MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə24/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
96 
96 
yüksək səviyyədə dolandıra bilməyən kişi məcburən Rusiyaya 
və ya digər xarici ölkələrə işləməyə gedir.  
Boşanmaların  başqa  bir  səbəbi  isə  qadının  ailədə  söz  sahibi 
olmağa  çalışmasıdır.  İşgüzar  qadın  karyera  qurur  və  iqtisadi 
cəhətdən  müstəqil  olan  kimi  öz  fikirlərini  diqtə  etməyə 
başlayır ki, bu da ailənin dağılmasına aparıb çıxarır. Axı əsrlər 
boyu  formalaşan  milli  mentalitetimizə  görə  ailədə  əsas  söz 
sahibi kişidir. 
Sadalanan  problemlərin  qarşısını,  əlbəttə,  dünyanın  ən 
qabaqcıl  sivil  cəmiyyətlərində  olan  ailə  modellərini  götürüb 
müqayisəsini aparmaq, onları milli-tarixi dəyərlər süzgəcindən 
keçirmək  və  Azərbaycan  üçün  optimal  ailə  formalarını 
yaradıb, ortaya qoymaqla ala bilərik. Amma bunun üçün ailə 
ilə  bağlı  ciddi  tədqiqat  institutlar  yaradılmalı,  araşdırmalar 
aparmalı,  onların  elmi-praktik  nəticələri  real  həyatda  tətbiq 
olunmalıdır. 
Bizdə ailəyə elmi  yanaşma çox zəifdir, dünyanın hər  yerində 
ailə  psixoloqları  deyilən  böyük  bir  mütəxəssislər  ordusundan 
ibarət  sistem  işləyir.  ABŞ,  Rusiya  və  digər  ölkələri  nümunə 
göstərmək  olar.  Bu  ölkələrdə  məktəb  psixoloqundan  tutmuş 
ailə  psixoanalitikinə  qədər  fərqli  mütəxəssislər  var.  Əlbəttə, 
ailə 
modelinin 
möhkəmlənməsində 
bu 
ixtisaslaşmış 
mütəxəssislər  böyük  rol  oynayır.  Bizdə  isə  tamam  başqa 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
97 
97 
97 
ictimai  ailə  münasibətləri  mövcuddur:  çox  vaxt  görürük  ki, 
ailə  daxilində  ciddi  problemlər  yaşanır.  Bu  zaman  tərəflər 
ortaya  çıxan  məsələləri  mütəxəssislərlə  araşdırmaq,    həll 
etmək  əvəzinə,  ata-anaya,  qayınana-qayınataya,  qohumlara  – 
yaşlı  nəslin  nümayəndələrinə  üz  tuturlar.  Əslində  belə 
problemlər olanda psixoloq və psixoanalitikə müraciət etmək 
daha  məntiqlidir.  Onlar  ailənin  qorunması  ilə  bağlı  müəyyən 
bilgilər verə bilərlər. Bu mənada ənənəvi ailə modelini inkişaf 
etdirməyin və bu ənənələrinin yaşadılması vacibdir. Nə qədər 
qəribə  görünsə  də,  xaricdə  yaşayan,  hər  iki  tərəf 
azərbaycanlıdan ibarət ailələrdə milli adət-ənənələr və klassik 
ailə  modeli  daha  çox  qorunur,  nəinki  müasir  dövrdə 
Azərbaycanın özündə yaşayan insanlar arasında. 
 İctimai  düşüncəmizə  təsir  edən  əsas  amillərdən  biri  də 
elektron  KİV,  İnternet,  sosial  şəbəkələrdir.  Telekanalların 
çoxunda  ailə  qurulması,  eləcə  də  nikahın  dağılmasıyla  bağlı 
müxtəlif 
verilişlər 
yayımlanır. 
İnternetdəki 
tanışlıq 
saytlarında, sosial  şəbəkələrdə insanlar bir-birlərilə tanış olub 
ailə  qururlar.  Əlbəttə,  onlar  yüz  faiz  xoşbəxt  olmurlar.  Real 
həyatda  olduğu  kimi,  virtual  və  digər  formalarda  ailə  quran 
insanlar  arasında  da  müəyyən    problemlər  yaşanır.  Yeni 
texnologiyaların  tətbiqinin  tərəfdarı  olsaq  da,  unutmamalıyıq 
ki,  biz  azərbaycanlıyıq  və  öz  dəyərlərimiz  var.  Ən  yeni 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
98 
98 
texnologiyalar  insanlara  xoşbəxtlik  verməklə  bərabər,  onlara 
böyük  bədbəxtliklər  də  gətirə  bilər.  Bunun  da  artıq  bir  çox 
işartılarını görürük. 
 Bu gün, zamanın diqtələrini də nəzərə almaqla, Azərbaycanda 
yeni,  bir  qədər  də  modern  ailə  modellərinin  hazırlanmasına 
ehtiyac  duyulur.  Azərbaycanın  çağdaş  ailə  modeli  millət 
olaraq  bizim  qiymətli  mənəvi  dəyərlərimizdən  birinə 
çevrilməlidir.  Elə  bir  mənəvi  dəyər  ki,  bunu  bütün  dünyada 
təbliğ etmək lazımdır və bunu əcnəbilər də etiraf edirlər. XXI 
əsrdə  dünyada,  həm  də  bizim  yaşadığımız  cəmiyyətdə  elə 
proseslər gedir ki, mənəvi problemlər sanki arxa plana keçib, 
əksinə  maddi  tələbatlar  önə  çıxıb.  Xoşagəlməz  hal  budur  ki, 
maddi 
tərəflərə  üstünlük  verdiyimiz  halda,  mənəvi 
dəyərlərimiz  güclü  təzyiqə  məruz  qalır,  televiziya  kanalları, 
yaxud İnternetin, sosial şəbəkələri mənfi təsirilə bu dəyərlərdə 
sürətli  aşınma  baş  verir.  Məhz  bunların  qarşısını  almaqdan 
ötrü ən qiymətli ailə dəyərlərimizi dirçəltməli, zamana uyğun 
olmayan bəzi cəhətlərini islah etməliyik.  
Bu  mənada  ictimai  müzakirələrə,  mütəxəssislərin  rəyinə, 
tanınmış  yazıçı,  alim,  ziyalı  və  düşüncə  adamlarının  elmi-
təcrübi mülahizələrinə böyük ehtiyac duyulur... 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
99 
99 
99 
 
 
Köhnə kişilərin son 
nümayəndələrindən biri... 
 
 
Əvvəllər, yəni 10 il bundan qabaq indi çalışdığım ―Ədəbiyyat 
qəzeti‖  redaksiyasının  dəhlizi  və  iş  otaqları  söz  sənəti 
adamları  ilə  qaynaşardı,  xatırlayırsız  da,  onda  hələ  sözün 
həqiqiliyinə,  aliliyinə,  müqəddəsliyinə  inanların  sayı 
indkindən  min  kərə  çox  idi.  Redaksiyanın  ―Azərbaycan 
nəşriyyatının  doqquzuncu  mərtəbəsindəki  dəhlizi  qəlbi 
ədəbiyyat,  ruhu  sözlə  dolu  maraqlı  şəxslərin  görüş  yerinə 
çevrilmişdi:  yaşlı,  ortayaşlı  eləcə  də  gənc  ədəbi  nəslin 
nümayəndələri,  eyni  zamanda  ədəbiyyatsevər  oxucular  bizə 
tez-tez qonaq gələr, kimisi yazı, ən çox da şeir, kimisi məqalə, 
bir  başqası  isə  oxunaqlı  materiallar  gətirər,  çap  olunmasını 
arzulayardılar.  
İllərcə  növbə  gözləyənlərin  narazılığı,  təzə  gələnlərin  həvəsi, 
oxucuların  rəyi,  müəlliflərin haqlı-haqsız etirazları,  redaksiya 
əməkdaşları ilə mübahisələr, eləcə də gənc əməkdaş və liberal 
estetik  dünyagörüşünə  sahib  olan  bir  şəxs  kimi 
konservatorluğuyla  tanınan,  amma  yeniliyə  diqqət  ayıran  baş 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə