MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə26/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   22   23   24   25   26   27   28   29   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
104 
104 
imkanlarına  malik,  gələcək  bütün  nəsillərin  öyrənəsi  çox 
müsbət  cəhətlərin  sahibi  olan  bir  şəxsiyyətin  nurlu  obrazı 
canlanacaq:  Azərbaycanımızın  köhnə  kişilərindən  biri  – 
Ağəddin Mansurzadə... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
105 
105 
105 
 
Yenə də ədəbi nəsil barədə... 
 
 
On  il  bundan  qabaq  məndən  ədəbi  nəsil  anlayışı  ilə  bağlı 
açıqlama istəsəydilər, böyük həvəslə, bəlkə də şövqlə geniş bir 
mühazirə söyləyər, fikirlərimi beləcə bölüşərdim:  
―...Ədəbiyyatımızın  inkişafında  ―klassiklər-mühafizəkarlar‖ 
(M.Hadi,  H.Cavid  ...)  ―mollanəsrəddinçilər‖  (Mirzə  Cəlil, 
M.Ə.Sabir...),  ―romantiklər‖  (A.Şaiq,  Ə.Cavad,  M.Müşfiq...), 
―yenilikçilər‖ 
(S.Rüstəm, 
M.Cəlal, 
S.Rəhimov...), 
―ənənəçilər‖ 
(Ə.Vahid 
kimi 
Şərq 
poetik-estetik 
texnologiyalarına 
üstünlük 
verən 
əruz-qəzəlçilər...), 
―sosrealistlər‖ 
(M.İbrahimov, 
S.Vurğun, 
M.Rahim...), 
―əllincilər‖ 
(İ.Hüseynov- 
Muğanna, 
İ.Əfəndiyev...), 
―modernistlər‖  (R.Rza,  Ə.Kərim...),  ―altmışıncılar‖  (Anar, 
Elçin, V.Səmədoğlu, Fikrət Qoca...), yetmişincilər (R.Rövşən, 
M.İsmayıl,  Z.Yaqub,  M.Süleymanlı...),  ―səksənincilər‖ 
(S.Rüstəmxanlı, V.B.Odər, R.Behrudi, A.Həsənli, A.Cəmil...), 
―doxsanıncılar‖  (O.Fikrətoğlu,  M.Cəfərli,  M.Köhnəqala, 
R.Tağı,  Kəramət,  E.Hüseynbəyli...),  ―postmodernistlər‖ 
(R.Qaraca,  H.Herisçi,  A.Yaşar...),  ―ikiminincilər‖  (özüm  də 
daxil olmaqla, S.Babullaoğlu, G.Anarqızı, Ə.Qoşalı, Q.Ağsəs, 
İ.Fəhmi,  Z.Əzəmət,  Aqşin...),  ―ən  yeni‖  (Ə.Əlioğlu,  Qismət, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
106 
106 
Fərid...)  kimi  ədəbi  nəslin  nümayəndələri  yaradıcılıq 
uğurlarıyla fəal iştirak ediblər...‖ 
Fəqət  bu  gün,  -  özüm  də  peşəkar  ədəbiyyatla  ciddi  məşğul 
olduğum  bir  vaxtda,  -  bəlağətli,  ağızdolusu,  pafoslu 
cümlələrlə,  yağlı fikirlərlə ―ədəbi nəsil‖ haqqında şişirdilımiş 
fikirləri  dilimə,  qələmimə  gətirə  bilmərəm.  Bir  məsələ  gün 
kimi  aydındır  ki,  indi  də  müzakirələrə  səbəb  olan,  dillərdən 
düşməyən  bu  ―ədəbi  nəsil‖  anlayışı  biz  ədəbiyyat 
mütəxəssisləri  tərəfindən  ortaya  gətirilmiş  təsnifati  bir 
ifadədən  başqa  bir  məna  yükünə  malik  deyil.  Ədəbiyyat 
tarixçiləri,  nəzəriyyəçilər,  ədəbi  tənqidçilər,  fikirlərini 
ümumiləşdirməkdən  ötrü  eyni  dövrdə  yazıb-yaratmış,  yaxud 
bədii-poetik söz meydanında fəallıq göstərmiş yazar qrupunun 
yaradıcılıq  məhsullarına  bu  yarlığı  yapışdıraraq,  işlərini 
asanlaşdırmağa çalışırlar.  
Fikrimi sadə dildə ifadə etməyə çalışacağam: meyvə deyəndə 
müxtəlif  ağacların  bəhrəsi  olan  alma,  alça,  armud  və  başqa 
təbiət  nemətləri  nəzərdə  tutulur.  Onların  isə  həm  dadı,  həm 
görünüşü,  həm  də  insana  verdiyi  xeyri  cürbəcür  olur:  hətta 
elələri də var ki, ziyanlı sayılır... 
Ədəbi nəsil ifadəsiylə toparlaşdırılan  yaradıcı insanların əqli-
estetik  məhsulları  da  cürbəcür  olur,  onları  eyniləşdirmək, 
banan ilə gilasın fərqinə varmamaq kimi bir şey alınar... 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
107 
107 
107 
O da məlumdur ki, heç kim bir kimsənin əvəzinə nə düşünür, - 
əlbəttə,  təsirlər,  bəhrələnmələr,  plagiatlıq  hallarını  unutmaq 
olmaz,  –  nə  də  yazıb-yaratmır.  Əsl  yazar  ortaya  məhz  ciddi 
sənət  əsəri  qoymaqla  tanınır,  başqalarından  fərqlənir, 
zamanında  seçilir.  Füzulinin  dövründə  qəzəlbazların  sayı, 
şişirtmə  olmasın,  bəlkə  də  o  böyük  söz  sənətkarının  qələmə 
aldığı  misraların  sayını  üstələyirdi.  Bir  ədəbi  nəslin 
nümayəndələri sayılan minlərlə imza sahibindən yalnız on-on 
beşi ədəbiyyat tariximizdə yada salınırsa, oxucuların, xüsusən 
də  mütəxəssislərin  diqqətini  cəlb  edirsə,  onların  yazdıqları 
araşdırmalar  predmetinə  çevrilirsə,  deməli  yaradıcılıqda 
―coxluq - cəmlik‖ deyil, ―təklik - fərdilik‖ əsas cəhətdir. 
Peşəkar ədəbiyyat kollektiv əməyin məhsulu ola bilməz: fəqət, 
ədəbi  mühitin  zənginliyi,  estetik  prosesin  çoxşaxəliyi  lokal  
toplumun - adını ―ədəbi nəsil‖ qoyaq, fərqi yoxdur – bir qrup 
intellektual  imza  sahibinin  kulturoloji  fəallığı  nəticəsində 
mümkündür.  
Şeyx Nizami Gəncəvidən sonra dünya və Şərq  ədəbiyyatında 
―Xəmsə‖  mövzularında  məsnəvilər,  mənzum  romanlar, 
poemalar  yarandı,  Nəsiminin  fəlsəfi  şeiri  poetik  söz 
sənətimizdə intellektual poeziya hərəkatına güclü təkan verdi, 
Füzulidən  sonra  milli  qəzəl  çiçəkləndi,  M.F.Axundov 
tərəfindən  təməli  qoyulmuş  dramaturgiyamız  zaman  ötdükcə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə