MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə37/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   33   34   35   36   37   38   39   40   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

114 



 

Multikulturalizm problemləri və müasir 

Rusiyanın siyasi təcrübəsi 

 

Mənim  dostum,  Azərbaycan  Respublikasının  prezidenti    İlham 



Heydər  oğlu  Əliyev  forumun  açılış  mərasimində  qeyd  etdi  ki, 

bugünkü  forum  multikulturalizm  bayramıdır.  Mən  bir  qədər  başqa 

şəkildə  demək  istəyirəm.  Bugünkü  forum  mədəniyyətlərarası, 

dinlərarası  dialoqun,  özü  də  multimədəni,  multikonfessional 

ölkənin, bu sahədə şübhəsiz uğurlar qazanmış bir ölkənin ərazisində 

baş  tutan  bayramıdır.  Günümüzdə  hər  yerdə  tətbiq  edilən 

multikulturalizm  formuluna  gəldikdə  isə  mən  bir  qədər  ehtiyatlı 

davranardım.  Bu  cür  dəyirmi  masalarda  qaldırılan  əsas 

məsələlərdən biri demokratiya və multikulturalizm kimi meyarların 

uyuşmazlığıdır.  Son  zamanlar  belə  bir  fikir  çox  populyardır  ki,  

cəmiyyət nə qədər bircins olsa, demokratik institutlar yaratmaq da o 

qədər  asan  və  əksinə,  cəmiyyət  mədəni  baxımdan  nə  qədər 

mürəkkəbdirsə,  demokratik  institutlar  yaratmaq  o  qədər  çətindir. 

Multikulturalizm  konsepsiyası  ənənəvi  olaraq  bütün  millətlərin  bir 

millət kimi birləşdiyi ―əritmə putası‖ konsepsiyası ilə qarşılaşdırılır. 

Bizim ilk natiqimiz  – Bakı Dövlət Universitetinin nümayəndəsi bu 

gün bu barədə danışdı. Ancaq mən ən böyük ―əritmə putası‖ hesab 

edilən ABŞ barədə əlavə bir şey də qeyd etmək istərdim: Avropanın 

beynəlxalq siyasəti üçün daha çox səciyyəvi olan sosial təsir alətləri 

vardır, məsələn, bunlardan biri 60-cı illərdə tətbiq edilmiş və yalnız 

bir  nəsil  üçün  planlaşdırılmış,  təhsil  müəssisələrinə  və  işə  qəbul 

zamanı  azlıqlara  müəyyən  imtiyazlar  verən  affirmasiyadır 

(affirmation).  Bu  proqramın  tətbiq  edilməsi  səbəbi  cəmiyyətdəki 

qeyri-bərabərliyin  afroamerikalıların  inkişaf  tempinin  ağdərili 

əhalidən geri qalması və kiçik bir ―sürətləndirmə‖nin onları ağlarla 

eyni  səviyyəyə  çıxara  bilməsi,  bundan  sonra  layihənin  dayandırıla 

biləcəyi iddiasından irəli gəlirdi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

115 


 

Əslində  hər  şey  bu  qədər  sadə  olmadı,  proqramın  işində  sapmalar 

oldu.  Lakin  bu  gün  40  ildən  artıq  bir  vaxt  keçdikdən  sonra 

affirmasiyanı  nəinki  ləğv  etdilər,  hətta    fəaliyyət  proqramı  kimi 

daimi  konstant  müəyyən  edildi.  Bununla  bərabər,  vəd  edilən 

bərabərliyə nail olmaq heç cür mümkün olmadı, daha da əksinə, nə 

qədər  paradoksal  olsa  da,  bu  gün  ağdərili  əhali  daha  əlverişsiz 

vəziyyətdədir. Fikrimcə, bu proqram guya kömək etməyə yönəldiyi 

insanlar  üçün  daha  da  təhqiredicidir,  alçaldıcıdır,  çünki  faktiki 

olaraq,  onların  həyatda  məqsədlərinə  müstəqil  şəkildə  nail  olmaq 

üçün  kifayət  qədər  inkişaf  etmədiyini  iddia  edir.  Əgər 

affirmasiyanın  nail  olduğu  bir  şey  varsa,  o  da  tam  əks  effektdir. 

Daimi  köməyə  vərdiş  edən  azlıq  nümayəndələri  bu  gün  həqiqətən 

də  öz  güclərindən,  ağlından  istifadə  etməyi  yadırğayıb,  bu  hal  isə 

daima  şiddətlənərək  davam  edir.  Burada  yalnız  ABŞ-dan  söhbət 

getmir. İmiqrantların xüsusi, özəl şəraitdə yaşayaraq, getdikcə daha 

çox  urbanizasiyalaşdığı  Avropaya  baxmaq  kifayətdir.  İşləmək, 

ümumi  qəbul  edilmiş  davranış  və  əxlaq  normalarına  uymaq  üçün 

stimul  yoxdur.  Normal  yaşamaq  üçün  tarixi  vətənlərində  aldıqları 

biliklər onlara tamamilə kifayət edir. Almaniya, Fransa, ardınca da 

Böyük  Britaniyanın  öncə  multikulturalizm  siyasətinin  iflasa 

uğramasını  bəyan  edib,  daha  sonra  sözdən  işə  keçərək  xaricdən 

ölkəyə  giriş  qaydalarını  sərtləşdirmələri  də  tamamilə  məntiqli 

addımdır.  Bu  hal  xüsusən  Şimali  Afrika  ölkələrindən  olan 

mühacirlərə aiddir. Əslən Tunisdən olan minlərlə qaçqın İtaliyadan 

Fransaya  daxil  olmağa  çalışırdı,  ancaq  fransız  hökuməti  heç  bir 

sənədə  baxmadan  qatarları  sərhəddə  saxlamağa  başladı,  bu  zaman 

sərnişinlərə  qarşı  irəli  sürülən  tələblər    sırf  iqtisadi  xarakter 

daşıyırdı.  Onların  Beşinci  respublika  ərazisində  özlərini  təmin 

etməyə  kifayət  edəcək  qədər  vəsaitə  malik  olduqlarını 

təsdiqləmələri  lazım  idi.  Kifayət  qədər  resursları  olmayan 

mühacirləri  qatardan  endirirdilər.  Cavab  olaraq  İtaliya  XİN 

―beynəlxalq  dəmiryolu  nəqliyyatının  dayandırılması‖    ilə  bağlı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

116 



Fransaya  rəsmi  etiraz  yönəltdi.  Amma  italyan  rəsmilərini  heç 

Avropa  İttifaqında  belə  dinləmədilər.  AŞ-nın  daxili  işlər  üzrə 

komissarı  xanım  Malmstrom  bəyan  etdi  ki,  Paris  öz  əhalisinin 

təhlükəsizliyini  təmin  etmək  naminə  və  tamamilə,  qanun 

çərçivəsində hərəkət edir. Deməli, problem o qədər ciddidir ki, hətta 

Avropa  İttifaqında  belə  onu  bu  şəkildə  anlayırlar.  Hörmətli 

cənablar,  hazırda  mən  multikulturalizm  siyasətinə  bir  neçə 

yanaşmanı  fərqləndirirəm.  Birinci  ssenari    –  ―assimilyasiya 

getmədən  inteqrasiya‖,  yəni  mononasional  –  birmillətli  dövlət 

qurmaq  cəhdlərinin  perspektivsiz  olması  və  ya  separatçı  əhval-

ruhiyyənin  daha  da  artması  ilə  müşahidə  olunan  bu  cür  səylərin 

iflasa  uğraması  səbəbindən  onlardan  imtina  etməkdən  ibarətdir; 

burada  multikulturalizm  bu  imtinanın  konstitusion-hüquqi 

rəsmiləşdirilməsi  bazası  olaraq,  eyni  zamanda  ən  geniş  ―mədəni 

plüralizm‖,  vahid  vətəndaş  identikliyi  və  dövlət  bütövlüyü  kimi 

anlamların  birlikdə  mövcud  olmasına  inam  kimi  çıxış  edir.  Bu 

Kanada  modelidir.  Bu  modelin  Kanadada  necə  reallaşdığını  yaxşı 

bilirik. İkinci ssenari – ―əks diskriminasiyadır‖ (―diskriminatorların 

diskriminasiyası‖): özünü xüsusən cəmiyyətin demoqrafik quruluşu 

və onun sosial strategiyası arasındakı fərqlərdə büruzə verən tarixi 

və  ya  sosial  ədalətsizlik,  yaxud  diskriminasiyanın  aradan 

qaldırılması  yolu  ilə  müxtəlif  irq,  etnos  və  dinlərin 

nümayəndələrinin hüquq bərabərliyinin qazanılmasında göstərir; bu 

ssenaridə bir qayda olaraq, ―affirmative action‖a  (diskriminasiyanı 

kompensasiya  edən  imtiyaz,  preferensiya,  güzəştlərin  təqdim 

edilməsi) üstünlük verilir – ABŞ modeli. Daha sonrakı ―funksional 

tolerantlıq‖  ssenarisi  hansısa  dövlətin  iqtisadi  konyunkturadan 

asılılığı zamanı müvəqqəti şəkildə xarici işçi qüvvəsini dəvət və ya 

qəbul  etməsi  hallarında  baş  tutur;  bu  zaman  qastarbayterlər 

tamdəyərli vətəndaşlıq hüquqları almasalar da, öz ―identikliklərini‖ 

saxlayaraq  işləmək  və  yaşamaq  hüquqlarına  malik  olurlar  – 

Almaniya  modeli.  Fikrimcə  bu  gün  multikultural  bazanın əsasında 

qurulması mümkün olan sonuncu ssenari ―xırdalanma‖ ssenarisidir. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə