MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə18/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
72 
72 
diqqətlə  nəzər  salır.  Döyüşçü-jurnalist,  qəzet  materialları, 
müharibə  qurbanlarının  aqibətini  əks  etdirən  faktları 
göstərməklə,  özünəməxsus  üslubda,  maraqlı  bir  sənədli-
publisistik əsəri oxucularına təqdim edir. 
Müəllifin  döyüşçü  dostlarının  şəkilləri  də  verilmiş  kitabda 
vaxtilə  respublikamızın  və  Rusiya  Federasiyasının  dövri 
mətbuatında dərc olunmuş məlumatlara da nəzər salınır. 1990-
cı  ilin  qanlı  20  Yanvar  hadisələrinin  qurbanları  barədə  geniş 
söhbət açılır, o dövrlərdə sovet ordusunun vəhşiliklərinin canlı 
şahidləri  olmuş  insanların  dediklərini  ürəkağrısı  kimi  verir. 
Bir  sıra  kiçik  yanlışlaqlara  baxmayaraq,  Tatyana  Çaladzenin 
bu  dəyərli  əsərini  yüksək  qiymətləndirir  və  gələcəkdə  də  bu 
istiqamətdə  apardığı  axtarışların  bəhrəsi  kimi  yeni-yeni 
əsərləri ilə oxucuların görüşünə gələcəyinə inanmaq istərdik. 
Baltikyanı  respublikada  –  Latviyada  yaşamış,  vaxtilə 
Azərbaycana gəlmiş və Qarabağ müharibəsində iştirak edərək 
yaralanmış  Tatyana  Çaladze  bir  zamanlar  Latviya  Xalq 
Cəbhəsinin  fəal  üzvü  kimi  ölkəmiz  barədə  həqiqətləri, 
həmçinin  ermənilərin  Qarabağla  bağlı  tarixi  özlərinə  sərfəli 
şəkildə saxtalaşdırmalarına  qarşı kəskin məqalələr  yazmışdır. 
Ölkəmizin  hələ  indi  də  informasiya  blokadasında  olduğunu 
xatırlasaq, əcnəbi müəllifin qələmə aldığı kitabın əhəmiyyətli 
bir mənbə olduğunu nəzərə alsaq, belə müəlliflərə dövlətimiz 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
73 
73 
73 
və xalqımız tərəfindən mənəvi-maddi dayaq çox vacibdir. Bu 
kitabı lazım gəlsə, Avropa Şurasının tədbirlərində iştirakçılara 
paylamaqla  düşmənlərimizin  xaricdəki  güclü  diasporalarının 
köməyi  ilə  ölkəmiz  ətrafında  qurduqları  süni  informasiya 
blokadasının dağıtmaq mümkündür. 
Bu  cür  kitabların  yeniyetmə  və  gənclərimizin  vətənpərvərlik 
ruhunda  tərbiyəsindəki  müsbət  əhəmiyyətini  qeyd  etmək 
yerinə  düşərdi.  «Həmdərd»  kitabının  üstün  cəhətlərini 
sadalayan zaman bildirmək yerinə düşər ki, respublikamızdan 
uzaqda yaşamış əcnəbi yazarın tarixi fakt və sənədlərlə zəngin 
olan əsəri ilə dünya ictimaiyyətinə ölkəmiz barədə həqiqətləri, 
xalqımızın başına gətirilən müsibətləri, həmçinin Ermənistan-
Azərbaycan  münaqişəsi  barədə  dolğun,  düzgün  məlumatları 
çatdırması gənc nəslə də bir örnək olmalıdır. 
«Mənim  qəlbim  erməni  variantını  qəbul  etmirdi…»  -  deyə 
yazan  müəllifin  məlum  hadisələrin  iştirakçısı  –  canlı  şahidi 
kimi  araya-ərsəyə  gətirdiyi  bu  kitabı  rus  və  erməni 
mətbuatının  yaydığı,  əsl  həqiqətləri  təhrif  edən  yalan 
informayalara qarşı yaxşı bir intellektual mübarizə vasitəsidir. 
Qeyd  etmək  yerinə  düşərdi  ki,  çox  vaxt  dərdlərimizi  yerli 
KİV-də işıqlandırmaqla özümüzə təsəlli veririk və əsl həqiqəti 
xaricdə, əcnəbi dillərlə yazmağın vacibliyini unuduruq. Bu cür 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
74 
74 
kitablar  yazmağın,  aparıcı  dillərə  sevirərək  yaymağın  həm 
dünya ictimaiyyəti, həm də özümüz üçün çox önəmi var. 
Aydın  məsələdir  ki,  indiki  qloballaşma  dövründə 
Pribaltikadan  gəlmiş,  millətcə  latış  olan,  gürcü  soyadını 
daşıyan,  rusca  Ermənistan  –  Azərbaycan  münaqişəsindən 
yazan  müəllifə  Avropada  daha  çox  inanarlar.  Altı  ay  Bərdə 
rayonundakı qaçqın düşərgəsində yaşamış Tatyana Çaladze bu 
müddət ərzində «Üçüncü minilliyin soyqırımı salnaməsi» adlı 
layihə  üzərində  işləyib.  Kitabının  ikinci  hissəsini  yazmaqla 
yanaşı,  bədənində  güllə  yarası  gəzdirən  qaçqın  uşaqlarının 
azərbaycanlılara  qarşı  əsl  soyqırımın  aparılması  faktını 
təsdiqləyən  canlı  sübut  olduğunu  görür.  Qaçqınların  başına 
gətirilən  müsibətləri  sübutu  kimi  sənədlər  toplayan  Tatyana 
Çaladze  Avropa  İnsan  Haqları  Məhkəməsinə  ermənilərin 
vəhşilikləri ilə bağlı müraciətlər edir. Müəllif kitabının ikinci 
hissəsi ilə sanki Azərbaycan xalqına qarşı apardıqları siyasətə 
–  mənəvi,  maddi  və  psixoloji  zərbələrə  görə  əvvəl-axır 
ermənilərin  –  düşmənlərimizin  cavab  verəcəyini  göstərmək 
istəyir. 
Fikrimizcə,  Tatyana  xanımın  gördüyü  bu  işlər,  yazdığı 
kitablar  ermənilərin  yalançı  təbliğatına  qarşı  əsl  intellektual-
hüquqi cavabdır… 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
75 
75 
75 
 
 
Kağız, yoxsa elektron kitab?! 
  
 
Heç  kimə  sirr  deyil  ki,  son  illər  İnternet  resursları  və  İK 
texnologiyalarının inkişafı ədəbiyyata, eləcə də kitab bazarına 
güclü  təsir  göstərə bilib.  Müxtəlif nəsil  oxucular, ən əsası  da 
gənclər  və  tələbələr  kağız  nəşrlərə  deyil,  elektron  kitablara 
üstünlük  verməyə  başlayıblar.  Sosial  şəbəkələrin  yaranması, 
inkişafı  və  günü-gündən  genişlənməsi,  həyatımızın  bütün 
sahələrinə nüfuz etməsi isə virtual yazı, elektron kitab, şəbəkə 
ünsiyyəti,  İnternet  resurslar  və  elektron  kitabxanalara  meyli 
daha da həvəsləndirib.  
 Hazırda  dünya  özünün  innovativ-informativ  mərhələsini 
yaşayır.  Yeni  informasiya-kommunikasiya  texnologiyaların 
özünün  də  diqtə  etdiyi  fərqli  düşüncə  tərzi,  virtual  dərketmə 
məqamlar yaranıb. Bu baxımdan bütün dünyada olduğu kimi, 
Azərbaycanda  da  e-kitab,  şəbəkə  ədəbiyyatı,  İnternet 
hipermətnlər,  və  bunların  məntiqi  ardı  olaraq  elektron 
kitabxanalar  dövrü  başlayıb.  Azərbaycanda  bu  mərhələ  90-cı 
illərin  axırları  2000-ci  illərin  əvvəllərində  vüsət  aldı, 
Azərbaycan ədəbiyyat nümunələrinin, milli kitabların, çağdaş 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə