MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə32/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
134 
134 
Növbəti  sevgilisi  vaxtilə  dramaturqun  evində  olmuş  və 
natiqliyi  çox  xoşlayan  fəhlə  idi.  Ancaq...  əsl  həqiqətdə,  çox 
güman  ki,  o,  yaradan  tərəfdən  verilmiş  vergini  həyatda 
qazananacan  kişilərin  gələcəyini  göstərmək  bacarığını 
itirmişdi:  fəhlə  yüksələ  bilmədi.  Bu  az  imiş  kimi  tezliklə 
təbliğat  üstündə  onu  işdən  çıxardılar.  Qadın  öz  vergisi  ilə 
yaşayırdı,  onu  itirən  kimi  həyata  olan-qalan  marağı  da  öldü. 
Bəlkə  də  o,  uğurlar  haqqında  əvvəlcədən  xəbər  verməkdən 
yorulmuşdu, ola bilsin ki, bu dəfə düzəlməsi mümkünsüz olan 
səhvə yol vermişdi... 
Onun cənazəsini torpağa tapşıran günü dramaturqun pyesinin 
ilk  tamaşası  oldu.  O,  baş  rolda  oynayan  yeni  sevgilisinin 
monoloqunda ―limonlu‖ qadının ədalarının təqlidini hiss etdi. 
Tamaşaçıların  sürətli  alqış  sədaları  altında  səhnə  əsəri 
bitəndən  sonra,  epiloq  hissəsindəki  limonları  maşınlara 
yükləyib  kasıbların  aşnasının  təzəcə  qazılmış  qəbirinin 
üstündəki  taxta  lövhəciyinin  qarşısında,  bir-birindən  fərqli 
olan,  on  üçüncü  gecənin  ayına  bənzəyən  (qəməri  təqvimi  ilə 
doqquzuncu ayın 13-dən 14-nə keçən gecə bədirlənmiş ay çox 
gözəl  görünür,  ona  işarədir  -  A.  X.  Ə.)  iri,  limon  rəngli 
qəndillər qalanmışdı. 
-  Deməli,  burada  da  onun  öz  limon  ağacları  varmış,  -  kişi 
pıçıldadı... 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
135 
135 
135 
 
Mərhumn yazıq siması 
 
(Hekayə) 
 
-  Necə  səbirsizliklə  yazığı  görmək  istədiyinizi  başa 
düşürəm,  -  tez-tələsik  onu  dünyasını  dəyişmiş  həyat 
yoldaşının cənazəsi uzadılmış otağa ötürən qaynanası söylədi. 
- Budur, baxın görün, ölüm onun başına nə oyun açdı, - əlavə 
etdi və cənazənin üstünə salınmış bəyaz örtüyü qaldırmaqdan 
ötrü əyildi.  
Lakin kürəkəni tələsik ona mane oldu: 
- Bir dəqiqə gözləyin. Ona kənar şəxslər olmadan baxmaq 
istərdim. Olmaz ki, məni onunla tək buraxasınız?  
-  Onun  bu  sözləri  otağa  dolmuş  qohum-əqrəbaya    bir 
qədər  qəribə  təsir  bağışladı.  Arxalarınca  syodzni  (ənənəvi 
yapon evlərində qapı yerinə açılıb-bağlanan arakəsmə, - A.X.) 
çəkərək hamı çölə çıxdı. 
O, bəyaz örtüyü qaldırdı. Qadının solğun simasında əzablı 
ifadə  donub  qalmışdı.  Sanki  sümüyə  yapışmış  yanaqları 
çökmüş, yarımçıq ağızda isə sapsarı saralmış dişləri görsəndi. 
Papiros  kağızı  kimi  bəyaz  və  nazik  görsənər  yuxarı  göz 
qapaqları elə bil yapışqanla göz almacıqlarına yapışdırılmışdı. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
136 
136 
Onun  alnındakı  şişmiş  damarları  çəkdiyi  əzab-əziyyətin 
nişanəsi idi. 
Tərpənməyə  ürək  etməyən  ər  mərhumun  əzab-
əziyyətindən eybəcər hala düşmüş simasına baxa-baxa oturub 
qalmışdı. Sonra o, ayağa qalxdı, cənazəyə yaxınlaşdı, əli əsə-
əsə  onun  cənəsini  sıxmağa  çalışdı.  Amma  əlini  çəkən  kimi 
mərhumun  dişləri  yenə  ağardı.  Bir  daha  onun  ağzını  qapadı, 
lakin  qadının  dodaqları  yavaş-yavaş  əyildi,  qabağa  çıxan 
eybəcər dişləri yenə görsəndi. 
Beləcə,  o,  bir  neçə  dəfə  əbəs  yerə  bayaqkı  hərəkətini 
təkrarladı.  Bir  azdan  o,  qadının  dodaqlarının  ətrafındakı 
işgəncə  əks  etdirən  ağız  qırışlarının  necə  yumşaldığını, 
incəldiyini sezdi. 
 O, birdən-birə barmaqlarında güclü hərarət hiss etdi, sanki 
bədəninin  bütün  istiliyi  axıb  onlara  keçmişdi.  Odur  ki,  cəld 
onun  alnındakı  şişmiş  damarları  və  qalın  qırışları 
ovuşdurmağa  başlasdı.  Ovucları  qızışana  kimi  işindən 
qalmadı. 
Bu vaxt cənazənin yanındaca yerə əyləşdi və əyilib  onun 
əlinin hərarətindən mərhumun başqa hala düşmüş – nəsə dinc, 
daha  sakit  və  mehriban  görünən  simasına  diqqətlə  baxmağa 
başladı. 
Bu vaxt qaynanası ilə kiçik baldızı otağa daxil oldu. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
137 
137 
137 
-  Yəqin  ki,  yol  sizi  əldən  salıb.  Sizə  nahar  etmək  və 
dincəlmək lazımdır.  
Amma birdən qaynanasının gözləri yaşardı və səsi titrəyə-
titrəyə dilləndi. 
- Aman Allah! İnsan ruhunun gücünə bax! Yazıq qızcığaz 
sizin  qayıdışınıza  qədər  heç  ölmək  istəmirdi!  Və  budur,  əsl 
möcüzə  baş  verdi.  Sizin  ona  bircə  dəfə  baxmağınız  kifayət 
etdi ki, onun simasına qəribə bir sakitlik, şəfqət qonsun... İndi 
isə yetər... Qoy yazıq sakitcə özü üçün uyusun. 
Mərhumun  kiçik  bacısı  özünün  ağlasığılmaz  dərəcədə 
cazibəli  və  işıqlı  baxışlarını  onun  sərsəmlik  yağan  gözlərinə 
zillədi, sonra hönkürərək dizləri üstə çökdü. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə