MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə47/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   43   44   45   46   47   48   49   50   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

144 



olaraq  min  illər  boyu  daim  İran,  ərəb  və  rus  mədəniyyətlərinin 

mədəni təsirinə məruz qalmışdır. 

 

Yeri  gəlmişkən,  Rusiya  Federasiyası  öz  ərazisində  Azərbaycan 



dilinə 

dövlət 


dili 

statusunu 

(Dağıstan 

Respublikasının 

Konstitusiyasında  Azərbaycan  dili  dövlət  dili  kimi  qeyd  olunub) 

verən dünyada  yeganə ölkədir. 

 

Mən  heç  də  beynəlmiləl  sovet  mədəniyyətinin  tərəfdarı  deyiləm. 



Sadəcə  olaraq  biz  nəzərə  almaya  bilmərik  ki,  məhkum  olunmuş 

totalitar  sistemin  ağırlığı  altında  devrilən  bu  model  işləyirdi  və 

kifayət  qədər  effektiv  idi.  Nəhayət,  bu  beynəlmiləl  mədəniyyət 

sovet  fenomeni  kimi  qərb  analitikləri  üçün  gözəl  və  gələcəyi  olan 

alternativ  multikulturalizmə, onların zənnincə, stimul ola bilər. 

 

Sovet  sistemində  səhvlər  və  qüsurlar  çox  idi,  lakin  Sovetlər  



Puşkinin,  Çernışevskinin,  Belinskinin,  Dobrolyubovun,  Gertsenin 

mücahidlik,  xalq  maarifi  ideyalarının  təsiri  altında  təkcə  Rusiya 

İmperiyasının  ucqarlarında  milli  elitanı  deyil,  həm  də  başqa 

millətlərin nümayəndələrinin orta ziyalı təbəqəsini yarada bilmişdir. 

Bu  da  öz  növbəsində,  indi  Qərbdə  yer  almış  mədəni  disbalansın 

qarşısını aldı. 

 

Kiçik  torpaq  sahəsində  mühüm  tarixi  hadisələr  və  nadir  memarlıq 



üslubunun  həyata  keçirildiyi  ―İçəri  şəhər‖  memarlıq  ansamblının 

YUNESKO  tərəfindən  dünya  mədəni  irsinin  abidələri  sırasına 

salınması Azərbaycan ərazisində mədəniyyətlərin qarşılıqlı təsirinin 

əyani sübutudur. 

 

Qız  qalasının  yaxınlığında  şiə,  ləzgi  məscidi  və  xristian  kilsəsi 



yerləşir. Məhz Qız qalasınını ətəyində xristianların 12 apostolundan 

biri  olan,  əfsanəyə  görə  elə  burada  öldürülmüş,  müqəddəs 

Varfolomey  apostolunun  kiçik  kilsəsi  yerləşir.  Bütün  bunlar 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

145 


beynəlmiləl 

sovet 


mədəniyyətinin 

və 


multikulturalizmin 

yaranmasından  öncə  olmuşdur.  Biz  sadəcə  belə  yaşayırdıq,  bizim 

xalq  və  mədəniyyətimiz  müxtəlif  etnik  və  mədəni  proseslərin 

sintezidir.  Ölkədə  indi  də  Azərbaycanın  mədəni  palitrasını 

zənginləşdirən  milli  və  mədəni  özünüifadə  hüquqları  olan  onlarla 

millət və etnik qruplar yaşayır. 

 

Görünür  ki,  qloballaşma  dövründə  heç  bir  ölkə  multikulturalizmin 



təsirindən  yan  keçə  bilməz.  Lakin  inkişaf  etmiş  cəmiyyət  öz 

mədəni,  milli  və  mənəvi  dəyərlərini  mümkün  olan  dərin 

deformasiyalardan qoruyaraq böyük dəyişiklər dövrünün çağırışına 

adekvat cavab verməlidir. 

 

 

Etibar Babayev, 



 dosent. Bakı Slavyan Universiteti 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

146 



 

Qazaxıstanda mədəniyyətlərin dialoqu 

 

Hörmətli  sədr!  Xanımlar  və  cənablar!  İlk  öncə  icazənizlə, 



YUNESKO işləri üzrə Qazaxıstan Milli komissiyasının məsul katibi 

adından  bu  mühüm  forumun  təşkilatçılarına  minnətdarlığımı 

bildirim və yüksək hazırlıq səviyyəsini qeyd edim. Həmçinin qeyd 

etmək  istərdim  ki,  Qazaxıstan  Respublikası  əsrlər  boyu  əldə 

olunmuş  mədəni,  tarixi  və  dil  irsinin  birləşdirdiyi  Azərbaycan  və 

Rusiyanın təşəbbüslərini daim dəstəkləyir və bu işə səs verir. 

 

Dəyirmi masanın mövzusu ölkələrimizdə aparılan multikulturalizm 



siyasəti kontekstində ümumi səylərimizi birləşdirir. Öz növbəsində, 

bu  siyasət  20  il  qabaq  böyük  qardaşlıq  ölkəsinin  bölünməsinin 

analitik nəticəsi olmuşdur. 

 

Bu  gün  biz  tolerantlıq  prinsipləri  və  mədəni  müxtəlifliyə  hörmətə 



əsaslanan yeni sivilizasiyalar və mədəniyyətlərə başqa bir alternativ 

qəbul  etməyən  bir  cəmiyyətdə  yaşayırıq.  Hazırkı  dövrdə  bu, 

dünyada  baş  verən  proseslərin  və  modelləşmənin  effektli 

tədbirlərinin  nəticələrinin  tam  şəkildə  anlaşılması  üçün  mühüm 

şərtdir.  Hesab  edirəm  ki,  dünya  xalqları  arasında  sülh  və  barışıq 

ideyalarının irəliləyişində və  mədəni müxtəlifliyin inkişafında əsas 

rolu məhz YUNESKO, İSSESKO, Türksoy kimi nüfuzlu təşkilatlar 

oynamalıdır. Bu təşkilatlar irqindən, cinsindən, dilindən və dinindən 

asılı  olmayaraq,  bütün  xalqlar  üçün  ümumi  hörmət  və  ədalətin 

təmin  olunması  məqsədilə  xalqlararası  əməkdaşlığın  genişlənməsi 

və  sosial  birliyə  yardım  ücün  vacib  olan  bütün  ehtiyatlara  və 

vasitələrə  malikdir.  Belə  fəaliyyət  bütün  dünyada  sülhün 

qorunmasına  ən  yaxşı  zəmanətlərdən  biridir.  Bununla  bərabər, 

qənaətcil  dünyanın  qurulması  və  dünya  birliyini  təşkil  edən 

xalqların  əməkdaşlığının  inkişafı  üçün  hər  bir  insanın  dünyadakı 

unikal  məsuliyyətini  də  unutmaq  olmaz.  Hər  bir  dövlət  üçün  əsas 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə