MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə22/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
88 
88 
Bizdə 

imkanlardan 
yararlanırlarmı?! 
Azərbaycan 
muzeylərindəki  köhnə  iş  sistemlərindən  imtina  etmək 
lazımdır.  Uşaq,  yeniyetmə  və  gəncləri  muzeylərə  ziyarət 
etməyə həvəsləndirməkdən ötrü oralarda lotareyalar oynamaq, 
müxtəlif  kreativ  kampaniyalar  təşkil  etmək  mümkündür.  Bu 
problemlərdə  muzey  işçilərinin  ixtisas  artırılmasına  maraq 
göstərməməsi,  zamaın  tələblərinə  uyğun  işlərini  qura 
bilməməsi  də  öz  təsirini  göstərir:  onlardan  innovativ,  kreativ 
fəaliyyət gözləmək çətindir... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
89 
89 
89 
 
 
Azərbaycanın çağdaş ailə modeli: necə 
olmalıdır?! 
 
 
Milli  dəyər  sayılan  ailə  institutunu  qorumaq  və  gələcəyə 
sağlam  ənənələrlə  getmək  üçün  yeni  modelin  zəruriliyi 
cəmiyyətimizdə  son  illər  ən  çox  müzakirə  olunan,  ictimai 
debatlar mövzusu  olan məsələlərdən birinə çevrilib.  
 Ailə  hər  zaman  xalqımızın  yüksək  mənəvi  dəyərlərinin 
qorunduğu,  genofondumuzun  saxlanıldığı  ictimai-sosial 
təsisat  kimi  sivilizasiya  tariximizdə  və  milli  inkişaf 
yolumuzda  mühüm  rol  oynayıb.  Sirr  deyil  ki,  hər  bir  sivil 
cəmiyyətin  və  oturuşmuş  dövlətin  formalaşmasında, 
demokratik dəyərlərin inkişafında ailə mühüm yer tutur. Fiziki 
və  mənəvi  baxımdan  sağlam  ailə  intellektual  cəmiyyətin, 
güclü dövlətin əsasını təşkil edir. Təəssüf ki, bu gün dünyada 
gedən  proseslər,  qloballaşma,  xalqların  inteqrasiyası, 
televiziya  ilə  İnternetin  həyatımıza  nüfuz  etməsi,  sosial 
şəbəkələrin  genişlənməsi,  müxtəlif  texnologiyaların  inkişafı 
kimi mühum amillərin zərbələri Azərbaycan ailəsindən də yan 
keçməyib. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətiribsə, 
digər  tərəfdən  milli-mənəvi  dəyərlərin  aşınmasına,  ailə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
90 
90 
institutunun  deformasiyaya  uğramasına  səbəb  olmaqdadır. 
Tarixən  ailə  hər  zaman  Azərbaycanda  müqəddəs  ocaq,  kiçik 
dövlət  hesab  olunub.  Bəs  günümüzdə  bu  mənada  durum 
necədir? 
Azərbaycan 
ailəsində 
yaranan 
problemlər 
doğrudanmı  dünyada  gedən  inkişafdan,  tez-ytez  dəyişən 
zamandan qaynaqlanır?   
Qlobal  bir  dünyada  yaşadığımızdan  artıq  Azərbaycan  ailəsi 
anlayışı deyiləndə yalnız bu taylı Azərbaycanda yaşayan və 9 
milyon 500 min insanı əhatə edən ailələri deyil, eyni zamanda 
dünyanın  müxtəlif  yerlərinə  səpələnmiş  50  milyondan  çox 
soydaşımız,  həmçinin  qarışıq  nikahlardan  doğulanların 
sonralar yaratdıqları ailər də nəzərdə tutulur.  
Son 10 ilin araşdırmaları göstərir ki, hər il ölkəmizdə dünyaya 
göz  açan  120  -  130  oğlana  rəğmən,  100  qız  uşağı  doğulur. 
Deməli,  10-15  ilin  statistikası  üst-üstə  gələndə  bəlli  olur  ki, 
biz  yaxın  gələcəkdə  oğlan  uşaqlarımızı  evləndirməyə  qız 
tapmayacağıq.  Ona  görə  biz  yaxın  gələcəkdə  qlobal  ailə 
tiplərini  Azərbaycan  ailəsi  ilə  müqayisə  etməyə,  yaxud  da 
milli  ailəmizin  yeni-yeni  fərli  formaları  haqqında  daha  çox 
danışmağa məcbur olacağıq...  
Klassik  Azərbaycan  ailəsi  və  onun  dəyərləri,  o  dəyərlərin 
müasir  dövrdə  necə  qorunması  barədə  sosioloqlar, 
cəmiyyətşünaslar,  siyasətçilər,  kulturoloq  və  filosoflar 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
91 
91 
91 
arasında    hələ  ötən  əsrdən  üzü  bu  yana  ciddi  müzakirələr, 
gərgin mübahisələr gedir. Düzdür, bütün dünyada aparılan bu 
müzakirələr  Azərbaycanda    daha  çox  radio,  televiziya  və 
İnteret  saytlarında  aparılır.  Daha  ciddi  konfranslarda  və 
alimlərin əhatəsində bu problem ətrafında elmi, sosial, mədəni 
müzakirələr formasında aparılmır, ya da məsələyə elə də ciddi 
yanaşılmır. Yaxud bu istiqamətdə debatlar gedirsə belə, orada 
iştirakçıların sayı az olur, ictimai rezonansa doğuran nəticələri 
görmürük. Baxmayaraq ki, hər kəsə bəllidir: bu məsələ nəinki 
bizim cəmiyyəti düşündürür, həm də müasir dövrün ən böyük 
problemlərindən birinə çevrilib. 
 XX əsrə və İyirmi birinci yüzilliyin əvvəllərinə nəzər salanda, 
Azərbaycan  ailələrini  əsasən  iki  qrupa  bölmək  mümkündür. 
Birincisi, daha çox əyalətdə yaşayanlar və Şərq-müsəlman ailə 
tipi, milli mentalitetə tam uyğun ailə forması. İkincisi isə daha 
çox  böyük  şəhərlərdə,  Bakıda  və  dünyanın  müxtəlif 
ölkələrində  yaşayan  ailələr.  Bunların  arasında  müəyyən 
fərqlər var və fərqlər get-gedə daha da kəskinləşməkdədir. Bu 
fərqlər ətrafında mübahisələr edib, fikir söyləmək olar, amma 
fakt  budur  ki,  biz  indiyəcən  əsasən  bu  iki  ailə  tipi  ilə 
rastlaşırdıq və hətta bunların özlərinin də müxtəlif problemləri 
meydana çıxırdı.   


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə