MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə20/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
80 
80 
qeyri-mümkündür,  üstəlik  də  kağız  çap  məhsullarının 
qiymətinin baha olması, tirajının məhdudluğu, satış və yayım 
imkanlarının daralmasını da bura əlavə etsək, məsələ bir az da 
qəlizləşir. 
İndi  zəmanə  mobillik,  İK  texnologiyalarından  baş  açmaq, 
elektron  yazı  və  e-oxu  bacarıqlarını  inkişaf  etdirmək  kimi 
kreativliyi-innovativliyi tələb edir. Biz axırıncı dəfə nə zaman 
kağız  məktub  yazmışıq?  Bütün  günü  ―sms‖lə  və  sosial 
şəbəkələrdə  yazışmaqla,  kompyuter  avadanlıqlarından  e-
oxumaqla məşğuluqsa, bir yandan da kağız kitabların qiyməti 
bahadır.  Elektron  kitabxanalar  bizim  üçün  müasir  dövrdə 
qaçılmaz bir fürsətdir. 
İstənilən halda kağız, ya elektron kitab problemi istifadəçilərin 
zövq və vərdişiylə bağlı bir 
məsələ  olduğundan  hələlik  onların  paralel  inkişafına  ehtiyac 
duyulur. Bir də unutmayaq, söhbət ənənəvi və elektron kitabın 
mətnindən edeyil, formasından gedir...   
 
P.S.  ABŞ-dakı  beyin  mərkəzlərinin  apardığı  tədqiqatlara  və 
araşdırmalara  görə  yaxın  4-5  ildə  istənilən  kağız  və  çap 
məhsulu  öz  yerini  elektron  daşıyıcılarına  verəcək:  hazır  olun 
buna.  
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
81 
81 
81 
 
 
Kreativ inkişaf, yaxud muzeylərə 
gedirikmi 
 
 
İnkişaf  etmiş  Qərb  ölkələrində  insanlar  xalqın  maddi 
durumunun  (iqtisadiyyat,  yaşam  üçün  çoxsaylı  tələbat  və  s.) 
yüksəlməsilə  yanaşı,  əksər  fərdlərin  mənəvi,  estetik, 
intellektual  zənginliyinə  xüsusi  önəm  verirlər  ki,  cəmiyyət 
mədəni  cəhətdən  daha  da  inkişaf  etsin,  maddiyyatla  bərabər, 
mənəviyyat  da  tərəqqiyə  yönəlsin.  Sirr  deyil  ki,  cəmiyyətin, 
insanların  mənəvi  aləmini  zənginləşdirmək  üçün  ədəbiyyat, 
kitab, musiqi, teatr, kino, təsviri sənət, balet, opera, bir sözlə, 
yaradıcı sənətin  müxtəlif sahələrilə bərabər, fərqli funksiyalı 
muzeylər  mədəni  şəxsin  formalaşmasına  kömək  edən  ən 
önəmli  vasitələrdən  sayılır.  Bəs  bizim  cəmiyyət  və 
Azərbaycan  insanı  bu  kreativ  vasitələrdən  lazımınca  istifadə 
edirmi:  məsələn,  il  ərzində  nə  qədər  insan  muzeyləri  ziyarət 
edir, kinoya, baletə, teatra, kitabxanaya gedir?!  
Dünyada,  inkişaf  etmiş  cəmiyyətlərdə  insanlar  yalnız  maddi 
sərvətlərlə  maraqlanmır,  eyni  zamanda  mənəvi  zənginliklərlə 
də  məşğul  olmağı  xoşlayırlar.  Tarixə  nəzər  saldıqda  görürük 
ki,  insanlar  ədəbiyyat,  incəsənət,  musiqi  və  digər  sahələrlə 
daha  çox  ciddi  məşğul  olublar.  Aqillər  fikirləşiblər  ki, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
82 
82 
cəmiyyətin  ayrı-ayrı  təbəqələrini  mədəniyyət  vasitəsilə 
sivilləşdirmək,  tərbiyələndirmək  mümkündürsə,  niyə  də  bu 
sahələr  zənginləşdirilməsin?  Daha  sonralar  insanlar  yaranmış 
olan qeyri-maddi – sözlə musiqi sənəti nümunələri və maddi - 
incəsənət,  mədəniyyət  əsərlərini    gələcək  nəsillərə  çatdırmaq 
haqqında  düşünüblər.  Ona  görə  də  vaxtilə  sivilizasiya  - 
bəşəriyyət tarixində ilkin muzeylərin təməli qoyulub.  
Muzey  mədəniyyəti  əksər  Avropa  ölkəsində,  xüsusən  də 
maarifçilik  və  romantizm  dövründə  daha  çox  inkişaf  edib. 
Orta  əsrlərdən  başlayaraq,  -  indiki  anlamda,  -  artıq  ilk 
muzeylər  yaranmağa,  formalaşmağa  başlanmışdı:  kralların, 
varlıların  saraylarında  fəaliyyət  göstərən  bu  tipli  estetik 
saxlanğıcların tarixçəsi  isə sözsüz, qədim Yunanıstan, Roma, 
Şərq  ölkələrinə  gedib  çıxır.  Yaxın  Şərq  ölkələri,  Hindistan, 
Misir,  Çin  kimi  fərqli  sivilizasiyalar  tarixində  isə  saray 
xəzinələri,  məscidlər,  məbədlər,  dini  ocaqlar  həm  də  muzey 
funksiyasını  daşıyıblar.  Bunlar  cəmiyyətin  geniş  təbəqələri 
üçün  həmişə  açıq  olmasa  da,  öz  kreativ  missiyasını  yerinə 
yetiriblər: tarixin müxtəlif çağlarının əyani şahidi kimi.  
Axı  bizə də maraqlıdır ki,  keçmişdə bizim  babalarımız hansı 
işlərlə  məşğul  olub?  Tanınmış  incəsənət,  ədəbiyyat,  elm 
adamlarının  taleyi,  onların  keçdiyi  həyat  yolu  necə  olub? 
Bunları  muzeylərdəki  çoxsaylı  eksponat,  eləcə  də  digər 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
83 
83 
83 
əşyalar  vasitəsilə  öyrənmək,  tədqiq  etmək  mümkündür.  Ən 
azından,  ənənəvi  muzeylər  bir  çox  əyani  vəsaitləri,  tarixi 
qiyməti  olan  fərqli  əşyaları  özündə  cəmləyir.  Zaman-zaman 
insanlar  da  gedib  onlara  baxır,  lazım  gəldikdə  tarixi 
canlandırmaqda bu eksponatlardan yararlanırdılar. 
Azərbaycanda  Qərb  tipli  muasir  muzeylər  bir  mədəniyyət 
hadisəsi  kimi  tarixini  nisbətən  gec  başlayıb:  bildiyimiz  kimi, 
keçmişdə  şahların,  xanların  saraylarında,  varlıların  evlərində 
xüsusi  qapalı  guşələr  olub.  Onlar  həmin  guşələrdə  qədimi 
kitabələr,  xalçalar,  zərgərlik  nümunələri,  incəsənət  əsərlərini, 
tətbiqi  sənət  məhsullarını  qoruyub  saxlayıblar.  Lakin 
Azərbaycanda  müasir  anlamda  -  Qərb  tipli  muzeylərin  tarixi  
Rusiya  işğalından  sonra  başlayır.  XIX  əsrin  sonu  XX  əsrin 
əvvəllərində Azərbaycanın bir qrup maarifpərvər ziyalılarının 
təşəbbüsü  ilə  müəyyən  muzeylər  yaradılıb,  bu  mədəniyyət 
ocaqları  sabiq  sovetlər  dövründə  inkişaf  etdirilib, 
zənginləşdirilib. 
Rayonlarımızda, 
hətta 
ayrı-ayrı 
kəndlərimizdə  müxtəlif  təmayüllü  muzeylərimiz  olub. 
Tutalım,  Lerikdəki  ―Uzunömürlülər‖  muzeyi,  Ağdamdakı 
―Çörək  muzeyi‖  dünyada  analoqu  olmayan  kreativ  təsisatlar 
kimi tanınır.  
Yaşlı  nəsil  nümayəndələri  yaxşı  xatırlayarlar,  əvvəllər  bizim 
insanlar  ailəlikcə  muzeylərə  gedər,  tələbələri,  məktəbliləri 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə