MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə33/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
138 
138 
 
Ürək 
 
(Hekayə) 
 
 
Qadın  sevmədiyinə  görə  onu  atıb  getmiş  ərindən  məktub 
aldı.  Məktub  onun  gedişindən  iki  il  sonra,  uzaq  diyardan 
gəlmişdi.  
O yazırdı:  
―Uşağı topla oynamağa qoyma. Onun zərbələri gəlib mənə 
çatır və ürəyimə dəyir." 
O da doqquzyaşlı qızından  rezin topu alıb gizlətdi.  
Ərindən  yenə  məkub  gəldi.  Çox  uzaq  bir  diyardan 
göndərmişdi. 
―Qoy  qız,  –  o  yazırdı,  -  dəri  başmaq  geyinib  məktəbə 
getməsin.  Ayaqlarının  tappıltısı  gəlib  mənə  çatır,  mənə  elə 
gəlir ki, ürəyimi tapdalayırlar...‖ 
O,  dəri  ayaqqabılar  əvəzinə  qızına  zəif  keçədən 
hazırlanmış yumşaq səndəllər verdi. Qız çox ağladı və axırda 
məktəbə getməyin daşını atdı.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
139 
139 
139 
İkinci  məktubun  ardınca  bir  ay  keçəndən  sonra  əri  birini 
də  göndərdi.  Xətti  kələ-kötür  idi,  inamsız  qocalara  xas 
yazılmışdı. 
O yazırdı:  
―Qızı çini kasada yeməyə qoyma. O, qabın cingiltisi gəlib 
mənə çatır və ürəyimi parçalayır...‖ 
Və  o,  üç  yaşdakı  uşaqlar  kimi  qızını  taxta  cubuqlarla 
yedizdirməyə  başladı.  Qızının  üç  yaşı  olduğu  vaxtlar  yadına 
düşdü:  əri  də  şad,  özündən  razı  halda  hələ  onlarla  birlikdə 
yaşayırdı. 
Bir dəfə qızı ona bir söz demədən dolaba yaxınlaşdı və öz 
kasasını götürdü... 
Ana  tez-tələsik  qızından  çini  kasanı  dartıb  aldı  və  bağa 
tulladı.  Kasa  daş  döşənmiş  cığıra  dəyib  çilikləndi.  Ona  elə 
gəldi ki, sanki ərinin ürəyi parça-parça oldu. Bəlkə doğrudan 
da indi onun qəlbi sındı. Nahar masasına əl atdı və o da bağa 
tərəf uçdu. Bax, bu oldu səs! O, kağızdan düzəldilmiş, açılıb-
örtülən  arakəsməyə  tərəf  atıldı,  dəli  kimi  yumruqlarıyla  onu 
döyəcləməyə  başladı  və  bədəninin  ağırlığından  onu  cıraraq 
döşəməyə yıxıldı. 
A-na! – qız hönkürərək ona tərəf qaçdı. 
A-na... A-na... 
O, ayağa qalxdı və qızın yanağına şillələdi. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
140 
140 
- Bu səsi eşidirsən, eşidirsən, yaramaz qız?! 
Və yenə əri məktub göndərdi. Kağız lap uzaqdan - yeni bir 
diyardan ünvanlanmışdı.  
Əri yazırdı: 
―Siz bundan sonra heç bir səs çıxartmamalısınız. Siz qapı 
və  pəncərələri  nə  açmalı  nə  də  bağlamalısınız,  siz  saatı 
qurmamalısınız  ki,  onun  əqrəblərinin  taqqıltısı  eşidilməsin. 
Siz nəfəs almamalısınız‖... 

Siz 
etməməlisiniz... 
siz 
etməməlisiniz, 
siz 
etməməlisiniz... 
 Başqa sözlə, ana və qız öldü. 
Amma, nə qədər qəribə olsa da, balışın üstündə keçinmiş 
arvadın  üzü  ilə  yanaşı,  onun  ölmüş  ərinin  uyuyan  sifəti  də 
görünürdü... 
 
 
“Ədəbiyyat qəzeti” 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
141 
141 
141 
 
Borxesin "Qum kitabı": sözdə dünya 
ruhu 
 
XX  əsr  dünya  ədəbiyyatında  elə  nəhəng  mütəfəkkir  yazıçılar 
var  ki,  onların  həm  öz  zəmanəsində,  həm  də  söz  sənətinin 
sonrakı  tarixində  əhəmiyyətli  dərəcədə  təsirləri  olub.  Bu 
görkəmli  imza  sahiblərinin  əksəriyyəti  öz  dövründə  heç  bir 
nüfuzlu  ədəbi  mükafata  layiq  görülməsə  də,  kitabları  milyon 
tirajla nəşr olunub yayılmasa da, onlar əsl kreativ mayak kimi 
bəşəriyyətin estetik-fəlsəfi düşüncəsində, bədii-poetik fikrində 
mühum  yerlər  tutur,  hər  zaman  nüfuzedici,  istiqamətverici 
mövqeləri  görünməkdədir.  Elə  mütəfəkkirlərin  qələmindən 
çıxan  hər  bir  əsər  cild-cild  kitablara,  qalın  romanlara,  elmi 
monoqrafiyalara  bərabər  fəlsəfi-estetik  yükə  malikdir.  Fəqət 
burada  bir  cəhəti  də  vurğulamaq  lazımdır:  belə  dəyərli 
yazıçıların,  şairlərin  yaratmış  olduqları  sənət  nümunələrinin 
hərtərəfli  anlamını 
verməkdən  ötrü 
araşdırıcılardan, 
ədəbiyyatşünaslardan, 
tənqidçilərdən 
unversal 
bilik, 
kulturoloji  düşüncə  tərzi,  kreativ-analitik  təfəkkür  qabiliyyəti 
tələb olunur. 
Bu 
kulturoloji 
araşdırmada 
XX 
yüzillikdə 
dünya 
ədəbiyyatında  öz  zəngin,  dəyərli  yaradıcılığıyla  məktəb 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
142 
142 
yaratmış,  magik  realizm,  fəlsəfi-modern  nəsr  qolunu 
formalaşdırmış bir yazıçının - Luis Xorxe Borxesin qəribə bir 
hekayə-pritçasının  bəzi  maraqlı  tərəfləri  haqqında  məlumat 
vermək  fikrindəyik:  ədəbiyyatın  –  mətnin  öz  içindən  çıxış 
edib, hipertekstuallığın imkanları daxilində, ədəbi fikirlərimizi 
oxucularla bölüşməyə çalışacağıq. 
Dünya ədəbiyyatı tarixində L.X.Borxesə tay olan çox az sayda 
mütəfəkkir  yazıçı  tapmaq  mümkündür:  bu  qəribə  taleli, 
həyatının əksər hissəsini gözləri tutulmuş vəziyyətdə yaşamış 
ustad  söz-fikir  sənətkarının  çoxşaxəli,  mürəkkəb  yaradıcılığı 
indiyə  qədər  də  araşdırmaçılar  arasında  xüsusi  diqqətlə 
öyrənilir.  Ədəbiyyatda,  sənətdə  və  həyatda 
kimlərinsə 
bütləşdirilməsi yolverilməzdir, o cümlədən Borxesin həyat və 
yaradıcılığından  da  əfsanələr  yaratmaq  lazım  deyil.  Amma 
əsrlər  boyu  dünya  estetik  fikrini  bəşəriyyətin  fəlsəfi-
kulturoloji  düşüncə  səviyyəsinə  qaldıran  sənətkarlar  var  ki, 
onlar  sevilməyə,  təriflənməyə  layiqdirlər.  Belə  böyük 
sənətkarlardan  biri  də  XX  əsr  dünya  ədəbiyyatının  ustad 
sənətkarı,  zəngin  yaradıcılığıyla  özündən  əvvəl  gələnlərlə 
zamandaşlarını və gələcək nəsillərin ruhunu birləşdirməyə nail 
olmuş sirli-sehrli Xorxe Luis Borxesdir.  
Kimisi  ona  şair  deyir,  kimisi  esseist,    biblioqraf,  mifoloq, 
nasir,  kitabxanaçı,  kulturoloq,  filoloq,  filosof,  tənqidçi, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə