərimiz  və  ədəbiyyat 
nəzəriyyəçilərimizin  öz  yaxalarını  qırağa  çəkmələri  ona 
gətirib 
çıxarıb 
ki, 
modernizm, 
postmodernizm, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
65 
65 
65 
intellektualizm, 
postintellektualizm, 
multikulturalizm, 
virtualizm  kimi  ədəbi-kulturoloji  cərəyanlar,  metod  və  sənət 
görüşləri  barədə  özlərini  eksperimentçi  ―modern‖,  yaxud 
―postmodern‖  yazar  adlandıran  cavanlar  oradan-buradan 
eşitdiklərini ədəbi ictimaiyyətimizə, hazırlıqsız oxucularımıza 
sırımağa nail olurlar.  Fitri istedada malik  yaradıcı  insan  yeni 
sənət  cərəyanı,  fəlsəfi  əksetdirmə  metodu  təklif  edə  bilər. 
Lakin  bunun  üçün  o  şəxsin  həm  də  dərin  zəkası,  çoxqatlı 
intellekti,  başqa  sözlə,  ciddi  intellectual-kreativ  səviyyəsi, 
analitik  ümumiləşdirmə  və  fərqli  sistemləşdirmə  bacarığı, 
intuitiv  düşüncə  sürəti  olmalıdır.  Təəssüflər  olsun  ki,  son  on 
beş  ildə  biz  özümüzün milli-elmi  kulturoloji  mühitimizi  hələ 
də lazımi səviyyədə formalaşdıra bilməmişik. 
XIX-XX  əsrin  elmi-psixoloji  məktəblərindən  –  kulturo-tarixi 
psixologia,  psixoanalizm,  analitik  psixologiya,  individual 
psixologiya,  humanitar  və  koqnitiv  psixologiya,  həmçinin 
ötən yüzilinə ən maraqlı, dəbdə olan fəlsəfə istiqamətlərindən 
–  fenomenologiya,  fundamental  ontologiya,  hermenevtika, 
Frakfurt  məktəbinin  tənqidi  fəlsəfəsi,  poststrukturalizm, 
postmodernizm,  analitik  fəlsəfə  kimi  intellektual  sahələrdəki 
fəlsəfi-nəzəri,  elmi-estetik  düşüncə  hadisələrində  klassik, 
eləcə  də  çağdaş  ədəbiyyatın  müxtəlif  tərəflərini,  mahiyyətini 
açan  maraqlı,  bəzən  isə  bir-birinə  zidd  metodlara, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
66 
66 
mülahizələrə  rast  gəlmək  mümkündür.  Hələ  fəlsəfə  ilə 
ədəbiyyatın sintezini işləyən cərəyan və istiqamətləri demirik. 
Bütün  bunlara  isə  cavab  verən  ədəbi  tənqid  məktəbimiz  hələ 
də formalaşmaqdadır.  
Çox  istərdik  ki,  ―İnternet  tribuna‖da  fikirlərini  bölüşəcək 
həmkarlarımız  bu  mürəkkəb  problemlər  barədə  fikirlərini 
ədəbi-mədəni  ictimaiyyətimizlə  bölüşsün,  yeni  müzakirələrə 
rəvac versinlər… 
 
P.S.  Ədəbi-mədəni  prosesdə  olan,  vaxtilə  qələmiylə  ədəbi 
mühiti  canlandıran,  söz  sənətimizi  istiqamətləndirən, 
zamanında  onun  kulturoloji-estetik  qiymətini,  tarixi-filoloji 
əhəmiyyətini, 
elmi-mədəni 
dəyərini 
müəyyənləşdirən 
tənqidçilərə,  ədəbiyyatşünaslara,  esseistika,  eləcə  də  ədəbi 
publisistika,  mədəniyyət  jurnalistikası  və  yazıçı  tənqidiylə 
məşğul  olan  şəxslərə,  hətta  intellektual  –  savadlı  ədəbiyyat 
oxucularına,  İnternetdə  ―klaviatura  döyəcləyən‖  blogerlərə  – 
şəbəkə  yazarlarına  ―İnternet  tribuna‖  ayırır.  Sadalanan 
sahələrin 
adamları 
ədəbiyyatımızın, 
humanitar-estetik 
düşüncəmizin,  kulturoloji  fkrimizin  və  çağdaş  ədəbi-poetik 
sözümüzün  ən  aktual  problemləri,  qarşıda  duran  filoloji 
məsələlər 
haqqında 
analitik-ədəbi, 
tənqidi-publisistik 
yazılarını  bizə  yollaya  bilərlər.  Biz  isə,  öz  növbəmizdə, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
67 
67 
67 
―mətbu  debat‖  formatında  –  silsilə  şəklində  bu  materialları 
ədəbi-mədəni  ictimaiyyətimizin,  eləcə  də  ədəbiyyatsevər 
oxucularımızın müzakirəsinə verəcəyik. 
 
 
“Ədəbiyyat qəzeti” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə