www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
147
147
147
təsvir edib. Təsəvvür edin ki, siz milyonlarla sayt,
milyardlarla elektron səhifələri bircə anın içində gəzirsiz və
onların çoxunu unudur, harada – hansı elektron məkanda
yerləşdiyini yadda saxlaya bilmirsiz. Yaxud e-arxivlərdə
dondurulan zamana səyahət edirsiz. Baxın, məhz bunları ilk
dəfə Borxes öz hekayəsində gözəl təsvir edib.
Hekayədə haqqında danışılan ―Qum kitabı‖nın əvvəli, ortası,
sonu olmayan, ―burada və indi‖ anının təkrarlanmadığı
səhifələrdən ibarətdir, onun hər səhifəsi, Tanrının zərrəsi kimi,
həm də bütövlüyü özündə əks etdirir, kainatın özü tək dəhşətli
bir şeydir. Deməli, bu kitablar kitabı elə Tanrının özüdür,
hürufilər demişkən, Allah özünün müqəddəs Quran kitabının
səhifələrinə parçalanmış müqəddəs sözlərdən ibarətdir.
Əslində isə hekayədə bir kitab kultu var ki, bizə diqtə edir: bu
kitablar kitabı elə intellektual və yaradıcı şüurumuzun obrazlı
əksidir – istədiyi vaxt seçdiyi müxtəlif məkanlarda ola bilən
idrakımızın bədii təsviridir...
Yazıçı göstərir ki, kitab tam olaraq pula satılmır, kitaba
dəyişdirilir: bunu anlamaq üçün Borxesin öz həyat tarixçəsinə
xüsusi diqqət ayırmaq lazımdır.
Həyatın qaranlıqlarını, şərini
görməməsi üçün Ulu Yaradan sanki Borxesi dünya işığından
məhrum etmişdi. Adəmdən indiyəcən bu ağlı-qaralı
dünyamıza təşrif buyurmuş milyardlarla insandan biri kimi 24
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
148
148
avqust 1899-cu ildə Buenos-Ayresdə doğulmuş, - bəlkə də o
dünya üçün ölmüş, - Xorxe Luis Borxes 14 iyun 1986-cı ildə
bu dünyadan köçəndə, həm də o dünya üçün təzədən
doğulanda, hələ də insanlar onu anlamırdı. Sirli-sehirli Borxes
çox soyuq (bəlkə də İlahi) bir yazar, mütəfəkkir və
kulturoloqdur. Onun əsərlərini oxuyanda adamı soyuq - İlahi
bir tər basır. Lakin sonra hiss edirsən ki, bu soyuqluq, əslində,
sənin qəlbinə od salıb: ardınca isə şiddətlənən sənət atəşində,
heç özün də hiss etmədən, alışıb-yanmağa başlayırsan. Belə
müqəddəs duyğular içində yaşayanlar üçün bu kobud
həyatımızın maddiyyat tərəfi o qədər də maraqlı deyil, çünki
Borxes öz oxucusuna dünyanı öz içində əritməyi, ruhuna
qarışdırmağı öyrədir.
Bu məqamda Borxesi filosof, ya da ədəbi kahin saya bilərik:
artıq tarixə qovuşmuş XX əsrdə bəşər mədəniyyətinə -
ümumdünya ədəbiyyatına Borxes qədər kulturoloji, - anlamın
geniş mənasında, - təsir edən ikinci bir sənətkar tapmaq
çətindir. Borxesin yaradıcılığı kimi, şəxsiyyəti və
dünyagörüşü də, az qala, mifə çevrilib. Elə belə də olmalıydı:
axı bu şəxsiyyət bütün yaradıcılığını və özünüdərkdən sonrakı
olan-qalan ömrünü mifologiyaya, mifləri öyrənilməsinə, daha
sonra isə sənət mifləri yaratmağa sərf edib. O mənada həm
Borxes, həm də onun bir çox ədəbi surətləri - hekayə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
149
149
149
qəhrəmanları dünya mədəniyyətində elə bir iz qoydu ki, bu
―çapıqlarsız‖ çağdaş kulturoloji durum belə inkişaf etməzdi,
bəlkə də yerində çabalayardı...
Dünya ədəbiyyatında kor kitabxanaçı (Argentinanın Milli
Kitabxanasının direktoru təyin ediləndə Borxesin gözləri
tamam tutulmuşdu) surətlərinin sayı-hesabı yoxdur: Umberto
Ekonun ―Qızılgülün adı‖ romanındakı baş (mənfi) qəhrəmanı
- Xorxeri xatırlayaq. Lakin həyatı ilə obrazları arasında bu
qədər yaxınlığı heç bir yazarın yaradıcılığında müşahidə
etmək mümkün deyil. Borxesin qəhrəmanları - müxtəlif
obrazlar öz şəxsi iradəsini göstərmək üçün dirilirlər (―Telyon,
Ukbar, Obris Tertius‖ - ―Üçüncü Dünya‖), ya da
qəhrəmanlarının özləri kimlər tərəfindənsə yazılmış ədəbi
surətlər olurlar (―Alovun dairəsi‖). Xəfiyyəni hansısa tələyə
salmaq üçün caniyə kompyuter proqramına - İnternet
şəbəkəsinə oxşar düşünülmüş məntiqli konstruksiya - sənət
labirinti yaratmaq lazım gəlir (―Babil Kitabxanası‖). İlk
baxışdan Borxesin yaratdığı əsərlərin mövzusunu bir cümləylə
ifadə etmək mümkündür, çünki özü kimi, yazdıqları da
quruluşca sadə, mənaca mürəkkəb, sonluğuna görə
özlənilməzdir. Əslində, onun həyatı ilə yaradıcılığı bir-birinə
elə qarışıb ki, əsərlərini oxuyanda düşünürsən: ―Borxes, bəlkə
də bizim özümüz - hamımız deməkdir...‖ Ustadın ruhu
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
150
150
inciməsəydi, həm də belə demək mümkündür: bəlkə də o,
sadəcə, İlahi sənətkardır, içimizdə hər gün qətlə yetirdiyimiz
ruhumuz, düşüncəmizdə zorladığımız intellektimizin obrazlı,
maddiləşən-bədənləşən formasıdır. İndi Borxes bu dünyada
olmasa da, əsərləri bizimlədir, yaxud bizdədir: əslində,
sevimli, sehirli yazar və onun bizə hələ də yaxşı tanış olmayan
yaradıcılığı həm mənim, həm də hamımızın ruhuna qovuşub,
özü də lap çoxdan - dünya yaranandan...
Əsərdə təhkiyəçi qeyd edir: "...Hardansa oxumuşdum ki, ağac
yarpağını meşədə gizlətmək daha düzgündür". Buna görə də
kitabı Argentina kitabxanasınada gizlədir. Bu, qəhrəmanın
özüyçün xilas olsa da, əslində mistikanın davamı deyildimi?
Mistik görünən hər bir şeyin arxasında real nəsə durur: sadəcə
intellekt – ağıl işlətmək lazımdır ki, nəsnələrin içində gizlənən
o magik mahiyyəti özün üçün aydınlaşdırasan. Onillər bundan
əvvəl qələmə aldığı bu hekayə-pritçasında d
ünya yazarları
arasında ən çox sevdiyim mütəfəkkir yazıçı İnternetin fəlsəfi-
ədəbi obrazını necə ustalıqla yaradıb...
Hiper kitab - virtual dünya - İnternet haqqında bu qədər
dahiyanə və sadəliklə heç nə oxumayacaqsan daha. Meşə
virtual aləm, İnternet, sosial şəbəkələr, yarpaq isə biz və indiki
anımızdır, bax, özümüzü necə də sərbəst, eyni zamanda azad
hiss edirik bu açıq məkanda? Yeri gəlmişkən, oxuculara
Dostları ilə paylaş: |