MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə27/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   23   24   25   26   27   28   29   30   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
108 
108 
zənginləşdi  (bu  kimi  misalları  artırmaq  da  mümkündür...): 
nəhəng  sənətkarlar  dövrünün  ədəbi  proseslərini,  estetik 
mühitlərini,  poetik-texnoloji  proseslərini  formalaşdırdılar, 
mürəkkəb ictimai-mədəni siyasətə çevirə bildilər. 
Əgər  Nizami  yaradıcılığıyla  binövrəsi  möhkəmlənməsəydi, 
onda  Azərbaycan  tarixində  ilk  renesans  –  Şərq  intibahı 
mərhələsi, Nəsimi  və Füzuli azadlıqsevər, mübariz ədəbiyyat 
məhsulları  zamanında  meydana  çıxmasaydı,  sivilizasiya 
gedişatımızda ikinci, özü də əsl milli-etnik İntibah hadisəsi –
Avropanın  bir  hissəsi  olduğumuzdan,  bizim  milli-etnik 
oyanış-dirçəliş mərhələmiz Qərb intibahıyla, demək olar, eyni 
vaxta  təsadüf  edirdi:  ana  dilimizin  dövlət  səviyyəsinə 
qaldırılması,  imperiyamızın  yaranması,  ədəbiyyatımızın 
milliləşməsi,  xəlqiləşməsi,  demokratikləşməsi  (Nizaminin 
şahzadə,  İskəndər  kimi  obrazları  aşıq  poeziyasındakı  sadə 
insanlar, gözəllərlə əvəzlənməsi faktlarını yada salaq), Təbriz 
miniatür  məktəbi  çiçəkləndi  və  s.  –  baş  verməz,  Səfəvilərin 
yaratdığı,  Nadir  şahın  dənizdən  okeana  qədər  uzatdığı 
imperiyamız, dövlətçilik zirvəmiz olmazdı... 
Beləcə,  ―ədəbi  nəsil‖  anlamı  ətrafında  bir  balaca  kulturoloji 
ekskurs  edəndə,  ona  lokal  –  milli  baxımdan  deyil,  qlobal  – 
planetar, bir qədər də sivilizasiya proseslərinin işığında qısaca 
nəzər salanda, çox geniş nəticələr əldə edə bilərik. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
109 
109 
109 
Fəqət,  hər  şeydən  əvvəl  unutmamalıyıq  ki,  əsl  şedevr  əsərin 
yaranmasında bu və ya digər səbəblərdən ədəbi mühit, estetik 
tələblər,  mədəni  dəyərlər,  kulturoloji  proseslər,  zamanın 
poetik  dəbləri  kimi  amillərin  təsiri  böyük  olsa  da,  əsas 
yaradıcılıq ağırlığı  məhz müəllifin, söz adamının istedadının, 
təxəyyülünün, intellektinin üzərinə düşür...    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
110 
110 
 
 
 
 
 
 
 
 
II Bölüm 
 
 
 
 
Araşdırmalar 
 
 
Tərcümələr 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
111 
111 
111 
 
Klassik Koreya poeziyası: sico 
 
 
Bir xalqın tarixi, indiyəcən qazandıqları uğurların və yaşadığı 
problemlərinin  şifrələri  ilk  növbədə  onun  ədəbiyyatında  – 
milli  ruhunun  daşıyıcısı  sayılan  bədii-poetik  nümunələrində 
axtarmaq  lazımdır.  Bu  mənada  son  illər  iki  dövlət  şəklində 
mövcüd olan qədim Koreya torpağı -  dünya ölkələri sırasında 
özünəməxsüs  yüksək  mövqey  tutan,  ―Şərq  əjdahala‖rından 
sayılan, Azərbaycanla iqtisadi-siyasi əlaqələrin inkişafına görə 
fərqlənən  Cənubi  Koreya,  eləcə  də  onun  rəqib  qonşusu 
sayılan,  XX  əsrdə  parçalanaraq  ayrıca  sosialist  dövlət  kimi 
formalaşan Şimali Koreyadır.   
Koreya  iki  yerə  parçalanmış  Azərbaycana  oxşar  tarixi  olan 
qədim  Uzaq  Şərq  ölkəsidir:  tarixən  böyük  imperiyaların 
maraq  dairəsində  olması  onun  bütün  varlığına,  eləcə  də 
ədəbiyyatına, mədəniyyətinə,  incəsənətinə, dininə, ən əsası da 
insanına nüfuz edib. İndiyəcən də iki tərəfə - Cənubi və Şimali 
Koreyaya bölünən, müxtəlif  inkişaf yolunu keçən bu maraqlı 
ölkəni və koreyalıları birləşdirən yeganə nöqtə vahid dili, eyni 
zamanda, ədəbiyyatı, poeziyasıdır... 
Azərbaycanda bu ölkəylə əlaqədar kimdən maraqlansan, yaşlı 
adamlar  daha  çox  sosialist  -  Şimali  Koreyanı  xatırlayar; 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
112 
112 
nisbətən  orta  və  yeni  nəsil  nümayəndələri  isə  kapitalist, 
inkişaf etmiş, ―Hünday‖, ―Kia‖ markalı maşınları, ―Samsunq‖, 
―LG‖  markalı  məişt  avadanlıqları,  kompüter  və  smartfonları 
ilə  dünyada  tanınan  kapitalist  –  Cənubi  Koreya  barədə 
İnternetdən götürdükləri məlumatları yada sala bilərlər. Fəqət 
bu  qədim  mədəniyyətə,  zəngin  ədəbiyyata  malik  xalqın 
estetik-intellektual sərvətləri, bədii-poetik söz sənəti, folkloru, 
yaradıcılıq  nümunələri  haqqında  çox  az  sayda  insanımız 
hansısa məlumatlara malikdir. 
Koreya poeziyası XX əsrə qədər əsasən şifahi formada inkişaf 
edib, böyük bir hissəsi isə Çin – xança adlanan stildə qələmə 
alınıb.  Ümumiyyətlə,  qeyd  etdiyim  kimi,  Yaponiya  və  Çin 
kimi  müxtəlif güclü  imperiyaların  ictimai-siyasi,  dini-mədəni 
işğalına  məruz  qalan  Koreyanın  milli    ədəbiyyatı,  əsasən, 
adıçəkilən  imperiya  xalqlarının  əlifbası,  şeir  formaları, 
janrları, dini təsiri altında formalaşsa da, doğma dildə yaranan 
poetik-bədii əsərlərlə zəngin bir tarixə sahibdir.  
Qədimdə,  bizim  eradan  dörd  əsr  əvvəl  Koreya  ustadları 
(şairləri  belə  adlandırırdılar)  klassik  Çin  üslubunda,  dördlük 
şeir  şəklində  poetik  nümunələr  yazırdılar.  Koreya  ədəbiyyatı 
tarixində  ilk  yazılı  nümunə  isə  eramızdan  əvvəl  17-ci  ildə 
qələmə  alınmış  ―Çar  Yurinin  sarı  quşlar  barədə  nəğməsi‖ 
adlanır.  Koreya  şairləri  isə  Çinin  Tan  sülaləsinin  və 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə