MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə45/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   41   42   43   44   45   46   47   48   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

138 



 



SİuQGH” təşəbbüsü multikulturalizm prosesinin 



mexanizmi kimi 

 

Sosial  elmlər  sahəsində  çalışan  müəlliflərin  mübahisələrinə  səbəb 



olan  elmi  debatlar  arasında  sivilizasiyaların  insan  şüurunun, 

cəmiyyətlərin, eləcə də dövlətlərin inkişafında rolunun mühümlüyü 

mövzusu  xüsusi  yer  tutur.  Samuil  Hantinqtonun  ―Sivilizasiyaların 

toqquşması‖  adlı  məşhur  məqaləsindən  sonra  bu  nəzəriyyə  təkcə 

alimlərin  deyil,  bir  çox  nüfuzlu  siyasətçilərin  də  gündəliyində 

prioritet  məsələlərdən  birinə  çevrildi.  Faktiki  olaraq, son  zamanlar 

biz  dünya  ölkələrinin  böyük  bir  qismində  İslamofobiya  zəminində 

dini  simvollara  qarşı  hücumlarla  tez-tez  rastlaşmaqdayıq.  Təəssüf 

ki, İslamofobiya fenomeni öz növbəsində başqa bir neqativ təzahür 

olan, ən başlıcası isə, müsəlman ölkələrinin milli maraqlarına cavab 

verməyən  Vesternfobiya  hallarının  da  genişlənməsinə  gətirib 

çıxarır. 

 

Gənclər Sivilizasiyaların İttifaqı uğrunda layihəsi 2007-ci ildə İslam 



Əməkdaşlıq  Təşkilatı  yanında  üzv  qurum  statusuna  malik  olan 

Dialoq  və  Əməkdaşlıq  uğrunda  İslam  Konfransı  Gənclər  Forumu 

tərəfindən BMT-nin eyniadlı proqramında gənclərin iştirakını təmin 

etmək  məqsədilə  təklif  olunmuşdu.  Layihə  çərçivəsində  Heydər 

Əliyev  Fondunun  prezidenti,  YUNESKO  və  İSESKO-nun 

Xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın  ev  sahibliyi  ilə 

həmin  ilin  payızında  Bakı  şəhərində  ―Gənclərin  Sivilizasiyası 

Düşərgəsi‖  və  ―Nəsillərarası  Beynəlxalq  Konfrans‖  keçirilmişdir. 

2012-ci ilin aprel ayında keçirilən tədbirdə Sivilizasiyaların İttifaqı 

Uğrunda  Qlobal  Gənclər  Hərəkatı  (SİuQGH)  yaradılmaqla  bu 

layihə nəticədə institusional xarakter almışdır. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

139 


Adı çəkilən layihənin əsas məqsədi qərar qəbul etməyə səlahiyyəti 

olan  nüfuzlu  siyasətçilər  üçün  işlək  platforma  yaratmaq,  bu 

platformanın  vasitəsilə  dini  və  mədəni  qarşılıqlı  anlaşma 

sahəsindəki  mövcud  stereotipləri  aradan  qaldırmaq  və  bunun 

gələcək  perspektivdə  institutlaşmasına,  xüsusən  də  bu  prosesdə 

gənclərin fəallığına nail olmaqdır. 

 

Hərəkatın  əsas  komponentlərindən  biri  olan  Gənc  Çevik  Qrupu 



müxtəlif  ölkələri,  mədəniyyətləri  və  dinləri  təmsil  edən  gənc 

liderlərlərdən  ibarət  olmaqla,  dini  və  mədəni  fobiya  zəminində 

yaranmış  böhranların  həll  edilməsi  işinə  töhfə  vermək  məqsədi 

güdür.  Perspektivdə  yaxşı  təlim  keçmiş  qruplar  dünyanın  müxtəlif 

yerlərində yarana biləcək böhranlı vəziyyətlərin həll edilməsi üçün 

müvafiq bölgələrə də göndərilə bilər. 

 

Əlbəttə,  SİuQGH  bu  sahədə  yaranacaq  bütün  problemlərin  aradan 



qaldırılmasında  panaseya  rolunu  oynamaq  iddiasında  deyil. 

Bununla belə, qloballaşma proseslərinin sürətlə getdiyi bir zamanda 

gənclərin ideoloji dəyişikliklərə həssas olduğunu nəzərə alsaq, yeni 

təsis  olunmuş  hərəkat  heç  şübhəsiz  ki,  bu  istiqamətdə  mühüm  rol 

oynaya  bilər.  Ən  azından,  SİuQGH  ekstremizm  və  dini  ayrı-

seçkiliyin aradan qaldırılması üzrə müxtəlif sivilizasiyalar arasında 

birliyin  yaranmasını  təmin  edə  biləcək  dialoqun  təsis  olunması 

məqsədinə doğru gedir. 

 

Alpay Əhmədov, 

 Bakı Slavyan Universiteti 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

140 



 

Qloballaşma dövründə çox mədəniyyətlilik: 

imkanlar və problemlər 

 

Bu forumda iştirak etdiyim üçün çox şadam. Fikirlərimi paylaşmaq 



üçün  mənə  belə  bir  şərait  və  imkan  yaratdığınıza  görə  sizə  öz 

minnətdarlığımı bildirirəm. 

 

Çıxışım  qısa  olacaq.  Mövzum  qloballaşmaya  çağırış  və  imkanlar 



haqqındadır. Mədəniyyət millətlərin bir-birinə təsir göstərməsinə bir 

imkandır.  Mədəniyyət  millətlər  arasında  qarşıdur­manı  önləyir, 

millətlər  və  insanlar  arasında  fərq  yaradır.  Bu  çıxışda  əsas  fikir 

mədəniyyətdəki  ziddiyyətlərin  yaranmasına  səbəb  olan  çağırışlara 

cəmlənmişdir.  Məlum  olur  ki,  bu  əsas  çağırışlardan  biridir. 

Mədəniyyət  bütün    mədəni  imkanların  mübadiləsinə    və  həmçinin 

insanlar  arasında  fikir  birliyinin    yaramasına  zəmin  yaradır, 

müharibələrin  və münaqişələrin səbəb və əsaslarını aradan qaldırır. 

Münaqişələrin  həllinə  nəzarət  üçün  bu  ən  mühüm  və  ən  real 

yanaşmadır.  Əlbəttə,  bu  elə  də  asan  bir  iş  deyil.  Belə  ki,  bütün 

bunlar  cox  hazırlıq, böyük  səy  və  səbr  tələb  edir.  Yaxşı nəticələrə 

nail  olmağin  yollarından  biri  həmçinin  mədəni    mübadilələrin 

faydalarından və üstünlüklərindən xəbərdar olmaqdır,  bunun üçün 

də bir çox  yollar vardır. 

 

Bir  cox  millətlərdə  mədəniyyəti  qələbə  üçün  bir  vasitə  kimi  başa 



düşmək tendensiyası var, əlbəttə bu kədərlidir, amma həqiqətdir. Bu 

cağırışlara  qalib  gəlmək  və  mədəni  üstünlüklərdən  düzgün  istifadə 

etmək üçün bir çox şərtləri nəzərə almağa ehtiyac vardır.     

 

Həsən xan Məhəmməd, 



 İran, İmam Sadiq Universiteti 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə