MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə31/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
130 
130 
- Sənə maraqlı deyil? Çətin ki, indi mən işıqlı, cənub koloritli 
pyes  yaza  biləm.  Öncə  şöhrət  qazanmaq,  məşhurlaşmaq 
lazımdır. 
- Nə üçün bütün adamlar mütləq şöhrət qazanmalıdırlar? 
 -  Ona  görə  ki,  başqa  cür  yaşaya  bilməzlər.  Doğrusu,  mənim 
indi heç bir uğur qazanmağıma ümidim yoxdur. 
- Mənə o uğur gərək deyil. O, adama nə verir ki? 
-  Bu,  nə  isə  yeni  bir  şeydir!  Sən  indiki  tələbələr  kimi 
düşünürsən.  Onların  üstündə  durduqları  bünövrəni  görən 
gözləri yoxdur. Fəqət, hətta zəhlələri getmirsə belə, deməli, ən 
azı onun məqsədəuyğunluğuna şübhə edirlər. Onlar belə hesab 
edirlər  ki,  o  bünövrəni  dağıtmaq  lazımdır.  Və  onun  haçansa 
dağılacağına  inanırlar.  O  kəslər  ki,  həyatda  uğur  qazanmağa 
çalışır,  dağılmalı  bünövrə  üzərində  durduğunu  anlamaqlarına 
baxmayaraq, pilləkənlərin pillələrini dırmaşırlar. Nə qədər ki, 
mənsəbpərəst  daha  yuxarı  pilləyə  qalxır,  bir  o  qədər  də  onu 
təhlükə  gözləyir.  Beləcə,  mənsəb  arzusunda  olan  insan  bunu 
bilə-bilə yenə də dırmaşmağındadır - ətrafdakı şərait, həm də 
özünün  meyli  onu  buna  vadar  edir.  İndiki  mənsəbpərəstlik 
vicdansızlıqla  bağlıdır.  Mənsəbpərəstlik  zamanın  əlamətidir. 
Bu  gün  qaranlıq  və  kasıbçılıq  içində  yaşamağa  məhkum 
edilmiş  mənim  özüm  də  mənsəbpərəstlərin  sırasına 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
131 
131 
131 
meyilliyəm.  Sən  kasıbların  limon  meyvəsi  kimi  işıqlısan  və 
yəqin bu problemə başqa tərzdən yanaşırsan. 
-  Amma  mən  yalnız  kasıbların  aşnasıyam.  Qoy  bütün  kişilər 
həyatda  uğur  qazansınlar:  axı  onlar  yalnız  bu  barədə 
düşünürlər. Qadınlar isə başqa məsələ. Onları iki yerə ayırmaq 
olar – kasıbların aşnaları və varlıların məşuqələri. 
- Yox a, bunu yaman tapmısan! 
-  Sizsə  mütləq  qabağa  gedəcəksiniz!  Bu  mənada,  kişilərin 
aqibətini əvvəlcədən görürəm: öncədən hər şey mənə aydındır 
və  heç  vaxt  yanılmıram.  Həqiqəti  deyirəm:  uğur 
qazanacağınıza əmin ola bilərsiz. 
- Və mən səni atacağam? 
- Hökmən! 
- Onda mənə yüksəlmək lazım deyil. 
-  Elə  deməyin.  Mən  həmişə  hər  bir  kişinin  uğuruna 
sevinmişəm.  Hərdən  düşünürəm  ki,  sanki  mən  xoşbəxtlik 
yumurtası qoyulmuş quş yuvasına bənzəyirəm. 
-  Səfeh-səfeh  danışmağı  qurtar  və  ümumiyyətlə,  nəzərə  al: 
mənə  sənin  uğur  qazanmış  əvvəlki  kişilərin  barədəki 
xatirələrini  dinləmək  ləzzət  eləmir.  Vərdişin  isə  adlı-sanlı 
xanımları  o  mənada  yada  salır  ki,  sən  də  limondan  istifadə 
edirsən. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
132 
132 
-  Siz  nə  danışırsız?  Adlı-sanlıların  bura  nə  dəxli?  Limon  on 
senə satılır, mən isə onu dörd hissəyə bölürəm. Belə çıxır ki, 
bir günün gözəlliyi mənə iki yarım senə başa gəlir. 
-  Yaxşı-yaxşı!  Sən  öləndən  sonra  məzarının  üstündə  limon 
ağacı əkəcəyəm. 
-  Təşəkkür.  Çox  vaxt  düşünürəm,  ölsəm,  məzarımın  başında 
nişanə olmayacaq, ora yalnız kiçik bir qəbirüstü yazı lövhəciyi 
basdırılacaq,  amma  onu  ziyarət  etməkdən  ötrü  maşınlarda 
yaraşıqlı geyinmiş kişilər gələcək. 
-Yaraşıqlı  kişilər  barədə  çərənləməyin  yetər  və  bir  də  mənim 
yüksəllişim barədəki öncədən dediklərini başından çıxart. 
- Lakin mən bilirəm: yaxın gələcəkdə sizi uğur gözləyir. 
Onun  inamı  taleyin  özü  kimi  sarsılmaz  idi.  O,  kişilərdən 
hansının yüksələ biəcəyini səhvsiz təyin  edə bilirdi və özünü 
də ancaq onların içindən oynaş seçərdi. Onun ilk sevgilisi öz 
əmisi oğlu olmuşdu. O, varlı ailədən olan nişanlısını atmış və 
bu qadınla birlikdə şəhər qırağında acınacaqlı bir kiçik otağa 
köçmüşdü.  Hər  ikisi  həddindən  artıq  kasıb  idi,  lakin  o, 
universiteti bitirdikdən sonra diplomatik vəzifə üçün keçrilən 
müsabiqədən  üçüncü  yeri  tutub  Romaya  təyinat  alanda, 
keçmiş  nişanlısının  atası  hörmətlə  yanına  gəldi  və  qızıyla 
evlənməyi ona təklif etdi. Aşnası ona mane olmadı.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
133 
133 
133 
Onun  ikinci  sevgilisi  tibb  fakultəsinin  kasıb  tələbəsi  çıxdı. 
Axırda  da  onu  atdı  və  tikilməkdə  olan  xəstəxananın 
podratçısının  qızıyla evləndi.  Üçüncüsi  isə  radioqəbuledicilər 
satan  yoxsulun  biri  idi.    Bir  dəfə  qadın  da  bilirdi  ki,  o 
bədnəzərdir və buna görə də varlana bilmir. Onu atdı və şəhər 
qırağında  olan  dükanını  əvvəlki  varlı  məşuqəsinin  sahibi 
olduğu  evin  yerləşdiyi  mərkəzi  küçəyə  köçürdü.  Dördüncü 
oynaş... Beşinci oynaş... 
Onun bu növbəti sevgilisi – kasıb dramaturq – qadının evinə 
radikal  əhval-ruhiyyəli  tədqiqatçı-sosioloqlar  ayaq  açandan 
sonra  nəhayət  ki,  özünün  uzun-uzadı  pyesini  bitirdi.  Qadına 
verdiyi  sözü  yerinə  yetirdi  və  pyesə  limon  ağacları  ilə  bağlı 
səhnə  daxil  etdi.  Düzdür,  əsl  həyatda  işıqlı  limon  ağaclığını 
heç  vaxt  axtarıb  tapa  bilmədi.  Limonluq  əsərin  epiloqunda 
peyda  olur:  dramaturqun  vaxtilə  dediyi  bünövrə  dağılandan 
sonra  ideal  dünyanın  kişisiylə  qadını  limon  ağaclarının 
arasında  söhbət  edirlər.  Öz  pyesi  sayəsində  o,  cağdaş  teatr 
turuppasının  primadonası  ilə  tanış  oldu  və  onunla  məlhəm 
münasibətlərə başladı. 
Yenə  əvvəlki  tək  ―limonlu‖  sevgilisi  yaddan  çıxdı.  Onun 
öncədən  dedikləri  gerçəkləşdi.  Hər  halda,  dramaturq  böyük 
uğurlar qazandı. Pilləkənlərin pillələri ilə yuxarı dırmaşdı. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə